Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


CƏHALƏTİN ÜZR OLMASINA SƏLƏFLƏRDƏN DƏLİLLƏR



Yüklə 5,74 Mb.
səhifə12/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

CƏHALƏTİN ÜZR OLMASINA SƏLƏFLƏRDƏN DƏLİLLƏR
İbn Arabi rahmətullahi aleyhi deyir ki: «İtaət olan əməllər iman adlandırıldığı kimi, müəyyən günahlara küfr adı verməklə İslamdan çıxardan küfr nəzərdə tutulmur. Bu ümmətin cahilləri və xəta edənləri, insanın müşrik və ya kafir olmasına səbəb olan, hər hansı bir küfr və ya şirk edərlərsə, əmması qalmayan açıq-aşkar hüccət çatana qədər onlar cahillikləri və xətaları ilə üzürlü sayılırlar. Elə hüccət ki, onu eşidəndən sonra ona müxalif olan kafir olar. Belə ki, bundan sonra bütün İslam alimlərinin qəti olaraq yekdilliklə İslam dininin önəmli əsaslarından saydıqları və hər bir sıravi müsəlmanın düşünüb araşdırmadan bu əməlin dinin əsaslarından olduğunu bildikləri bir işi inkar edən kimsə kafir olar»334. İmam əş-Şafii rahmətullahi aleyhi Quran və Sünnədə sabit olan ad və sifətlər haqda danışarkən demişdir: “Özünə hüccət çatandan sonra buna qarşı çıxan artıq kafir olar. Hüccət çatmadan öncə o cahilliyi ilə üzürlü sayılır...”335. İbn Həzm rahmətullahi aleyhi deyir ki: “Bir məsələ haqqında elmi və dəlili olan bir kimsə etdiyi zaman kafir olacağı əməli bilməyən edərsə İslam dairəsində çıxmaz”336.

İbn Teymiyyə rahmətullahi aleyhi demişdir: “Müyyən bir kəsin Təkfiri və qətli Nəbəvi hüccətin çatması ilədir. Hansı ki, ona (hüccətə) müxalif olan Təkfir edilir. Əks halda dində bir şeyə cahil olan Təkfir edilməz.”337. İbn Teymiyyə rahmətullahi aleyhi bəzi Təkfir ediləcək şeylər haqda danışarkən demişdir: “Lakin insanlardan elələri var ki, bəzi əhkamlar hadqqında cahildirlər və üzürlüdürlər. Peyğəmbərlik risaləsi nöqteyindən bir kimsəyə hüccət çatmamış ona Təkfir hökmü verilməz.”338. İbn Qeyyim rahmətullahi aleyhi bilərəkdən (qəsddən) İslamın fərzlərindən birini və ya Allahın sifətlərindən birini yaxud Allahın xəbər verdiyi bir xəbəri inkar edəni zikr etdikdən sonra demişdir: “Amma bunu cahillik və ya Təvil səbəbi ilə inkar edənə üzr vardır və bu şəxs Təkfir edilməz.”339. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Mənimlə bərabər olan hər kəs bilməkdədir ki, mən bir insana Risalətə qarşı gəlib ona zidd davrandığında kafir, fasiq və ya asi olacağını isbat edən bir hüccət olmadıqca hökm verməyi şiddətlə qadağan edən bir kimsəyəm. Allah bu ümmətin söz və əməl məsələlərində etdikləri xətaları bağışlamış olduğunu da bildirmək istəyirəm. Bunlar arasında heç bir fərq yoxdur. Halbuki ona müxalif çıxan bəzən kafir, bəzən fasiq, bəzən də asi olur. Mən hər zaman bu sözləri söyləyir və dururam: Sələfin və imamların belə belə deyənlərin mütləq mənada kafir olduğuna dair söylədikləri sözləri haqdır. Lakin təkfiri ümümi mənada istifadə etməklə bəlli bir kimsə haqqında istifadə etmək arasındakı fərqi gözləmək lazımdır. Təkfir qarşılığında Allahın Cəhənnəm əzabından söz etdiyi bir məsələdir. Söylənmiş bir söz Allah Rəsulunu yalanlayır deyək. Lakin bunu söyləyən İslama yeni girmiş və ya elm əldə edəbilmə imkanı çox zəif bir çöl bədəvisi ola bilir. Beləsi inkar etdiyi şeydə əleyhinə hüccət sabit olmadıqca təkfir olunmaz. Bu insana məsələ heç başa salınmamış, başa salınmışsa belə onun elmində sabit olmamış və ya onu çaşdıran bir dəlili ola bilər. Bəlkə də təvil etmişdir. Bu təvilində xəta etmişsə də belə təkfir edilməz. Mən bu məsələdə daima Buxari və Müslimdə olan bir hədisi xatırlayıram: Huzeyfə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Keçmiş ümmətlərdə (O, adam qəbirləri soyan oğrudur), Tövhid kəliməsindən (Lə İləhə İlləllah) başqa heç bir həsənə (xeyir iş) etməmiş bir kimsə ölümün gəlib çatdığını və yaşamaq ümidini kəsdikdə ailəsini yanına çağıraraq onlara vəsiyyət edib dedi: «Mən öldükdən sonra bol odun toplayıb tonqal qalayın. Sonra məni (tonqalın) içinə atın. Atəş mənim vücudumu (cəsədimi), sümüklərimlə birlikdə yandırıb qurtardıqdan sonra (qalan) sümüklərimi üyüdüb toz halına salın. Sonra küləkli bir havanı gözləyib (üyüdülmüş cəsədimi) küləyə tutub dənizin üzərinə sovurun. (Başqa rəvayətdə: «Allaha and olsun! Əgər Rəbbim məni ələ keçirməyə qadir olarsa aləmlərdə heç bir kimsəyə tətbiq etmədiyi bir əzabla məni əzablandıracaqdır)» dedi. Bu kimsə öldükdən sonra (yaxınları) onun dediyi kimi etdilər. (Başqa rəvayətdə: «(Qiyamət günü) Allah yerə də, dənizə də əmr edər! Aldığınız zərrələri geri qaytarın!»). Sonra Allah onu zərrələrinə kimi toplayaraq: «Səni bu işə sövq edən nə idi? (Niyə belə etdin?») deyə buyurdu. O, kimsə: «Sənin qorxun! Ya Rəbbim!» deyə cavab verdi. Allah da o, kimsəni bağışladı340. İmam Qurtubi rahmətullahi aleyhi deyir ki: “Tövhid kəliməsindən (Lə İləhə İlləllah) başqa heç bir həsənə (xeyir iş) etməmiş bir kimsə - kəliməsinin mənası: “Heç bir bədən üzvlərinin əməli yox idi” deməkdir341. Bu kişi Allahın qüdrətində, öldükdən sonra onu dirildəcəyinə şəkk etmişdir. Hətta bir daha dirilməyəcəyini də etiqad edir. Bütün müsəlmanlar yekdil rəy olaraq bu əməlin və etiqadın küfr olmasını söyləyirlər. Lakin bu kimsə cahil biri idi. Digər tərəfdən isə mömin idi. Allahın ona əzab verməsindən qorxurdu. Buna görə də Allah onu bağışladı. Yoluna riayət etməyə çalışan və təvil edən ictihad adamlarının bağışlanması daha ümidlidir»342. İbn Qeyyim rahmətullahi aleyhi bu hədisi zikr etdikdən sonra demişdir: “Buna baxmayaraq cahil olduğu üçün Allah onu bağışladı və ona rəhm etdi. Çünki bu etdiyi onun biliyinin miqdarı səbəbi ilə idi. Allahın onu qaytaracağına inadından və yalan saydığından dolayı inkar etməmişdir“343.344 İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Bu və buna bənzər cahil insanlara, fərdi şəkildə şəriət dəlilləri ilə hüccət çatdırılana qədər kafir demək olmaz. Məhz hüccət çatdıqdan sonra həmin insanların Peyğəmbərlərə müxalif olduqları aşkar ediləcəkdir. Onların danışdıqları sözlərin küfr olması şübhə doğurmur. Lakin hər bir fərdi insanın kafir sayılması üçün qayda belədir. Bidətlərin birinin digərindən daha pis olması bir faktdır. Bəzi bidətçilərdə müşahidə olunan iman gücü, digərində müşahidə olunmur. Hüccət çatdırılana və həqiqət bəyan edilənə qədər, heç kəsin səhv edən müsəlmana kafir deməyə haqqı yoxdur. İman gətirdiyi yəqinliklə bəlli olan kimsənin imanı, şəkk etməklə getməz. Onun imanı, hüccət çatdıqdan və şübhəsi dəf edildikdən sonra gedər»345. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Elə buna görə də elm və sünnə əhli özlərinə müxalif olanlara kafir demirdilər. Müxaliflərinin onlara kafir deməsinə baxmayaraq onlar yenə də müxaliflərinə bu hökmü vermirdilər. Çünki kiməsə kafir hökmü kəsmək şəriət qaydasıdır. Heç kəs bunu qarşılıq olaraq öz müxalifinə deyə bilməz. Sənə qarşı yalan danışana, sənin ailənlə zina edənə qarşılıq verərək, ona qarşı yalan danışmağa və ya ailəsi ilə zina etməyə haqqın yoxdur. Çünki yalan danışmaq və zina etmək Allahın haram buyurduğu bir haqqıdır. Eləcə də kiməsə kafir demək Allahın haqqıdır. Allah və Rəsulunun kafir dediyi kimsələrdən başqasına kafir deməyə heç kəsin haqqı yoxdur. Ona qarşı elə bir hüccət olmalıdır ki, ona qarşı çıxan kafir olar. Dinin hansısa bir sahəsində cahil olan insan bununla kafir olmaz. Belə ki, Qudamə İbn Məzun və dostlarından ibarət bir qrup səhabə və tabiinlər «Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir cəmaata qarşı kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha yaxındır». (əl-Maidə 8). ayəsini yozumlu şəkildə başa düşərək içki içməyin halal olduğunu deyirdilər. Onlar ayədən elə başa düşürdülər ki, yaxşı işlər görən insana içki içmək halaldır. Ömər, Əli və digər səhabə alimlər yekdil olaraq belə bir fikrə gəldilər ki, bu insanlardan tövbə etmək tələb olunmalıdır. Əgər onlar düşdükləri şübhədən dolayı ilk əvvəl yenə də içkini halal görməkdə israr etsələr, haqq çatdırılana qədər onlara möhlət verilməlidir. Əgər bundan sonra yenə də inkar etsələr o zaman artıq kafir olarlar. İki səhih kitabda öz əhli-əyalına öləndən sonra yandırılıb külünün göyə sovrulmasını əmr edən insanın hədisi qeyd edilmişdir. Hədisdəki insanın etiqadına görə dediyinin icrasından sonra Allah onu bir daha yenidən diriltmək iqtidarında deyil, bir daha onu dirildə bilməyəcəkdir. Yaxud o adam bu etiqadının icazəli olduğunu düşünmüşdür. Hər iki hal küfrdür. Lakin bu insan cahil idi. Bu insana, müxalif olacağı təqdirdə kafir sayılacaq, yetərli haqq çatmamışdı. Buna görə də Allah onu bağışladı. Ona görə mən, Allahın Ərşi üzərində olduğunu inkar edən hüluliyyə əqidəsini daşıyan cəhmiyyəlilərin fitnəsi baş verən zamanlar onlara deyirdim: Əgər mən sizin dediklərinizlə razılaşsam kafir olaram. Çünki mən sizin bu sözünüzün küfr olduğunu bilirəm. Amma mənə görə siz kafir sayılmırsınız. Çünki, siz cahilsiniz. Bu xitab, onların alimlərinə, qazilərinə, şeyxlərinə və əmirlərinə deyilən bir xitab idi»346. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Kim etiqad etsə ki, onun Şeyxi Ruzi göndərir, köməklik edir, doğru yolla aparır və ya Şeyxinə ibadət edir, ona dua edir və ona səcdə edirsə və ya şeyxini Peyğəmbərlərdən müəyyən və tam şeylərdə üstün tutursa və ya hesab edir ki, o və şeyxi Peyğəmbərə tabe olması vacib deyildir – deyənlər kafirdirlər. Bunu gizlədərlərsə münaiqdirlər. Bizim zamanda isə belə insanlar çoxalmışlar dəvət imamlarının azalmasından və Peyğəmbərlik nurunun bir çox şəhərlərdən itməsinə görə. Belə insanların çoxunda bu elmdən heç nə yoxdur, buna görə də doğru yolu öyrənə bilmirlər. Onların çoxsuna bu çatmamışdır. Zamana və məkana görə insan kiçik bir imanına görə Allah tərəfindən mükafatlanacaq və Allah onu dəlil çatmayan məsələlərdə bağışlayacaqdır. Əgər dəlil çatsaydı Allah onu bağışlamazdı və şeyx burada Huzeyfənin hədisini zikr edir. Lə İləhə İlləllah onları Cəhənnəm atəşindən qurtarcaqdır”347. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Məxluqlar Xaliqin nə sevdiyini və nədən razı olduğunu bilmirlər, nə əmr etdiyini və nəyi qadağan etdiyini də bilmirlər, salehlər üçün nə mükafat hazırladığını və günahkarlara hansı cəzanı təyin etdiyini, Allahın gözəl İsim və Sifətlərini bilmirlər. Bütün bunların insan ağlı ilə dərk edilməsi mümkün deyildir. Yalnız Peyğəmbərlər vasitəsilə mümkündür....”348. Digər yerdə İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: ...Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim..... (əl-Ənam 19). Buna bənzər ayələr Qurani Kərimdə çoxdur. Allah Peyğmbər dəvəti çatmayan bir kimsəni heç vaxt cəzalandırmaz. Əgər bir kimsə Muhəmmədin Allahın Rəsulu olduğunu bilsə, ona inansa lakin Onun gətirdiyi bir çox şeylərdən xəbərsiz olsa Uca Allah bilmədiklərinə görə onu cəzalandırmaz”349. AbdurRazzaq İbn Əhməd Muaşir deyir ki: “İbn Teymiyyə, İbn Qeyyim və Muhəmməd İbn AbdulVahhabın Allah onlardan razı olsun - bu məsələdə mənhəci onların sözlərinə qayıdılır..... Əgər bir kimsə İslamı yeni qəbul etmişsə və ya yaşadığı məmləkətdə Şirkə dəvətin geniş bir yer aldığı, Tövhidə dəvət edənlərin az olduğu yerdirsə onların Allaha yaxınlaşdıqları hər bir məsələdə cahilliklərin-dən dolayı üzrlüdürlər. O, vaxta qədər ki, onların şübhələri aradan qaldırılıb dəlillər onlara başa salınana qədər, bunu tərk edən isə küfr etmişdir...”350. Digər yerdə İbn Teymiyyə rahmətullahi aleyhi deyir: “Birinci əsas özündə əhatə edir - Allahın İsim və Sifətlərini, Tövhidi və Qədəri. İkinci əsas özündə əhatə edir - əmrləri, qadağaları, Allahın sevdiyi və razı qaldığı, nifrət və qadağan etdiyi şeyləri. Üçüncü əsas özündə əhatə edir – Axirət günüə imanı, Cənnət, Cəhənnəm, mükafat və cəzaları. Bu üç əsasın üzərində yaratmaq və əmrlər dövr edir. Xoşbəxtçilik də bunun üzərindədir. Bunu da Peyğəmbərlər olmadan öyrənmək mümkün deyildir. Çünki insan ağlı özü bunları dərk edib bir nəticəyə gələ bilməz, hətta ümumi başa düşsə də belə. Necə ki, xəstə sağalması üçün dərmanın şəfa üçün səbəb olmasını bildiyi kimi, lakin ətraflı hansı dərmanın onun xəstəliyi üçün şəfa olduğunu bilmədiyi kimi”351.

İmam Qurtubi rahmətullahi aleyhi deyir ki: “Bu insan Allaha inanır, onu qəbul edir və Ondan qorxurdu. Lakin Allahın bir sifətindən xəbərsiz olduğunu düşündü ki, onu yandırıb külünü də dənizə sovursalar Allahdan qurtular. Lakin Uca Allah onun niyyət və qorxusunu cəzası qarşısında bildiyi üçün onun Allahın bu sifəti barəsində bilməməzliyini bağışladı”352. İbn Əbil İzz əl-Hənəfi rahmətullahi aleyhi deyir ki: «Bidət, batil, haram olan sözlər hansı ki, özündə əhatə edir: Peyğəmbər sallallahu aleyhi və səlləm in isbat etdiklərini inkar etmək, inkar etdiklərini isbat etmək, qadağan etdiklərini əmr etmək, əmr etdiklərini isə qadağan edən sözlər küfrdür. Bu ümumi sözlərdir. Müəyyən şəxsə gəldikdə isə siz şəhadət edirsiniz ki, o kafirdir və Cəhənnəm əhlindəndir. Biz yalnız şəhadət edə bilərik Peyğəmbər sallallahu aleyhi və səlləm şahidlik edibsə. Ən böyük azğınlıqdan sayılır sənin müəyyən bir kimsəyə hökm verməyin. Şahidlik etməyin ki, Allah onu bağışlamayacaq, əbədi Cəhənnəmdə saxlayacaq, ona rəhm etməyəcəkdir»353. İbn Ruceyli əl-Hənəfi rahmətullahi aleyhi deyir ki: «Alimlərin sözü bu məsələdə necə açıqlanır: Küfr olan hökm hansı ki, bidət əhli barəsində Sələf alimləri İmam Əbu Hənifə, Şəfii Allah rəhmət etsin onları - tərəfindən sabit olmuşdur bu sözlər necə açıqlanır: Bu onu bildirir ki, bu etiqad özü küfrdür. Bu sözü deyən küfr söz demişdir. Lakin o, özü haqqı tələb etdiyinə görə küfr sözü söyləmişsə, kafir olmur».



AbdulVahhab rahmətullahi aleyhi nin iki oğlu Hüseyn və Abdullaha sual gəlir: «Tövhid dəvəti yetişən ölkə əhalisinin bir hissəsi deyir ki, bu dəvət haqdır, lakin mən heç bir pis işi dəyişən, heç bir yaxşı işi əmr edən deyiləm. (bu əqidəyə görə) düşmən və ya dost tutan deyiləm, bu dəvət çatmadan öncə yaşayanların zəlalət üzərində olduğunu deyən də deyiləm. Bununla bərabər biz dədə-baba dinindən əl çəkdik – deyən Muvahhidlərə irad tuturlar. Bəziləri müsəlmanları açıq-aşkar şəkildə kafir sayır, bu dini söyərək deyir: Bu Müseyləmənin (yalançı Peyğəmbərin) dinidir. Həmçinin bəziləri bu dəvətin açıq şəkildə deyil, gizli şəkildə gözəl olduğunu deyirlər. İndi isə bu vəziyyətdə olan bir ölkə haqqında nə deyə bilərsiniz? Onlar müsəlmandırlar yoxsa kafir? Şeyxin (AbdulVahhabın) Biz ümumi şəkildə kafir demirik? Ümumi təkfir ilə xüsusi təkfir arasında fərq nədir?». Cavab: «Deyilən ölkə əhalisinə hüccət çatmışdırsa onlar kafirlərin hökmündədirlər. Elə hüccət ki, onu eşidəndən sonra ona müxalif olan kafir olur. Həmin ölkədə yaşayıb, dininə riayət edə bilməyən müsəlman, Allahın üzürlü saydığı kimsələr istisna olmaqla oradan hicrət etməlidir. Əgər o, hicrət etməzsə o, da qətlə yetirilməkdə və malının müsadirə olunmasında həmin ölkə əhalisinin hökmündədir. Şeyxin sözlərinə gəldikdə isə: Ümumi və xüsusi arasında fərq açıq-aydındır. Ümumi təkfir insanların hamısını təkfir etmək: Alimini, cahilini, kimə hüccət qalxıb və qalxmayıb. Xüsusi təkfir isə yalnız risalə hüccəti çatmış kimsəni təkfir etməkdir. Elə bir hüccət ki, ona müxalif olan kafir olur. Məs: Ola bilər ki, deyilən ölkə əhalisinin kafir olmaları haqda hökm verilsin və onlar kafir hökmündə olsunlar. Lakin həmin ölkədə yaşayan hər bir fərdin kafir olmasını isə demək doğru deyildir. Çünki onların arasında müsəlman kimsələr olsun. Hicrət edə və ya öz dinlərini izhar edə bilmədikləri üçün üzürlü sayılsınlar. Necə ki, Allah əhalisi kafir olan zamanlar Məkkə haqqında buyurmuşdu: «Əgər (Məkkədə) tanımadığınız mömin kişi və qadınları bilmədən ayaq altına alıb əzmək və bundan dolayı sizə günah gəlmək ehtimalı olmasaydı (Allah siz möminlərin hamılıqla Məkkəyə daxil olmasına izin verərdi)». (əl-Fəth 25). «(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz». (ən-Nisa75). Səhih hədisdə: İbn Abbas - radıyallahu anhu deyir ki: «Mən və anam Məkkədə qalan acizlərdən idik»354. Şeyxin nəvəsi Abdullahdan soruşurlar: «Cahilliyi ucbatından bilmədən küfr sayılan söz, əməl və ya təvəssül edən insan üzürlü sayılırmı?». Cavab: «Allah və Rəsulu sallallahu aleyhi və səlləm iman gətirən insan Peyğəmbər sallallahu aleyhi və səlləm in şəriəti barəsində cahilliyi üzündən əməldə və ya etiqadda küfr edərsə bu insan bizə görə kafir sayılmır. Biz belə bir insana şəriət dəlilləri ilə hüccət çatana qədər kafir demirik. Elə bir hüccət ki, onu eşidəndən sonra müxalif olan kafir olur. Əgər ona hüccət çatdırılarsa və Peyğəmbər sallallahu aleyhi və səlləm in buyurduqları bəyan edilərsə və hüccət çatdıqdan sonra yenə də öz dediklərində israrlı olarsa o, zaman kafir olar. Çünki küfr bəzi hallarda Allahın kitabına və Peyğəmbər sallallahu aleyhi və səlləm in Sünnəsinə müxalif çıxmaqla olur. Bu bütün alimlər tərəfindən ümumi anlamda qəbul edilmiş bir qaydadır. Alimlər buna dəlil olaraq bu ayəni qeyd edirlər. «Biz Peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik». (əl-İsra 15). «Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcək-lər. Nəhayət ora çatınca onun qapıları açılacaq və Cəhənnəm gözətçiləri onlara deyəcəklər: Məgər sizə öz içinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan Peyğəmbər gəlməmişdi? Onlar isə: Bəli (gəlmişdi), lakin əzab sözü kafirlər barəsində vacib oldu deyə cavab verəcəklər». (əz-Zumər 71). Huzeyfə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Keçmiş ümmətlərdə (O, adam qəbirləri soyan oğruydu), Tövhid kəliməsindən (Lə İləhə İlləllah) başqa heç bir həsənə (xeyir iş) etməmiş bir kimsə ölümün gəlib çatdığını və yaşamaq ümidini kəsdikdə ailəsini yanına çağıraraq onlara vəsiyyət edib... Sonra Allah onu zərrələrinə kimi toplayaraq: «Səni bu işə sövq edən nə idi? (Niyə belə etdin?») deyə buyurdu. O, kimsə: «Sənin qorxun! Ya Rəbbim!» deyə cavab verdi. Allah da o, kimsəni bağışladı355. Bu adamın etiqadına əsasən deyilən prosesdən sonra Allah onu bir daha dirildə bilməyəcəkdir. O, bunu küfr və ya inkar baxımından deyil, cahilliyindən demişdir. O, Allahın onu yenidən dirildəcəyinə şübhə ilə yanaşmışdır. Lakin bununla belə Allah onu bağışladı, rəhm etdi. Quran çatan bir insana artıq Peyğəmbər hüccəti çatmışdır. Lakin cahil insana bunu çatdırmaq üçün onu öyrədən elm adamı lazımdır. Allah daha yaxşı bilir»356. Abdullah İbn Muhəmməd İbn AbdulVahhab rahmətullahi aleyhi dən soruşurlar ki: «Qəbirlərin üzərində qübbələr tikmək, onu tikənin kafir olmasına dəlalət edirmi?». Cavab: «Bu məsələnin açıqlamaya ehtiyacı vardır. Əgər onu tikən insana Peyğəmbər sallallahu aleyhi və səlləm in belə tikililərin tikilməsini qadağan etməsi və öz vaxtında olan bu kimi tikililəri sökməsi haqqında məlumat çatıbsa və bundan sonra həmin adam inadkarlıq və asilik etsə, yaxud o qübbəni sökmək istəyənlərin qarşısını alarsa bu küfrün əlamətidir. Lakin kim bunu Peyğəmbər sallallahu aleyhi və səlləm in göndərilmə məqsədi haqqında cahil olduğundan edərsə bu onun küfr etməsinə dəlalət etmir. Bu onun cahilliyinə, bidətçi olmasına və Allahın öz Peyğəmbərinə qəbirlər barəsində buyurduğunu axtarmaqdan yayınmasına dəlalət edir»357. Muhəmməd İbn Nasir Əli Mamərə sual verilir ki: «Biz eşitmişik ki, siz əvvəllər yaşayan İbn əl-Fərid və digər belə məşhur Əhli Sünnə alimlərini kafir sayırsınız?». Cavab: «Bizim adını çəkdiyiniz alimlərə və digər insanlara kafir deməyimiz haqqında qeyd etdikləriniz insanları doğru yoldan uzaqlaşdırmaq üçün düşmənlərimizin bizim haqqımızda dedikləri böhtanlardandır. Onlar bizim haqqımızda bir çox böhtanlar da yaymışlar. Bizim isə cavabımız belədir: «Aman (Allah) bu çox böyük bir böhtandır». (ən-Nur 16). Biz yalnız hüccət çatdıqdan sonra haqqı bilib, dəvət olunduqdan sonra yenə də onu inkar edən inadkarlıq göstərib üz çevirən insana kafir deyirik. Bundan başqa kimsə kafir dediyimizi iddia edən insan bizim adımızdan yalan danışır…»358. Şeyx Abdullah İbn Muhəmməd İbn AbdulVahhab rahmətullahi aleyhi deyir ki: “Quran çatmış hər bir kəsə nübuvətin çatması deməkdir. Lakin cahil bir kimsə ehtiyaclıdır ki, elm əhlindən kimsə onu başa salsın”359. Şeyx Suleyman İbn Səhman rahmətullahi aleyhi deyir ki: “Mənim üçün daha üstün rəy Allah daha yaxşı bilir dəlili (hüccəti) yalnız onu çatdıra bilən (başa sala bilən) kimsə etməlidir. Dəlili (hüccəti) lazımı qaydada çatdıra bilməyən - Dinin əhkmlarından xəbəri olmayan və alimlərin bu məsələdə sözlərini bilməyən – cahil kimsəyə gəldikdə mənə çatana görə beləsi hüccət (dəlil) çatdıran ola bilməz”360. İmam İbni Vəzir rahmətullahi aleyhi deyir ki: “Xəta edərək bir kafirə müsəlman hökmünü vermək sənin üçün daha yüngüldür nəinki xəta edərək bir müsəlmanı kafir adlandırmaq”361. Süleyman İbn Səhman rahmətullahi aleyhi deyir ki: «Şeyx AbdulVahhab rahmətullahi aleyhi kiməsə kafir deməkdən çəkinər və ehtiyat edərdi. Hətta o, dinini öyrənməsi üçün özünə yol göstərən və ona hüccət çatdıran bir insanın olmadığı halda cahilliyindən Allahdan başqasından, qəbirlərdən və s. kömək diləyənlərin kafir olmasını deməkdə ehtiyat etmişdir. O, yazdığı məktubların bəzisində deyir: Biz cahilliyi və bixəbər olması ucbatından Kəvvazın qübbəsinə ibadət edənlərə kafir demirik. Şeyx təkid edərək deyir ki, kim hüccət çatandan və onu öyrənmək üçün imkanı olandan sonra qəbirlərə ibadət edərsə o, kafir olur»362. Abdullah İbrahim İbn Şeyx AbdulLətif İbn AbdurRahman və Suleyman İbn Səhman (Şeyxin nəvələri) deyirlər ki: «Müəyyən şəxsi təkfir etmək bəlli məsələdir. Əgər bir söz deyərsə onun dediyi söz küfr ola bilər. Ona görə də deyilir: Kim bu sözü deyərsə kafirdir. Lakin müəyyən şəxs bunu dediyi zaman onun kafir olması barəsində hökm verilmir. Hətta ona hüccət çatdırılmadıqca. Elə bir hüccət ki, onu tərk edən kafir olur». Şeyx İbn Səhman rahmətullahi aleyhi deyir ki: «Əgər şeyx cahilliyi və bixəbər olması ucbatından qəbirlərin üzərində inşa edilən bütlərə ibadət edənlərə qarşı belə münasibət bəsləyirsə, necə ola bilər ki, yer üzündə yaşayanların hamısını kafir saysın, onlara qarşı müharibə elan etsin, mallarını halal görsün? Şeyxin hal-vəziyyətini və nəyə dəvət etdiyini dərk edən aqil insan belə bir halı təsəvvür edə bilərmi? Heç bir halda şeyx ümmətdən, hətta Əhli Sünnə vəl Cəmaatdan ayrılıb özündən yeni bir fikir söyləməmişdir. Onun bu məsələ, yəni Ad və Sifətlər tövhidi, əməllər və ibadətlər haqqında dedikləri bütün müsəlmanlar tərəfindən birmənalı olaraq təsdiq edilmişdir. Bu işdə yalnız onların yolundan və minhəcindən çıxan, Cəhmilər, Mötəzilə, qəbirlərə ifratcasına sitayiş edənlər müxalif olmuşlar. Şeyxin dediyi məsələlər bütün Peyğəmbərlərin və səməvi kitabların dediyində öz əksini tapmışdır. Bunu Peyğəmbərlərin və səməvi kitabların göndərilmiş məqsədini bilənlər dərk edirlər. Şeyx hüccətin layiqli formada çatdırılmasın-dan sonra bu əsaslara görə kiməsə kafir hökmünü verir. O, bu işdə Sıratal Mustəqim yolu ilə özündən əvvəlkilərin ardınca gedir. Heç də dinə bidət gətirməmişdir»363. Şeyx AbdulLətifin oğulları Abdullah, İbrahim və Şeyx Sülüyman Səhman demişdir: “Deyilən söz bəzən (Quran və Sünnədən olan) bəzi dəlilləri rədd etməklə küfr olur. Lakin söz sahibinə cahillik maneəsinin olaması, dəlilin dəlalət etməsi və ya etibarsız sayılması haqda elminin olmaması ehtimalı səbəbindən küfr hökmü verilmir. Çünki şəriətlər çatdıqdan sonra vacib olur. Bunu Şeyxülislam çox kitablarında zikr etmişdir”364.

İbn Bazın rahmətullahi aleyhi başçılığı, müavini AbdurRazzaq Əfifi rahmətullahi aleyhi , Şeyx Abdullah İbn Qəud rahmətullahi aleyhi , Abdullah İbn Ğudeyyanın rahmətullahi aleyhi üzvlüyü altında Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyətə: “Qəbirlərə ibadət edənlərin cahilliklərinə görə üzürlü olmaları və hansı işlərdə cahiliyin üzr olması” haqda verilən sualın cavabında belə deyilir: “Bir insana dini məslələrdə cahilliyinə görə üzr olunub olunmaması, təbliğin ona çatıb çatmamasına, məsələnin özünün aydın olub olması və insalanların düşüncəsinin qüvvət və zəiflikdə fərqləndiyinə görə hökmü də müxtəlif olur....”365. Şeyx doktor ƏbdulƏziz İbn Muhəmməd İbn ƏbdulLətif rahmətullahi aleyhi demişdir: “Müəyyən bir kəsi Təkfir etməyə mane olan amillərdən Cahilliyin üzr olmasıdır. Lazımi qədər manelərin olmasına baxmayaraq sadəcə bu məsələ ilə kifayətlənməməyə səbəb bu haqda söz-söhbətin və qarışıqlığın çox olmasıdır. Bu məsələyə insalar ifrata varmaq və ya səhlənkarlıq etməklə yanaşıblar. Bəziləri Cahilliyi mütləq olaraq üzr görür. Bəziləri isə mütləq olaraq görmür. Haqq isə onların arasındadır. Cahilliyin üzr olması hələ də bizim əsrimizdə belə zahirdir. Çünki əməl edən Elm əhli azalıb, insanlara batili, küfrü bəzəyərək, ona don geydirənlər isə çoxalıb.” Şeyxin sözü müxtəsər olaraq bitdi”366.



Şeyx Useymin rahmətullahi aleyhi dən belə bir sual soruşurlar: «Tövhidlə bağlı məsələrdə cəhalət insan üçün üzürdürmü?». Cavab: «Qulu öz Rəbbi ilə bağlayan hər bir məsələdə cəhalətin üzürlü olması təsbit edilmişdir.
Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə