Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə15/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   ...   11   12   13   14   15   16   17   18   ...   50

2 «(Ya Muhəmməd!) Davudu və Süleymanı da yad et! O, zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik. Biz məsələnin hökmünü Süleymana anlatdıq. Və onların hər birinə hikmət və elm verdik». (əl-Ənbiya 78-79). Bu məsələni başa düşmədiyinə görə Allah Davud əleyhissəlam - üzürlü saymışdır. Lakin onda elm və hikmət vardır. Əgər hikmət əhli üzürlü sayılırsa, cəhalət əhli daha üzürlüdür.

3 - Şeyxulİslam rahmətullahi aleyhi belə demişdir: «Peyğəmbər - sallallahu aleyhi və səlləm ona nazil olunmuş hökmü yayana qədər Allah heç kimi cəzalandırmayacağına və onlara çatmayan hökmlərdən ötrü kimsəyə əzab verməyəcəyini bildirmişdir. Allah bir kimsəyə təbliğ (İlahi hökmlər) çatdırılmamışdan əvvəl imanı tərk etdiyinə görə əzab vermirsə, imanın ancaq bəzi şərtlərini yerinə yetirməyən şəxsə əsla əzab verməz. Lakin xəbərdarlığın ona çatması istisna təşkil edir428. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günü bağışlanmış olduqlarını iddia edərək dəlil gətirəcək dörd təbəqədən olan insanlar vardır. Qulağı eşitməyən kar, axmaq adam, yaşlı adam və fitrət zamanı ölən insanlar. Kar belə deyər: «Ey Rəbbim, İslam gəldi lakin mən heç bir şey eşitmədim». Axmaq isə: «Ey Allahım, İslam gəldi lakin balaca uşaqlar belə məni ələ salıb başıma dəvə təzəyi atırdılar». Yaşlı dedi: «İslam gəldi, lakin mən heç bir şey başa düşmürdüm». Fitrət429 zamanı ölən insanlara gəlincə isə: «Ey Rəbbimiz, sənin elçilərin olan Peyğəmbərlər bizə gəlmədilər». Uca Allah Ona itaət etmələri barədə onlara əhd edir. Atəşə girin – hökmünü onlara təbliğ etmək üçün onlara bir Peyğəmbər göndərir. Peyğəmbər: «Nəfsim əlində olan Allaha and içirəm ki, əgər onlar atəşə girsəydilər bu onlar üçün sərin və salamat olar, kim də girməz atəşə atılar”430. Bu dörd sinif insanı Allah üzürlü saymışdır. Kar insanı hissiyat orqanının olmamasına görə, Fitrət zamanı ölən kimsənin dövründə Peyğəmbər olmadığına görə, dəli ilə qoca kişiyə gəldikdə isə onlara hüccət çatmışdır. Bəs nə üçün Allah onları üzürlü saymışdır? Gələn dəlili başa düşmədikləri üçün. Onlar da başa düşmədiklərini dəlil gətirdilər.

4 - Xitab olunanı ya bütünlüklə başa düşmür, ya da başqa bir tərzdə başa düşür. Dəlillər bu iki növün üzürlü olmasına sübutdur. Birinci Növ dəlili bütünlüklə başa düşməyənə: Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Üç şəxsin üzərindən qələm qaldırılmışdır (onlara günah yazılmır). Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs»431. Qələm bunlardan nə üçün qaldırılmışdır? Onların başa düşmədiklərinə görə. İkinci Növ dəlili qəsd olunan formada başa düşməmişdir. Adiy b. Hətim - radıyallahu anhu ağ sap, qara sapdan seçilənə qədər yeyin için ayəsini eşitdikdən sonra deyir ki: «Mən ağ sap və qara sap götürdüm. Gecənin bir aləmi ona baxdım. Lakin fərqləndirə bilmədim. Səhəri Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək ona danışdım». Peyğəmbər: «Ağ sap, qara sap deyildiyi zaman gecənin qaranlığı ilə gündüzün işıqlığı qəsd olunur». Səhabə ayədə qəsd olunanı tam başqa bir formada başa düşmüşdür. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrə buyurdu: «Sizdən hər biri əsr namazını Bəni Qurəyzədə qılsın». Səhabələrin bir qrupu dedilər ki: Biz Bəni Qureyzəyə çatmamış qılmarıq. Bir qrupu dedilər ki: Xeyr, qılmaq lazımdır. Peyğəmbər sallallahu aleyhi və səlləm in qəsdi belə deyildir. Çünki artıq namazın vaxtı girmişdir. Lakin bu hal Peyğəmbər sallallahu aleyhi və səlləm ərz olunduqdan sonra onların heç birini qınamadı. Yolda qılanları da, Bəni Qureyzədə qılanları da». Peyğəmbər sallallahu aleyhi və səlləm hər iki hədisdə başa düşməyənləri üzürlü saymışdır. Onlar qəsb olunanı, əsil məqsədi səhv başa düşmüşdülər.

5 - İnsanlar bir-biriliərini başa düşmədikləri zaman deyirlər ki: «Mən səni başa düşmədim». O, da onu başa düşmədiyinə görə üzürlü sayır. Əgər insanlar bir-birilərini başa düşmədiklərinə görə üzürlü sayırlarsa, Allah buna daha layiqdir. Bu da iki tərəfdən izah olunur: 1) Ümumilik Tərəfdən: Birinci səbəb bu insanda olan tərif və kamillik sifətidir ki, bir-birilərini bağışlayır və üzürlü sayırlar. İnsan barəsində hər hansı kamillik tərif sifəti sabit olubsa, Allah o, sifətə daha layiqdir. Əgər insan rəhimlidirsə, Allah ondan da Rahmən və Rahimdir. «Ən yüksək sifət Allaha məxsusdur». (ən-Nəhl 60). 2). Xüsusilik Tərəfdən: İbn Məsud – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Allahdan daha qısqanc bir kəs yoxdur. Allah bu qısqanclığına görə açıq və gizli olan bütün çirkin əməlləri haram etmişdir. Təriflənməyi Allahdan daha çox sevən bir kimsə yoxdur. Buna görə Uca Allah Öz nəfsini tərifləmişdir. Allahdan daha çox dəlil sevən yoxdur. Bax, bunun üçün də bir çox müjdələyən və qorxudan Peyğəmbərlər göndərmişdir (Başqa rəvayətdə: Bax buna görə də Allah Peyğəmbərlərini göndərmiş və kitablarını endirmişdir)432.

6 - Birinci qrupun gətirdiyi dəlillərə cavab olaraq deyirik ki: Bu ayələr dəlalət etmir ki, onlar xitabı və hüccəti başa düşməyiblər. Əksinə dəlalət edir ki, onlar Quranı və hüccəti başa düşüb və sonra üz döndəriblər. Əgər onlar Allahın xitabını başa düşməsəydilər, Allah onları üzürlü sayardı. Onları danlamaz və qınamazdı. Şovkani rahmətullahi aleyhi bu ayənin təfsirində buyurur: «Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya ağıllı-başlı fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə ondan daha çox zəlalətdədirlər». (əl-Furqan 44). Müşriklər, kafirlər mənfəətlənmək tərəfdən heyvan kimidirlər. O, heyvan ki, onun fəhmi və dərk etməsi yoxdur. Ona görə də sən onlara ümid etmə. Onlarda bu eşitmə və dərk etmə üzərində qurulan fayda yoxdur. Bunlar hamısı var, lakin faydasızdır. Onlara deyiləni eşitsələr də, dərk etsələr də belə faydalanmırlar. Buna görə də onları sanki hissiyatları olmayan kimi vəsf etmişdir». Onlar dərk etmə və eşitmə orqanları ilə faydalanmadıqlarına və üz döndərdiklərinə görə heyvan kimi oldular. Həmçinin başqa dəlillər də vardır ki, Allah bəzi kafirləri və münafiqləri də bu sifətlə vəsf etmişdir və bu dəlalət etmir ki, onlar xitabı başa düşmürdülər. Allah özü şahidlik edir ki, Kitab əhli Quranın və Peyğəmbərin haqq olduğunu öz övladlarını tanıdıqları kimi tanıyırdılar. «Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir». (əl-Bəqərə 146). «Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman onu qəbul etmədilər. Halbuki əvvəlcə kafirlərə (ərəb müşriklərinə) qələbə çalmaq üçün (Tövratda adı çəkilən axirüzzəman Peyğəmbər gəlib bizə yardım edəydi deyə) Allaha yalvarırdılar. Bildikləri gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lənət eləsin». (əl-Bəqərə 89). Bu ayədə Allah vəsf etdi ki, onlar bilirdilər. «Bu onların anlamaz bir tayfa olmalarındandır». (əl-Maidə 58). Bu ayədə isə Allah vəsf edir ki, onlar dərk etmirlər. «Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər». (əl-Cümə 5). Allah Yəhudiləri faydalanmadıqlarına görə ulağa bənzətmişdir. İbn Kəsir rahmətullahi aleyhi deyir ki: «Allah Yəhudiləri məzəmmət edərək buyurur: O, Yəhudilər ki, onlara əməl etmək üçün Tövrat verildi. Onlar da əməl etmədilər. Onların misalı da bu ulağdır. Ulağ belində kitab daşıyarsa, orada nə olduğunu bilməz. Hissiyat tərəfdən belində nə isə olduğunu bilər. Lakin içində olanlardan xəbərsizdir. Bu kitab əhli Yəhudilər kitabı başa düşməyib, sadəcə ləfzi tərəfdən əzbərləyib, onun tələb etdiyinə əməl etməyib əksinə kitabı təhrif etdilər və bunların halı uzunqulağın halından daha pisdir. Çünki uzunqulağın fəhmi yoxdur. Lakin bunların fəhmi var istifadə etməyiblər». Onlar Allahın xitabını başa düşüblər, çünki əvvəlki ayələr buna dəlalət etdi. Lakin əməl etməyib təhrif ediblər. Onlar bu təhqirə məzəmmətə layiq oldular nə üçün? Hüccəti başa düşüb qəbul etməkdən üz döndərdiklərinə görə. Ərəblərin müşrikləri də hüccəti başa düşmüşdülər. «Onlar öz içərilərindən özlərinə qorxudan bir Peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: Bu yalançı bir sehrbazdır. Əcaba o, tanrıların hamısını bir tanrımı edir. Bu doğurdan da çox təəccüblü bir şeydir». (Sad 4-5). Belə bir sözü Peyğəmbər - səllallahu aleyhi və səlləm in risalətinin mahiyyətini bilən şəxs deyə bilər. Lə İləhə İlləlah – kəliməsinin mənasını bildilər. Bildilər ki, onlar bütün ilahları ataraq ibadəti Allaha yönəltməlidirlər. Lakin onlar qəbul etməkdən üz döndərdilər.

Birinci qrupun gətirdiyi dəlildən o, qəsd olunmur ki, onlar başa düşməyiblər və onlara hüccət qalxıb. Xeyr, onlar başa düşüb, üz döndəriblər. Onlar da hüccətdən üz döndərdikləri üçün eşitmirlər, dərk etmirlər. Üz döndərmələrinə görə də Allah onları heyvana oxşatdı. «Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya ağıllı-başlı fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə ondan daha çox zəlalətdədirlər». (əl-Furqan 44). Onlar hüccəti başa düşdükdən sonra üz döndərmişlər. Bu dəlil isə onların bütün suallarına cavab verməkdədir: «Ha, Mim! Rəhmli və mərhəmətli olan Allah tərəfindən nazil edilmişdir. (Bu) ərəb dilində Quran olaraq (onu) bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir kitabdır. Onların əksəriyyəti (Qurandan) üz döndərib (onu) dinləməz». (Fussilət 1-4). Allah bu surənin üç ayəsində onları bilən qövm olaraq vəsf etdi – Zəməhşəri rahmətullahi aleyhi bu ayə haqqında deyir ki: «Onlara nazil olan ayələrin mənalarını bilirlər, açıq-aydın ərəb dilindədir. Onlara gizli heç nə qalmır». Şovkani rahmətullahi aleyhi deyir ki: «Onlar bunun mənalarını bilirlər və başa da düşürlər. Onlar ərəb dili əhlidirlər». Dördüncü ayədə isə: Bildikdən sonra üz döndərdilər. Bildikdən sonra üz döndərdiklərinə görə Allah onları eşitməyən kimi vəsf etdi. Allahın kəlamından üz döndərdiklərinə görə münafiqlər də anlamırlar. «Bir surə nazil edildiyi zaman bir-birinə baxıb: (Müsəlmanlardan) sizi görən varmı? deyə soruşur, (görən yoxdursa) dönüb aradan çıxarlar. Onlar (haqqı) anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini döndərmişdir». (ət-Tövbə 127). Artıq bu ayələrdən bəlli oldu ki, onlar başa düşməyiblər yox, başa düşdükdən sonra üz döndərdiklərinə görə bu məzəmmətə layiq olublar. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Əzab iki səbəbə görə insana verilir: 1 Dəlildən üz çevirmək, onu istəməmək və onun tələblərinə lazimi qaydada əməl etməməkdir. Bu üz döndərmək – Küfrü İrad. 2 Dəlil gətirildikdən sonra ona qarşı inad göstərmək, onun tələb etdiyini istəməməkdir. Bu da inadkarlıq küfrüdür. Lakin Allah Peyğəmbərləri tərəfindən göndərdiyi dəlilləri çatdırılana qədər və dəlili öyrənməyə imkanı olmadan cahillik küfrünə görə Allah əzab verməz»433.



Alimlər hüccətin çatması üçün başa düşməyi şərt görüblər. İbn Arabi rahmətullahi aleyhi deyir ki: «Bu ümmətin cahilləri və xəta edənləri, insanın müşrik və ya kafir olmasına səbəb olan, hər hansı bir küfr və ya şirk edərlərsə, əmması qalmayan açıq-aşkar hüccət çatana qədər onlar cahillikləri və xətaları ilə üzürlü sayılırlar. Elə hüccət ki, onu eşidəndən sonra ona müxalif olan kafir olar. Belə ki, bundan sonra bütün İslam alimlərinin qəti olaraq yekdilliklə İslam dininin önəmli əsaslarından saydıqları və hər bir sıravi müsəlmanın düşünüb araşdırmadan bu əməlin dinin əsaslarından olduğunu bildikləri bir işi inkar edən kimsə kafir olar»434. İmam Buxari rahmətullahi aleyhi öz Səhih əsərinin «İstitabətul Murtəddin» adlı bölümündə belə bir fəsil qeyd edir: Bab: Qatlul Xəvaric Vəl Mulhidin Bədə İqamətil Huccəti Aleyhi Xəvariclərin Və Digər İnadkarlarin Hüccət Çatdırıldıqdan Sonra Öldürülməsi. «Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yoldan) sapdırmaz». (ət-Tövbə 115). əl-Ayni rahmətullahi aleyhi deyir ki: «Buxari bu ayə ilə demək istəyir ki, Xəvariclərin və digər inadkarların öldürülməsi, onlara hüccət çatdırıldıqdan sonra və əsas götürdükləri dəlillərin batil olmasını isbat etdikdən sonra vacib ola bilər. Dəlil isə deyilən ayədir. Çünki ayənin mənasına görə Allah öz bəndələrinə nəyi edib – etməmək haqqında xəbərdarlıq etmədən onları cəzalandırmaz»435. İbn Qudamə rahmətullahi aleyhi deyir ki: «Allahın haram etdiyi bəzi əməlləri yozumlu düşüncələrə əsasən halal görən, lakin bununla kafir olmayan bir neçə sələf haqqında danışdıqdan sonra deyir: Bu adamların vəziyyətində onlara da belə münasibət bəslənir. Həmçinin hər hansı bir insan barəsində cahil ola biləcəyi bir məsələyə görə kafir deyilməz. Yalnız bunu (əməlin küfr olduğunu) biləndən sonra və şübhəsi dəf ediləndən sonra halal görərsə o, zaman kafir olar»436. Digər bir yerdə deyir: «Kim İslamda yeni olduğundan, yaxud da uzaq bir kənddə yaşadığından cahil olub, onun (zəkatın) vacibliyini inkar edərsə, həmin hökmün vacib olduğu ona öyrədilməlidir. Lakin ona kafir hökmü verilmir. Çünki o, üzürlüdür»437. İmam Şəfii rahmətullahi aleyhi deyir ki: «Allah öz kitabında dediyi və Peyğəmbər - sallallahu aleyhi və səlləm in xəbər verdiyi Ad və Sifətləri vardır. Hüccət çatdıqdan sonra məxluqat içərisində heç kəsin bunu inkar etməyə haqqı yoxdur. Çünki bu Quranda nazil olmuş, ədalətli rəvayətçilərin Peyğəmbər - sallallahu aleyhi və səlləm in nəql etdikləri səhih hədislərdə öz təsdiqini tapmışdır. Özünə hüccət çatandan sonra buna qarşı çıxan artıq kafir olar. Hüccət çatmadan özncə o, cahilliyi ilə üzürlü sayılır. Çünki bu əqil, nəzəri və ya ağılnan dərk olunan bir elm deyildir. Bu haqda cahil olan heç bir kəsə kafir hökmü vermək olmaz. Bu yalnız hüccət çatdırdıqdan sonra mümkündür»438. İbn Teymiyyə rahmətullahi aleyhi filan sözü deyən kafir olur – sözü barəsində deyir ki: «Həqiqətdə məsələ belədir. Ola bilər deyilən söz küfr olsun və belə bir söz deyən insanın ümumi ifadələrlə kafir olması deyilsin. Məs: Kim belə deyərsə o, kafirdir. Lakin bunu deyən fərdi insanın kafir olmasına hökm vermək olmaz. Bunun üçün hüccət çatdırılmalıdır. Elə bir hüccət ki, ona qarşı çıxan artıq kafir olar. Bu qayda Qurani Kərimin əzab vəd edən ayələrinə aiddir. «Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (Qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər». (ən-Nisa 10). Bu və digər belə əzab vəd edilən ayələr haqdır. Lakin müəyyən bir insanın belə əzaba düçar olmasını demək olmaz. Ümumiyyətlə, Qiblə əhli sayılan müəyyən bir insanın Cəhənnəmlik olmasına şahidlik edilməz. Çünki ola bilər, onun barəsində əzabın haqq olmasına aid şərtlər tamamlanmasın, yaxud bu əzaba mane olan səbəblər olsun. Məs: bəlkə etdiyi əməlin haram olmasını eşitməyib, yaxud tutduğu haram işdən tövbə edib, ola bilər qazandığı böyük savablar etdiyi haram işin günahını yusun, həmçinin ola bilər ki, başına gələn müsibətlər günahının bağışlanmasına səbəb olsun və ya Allahın razılıq verdiyi kimsə ona şəfaətçi olsun. İnsanı kafir edən sözlər də belədir. Ola bilər kimsə haqqı bilməsi üçün şəriət dəlilləri yetişməyib, yaxud ola bilər ona çatıb, lakin onların mötəbərliyinə əmin olmayıb, bəlkə onları başa düşmək imkanı olmayıb və ya onun qarşısına qoyulan şübhələrə görə Allah onu üzürlü saysın. Haqqı axtarmaq üçün ictihad edib səhv nəticəyə gələn hər bir müsəlmanın səhvini Allah bağışlayır. Bunun elmi və ya nəzəri məsələlərdə olmasının fərqi yoxdur. Bu Peyğəmbər - sallallahu aleyhi və səlləm in səhabələrinin və bütün İslam alimlərinin görüşüdür. Onlar inkar baxımından əməlləri hissələrə bölməmişlər. Əsas əməlləri inkar edənin kafir, ikinci dərəcəli əməlləri inkar edənin isə kafir olmaması görüşünü dəstəkləmişlər»439. Sözünə davam edərək buyurur: «Bu və buna bənzər cahil insanlara fərdi şəkildə şəriət dəlilləri ilə hüccət çatdırılana qədər kafir demək olmaz. Məhz hüccət çatdıqdan sonra həmin insanların Peyğəmbərlərə müxalif olduqları aşkar ediləcəkdir. Onların danışdıqları sözlərin küfr olması şübhə doğurmur. Lakin hər bir fərdi insanın kafir sayılması üçün qayda belədir. Bidətlərin birinin digərindən daha pis olması bir faktdır. Bəzi bidətçilərdə müşahidə olunan iman gücü digərində müşahidə olunmur. Hüccət çatdırılana və həqiqət bəyan edilənə qədər, heç kəsin səhv edən müsəlmana kafir deməyə haqqı yoxdur. İman gətirdiyi yəqinliklə bəlli olan kimsənin imanı şəkk etməklə getməz. Onun imanı hüccət çatdıqdan və şübhəsi dəf edildikdən sonra gedər». Sonra deyir: «Hər bir kəs Allaha və Rəsuluna mütləq şəkildə iman gətirərsə və ona doğrunu başa salan elm çatmayıbsa ona küfr hökmü verilmir hətta ona hüccət çatmadıqca. Elə bir hüccət ki, ona müxalif olan kafir olur. Çünki insanların çoxu Quranın açıqlanmasında səhvə yol verir, Quran və Sünnənin bir çox məqsədləri barəsində cahilliyə yol verirlər. Bu ümmət etdikləri xəta və unutqanlıqlarına görə günah daşımırlar. Həqiqət bəyan edildikdən sonra kiməsə kafir hökmü verilə bilər»440. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «…İstiğasə (kömək diləmək) iki məna daşıyır. 1 – Peyğəmbər - sallallahu aleyhi və səlləm dən ona layiq təqdirdə kömək istəməkdir. Heç bir müsəlman bu barədə ixtilaf etmir. Kim bu mənanı inkar edərsə, əgər inkar etdiyi məsələ İslamdan çıxardan bir məsələdirsə bununla o, kafir olar və ya səhv edib haqq yoldan azar. 2 – Peyğəmbər - sallallahu aleyhi və səlləm in inkar etdiyi istiğasəni isə inkar etmək vacibdir. Kim Allahın vahid haqq sayılan bir işi başqasına nisbət edərsə o, insan da hüccət çatdırılandan sonra kafir olar. Elə hüccət ki, onu eşidəndən sonra onu tərk edən kafir olar»441. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Ola bilər əksər insanlar Peyğəmbərlərin gətirdikləri bir çox elmlərin unudulduğu zaman və məkanda yaşasınlar. Hətta bu yerlərdə Allahın öz Peyğəmbərinə göndərdiyi kitab və hikməti (sünnə) təbliğ edəcək bir insan da qalmaya bilər. Bunun nəticəsində həmin insan Allahın öz Peyğəmbərinə göndərdiyi kitab və hikmət haqqında çox bilməsin və onu öyrədəcək bir insan da olmasın. Bu kimi insanlar bununla kafir olmurlar. Ona görə alimlər yekdilliklə vurğulayırlar ki, kim elm və iman əhlindən uzaq olan bir kənddə böyüməsi, yaxud İslamda yeni olması səbəbi ilə şəriətin əsaslı dəlilləri ilə təsdiq edilmiş hansısa bir hökmünü inkar edərsə Peyğəmbər - səllallahu aleyhi və səlləm in bu haqda buyurduğunu ona çatdırana qədər ona kafir hökmü verilmir»442. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Hüccətin çatdırılması zamana, məkana və insanlara görə dəyişir. Kafirlərə Allahın hüccəti vaxta və məkana görə bəzən çatar, bəzən də çatmaz. Həmçinin fərdi insanlar da belədir. Ola bilər hüccət hamıya deyil, bəzi insanlara yetişsin. Buna səbəb həmin insanın əqlinin və seçim qabiliyyətinin olmamasıdır. Məs: Dəli və körpə uşaq kimi. Yaxud ola bilər ki, danışılan sözü başa düşməsin və ona başa salmaq üçün tərcüməçi də olmasın. Belə insan kar və heç nə başa düşməyən adamın hökmündədir. Bu insan da Qiyamət günü Allaha irad tutan dörd qism insanlardan biridir»443. Mütləqdir ki, kimsə Quranı başa salsın və çatdırsın. Şeyx Həfs əl-Həkəmi rahmətullahi aleyhi deyir ki: «Sahibini kafir edən bidətlər hansılardır?». Cavab: «Belə bidətlər çoxdur. Bunun üçün qayda belədir. Kim hamının yekdilliklə qəbul etdiyi şəriət dəlilləri ilə tutarlı şəkildə təsdiqini tapmış, dinin zəruri amillərindən sayılan bir şeyi inkar edərsə kafir olar. Çünki bu Quranı, Peyğəmbərlərə Allah tərəfindən verilən şəriəti təkzib etmişdir. Buna Cəhmilərin – Allahın sifətlərini, İbrahim əleyhissəlam ın Allahın Xəlili olmasını, Allahın Musa əleyhissəlam ilə danışmasını və s. inkar edən bidətlərini misal çəkmək olar. Bu insanların bəzisi bu işdə məqsədinin dinin əsaslarını məhv etmək və müsəlmanları şübhəyə salmaq olduğunu dərk edirdilər. Belələrinin kafir olması dəqiqdir. Əslində bu insan dinin qatı düşməni və ona yad olan kimsədir. Qalanları isə aldanmış insanlardır. Belələrinə kafir hökmü vermək üçün hüccət çatdırılmalı və ona əməl etməyə məcbur edilməlidirlər»444.

Muhəmməd İbn AbdulVahhabın Rahmətullahi Aleyhi Qiyamul Hüccəni Başa Düşmək Məsələsində Olan Sözünün Təhqiqi - AbdulVahhab rahmətullahi aleyhi təkfir məsələsini geniş şəkildə araşdırmışdır. Bu barədə risalələr, fətvalar ondan çox gəlmişdir. AbdulVahhab rahmətullahi aleyhi nin bu məsələdə dediyi sözlər müxtəlif hallara yerin və insanların fərqlənməsinə görə görürsən ki, risalələrində hökmlər də fərqlənmişdir. AbdulVahhab rahmətullahi aleyhi nin kitablarını kim oxuyubsa, hüccətin başa düşməyin şərt olub olmaması barəsində ixtilafa düşmüşlər. AbdulVahhab rahmətullahi aleyhi müxtəlif yerlərə və müxtəlif şəxslərə risalələr göndərib. Hökmləri də fərqli olub. Nə üçün? Yerlərə və xitab olunan şəxslərə görə. Kim onun kitablarını oxuyubsa, onun rəyini dəqiqləşdirməkdə çətinlik çəkib və ixtilafa düşüb. Bəziləri Fəhmul Hüccəni şərt görür, bəziləri isə şərt olmadığını söyləyirlər. Elm əhlindən onun kitablarını öyrənən tələbələrindən və onun dəvətinin bayrağını qaldıranlardan biri demişdir ki: «Şeyx Qiyamul Hüccənin başa düşülməsini şərt görmür. Nə vaxt ki, bir şəxsə dəlil çatdısa, hüccət qalxır başa düşsə də, düşməsə də. Buna dəlil Şeyxin bəzi sözlərini gətirirlər. Bu görüşdə olanlardan biri Şeyx İshaq b AbdurRahman b. Həsən Əli Şeyx rahmətullahi aleyhi «Müəyyən şəxsi təkfir etmək və hüccətin qaldırılması ilə hüccəti başa düşmək arasında olan fərq» kitabında Şeyxdən belə sözləri nəql edir: «Şeyx qeyd edib ki, hüccət Quranla qalxıb. Kimə Quranla hüccəti çatırsa, onu başa düşməsə də hüccət qalxır». Digər yerdə: «Şeyxin müsəlmanlara yazdığı risaləsində» İbn Teymiyyə rahmətullahi aleyhi nin sözlərini qeyd etdikdən sonra deyir ki: «Kim filan filan şeyləri inkar edərsə artıq ona hüccət qalxmışdır. Siz bu tağutların və onların tabeçiliyndə olanlardan şəkk edirsiniz. Onlara hüccət qalxıb. Siz necə bu barədə şəkk edirsiniz. Bu barədə mən sizə dəfələrlə izah vermişəm. Hüccət kimə qalxmır, İslamda yeni olan və çoldə böyüyən bir şəxsə. Belə bir məsələr ona bildirilmədikcə, təkfir olunmaz. Dinin əsaslarına gəldikdə isə Allah bunu kitabında bəyan etmişdir. Kimə Quran çatıbsa artıq ona hüccət qalxıb. Problem buradadır ki, siz Qiyamul Hüccə ilə onu başa düşməyin fərqini bilmirsiniz. Kafirlərin və müsəlmanlardan olan münafiqlərin çoxu Allahın hüccətini başa düşməmişlər. Lakin onlara Allahın hüccəti qaldırılmışdır. «Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya ağıllı-başlı fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə ondan daha çox zəlalətdədirlər». (əl-Furqan 44). Onlara hüccət qalxmışdır. Onların hüccəti başa düşməsi isə bu başqa bir növdür. Onlara hüccətin çatması ilə hökm qaldırılır. Bunu başa düşməsələr də»445. Əsas dəlilləri budur.

Həqiqətən bu kəlimələri oxuyan kimsədə elə təsəvvür yaranır ki, hüccəti başa düşmək şərt deyildir. Oxuyan bu sözlərdən bu mənanı götürür. Lakin Şeyxdən başqa naslar da gəlmişdir ki, hüccəti başa düşməyi şərt görür, təkfir etməzdən əvvəl. «Şərifə yazdığı risaləsində» Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi deyir ki: «Biz AbdulQadirin qübbəsindəki bütə sitayiş edən, həmçinin Əhməd Bədəvinin və buna bənzər (digər kimsələrin) qəbrinə ibadət edən kimsələri cahillikləri və onlara bu əməllərinin səhv olmasını başa salacaq insanlar olmadığı üçün təkfir etmədiyimiz halda, bizə hicrət etmədiyi, bizim təkfir etdiyimizi təkfir etmədiyi və bizim döyüşdüklərimizlə döyüşmədiyi halda Allaha şərik qoşmayan kimsələri biz necə küfrdə ittiham edə bilərik? Subhənəllah! «Aman (Allah) bu çox böyük bir böhtandır». (ən-Nur 16)»446. Onların cahilliklərinə və onlara bildirən bir şəxsin olmadığına görə. Bu ondan açıq-aydın olan bir nasdır ki, hüccəti başa düşməyi Şeyx şərt görür. Bilindiyinə görə AbdulQadir, Əhməd Bədəvi müsəlman ölkələrində yaşayıblar. Quran və Sünnə onların arasında yayılmışdır. Onların sadəcə hüccəti bəyan edən Əhli Sünnə alimlərinə ethiyacı vardır. Şeyxin sözlərini cəm etmək artıq mümkündür. Şeyxin sözlərindən başa düşülür ki, hüccət qaldırmaq təkfir məsələsində şərtdir. Fəhmul Hüccə deyildiyi zaman şərt deyil ki, o bunu təfsilatı ilə başa düşsün. Yəni Əbu Bəkr, Ömər Allah onlardan razı olsun kimi başa düşsün. Lakin bilsə ki, haqq budur, zəlalət budur artıq hüccət qalxır. Şeyxin şərt görmədiyi hüccət isə təfsilatı ilə başa düşməkdir. Onlar yuxarıda qeyd etdiyimiz dəlili gətirirlər. Halbuki Şeyxdən açıq-aydın dəlillər də varid olmuşdur. Əhməd b. AbdulKərimə göndərdiyi məktubunda deyir ki: «Şeyxin (İbn Teymiyyə) bu sözlərini sənə yanlış çatdıqmaqla pis iş tutublar. Əgər biz sizin dediyiniz fikirdə olsaydıq o, zaman bir çox məşhur insanları fərdi şəkildə kafir sayardıq. Lakin şeyx orada qeyd edir ki, müəyyən insana hüccət çatdırılmadan kafir deyilmir. Fərdi insan hüccət çatmamış kafir olmur. Lakin bu o, demək deyil ki, o insan Allah və Rəsulunun sözlərini Əbu Bəkr - radıyallahu anhu nun anladığı kimi anlamalıdır. Kimə Allah və Rəsulunun kəlamı çatsa və o insana üzr yeri qalmasa o, kafir sayılır. Elə əvvəllər bütün kafirlərə Quranla hüccət çatırdı. «Lakin onu (Quranı) başa düşməsinlər deyə onların ürəklərinə pərdə çəkdik». (əl-Ənam 25). «Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır». (əl-Ənfal 22)447. Muhəmməd Rəşid Rıza, Şeyxin sözündən bu sitatı gətirir. Orada deyilir: «…Hüccətin çatması, həmin insanın hüccəti Allahın hidayət verdiyi və müvəffəq etdiyi müti kimsələrin başa düşdüyü kimi tam şəkildə anlaması mənasına gəlmir». Açıqlama: «Şeyxin bu yerdə (tam şəkildə anlaması) sözünü qeyd etməsi onun bir çox məqamlarda ümumi mənada dediyi sözlər ətrafında yaranmış şübhələri açıqlayır. Bəzi Nəcd alimləri onun ümumi sözlərini əsas tutaraq deyirlər ki, təkcə Quranın yetişməsi ilə insanlara hüccət çatır. Həmin insanların onu başa düşməsi heç bir əhəmiyyət kəsb etmir. Amma bu nə ağıla, nə də Quranın bu ayəsi ilə uzlaşmır. «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərlərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa». (ən-Nisa 115). Tədqiqatçı alimlər bu ayəyə əsasən deyirlər ki, dəvətin dəlilləri ilə başa düşülməsi hüccətin çatdırılması üçün bir şərtdir»448. Bununla Şeyxin nə demək istədiyi bəyan oldu. Həmd olsun Allaha! Aydın oldu ki, burada şərt olmayan Fəhmul hüccə incə fəhmdir. Əbu Bəkr radıyallahu anhu - nun fəhmi kimi. Ümumi şəkildə başa düşülməsi isə şərtdir. Bununla da onun dedikləri elm əhlinin dedikləri ilə üst-üstə düşmüş oldu. Elm əhli İbn Qeyyim, İbn Qudamə, İbn Teymiyyə və İbn Arabi Allah onlara rəhmət etsin - deyirlər ki: «Hüccətin çatması üçün onu başa düşmək lazımdır». Bununla da ona mənsub edilən «Şərt Deyil» sözünün xəta olduğu ortaya çıxır. Tək Qurani Kərimin olması kifayət deyildir. Mütləqdir ki, başa salan, çatdıran olmalıdır. Çatdıran da hər adam olmamalıdır. Dəvəti, dini bilən bir kimsə olmalıdır. Sən onun başında olan şübhələri itirməlisən. Əgər bunu edə bilmirsənsə, onu yox özünü qına ki, düzgün dəvət edə bilmədin, çatdıra bilmədin.

Nəticə Küfr edən bir bidət əhlinə, fisq əhlinə hökm vermək üçün əgər onlar İslamdan çıxaran küfr ediblərsə, fəhm burada etibarlı bir şərtdir. Çünki bidət əhlinin çoxu öyrəndikləri məsələlərdə təvil edirlər. Quran və Sünnəni qəsd olunan formada başa düşmürlər. İnsan doğru yolda olması üçün Quran və Sünnəni düzgün başa düşməlidir. Quranı oxuyur və özündə olan istəyə uyğun da başa düşür. Bu da zəlalətdir. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Görürsən ki, bir kimsə öz qövmündə böyüyərək boya-başa çatır. Qövmünün böyüklərindən qəbirlər vasitəsi ilə Allaha yaxınlaşmağı görür. Quranı oxuduqda da görür ki, Allah ona yaxınlaşmağı əmr edir. O, Quranda olan Allaha yaxınlaşmağı qövmünün başa düşdüyü şəkildə başa düşür. Allahın əmr etdiyi, Peyğəmbərin öyrətdiyi şəkildə yox». Kitablarda olan alimlərin sözlərini alimin başa düşdüyü və qəsd etdiyi mənada yox, öz nəfsinin istəyinə uyğun şəkildə başa düşür. Görürsən ki, müəyyən vaxtlarda alimlər İmam Əhməd, İmam Şəfii Allah onlara rəhmət etsin - harama məkruh (bəyənilməyən) deyirlər449. Bəziləri də oxuyur və deyirlər ki, İmam Şəfii rahmətullahi aleyhi deyir ki, məkruhdur. Məkruh da bəyənilməyən əməldir. Lakin alimin qəsdi haramdır. Görürsən ki, musiqi, siqaretə məkruh deyirlər. Allah ayədə uşaqlarınızı öldürməyi, zinaya yaxınlaşmağı, adam öldürməyi və s. şeyləri qadağan etdikdən sonra buyurur: «Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkruh) pis şeylərdir». (əl-İsra 23,33,36,37,38). Ona görə də insan gərək haqqı götürsün. Alimlər deyirlər ki: «Kim şəriətdə alimlərin sözlərində olan asanlıqları götürərsə, zındıq olar». Həmçinin dəlilik, karlıq, dəlili düzgün başa düşməmək, şəhərdən uzaq bir yerdə yaşayan kimsələri elm əhli hüccət çatana kimi təkfir etməzdilər. Elə bir hüccət ki, ona qarşı çıxan kafir olur.

Cahilliyi üzr saymaq və hüccəti qaldırmaq məsələsində biz iki şəxs arasında fərq qoymalıyıq. 1-ci Şəxs - hidayəti istəyir, doğru yolu hər bir şeydən üstün tutur, lakin ona qadir deyildir, hətta onu tələb etməyə də qadir deyildir. Çünki onu yönəldən olmadığına görə. Cahilliyinə görə üzürlü sayılan da budur. 2-ci Şəxs - haqqı öyrənməkdən üz döndərir və özünün olduğu etiqadla da razıdır. Başqa birisini ondan üstün görmür. Axtarmır, tələb də etmir. Belə bir insan cahilliyinə görə üzürlü deyildir. Bu üz döndərəndir. Necə ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm Fars imperatoru Kisraya məktub göndərdikdə onu oxumadan cırdı və özü öz cahilliyinə səbəb oldu İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Hüccətin necə çatdırılması, vaxtdan-vaxta, məkandan-məkana fərqlənir. Elmin geniş fürsət aldığı vaxtlarda insanlara çatan hüccət, elmin zəiflədiyi müddətdə çatan hüccətdən fərqlənir. Şəhərlərdə yaşayanlara çatan hüccətlə, elmdən və elm adamlarından uzaq düşmüş kənd adamlarına çatan hüccət arasında fərq vardır. Həmçinin hüccətin çatması insanın elmi və fitri qabiliyyətinə görə insandan insana fərqlənir. Bütün bunlar nəzərə alınmalıdır. Hüccətin çatmasında məqsəd həmin fərdi insanın eşitdiyi hüccəti başa düşməsidir. O, hüccəti elə başa düşməlidir ki, özünün bu hüccətə müxalif olub-olmadığını anlasın və belə hüccətə müxalif olmaqla kafir olduğunu bilsin. Onun bunu tam dəqiq şəkildə elm və iman əhlinin anladıqları kimi başa düşməsi şərt deyil. Həmçinin onun hüccəti başa düşməsini təsdiqləməsi gərək deyildir. Bu hüccəti çatdıran insanın qarşısındakının hüccəti başa düşüb düşməməsi haqda verdiyi qiymətdən aslıdır. Çünki küfr və nifaq əhlinin əksəriyyəti hüccəti başa düşdükdən və bu haqda bildikdən sonra onu inkar edirlər. Necə ki, Allah Fironun tayfası haqda bu ayəni buyurmuşdu: «Möcüzələrimizin həqiqiliyinə daxilən əmin olduqları halda, haqsız yerə və təkəbbürlük üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu?». (ən-Nəml 14). «Musa da ona: «Sən bunların məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini sözsüz ki, bilirsən. Mən isə ey Firon səni artıq məhv olmuş zənn edirəm». (əl-İsra 102)450. İmam Zəhəbi rahmətullahi aleyhi deyir ki: «Bilmədən və hüccət çatmadan heç kəs etdiyinə görə günah daşımır. Allah lütf və mərhəmət sahibidir. «Biz Peyğəmbər göndərməmiş heç kəsə əzab vermərik». (əl-İsra 15). Dəyərli səhabələr Həbəşistanda olarkən Peyğəmbər - sallallahu aleyhi və səlləm edilməsi vacib və ya haram olan əmrlər verilmişdi. Həmin səhabələr bu haqda xəbər yalnız bir neçə aydan sonra yetişirdi. Onlara şəriət dəlilləri çatana qədər etdikləri işlərdə cahillikləri səbəbilə üzürlü sayılırdılar. Bir insan şəriət dəlillərini eşidənə qədər cahilliyi səbəbilə üzürlü sayılır. Daha doğrusunu Allah bilir»451.

Dördüncü Şərt Təvil - Müəyyən şəxs təvil edən olmamalıdır. Təvil deyildiyi zaman nə qəsd olunur? Təvilin məsası: “Müsəlman olan bir şəxsin küfr olan bir şeyə şəriətin icazə verdiyini yaxud mübah olduğunu etiqad edərək və səhih hesab etdiyi bir dəlilə əsaslanaraq əməl etməsidir. Yaxud bütün bu kimi işlərdə xəta etməsinə rəğmən, özünün üzürlü olduğnu hesab etməsidir”. Həmçinin - Beynin qarışması və qəsdli şəkildə olmadan təvillə küfrə düşməsi də təkfirə mane olan səbəblərdəndir. Bu cür təvilçi səhv etdiyi zaman və özü də iman əhlindəndirsə ona bir dəlil göstərilincəyə və başındakı şübhə qaldırılıncaya qədər məzurdur. Müsəlman olan şəxs İslam dairəsindən çıxaran bir şeyi etiqad edəsə, ona əməl edib və ya deyərsə və onun bu xüsusda Təvil şübhəsi varsa, onun bu şübhədə olması mümkündürsə və məsələ Təvil edilə biləcəyi ehtimal olunandırsa, şübhə zəif olsa belə o şəxs bunda üzürlüdür. Bəzi alimlər Əhli Sünnənin bu məsəldə icmasını nəql etmişlər452. Elm əhlinin, Təvilin müəyyən şəxsin Təkfir hökmü verməyə maneə hesab edilən və edilmədiyi məsələlər haqda uzun vaxt aparacaq təfsilatlı sözləri vardır453. Ümumən götürdükdə müəyyən şəxsi Təkfir etməyə mane olan maneələr arasında Təvil üzrü ən geniş maneə sayılır. İmam Şafii rahmətullahi aleyhi “əl-Um” kitabında əl-Aqdiyə (hökmlər) fəsli 6/205 demişdir: “Onların yolunu davam etdirən bu ümətin sələflərindən, nədə ki Təbiinlərindən bir şəxsin şəhadətini Təvil səbəbi ilə rədd etdiyini (qəbul etmədiyini) bilmirəm. Onu xətakar, zəlalətə düşmüş, ona haram olanı halal görən hesab etsə, bu Təvil qanı, malı halal görmə və ya sözdə həddini aşma dərəcəsinə çatsa belə, Təvil etdiyi ehtimalı olduğu üçün şəhadətindən heç bir şeyi rədd etməşlər“. Əbu Muhəmməd İbn Həzm rahmətullahi aleyhi “əl-Fisal” kitabında 3/247 demişdir: “Bir dəsətə elm əhli bu fikirdədirlər ki, müsəlman etiaq və ya fitvada dediyi söz səbəbindən nə kafir nə də fasiq olmaz. İctihad edən və haqq hesab etdiyinə etiqad edən hər bir kəs hər bir halda savabını alır. Bu söz bu məsələdə rəyini bildiyimz bütün səhabələrin sözüdür. Bu məsəldə onların əslən xilaf etdiyini bilmirik. Yalnız qeyd etdiyimiz, “namazı vaxtı çıxana kimi bilərəkdən tərk edənin Təkfiri” haqda onların ixtilafı istisnadır”. İbn Battal rahmətullahi aleyhi 5/595 demişdir: “Muhəlləb rahmətullahi aleyhi və başqaları demişdir: “Alimlər arasında hər bir Təvil edənin üzürlü olmasında və günah daşımamasında ixtilaf yoxdur. Etdiyi Təvil ərəb dilində mükün olan və icazə veriləndirsə və ya elmdə buna dəlalət edən varsa üzürlü hesab edilir”. Hafiz “əl-Fəth”- də Mürtədlərin tövbə etdirilməsi kitabında 12/304 demişdir: “Alimlər demişdir: “Hər bir Təvil edən əgər Təvili ərəb dilində mükündürsə və ya elmdə buna dəlalət edən varsa üzürlü hesab edilir”. İbn Teymiyyə rahmətullahi aleyhi demişdir: “Peyğəmbərə sallallahu aleyhi və səlləm tabeçilik qəsd edərək Təvil edən kafir olmur. İctihad edib xəta etsə heç fasiq də olmur. Elmi məsələlərdə bu insanlar arasında məşhurdur. Amma əqidə məsələlərində xəta edənləri çox insanlar Təkfir etmişlər. Bu söz nə bir Səhabədən, nə bir Təbiindən və nə də yaxşılıqla onların yolunu davam edənlərin heç birindən bilinməyib. Əslində isə bu bidət əhlinin sözlərindəndir”454. İbn Teymiyyə rahmətullahi aleyhi demişdir: “Dedikdə sahibi Təkfir edilən bu sözlərə gəlincə, ola bilsin haqqı bilmək üçün vacib olan dəlillər bu şəxsə çatmamışdır. Ola bilsin çatmışdır lakin onun üçün sübuta yetməmişdir. Yaxud onu başa düşə bilməmişdir. Ola bilər ona şübhə ərz olmuşdur və Allah Təala onu buna görə üzürlü hesab edəcəkdir. Mömünlərdən kim olursa olsun haqq axtarmaq üçün ictihad edərsə (səy göstərəsə) və xəta edərsə Allah Təala onun xəatasını bağışlayar. Fərqi yoxdur istər nəzəri istərsə də elmi məsəslərdə olsun. Peyğəmbərin səhabələri və cumhur İslam imamları bu rəy üzərindədirlər”455. Əbil İzz əl-Hənəfi rahmətullahi aleyhi müəyyən bir şəxsin Təkfiri haqda danışarkən demişdir: “Müyyən bir kəs ola bilər ki, xəta etmiş və xətası bağışlanan müctəhid olsun. Yaxud başqa dəlillərin olması xəbəri ona çatmayan bir kəs olsun və onun imanın və savabların böyük olması Allahın rəhmətini ona vacib etsin!... Sonra əgər söz özü küfürdürsə deyilir ki bu küfürdür. Onu deyən şəxs isə şərtlərin yerinə yetməsi və maneələrin aradan qalxması ilə kafir olur”456. Səudiyyə Ərəbistanının keçmiş muftisi olan Şeyx Muhəmməd İbn İbrahim rahmətullahi aleyhi Təkfir olunacaq şeylərin növlərini zikr edərkən demişdir: “Üçüncü qism: “Qaranıq məsələlər. Bu məsələrdə şəxs Təkfir edilməz. Hətta dəlillər ona çatsa belə. Fəri yoxdur istər bu əsaslarda, istərsə də bölmələrdə (qismlərdə) olsun”457. Şeyx ƏbdurRahman İbn Nasir əs-Sədi rahmətullahi aleyhi demişdir: “Qiblə əhlindən Peyğəmbərə sallallahu aleyhi və səlləm iman edib, onun hər dediyini təsdiqləmələrinə, hər dediyinin haqq olduğuna iman etmələrinə, ona mülazim olmalarına baxmayaraq, Quran və Sünnəni başa düşməkdə xəta edib zəlalətə düşən Təvil edənlər bəzi xəbəri və ya elmi məsələlərdə xəta ediblər. Quran və Sünnə onların İslam dairəsindən çıxmadıqlarına və onlara kafir hökmləri verilməməsinə dəlalət etmişdir. Səhabələr, təbinlər və onlardan sonra sələf imamları buna icma (ittifaq) etmişlər”458. Şeyx ƏbdurRəhman əs-Sədi rahmətullahi aleyhi yuxarıda nəql etdiyimiz Təvilin üzr olmasını və küfrə düşməkdə bidət əhlinin üç qismə ayrıldığını: “Bir qisim üzürlü hesab edilməz. Əksinə haqqı bildiyinə və müxalif olmağa israr etdiyi üçün Təkfir olunar. Digər qism isə haqqı axtarmadığına görə günah daşıyar. Digər qism isə haqqa həris olduğu lakin ona onu öyrədəcək bir kəsin tapılmadığına görə ola bilsin cahilliyinə görə bağışlansın.” zikr etdikdən sonra demişdir: “ Məqsəd budur ki, bu məqama nəzər salmaq lazımdır. Çünki bəzi təfsilatlar var ki Elm əhli bu vəsfə düşənləri Təkfir ediblər. Başqa ona oxşar təfsilatlarda var ki, bu vəsflə Təkfir etməyiblər. Bu ikisi arasındakı fərq odur ki, Təkfir etdikləri məsələrdə üzrlü hesab edilməsi üçün şübhə və Təvil etməsinə (ərəb dilində mümkün olmayan) əsas olmamamışdır. O məsələdə isə təfsilata getmişlər buna bu məsəldə Təvillərin çox olması səbəb olmuşdur.”. Şeyx Useymin rahmətullahi aleyhi qiymətli Toplusunda 2/63 demişdir: “İkinci növ. Yəni inkarın növlərindən: “Təvil inkarı. Bu o deməkdir ki, inkar etməsin yalnız Təvil etsin. Bu da iki növdür: “1- Ərəb dilində Təvil etməsi mümkün olan bir şeydə olsun! Bu küfr olmasını gərəkdirmir. 2 - Ərəb dilində Təvil etməsi mümkün olmayan bir şeydə olsun! Bu küfr olmasını gərəkdirir. Çünki əgər mümkün (caiz) olmayan bir şeydə olarsa bu yalan saymaq hesab edilir. Məsələn desə ki: “Allahın həqiqi əli yoxdur. Yəni nə nemət, nə də qüvvət mənasında da deyildir. Bu kafirdir. Çünkü mütəq şəkildə inkar etmişdir. Həqiqətdə o yalan sayandır. Əgər Allah: Xeyr, Allahın əlləri açıqdır “əl-Maidə” surəsi 64 cü ayəsi haqda: “Bu ayədə əl sözünün mənası göylər və yerdir.” Desə o, kafirdir. Çünkü ərəb dilində bu məna caiz deyil. Həmçinin həqiqətən şəriətdə də bu belə deyildir. O, yalan sayan və inkar edəndir”. Şeyx Useymin rahmətullahi aleyhi müəyyən bir şəxsin Təkfiri haqqında danışarkər demişdir: “Həmçinin təfkir olunacaq şeydə maneələrdən onun Təvil şübhəsi olmasıdır. Belə ki, özünü haqq üzərində zənn etsin. Çünki o, günah və müxalif olmağı qəsd etməmişdir. Ona görə də Allahın bu kəlamına daxildir: Etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. (əl-Əhzab 5). Çünki bu onun cəhdinin nəticəsidir (bacardığı budur). Allahın bu kəlamına daxildir: Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. (əl-Bəqərə 286). Ona görə də bəzi Elm əhli belə rəydədir ki: “Təvil edənə müxalif olduğu məsələdə dəlil çatdıqda rəyindən dönməzsə, məsələ garanlıq qaldığı üçün xətaya düşməsi, xəta edənin qəlbində şübhə sayəsində nəsə qalması edtimalı varsa, yaxud hər hansı hadisə və ya müəyyən bir hadisə zamanı onu əhatə edən çətinliklər və buna oxşar səbəblər varsa, ona küfr hökmü verilməz”. Allahın bu ayəsi səbəbindən: Etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. (əl-Əhzab 5).

Bəzi Elm əhli bu maneə yəni Təvil maneəsi səbəbindən cənnətlə müjdələnmiş Rəşidi xəlifəsi Əli İbn Əbu Talibə – radıyallahu anhu qarşı çıxan, onu Təkfir edən, onunla vuruşan, qanını halal görən, hətta onu öldürən və onlara müxalif olan hər bir kəsin qanını halal görən xəvaricləri, baxmayaraq ki, onlaraın etdikəri bəzi şeyləri edənlər Təkfir olunur, yalnız səhabələrin onları Təkfir etmədiklərini zikr etmişlər. İbn Teymiyyə rahmətullahi aleyhi demişdir: “Səhabələr Osmanı, Əlini Təkfir edən, müsəlmanların və onlara müxalif olanların qanını halal görən xəvaricləri Təkfir etməmişlər”459. Şeyx ƏbdurRahman əs-Sədi rahmətullahi aleyhi “əl-İrşad” kitabında səh 207, 208 demişdir: “Əmir əl-Mömin Əli İbn Əbu Talibə – radıyallahu anhu və onunla olan səhabə və müsəlmanlara qarşı çıxan Həruriyə xəvaricləri, Quran və Sünnədə günahsız, ehtiramı olunduğu sübüta yetməsinə baxmayaraq onları Təkfir edib, qanlarını halah gördülər. Onlara qarşı çıxıxdıqları üçün onlarala vuruşmağı müstəhəb gördülər. Lakin səhabələr dində zəruri olan şeyləri halal gördüklərinə baxmayaraq onları İslam dairəsindən çıxarmadılar. Xəvariclərin qəlblərini bürüyən Təvil, Allahın və elçisinin sallallahu aleyhi və səlləm istəyinin bu olduğunu zənn etmələri və həmçinin Allahın: Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!(əl-Bəqərə 286). Allah: Artıq etdim! bu ayəsinə tabe olmaları səhabələrə onları Təkfir etməyə mane oldu. Bu Xəbəri və əməli məsələrdə xəta etmiş ümumən bütün möminlər üçün belədir. Bundan daha dəqiq onlardan yəni xəavariclərdən hədis rəvayət etmələridir. Onların düzgünlüyü bəyan olduqdan sonra onlardan dinlə bağlı hədislər götürülürdü. Baxmayaraq ki, məzhəbləri müsəlmanları Təkfir etməkdən başqa, mütavatir və sabit olmasına baxmayaraq böyük günah sahibləri üçün olan şəfaəti inkar edirdilər. Lakin səhabələr onları Təkfir etməsələrdə, onların zəlalətdə olduqlarına, şəriətdən çıxdıqlarına və müsəlmanlara müxalif olduqlarına hökm vermişlər. Əksinə əqidələrinin, qılınclarının zərərinin çox olduğuna görə vuruşmağı halal və Allaha yaxınlaşmaq üçün ən əfzəl əməllərdən hesab etmişlər”. Bu maneə yəni Təvil maneəsi səbəbindən bəzi alimlər Allahın sifətləri xüsusunda küfri etiqadlara malik Cəhmiyyədən olan bəzi müəyyən şəxləri açıq aydın Təkfir etməmişlər460. İbn Teymiyyə rahmətullahi aleyhi demişdir: “İmam Əhməd və başqa imamlardan bilinən budur ki, onlar Müşəbbihətul (Allahı məxluqa oxşadanlar) Cəhmiyyə və onlar kimi etiqad sahiblərini Təkfir ediblər. Lakin buna baxmayaraq İmam Əhməd rahmətullahi aleyhi Cəhmiyyə əqidəsində olan müəyyən kəsləri Təkfir etməmişdir. Mən Cəhmiyyəyəm deyən hər hansı bir kəsi və ya Cəhmiyyənin bəzi bidətlərinə müvafiq olan kəsləri Təkfir etməmişdir. Əksinə insaları imtahan edən onları özlərinin dediklərinə çağıran, onlara müvafiq olmayanlara şiddətli əzab verən Cəhmiyyə əqidəsində olanların arxasında namaz qılmışdır. Əhməd rahmətullahi aleyhi və onun kimilər onları Təkfir etməmiş, onların imanlı və imam olmalarına etiqad etmiş, onlar üçün dua etmişlər. Onların arxasında namazı, onlarla həccə və döyüşlərə çıxmağı caiz görmüş, onlar kimi imamlara qarşı çıxmağı qadağan etmişlər”461. İbn Teymiyyə rahmətullahi aleyhi bir qədər əvvəl keçən Qudamənin rahmətullahi aleyhi və öldükdən sonra övladlarına onun cəsədini yandırmalarını əmr edənin hekayəsini zikr etdikədn sonra demişdir: “Buna görə də Hüluli (Allah Təala məxuqatına yayılıb deyənlər) və Allahın ərşin üzərində olmasını inkar edən Cəhmiyəyə fitnəsi başladığı ərəfədə deyirdim ki; “Əgər sizin dediyinizə müvafiq olsam kafir olaram. Çünki bilirəm ki, sizin dediyiniz küfrdür. Siz isə mənə görə kafir deyilsininz. Çünki cahilsiniz.”462 Bu onların alimlərinə, qazilərinə, şeyxlərinə və əmirlərinə olan xitab idi. Cahilliklərinin əsli Əqli şübhə idi ki, salamat ağlın səhih dəililərə müvafiq olmasını bilməkdə ağıllarının naqisliyi səbəbindən onların başçıları bu şübhəyə düşmüşdülər”463. Şeyx ƏbdurRahman əs-Sədi rahmətullahi aleyhi “əl-İrşad” kitabında səh 208, 209 – da Təvil üzründən danışarkən demişdir: “Həmçinin Mötəzillər və onlar kimiləri ilə imamaların onlara qarşı olan müamələləri məlumdur. Onların bidətlərinə şiddətlə inkar etmələrinə baxmayaraq onları İslam dairəsindən çıxarmamış və onlara kafir hökmü verməmişlər. Baxmayaq ki, onların bidətləri Quran, Sünnədən olan çox sayda dəlilləri yalan saymaqdan, Allahın siflərini inkar etməkdən, Quran, Sünnənin qoyduğu Allahın məxluqatından yüksəkdə olması kimi əzəmətli əsasları inkar, təhrif etməkdən və Əhli Sünnə imamlrına qarşı pis müamələ etməkdən ibarətdir. Lakin dedikləri sözün küfr, küfrü əhatə etməsinə baxmayaraq onları Təkfir etməmişlər. Bu da onların cahilliyi və Təvil etmələri səbəbindən olmuşdur”.

Təvil Barəsində Varid Olan Hədislər - Baş verən şübhəyə görə insan nasları Sələflərin fəhminə zidd olaraq başa düşür. Müəyyən şəxs (küfrü edən) təvil edən olmamalıdır. Bu da ona küfr hökmünün verilməsinə maneədir. Ona küfr hökmünü verməzdən əvvəl bu şərti qorumaq olduqca mühümdür. Xüsusən də bidət əhlini təkfir etmək bölümündə. Nə üçün? Çünki bidət əhlinin bir çoxunun bidətə düşmələrinin səbəbi təvil olmuşdur. Onların bu təvilə düşmələrinə səbəb Allahı naqisliklərdən təmizləməkdir, lakin bununla yanaşı səhv edərək xətaya düşmüşlər. Bir təvildən digər bir təvilə düşmüşlər. Onları Sələflər üzürlü saymışlar, onlara kafir deməkdən çəkinmiş, baxmayaraq ki onların etdiyi əməl küfrdür. Bu şərti qorumaq olduqca mühümdür. Əgər insanın üzürlü sayılacaq təvili varsa, üzürlü sayılır və kafir hökmü ona verilmir. O, vaxta qədər ki, onun özünün bu dəlillərə müxalif olduğu bəlli olsun. Təvil özü bir növ yanılmaqdır, xətadır. Auf b. Məlik - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir, onlardan yalnız biri - Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir»464. İbn Ömər - radıyallahu anhu nun rəvayətində isə səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir»465. Başqa rəvayətdə: Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «O, da cəmaatdır»466. İmam Xattabi rahmətullahi aleyhi deyir ki: “Bu hədis dəlildir ki, bu firqələrin heç biri İslam dairəsindən çıxmamışdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki: Bunlar onun ümmətidir”. Bu hədis dəlildir ki, Təvil edən İslam dairəsində çıxmır hətta təvilində səhv etsədə belə”467. «Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma!» (əl-Bəqərə 286). İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah mənə görə ümmətimin səhvən, unutqanlıqdan və məcburiyyət qarşısında qalaraq etdiyi günahlardan keçib (bağışlayıb)»468. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Xalid b. Vəlid - radıyallahu anhu Bəni Cədimə qəbiləsini İslam dininə dəvət etmək üçün göndərdi. Onları İslama dəvət edir. Lakin onlar müsəlman olduq sözünü deyə bilmirlər. (Əsləmtə – Təslim olduq). Sabənə Sabənə deyirlər. (Bir dindən başqa dinə keçdik). Bundan sonra Xalid - radıyallahu anhu onları öldürür və bir qismini də əsir tutur. Bizdən hər birimizə də əsir verir. Bir gün Xalid - radıyallahu anhu əmr edir ki, kimdə əsir varsa öldürsün. Lakin mən dedim ki: «Allaha and olsun ki, mən öz əsirmi öldürməyəcəyəm. Bizdən heç bir kişi öz əsirini öldürməyəcəkdir». Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəlib baş verənləri ona xəbər verdik. Peyğəmbər sallallahu aleyhi və səlləm əllərini göyə qaldıraraq iki dəfə buyurdu: «Allahummə! Xalidin etdiyindən sənə sığınıram»469. Xalid - radıyallahu anhu nun bu şəxsləri öldürməsi xəta idi. Peyğəmbər sallallahu aleyhi və səlləm onun etdiyi əməldən Allaha sığınmışdı. Buna baxmayaraq Peyğəmbər sallallahu aleyhi və səlləm Xalid - radıyallahu anhu nu qınamadı və cəzalandırmadı təvil etdiyinə və məsələni düzgün başa düşmədiyinə görə. İbn Həcər rahmətullahi aleyhi deyir ki: «Səbanə, səbanə dedilər. Onların bu sözü həqiqətən də İslama girdiklərini bildirirdi. Lakin Xalid - radıyallahu anhu bu sözü zahirindən götürdü. Onların bu sözü ilə kifayətlənmədi». Muaz b. Cəbəl - radıyallahu anhu öz qövmünə İşa namazını qıldırır və qiraəti uzun edir. Ənsardan bir nəfər namazdan çıxaraq tək namazı qılır. Muaz - radıyallahu anhu bu hadisədən xəbər tutduqda: «O, münafiqdir» deyir. Bu xəbər də o, ənsara çatdıqda hadisəyə aydınlıq gətirmək üçün Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəlirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm Muaz - radıyallahu anhu ya: «Ey Muaz! Sən fitnəkarsan. Cəmaata imamlıq etdikdə (Qısa surələr: əş-Şəms, əl-Əalə, İqra, əl-Leyl) surələrini oxu. Çünkü sənin arxanda yaşlı, zəif və qoca vardır (Səbəb o, ənsarın yorğun olması idi)»470. Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkəyə savaşsız və müqavimətsiz girmək istəyirdi. Lakin Bədrdə iştirak edən müsəlmanlardan biri Xatib b. Əbi Bəlta - radıyallahu anhu Məkkədə olan müşriklərdən bir qrupuna Peyğəmbər sallallahu aleyhi və səlləm in Mədinədən çıxması haqda bir qadın vasitəsilə məktub göndərir. Peyğəmbər sallallahu aleyhi və səlləm Əli, Zubeyr və Miqdad - Allah onlardan razı olsun - bu qadının dalınca göndərdi. Səhabələr məktubu götürərək Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəldilər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ey Xatib, bu nədir?». Xatib: «Ey Allahın Rəsulu! Mənim üstümə qəzəblənməkdə tələsmə, sənə başa salaram. Bilirsiniz ki, Qureyş arasında qohum-əqrabası olmayan birisiyəm. Onlardan da deyiləm, qəribəm. Səninlə olan mühacirlərin də orada əqrabaları vardır ki, onların mallarını və ailələrini qoruyurlar. Lakin mənim malımı və ailəmi orada qoruyacaq bir kimsə yoxdur. Ona görə də onlardan ailəmin qorunması üçün təminat almaq istədim. Yoxsa bu işi kafir olduğumdan, dindən döndüyümdən, İslama girdikdən sonra küfrə riza göstərdiyimdən dolayı etmiş deyiləm. Belə bir şey ağlımdan belə keçməyib». Peyğəmbər: «Bu adam sizə doğru söylədi» deyə buyurdu. Ömər: «Ya Rəsulullah! Artıq o, Allaha, Rəsuluna və möminlərə xəyanət etmişdir. Məni burax bu münafiqin boynunu vurum» dedi. Peyğəmbər: «Bədirdə iştirak edən səhabəni, nə bilirsən, bəlkə də Allah Bədr əhlinə muttali olub buyurmuşdu: İstədiyinizi edin, Mən sizi bağışladım». Bundan sonra ayə nazil oldu: «Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edir, mehribanlıq göstərirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edir, onlara sirr verirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə o, şübhəsiz ki, haqq yoldan azmışdır». (əl-Mumtəhunə 1). Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayəni oxuduqdan sonra Ömər - radıyallahu anhu nun gözləri yaşarır və deyir: «Allah və Rəsulu daha gözəl bilir»471. Bu iki hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm təvil edənləri üzürlü saymışdır. Sözlərinə görə onları cəzalandırmamışdır. Buna baxmayaraq Peyğəmbər sallallahu aleyhi və səlləm Muazı və Öməri Allah onlardan razı olsun - üzürlü saydı. Onların müsəlmanları nifaqla ittiham etmələri onların təvillərindən irəli gəlmişdir. Lakin buna baxmayaraq müsəlmana münafiq demək küfrdür. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Artıq səhabələrdən sabit olmuşdur ki, onlar ümmətdən bəzilərinə münafiq demişdilər. Onların bu sözü təvildən irəli gəlmiş və Peyğəmbər sallallahu aleyhi və səlləm onları kafir saymamışdır. Onların sözləri və əməlləri təvilə görə üzürlü sayılmışdır. Buna misal olaraq onların Xəvaricləri üzürlü sayması, təvillərinə görə onları təkfir etməmişlər»472. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Xəvariclərin ortaya qoyduqları bidətin tək səbəbi Qurani Kərimi səhv başa düşmələridir. Onlar Qurana zidd getmək məqsədini güdməmişdilər. Lakin Qurani Kərimdən dəlalət etmədiyi hökmlər çıxarmışlar və beləliklə də onlar Quranın günahkarları təkfir etməyi əmr etdiyini başa düşmüşlər»473.Yenə eyni cild səhifə 210-da deyir ki: «Xəvariclər Qurani Kərimin uyulmasını əmr etdiyi sünnətə müxalif oldular. Dost etmələrini əmr etmiş olduğu möminləri təkfir etdilər. Qurani Kərimin mütəşabihlərinə uymağa və onun mənasını bilmədiklərini, elmdə dərinlikləri olmadan, sünnətə uymadan, Quranı yaxşı anlayan müsəlman cəmaata da başvurmadan elimsizcə Quranın bu mütəşabihlərini təvil etməyə başladılar». Yenə fətvalarında bunları deməkdədir: «Xəvariclərin sapıq olduqlarını irəli sürən imamlar onların kafir olub, olmadıqları xüsusunda məşhur iki görüş ortaya atmışlar. Səhabələr arasında Əli – radıyallahu anhu olsun, başqası olsun onları təkfir edən bir kimsə olmamışdır. Əksinə onlar haqqında həddi aşan, zalımlıq edən müsəlmanlar haqqında hökm nədisə o, hökmü də vermişdilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm in savaşılmasını əmr etdiyi dindən uzaqlaşan Xaricilər ilə möminlərin əmiri Rəşidi xəlifələrindən biri olan Əli – radıyallahu anhu olmuşdur. Səhabələr, tabiin və onlardan sonrakı din alimləinin hər biri onlarla savaşılacağı üzərində ittifaq etmişdilər. Bununla birlikdə Əli, Sad b. Əbu Vakkas – radıyallahu anhum və səhabələrdən digərləri onların kafir olduqlarını söyləməmişlər. Əksinə müsəlmanlarla savaşmalarına rəğmən onları müsəlman olaraq dəyərləndirmişlər və haram olan qanı töküb müsəlmanların mallarına haqsızca basqınlar edənə qədər onlarla savaşmamışlar. Onlarla savaşmalarına səbəb isə zülm və haqsızlıqlarına görədir, kafir olduqlarına görə deyildir. Bundan dolayı onların qadınları, uşaqları əsir alınmaz, malları qənimət alınmaz. Əli b. Əbu Talib – radıyallahu anhu onu kafir sayan və bir çox məsələri səhv başa düşən Xəvariclər ilə döyüşməkdən əvvəl onların yanlarına İbn Abbas – radıyallahu anhu nu göndərir. İbn Abbas – radıyallahu anhu onlara səhv başa düşdükləri məsələləri onlara bəyan etdikdən sonra dörd min nəfəri tövbə edərək geri qaytarır. Bundan sonra onlara qarşı döyüşmək əmrini verir və hamısını Nəhrəvan adlanan yerdə qırırlar. Bununla belə Əli – radıyallahu anhu yenə də onları kafir adlandırmır. Döyüşdən sanra: «Xavariclər kafirdilərmi?» deyə ona sual verən kimsəyə Əli: «Xeyr! Onlar küfrdən uzaq kimsələr idilər» deyə cavab verir. Yənə də ona: «Bəlkə onlar münafiq idilər?». Əli: «Xeyr! Münafiqlər Allahı az zikr edərlər. Onlar isə səhər-axşam durmadan Allahı zikr edərlər» deyə cavab verir. Bəs onlar kimlərdir deyə soruşduqda Əli: «Onlar bizə qarşı baş qaldırmış (həddi aşan) qardaşlarımızdır» deyir474. Əlinin: “Bİzə qarşı çıxmış qardaşlarımızdır” sözü: “Daha doğru olan odur ki, Muaviyə - radıyallahu anhu və tərəfdarlarına qarşı söylənmişdir”475. Əbu Məlik əl-Əşari - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq. Onlardan bir qrupu hündür bir dağın kənarında məskunlaşacaqlar. Axşamı onların sürüsü yanlarına gətiriləcəkdir və kasıb birisi ehtiyacdan ötrü onların yanına gələcəkdir. Onlar: Get, sabah gələrsən. Buna görə Uca Allah gecə ikən dağı üzərlərinə endirib bir qismini həlak edəcəkdir. Digərlərini isə Qiyamət gününə qədər meymunlara və donuzlara döndərəcəkdir»476. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Hədisdə qeyd olunan şeylərin halal sayılmasına gəldikdə bu şeyləri səhvən təvil etmələrinə görədir. Əgər onlar bu şeyləri Peyğəmbər sallallahu aleyhi və səlləm qadağan etdiyi etiqad etdikləri halda halal saysaydılar onlar kafir olar və Peyğəmbərdə sallallahu aleyhi və səlləm onlar barəsində: Mənim ümmətimdən” deməzdi”477. İmam Təhavi rahmətullahi aleyhi deyir ki: “Bütün səhabələrin icmasıyla Təvil üzürdü. Çünki onlardan heç kəs Qudamə İbn Məzunu təvilinə görə təkfir etməmişdir. Həmçinin səhv təvilin üzür olması alimlər arasında da icmadır və heç bir fikir ayrılığı yoxdur”. İbn Həzm rahmətullahi aleyhi Allaha ona layiq olmayan sifətləri verən kimsələr barəsində deyir: “Əgər bir kimsə desə ki: Allahın cəsədi vardır, əgər cahil və təvil edərək demişsə onda üzr vardır və günah qazanmamışdır. Mütləqdir ki, belə bir kimsə öyrədilməlidir. Əgər ona Quran və Sünnədən dəlil göstərilərsə bunu inadkarlıq edib inkar edərsə o kimsə kafirdir”478. İbn Qudamə rahmətullahi aleyhi deyir ki: «Xəvariclərin təvilləri olduğu (ayələri səhv başa düşüdükləri üçün) icmanın rəyinə görə – onlar müsəlmanların qanlarını və mallarını halal qəbul etsələr də belə – kafir olduqlarına hökm verilməz. Onlar etdikləri bu əməllərinə görə uca Allaha yaxınlıq qazandıqlarını zənn etmişlər. Xəvariclərin səhabələrdən və onlardan sonra gələn bir çoxlarını təkfir etdikləri, qanlarını, mallarını halal bildikləri və onları öldürməklə Allaha yaxınlaşacaqlarına inandıqları şəklindəki görüşləri bilinən bir xüsusdur. Bununla belə təvilləri səbəbi ilə onların kafir olduqlarına hökm verməmişlər. Eyni şəkildə bu növdən olan bir təvil ilə haramı halal qəbul edən hər kəs də beləcə dəyərləndirilir»479. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Kimin qəlbində iman varsa Peyğəmbərə, onun gətirdiyinə və bəzi təvil etdiyi bidətlərdə çaşarsa, əslən kafir deyildir. Xəvariclər özləri ən açıq-aydın bidət edən kimsələr idi. Ümmətə qarşı vuruşan və kafir sayan kimsələr idi. Lakin səhabələr arasında onları kafir sayan bir kimsə yox idi. Nə Əli – radıyallahu anhu nə də başqaları. Onlara zalım, həddi aşan müsəlman hökmü verilmişdi»480. İmam Əhməd rahmətullahi aleyhi dən: «Haramı halal edənin hökmü nədir?» deyə soruşulduqda o: «Allahın haram etdiyini halal sayan bir şəxs bunun üzərində davam edirsə və bunda heç bir təvili yoxdursa ondan tövbə etmək tələb olunur. Tövbə edərsə nə gözəl, əksi təqdirdə öldürülməlidir». Əgər təvilə görə halal sayarsa o, təvilinə görə üzürlü sayılır. Çünki Şeyx dedi ki: «Təvili yoxdursa». İmam Buxari rahmətullahi aleyhi Səhih kitabında bir bölüm açmışdır: «Əgər bir kimsə heç bir təvil olmadan öz qardaşını təkfir edərsə o, dediyi kimdir». Sonra da bab açır ki: «Əgər bir kimsə cahilliyinə və təvilinə görə bir kəsi kafir sayarsa o, kafir deyildir». Beyhəqi rahmətullahi aleyhi deyir ki: «Əgər bir şəxs müsəlmanı təvilə görə təkfir edərsə o, kimsə təvilinə görə İslamdan çıxmır». İbn Qudəmə rahmətullahi aleyhi deyir ki: «Əgər bir kimsə icma ilə haram olan bir məsələni hansı ki, hökmü müsəlmanlar arasında yayılmışdır və gələn dəlilərə əsasən də burada heç bir şübhə qalmayıb: Donuz ətini yemək, zina və s. hallalığına etiqad edərsə, kafir olur. Əgər bir kimsə məsum insanın öldürülməsini halal görərsə (müsəlmanların) və müsəlmanlaın mallarını təvil olmadan şübhə olmadan götürərsə, halal sayarsa, kafir olur. Əgər bu məsələ təvilə görə olarsa, Xəvariclər kimi alimlərin çoxuna görə onlara küfr hökmü verilməmişdir. Halbuki, onlar müsəlmanların qanlarını və mallarını halal saymışlar. Onlar bu əməlləri etdikləri zaman Allaha yaxınlaşmaq məqsədi ilə etmişlər. Həmçinin İbn Mulcəm ən əfsəl insanı öldürmüşdü. (Əli – radıyallahu anhu nu) Ona belə küfr hökmü verilmir. O, bunu Allaha yaxınlaşmaq məqsədilə etmişdir. Onun etdiyi əməli tərif edən də, onun kimi etməyi arzulayan insan da kafir olmur. İmran b. Hittan Xəvariclərin başçılarından idi. Oturan Xəvariclərdən idi. Özü oturaraq cəmaata əmr verir ki, bunu etsinlər, onu etsinlər. Lakin özləri isə iştirak etmirlər. Bunlar digərlərindən daha xəbisdirlər. Necə ki, İbn Həcər rahmətullahi aleyhi bu haqda deyir ki: «İmran Əli – radıyallahu anhu nu öldürəni tərifləyərək öz şerində deyir: «Təqvalı insan tərəfindən vurulan zərbə, o bunu Allahın dərgahında razılığa çatmaq üçün etmişdir. Mən nə vaxt onu xatırlayıramsa, onu Allah qatında tərəzidə ən xeyirli insanlardan sayıram». Bununla bərabər alimlər onların kafir olduqları hökmünü verməmişlər»481. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Təvil və xəta edən şəxs Allahın kitabında və Peyğəmbərin sünnəsində bağışlanmışdır. «Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz! Bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz! Gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!» (əl-Bəqərə 286). İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah mənə görə ümmətimin səhvən, unutqanlıqdan və məcburiyyət qarşısında qalaraq etdiyi günahlardan keçib (bağışlayıb)»482. Təvil edən şəxsin qəsdi Peyğəmbərə sallallahu aleyhi və səlləm tabe olmaq olarsa kafir olmur, fasiq olmur əgər ictihad edib xəta edərsə. Səhabələrdən və onlara bu yolda tabe olanlardan belə bir söz deyilməyib. Bu sözlər yalnız bidət əhlinin sözlərindəndir ki, onlar bir bidət ortaya çıxardırlar və sonra onu din hesab edirlər və kim onlara müxalif olarsa, onu kafir sayırlar. Xəvaric, Mötəzilə və Cəhmilər kimi»483. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Bir sözün küfr olması cahillik və təvil tərəfdən deyənin də kafir olmasına dəlalət etmir. Bunun üçün şərtlər cəmləşməli və maneələr aradan qalxmalıdır»484. İbn Həcər rahmətullahi aleyhi deyir ki: «Heç bir təvili olmadan müsəlman kimsəni kafir görərsə o, məzəmmət olunur. Ola bilər o, kimsə özü kafir olsun. Müsəlmana kafir deyən şəxs özü də təvil tərəfdən, şübhəyə görə müsəlmana kafir deyirsə, yenə baxılmalıdır: Əgər onun təvili caiz təvildən deyilsə məzəmmətə layiqdir. Əgər icazəli təvildirsə, ona xətası bəyan edilməli və layiq olmayan işdən çəkindirməlidir. İkincisi təvilə görə kafir olmur»485. Bir kimsə təvil edərək müsəlmana kafir, fasiq, münafiq, deyərsə onun bağışlanması umulur. Necə ki, Ömər, Əbu Bəltə radıyallahu anhum - haqqında demişdir. Lakin əgər bir kimsə müsəlmanı kafir görərsə və ya münafiq deyərsə nəfsi üçün, qəzəblənərək, heç bir təvil olmadan onun üçün qorxuludur. Alimlərin bəziləri Xəvariclərə kafir də deyirlər. Lakin səhih odur ki, onlar kafir deyillər. Heç bir şübhə olmadan müsəlmanın malını, qanını, namusunu halal görən kimsə kafirdir486. Təvillə etmək kafir deməyə mane olan bir səbəbdir.
Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə