Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


ŞEYX ƏL-ALBANİNİN - Rahmətullahi Aleyhi – İRCALIQDAN UZAQ OLMASI



Yüklə 5,74 Mb.
səhifə23/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   ...   19   20   21   22   23   24   25   26   ...   50

ŞEYX ƏL-ALBANİNİN - Rahmətullahi Aleyhi İRCALIQDAN UZAQ OLMASI
Onlar elə zənn edirlər ki, Şeyx əl-Albaninin - rahmətullahi aleyhi etiqadı İman məsələsində azmış Murciyənin etiqadı ilə üst-üstə düşür. Şeyx əl-Albaninin - rahmətullahi aleyhi Etiqadı Əhli Sünnətin etiqadıdır və İman məsələsində olduğu kimi digər məsələlərdə də onlara müvafiq olmuşdur. Buna bariz nümunə Şeyxin, İbn Teymiyyənin “əl-İman” kitabını təhqiq etməsidir. İstəyənlər bu kitaba baxa bilərlər. Bundan sonra hələ yenə də insanlar tapılır ki, Şeyxi ircalıqda ittiham edirlər. Allah hidayət versin! Şeyx Nasr əl-Aql hafizahullah - deyir ki: “Hər kimi İrcalıqda (Murciyəlikdə) ittiham ediblərsə, ələxüsus bizim zamanda - Murciyə deyildir. Mən deyirəm: Həqiqətən Təkfir əhli və Dində həddi aşanlar, özlərini Xəvariclərə aid edənlər və aid etməyənlər, Sələfin əsasları barəsində olan etiqadı və əhkam məsələlərində anlayışları olmayanlar onlara müxalif olan alim və elm tələbələrini ircalıqda ittiham etməyə başladılar. Bu ittiham daha çox öz əksini Allahın hökmü ilə hökm vermək, Dost və Düşmən məsələlərində tapmışdır. Bəzi böyük elm sahibləri Təkfir barəsində yazılar nəşr etdikdən sonra bu məsələdə onlarla razılaşmayanlar alimləri elə bir məsələlərdə ircalıqda ittiham etdilər ki, bu məsələlər Sələflər arasında ixtilaflıdır. Araşdırmalardan da aydın olur ki, bu məsələlərin İrcalıqla (Murciyə etiqadı ilə) heç bir əlaqəsi yoxdur”782. Şeyx Əhməd Nəcmidən hafizahullah - soruşular: “Hizbiçilərin kitablarından bəhrələnən bəzi kimsələr - İbn Bazz, İbn Useymin və əl-Albanini rahmətullahi aleyhi İrcalıqda ittiham edirlər. Səbəb isə müsəlman hakimləri kafir görmədikləri üçündür”. Şeyx deyir: “Bu zəlalətdir, azğınlıqdır. Bu bidət əhli hər gün bir çıxışnan çıxış edir. Əgər əl-Albani, İbn Bazz və Useymin rahmətullahi aleyhi bu ümmətin xeyirliləri, bu ümmətin alimləri Murciyə oldusa, onda kim qaldı? Kim qaldı onda! Biz Allaha məxsusuq və Onun hüzuruna da qayıdacağıq! Bu bəla və müsibətdir. Belə kimsələri həps edib, lazım gəlsə cəzalandırmaq ki, bu sözləri tərk etsinlər”783. Sələfi dəvətini dağıtmaq üçün Məzhəbçilərin, Təriqətçilərin, Təkfirçilərin ortaya atdıqları bir üslubdur. Alimləri, sıravi müsəlmanları İrcalıqda ittiham etmək. Alimlər deyirlər ki, biz bu məsələləri yalnız başı təkfirə bulaşan kimsələrdən eşitmişik. Şeyx əl-Albani rahmətullahi aleyhi və onun tələbələrini və Rabi əl-Mədxəlini hafizahullah - ittiham etmək üçün ortaya atılan məsələdir. Şeyx AbdulHəmid əl-Cuhani hafizhullah - deyir ki: “....Bəzi Təkfirçilər sevinmişlər ki, alimlərdən bəziləri dedikdə ki: Şeyx əl-Albani - rahmətullahi aleyhi İman məsələsində xəta etmişdir. Alimlərin bu sözündən dırnaqları və dişləri ilə yapışmişlar. Hər yerdə yayır və bu barədə danışırlar. əl-Albani – Murciyədir, əl-Albani – xəta etmişdir.... Onlar Sələfi məktəbini dağıtmaq istəyirlər. Sümük kimi ilişib onların boğazında qalmışdır.....”784.

Şeyx əl-Albaniyə rahmətullahi aleyhi atılan böhtanlara və onlara cavabı AbduzAziz ər-Reys “Şeyx əl-Albaninin rahmətullahi aleyhi İrcalıqdan uzaq olması” barəsində topladığı kitabında cavab vermişdir. Bu kitabdan qısaldılaraq sizlərə çatdırırıq: 1) Onlar iddia edirlər ki: Şeyx əl-Albani rahmətullahi aleyhi deyir ki: “Əməllər iman məfhumunun içərisinə daxil deyildir”. Bu böhtanı yaymaqla Şeyxi İraclıqda ittiham etmək istəyirlər. Əsas sualları isə: Əməllər imanın həqiqəti üçün şərtdir, yoxsa kamilliyi üçün şərtdir. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “İmanın əsli – qəlb ilə bilmək və təsdiq etməkdir. Zahir əməllər isə onun budaqlarıdır. Onlar imanı kamil edirlər. İmanın əsli onu gövdəsi, əsasıdır, budaqları (əməllər) isə bu tikintinin sonudur. Məkkə dövründə Uca Allah imanın əsaslarını: Tövhid, etiqad, müjdə verici və qorxuducu ayələr nazil etmişdir, Mədinə dövründə isə İslam güc əldə etdikdən sonra Uca Allah zahiri, yəni İmanın budaqlarını nazil etdi. Bu da Cümə namazı, cəmaat namazı, azan, iqamə, cihad, oruc, içkinin, zinanın qadağan olunması və s. digər dini əmirləri və qadağaları nazil etdi. İmanın əsli onun budaqları (əməllər) ilə möhkəmlənir, budaqlar isə imanın əslini tamamlayır və qoruyur. Əgər iman azalarsa bu yalnız budaqlara (əməllərə) görə baş verir”785. Deməli əməllər imanın kamilliyi üçün şərtdir. Şeyx əl-Albani rahmətullahi aleyhi də bu rəydədir və heç zaman əməlləri imandan ayırmamışdır.



2) Onlar iddia edirlər ki: Şeyx əl-Albani rahmətullahi aleyhi Allahın hokum ilə hökm verməyəni halal görmədiyi müddətdə kafir görmür. Bu isə İrca əhlinin etiqadıdır. Subhənəllah! Bu həqiqətən də Əhli Sünnətin görüşüdür. Bunu yaddan çıxartmayın ki, bütün Əhli Sünnə alimləri Allahın hökmü ilə hökm verməyi halal görmədiyi müddətə kafir görməmişlər. İbn Bazz rahmətullahi aleyhi və ümməətin digər alimləri də bu görüşdə idi. Bu barədə artıq “Allahın Hökmü İlə Hökm Vermək” – bölümündə qeyd etmişik. Bəlkə bu alimləri də İrcalıqda ittiham edək? Yəqin hansısa bir cahil tapılar ki, bunları da İrcalıqda ittiham edər. Şeyx Useymin rahmətullahi aleyhi deyir ki: “Mən, Muhəmməd Nəsıraddin əl-Albani rahmətullahi aleyhi ilə çox qarşılaşmamışam. Lakin mən onda daima Sünnətə uyğun hərəkət etməyi və bidətlərlə mübarizə aparmağı həm əqidədə, həm də əməllərdə görmüşəm. Kitablarını oxuduğum zaman bu insanın hədis elmində böyük bir elmə sahib olmasını anladım, Uca Allah onun səbəbilə bir çox insanlara fayda vermişdir. O, insanlara elm vemiş, onlara doğru yolu göstərmiş və onları hədis elmilə tanış etmişdir. Bu müsəlmanlar üçün böyük nəaliyyətdir Allaha həmd olsun”786. Şeyx Rabi əl-Mədxəlidən hafizahulah - , Şeyx əl-Albaninin rahmətullahi aleyhi İrca əhli olması barəsində souşurlar O: “Yox, əlbəttə ki, yox. əl-Albani rahmətullahi aleyhi Murciyə deyildir. O, həmişə irca əhlinə qarşı mübarizə apamışdır. O, necə irca əhli ola bilər ki, İrca əhli ilə mübarizə aparır. O, hər bir növ bidətlərdən uzaqdır, onun kimi bidət əhlinə qarşı mübarizə aparan hələ olmayıb, bizim zamanda Sələfi dəvətinin bayrağını onun kimi heç kəs yüksəkliyə qaldırmayıb. O, bidət əhlinə qarşı öz Sələfi qardaşları ilə birlikdə mübarizə aparmışdır. Buna da bütün həyatını həsr etmişdir. Həyatının əvvəlindən sonuna qədər o, İrca əhlinə qarşı mübarizə aparmışdır. Səsli dərsləri, Təhqiq etdiyi kitabları buna əyani sübutdur. Bu açıq-aydın ədalətsizlikdir – ona Murciyə demək”. Şeyx AbdulAziz Ubeydullah əl-Cabiri rahmətullahi aleyhi 1422-ci ildə Ciddə şəhərində keçirilən dördüncü Sələfi alimlərinin iclasında, Sələfi hədis alimlərinin etiqadı adlı dərsində ondan: Namazı tərk edənin hökmü barəsində soruşurlar. Şeyx deyir: “Bu günləri namazı tərk edəni kafir saymaq lazımdır, əks təqdirdə sən Murciyəsən” – bu səhv və əsl Murciyəliyi başa düşməməkdir. Mahiyyət etibarıyla İrcalıq sözlərə bağlıdır: Əgər iman varsa günahın təsiri yoxdur və iman nə artar, nə də azalar. Bu da Əhli Sünnət ilə onlar arasında ayrılıqdır. Muhəddis, Mucahid olan Şeyx Muhəmməd Nasıraddin əl-Albani rahmətullahi aleyhi bizimlə bu məsələdə razıdır. Onun etiqadı doğrudur. Bizlərin hər biri və o da daxil olmaqla deyirik ki, İman – Dil ilə iqrar, qəlb ilə təsdiq, əzalar ilə əməl etməkdir. Allaha itaətlə artar, asiliklərlə azalar. Ən qatı günahkar belə etdiyi günahına görə fasiq (asi), imanına görə isə mömindir. Bu günahıyla Rəbbi ilə qarşılaşarsa Allahın istəyindən aslıdır. Biz günahkar dediyimiz zaman günahında israrlı olan Tövhid əhlini nəzərdə tuturuq. Allaha qarşı asilik isə insanın imanını natamam edər. Ona görə də Şeyxi İraclıqda ittiham edənlər ya İrcalığın nə olduğunu anlamayıblar, ya da Şeyxi tanımırlar, ya da bu Şeyxə atılan böhtandır. Biz şahidlik edirik ki. Şeyx ona olan ittihamlardan uzaqdır. Buradan Şeyxi ittiham edənlərə bir neçə sualla müraciət etmək istəyirəm? Şeyxi ittiham edənlər, Allah xatirinə mənə Quran və Sünnədən dəlil olaraq söyləyin görüm nə fərqi vardır Şeyx əl-Albani rahmətullahi aleyhi ilə namazın tərkini kafir görməyən digər imamlar arasında? Nə fərqi vardır onunla digər Əhli Sünnət alimləri arasında hansı ki, etiqad edirlər ki, qəlbində xardal dənəsi boyda iman olan kimsə Cəhənnəm atəşindən çıxacaqdır. Məgər siz iddia etmirsiniz ki, zahiri əməllərin tərki küfrdü və o kimsə kafirdir. O zaman hansı əməldir ki, müsəlman bir kimsə onu tərk etdiyi zaman kafir olur? Hansı əməli tərk etməlidir ki, kafir olsun? Məgər Sünnə əhli İslamın dörd sütununu tərk edəni müsəlman görmürlərmi? Qoy cavab versinlər......”787.

3) Onlar iddia edirlər ki: Şeyx əl-Albani rahmətullahi aleyhi namazın fərziyyətini inkar etmədən tənbəllik səbəbilə namazı qılmayan kimsəni müsəlman sayır və kafir görmür. Bu da İrcalıqdır. Müasir Xəvariclər bu məsələni şişirdərək Sələf alimlərini İrcalıqda ittiham edirlər. Onlar deyirlər ki: Hər kim namaz qılmayanı kafir saymırsa Murciyədir. Bu ittihamların əsli cahillikdir, Dini məsələləri bilməməkdir, özü oxuyub ağır məsələlərə öz boş başıynan girməsidir, öz nəfsi istəklərinə uymaqdır. Ümmətin alimləri durmadan təkrar edirlər ki: Namazın fərziyyətini inkar etmədən, namaz qılmayan kimsə kafir deyildir. Bu rəydə olan müsəlman alimlərdən: əz-Zuhri, İmam Məlik, İmam Şəfii, Abu Ubeyd əl-Qasim əs-Səlləm Allah onlardan razı olsun - və s. Bu da Murciyənin deyil, Əhli Sünnətin görüşüdür. Əbu Bəkr əl-İsmail rahmətullahi aleyhi deyir ki: “İmamlar namazı vaxtı çıxana qədər təxirə salaraq qılmayan kimsənin hökmü barəsində ixtilaf etmişlər. Bir qrup alimlər belə bir kimsəni kafir hesab etmişlər. Dəlil: Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “İnsan ilə küfr arasında namazın tərki vardır”. Digər qrup alimlər isə hədisi belə açıqlamışlar: Burada söhbət namazın fərziyyətini inkar edərək tərk edəndən söhbət gedir”788. Abu Usman əs-Sabuni rahmətullahi aleyhi deyir ki: “Əhli hədis bilə-bilə fərz namazını tərk edən müsəlmanın hökmündə ixtilaf etmişlər. İmam Əhməd, İmam Şəfii və digər Sələf alimləri hesab edirlər ki, namazı tərk edən kafir deyildir, əgər fərziyyətini inkar etmirsə. Onlar da bu hədisi fərziyyətini inkar edən kimi təfsir etmişlər”789. əl-Mərvəzi rahmətullahi aleyhi deyir ki: “Namazı tərk edəni kafir görməyənlər içərisində Əhli Hədis olan İmam Şəfii, Əbu Sovri, Əbu Ubeyd Allah onlardan razı olsun - və dostlarıdır”790. Onlar iddia edirlər ki: Əgər sən namazı tənbəllik səbəbilə qılmayanı kafir saymırsansa deməli əməlləri imandan görmürsən. Subhənəllah! Namazı qılmayanı kafir görməyən alimlər İrca əhlindən fərqli olaraq hesab edirlər ki, belə bir kimsə günah içərisindədir, o kimsə namaz qılmamaqla artıq hər gün günah qazanır və Allah qorusun qorxulur ki, o insan küfr edərək ölsün, onun küfrü isə kiçik küfrdür. Şeyx əl-Albani rahmətullahi aleyhi deyir ki: “Şübhə yoxdur ki, İslamın dörd sütunundan birinə laqeyd yanaşan kimsənin küfrə düşməsindən qorxulur, namaza laqeyd yanaşanın isə kafir olaraq ölməsindən qorxulur”791.



Fayda: Namaz qıl - deyə söyənilərsə və o heç bir maneə, heç bir çətinlik olmadan bundan imtina edərsə və öz inadkarlığını ölüm qorxusu olsa da belə davam etdirərsə belə bir kimsə kafirdir. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Əgər insan namaz qılmaqdan ölüm hədəsi olduqda belə imtina edirsə, bu ona sübutdur ki, belə kimsə qəlbinin dərinliklərində namazın fərziyyətini qəbul etmir və onun qılınmasını da zəruri görmür. Müsəlman alimlərinin icmasıyla belə bir kimsə kafirdir səhabələrdən gələn əsərlərə əsasən”792. Bax belə bir kimsəni kafir görməyəni İrcalıqda şübhələndirmək olar. Məhz İbn Teymiyyə rahmətullahi aleyhi belə bir kimsə üçün kafirdir deyərdi. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Əhli Sünnətdən olan bir nəfərə “Allah Əbu Bəkr və Ömərdən razı olsun” – deməyi xahiş edirlər. Heç bir maneələrin olmasına baxmayaraq, Əbu Bəkr və Öməri radıyallahu anhum - həqiqi mömin saymasına baxmayaraq bu sözləri öldürülənə qədər demir... Həqiqətdə isə bu mümkün deyildir. Və ya bir nəfər dili və qəlbi ilə Şəhadət edir ki, Muhəmməd Allahın Rəsuludur. Lakin ondan bunu açıq sözyləməyini istədikdə, heç bir maneələrin, qorxunun olmasına baxmayaraq öldürülənə kimi bu şəhadəti söyləməkdən imtina edir. Aydındır ki, belə bir kimsə Muhəmmədən Rəsulullahı qəbul etmirdi”793.

Bu şeyləri qeyd etməkdə məqsədim üzərinə İrcalıq böhtanı atılmış tələbə qardaşlarımın İrcalıqdan uzaq olmasını sübuta yetirmək üçündür. Hər bir müsəlmanın üzərinə düşən də öz qardaşının haqqını qorumasdır və həmçinin də bu məsələnin həqiqətini bəyan etməkdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Bir müsəlman digər müsəlman qardaşının haqqı tapdalandığı, şərəf və ləyaqəti alçaldığı zaman köməksiz tərk edib gedərsə Allah onu köməyinə ehtiyacı olduğu zaman köməksiz qoyar. Bir müsəlman digər müsəlman qardaşına haqqı tapdalandığı, şərəf və ləyaqəti alçaldığı zaman kömək edərsə Allah da ona köməyinə ehtiyacı olduğu zaman köməklik edər”794. İmam İbn Quteybə rahmətullahi aleyhi deyir ki: “Həqiqətən də yalan özünə yer tapar, əgər onun barəsində susurlarsa”795. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: “Məlumdur ki, yalan söz söylənildikdə və haqq susduqda – həqiqətin gizlənməsinə və insanların azmasına səbəb olur”796. İmam Şatibi rahmətullahi aleyhi həqiqəti demişdir: “Elmdə bir qarış addım ataraq özünü boğan kəs elə zənn edir ki, hər şeyi bilir, iki qarış addımdan sonra düşünür ki, ondan aciz və savadsız heç kəs yoxdur”797. Onlar elə zənn edirlər ki, nə isə bilirlər. Həqiqətdə isə heç nə bilmirlər. İmam Şatibi rahmətullahi aleyhi deyir ki: “İnsana məlum olan hər bir şey haqq ola bilməz və onun yayılmasına da lüzum yoxdur. Hətta şəriət elmlərindən olsa da belə. Şəriət elmləri iki qismdir: Şəriət məsələləri içərisində elələri vardır ki, onların yayılması mühümdür (vacibdir), bu da şəriətin əsasları ilə bağlı olan məsələlərdir. Şəriətin elə məsələləri də vardır ki, onları ümumiyyətlə yaymaq olmaz – məkana və insanların – halına görə”798. Sələflər deyirlər ki: “Əgər elmi olmayan sussaydı onda ixtilaflar da olmazdı”799.


İSLAMIN ƏSASLARINI TƏRK EDƏNİN HÖKMÜ
Bu məsələyə toxunmağımızda məqsədimiz qarşıda sadaladığımız rəylərdən birini alaraq zəlalətə düşən kimsələr barəsindədir. Onlar qeyd edirlər ki, kim onların bu rəyləri ilə razılaşmazsa o, bidət əhlidir. Onları dəstəkləməyəni isə Əhli sünnədən kənarlaşdırırlar. Alimlər İslamın dörd rükununda ixtilaf etmişlər. Bunlardan birini tərk edən kafirdirmi? Yoxsa yox? Bu məsələ ilə bağlı Sələflərdən beş rəy varid olmuşdur. Şəhadət Kəliməsində isə heç bir ixtilaf yoxdur. Onu tərk edər icma ilə kafirdir. Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi deyir ki: «Bir kimsə hansı günahdan ötrü təkfir edilir və hansı günahdan ötrü onunla savaşılır deyə soruşan bir kimsəyə verdiyi cavabında belə demişdir: «İslamın rükunları beşdir. Bunların ilki Şəhadət kəliməsidir. Sonra digər rükunlar gəlir. Bu rükunları bir kimsə iqrar etdiyi halda tənbəllik səbəbi ilə tərk edərsə, biz o, kimsə ilə o, rükunu tərk etdiyindən ötrü savaşsaq da, onu öldürsək də, əsla təkfir etmərik. (Namaz məsələsinə gəldikdə) fərziyyətini inkarsız tənbəllik səbəbi ilə bir rükunu tərk edənin küfründə alimlər ixtilaf etmişlər. Bütün alimlərin, küfründə icma etdikləri şeyi biz də təkfir edərik. O, da şəhadət kəliməsidir»800. İbn Teymiyyə - rahmətullahi aleyhi deyir ki: “Artıq Müsəlmanlar ittifaq ediblər ki, hər kim Şəhadət kəliməsi ilə gəlməzsə (yəni dili ilə səbəbsiz tələffüz etməzsə) o, insan kafirdir. O ki, qaldı İslamın şəhadətdən sonra olan dörd (namaz, zəkat, oruc, həcc) rükununa, bu barədə yəni, bunların (namaz, zəkat, oruc, həcc) tərki barəsində müsəlmanlar ixtilaf etmişdirlər. Biz dedikdə ki: “Əhli Sünnə ittifaq edib ki, müsəlman işlətdiyi günaha görə təkfir edilmir, biz bu sözlə günahları nəzərdə tuturuq. Məs: Zina, şərab və s. Amma İslamın dörd rükunu, bunların tərkinin hökmü barəsində məşhur ixtilaf vardır (Yəni: Bu məsələdə heç bir İcma yoxdur). İmam Əhməddən rahmətullahi aleyhi bu barədə bir neçə görüş vardır: Bir görüşdə bildirir ki, bu dörd rükundan hər hansı birini tərk edən təkfir olunur. İmam Əhmədin rahmətullahi aleyhi bu görüşünü Əbu Bəkr və Malikilərdən bir neçəsi məs: İbn Həbib üstün görmüşdür. İkinci görüşdə bildirir ki, dörd rükundan yalnız namazı və zəkatı tərk edən təkfir olunur. Üçüncü görüşündə isə bildirir ki, namazı və zəkatı tərk edən təkfir olunur, əgər imam onunla vuruşarsa. Dördüncü görüşündə isə bildirir ki, bu dörd rükundan yalnız namazı tərk edən təkfir olunur. Beşinci rəyində isə bildirir ki, bu dörd rükunun tərkinə görə İnsan təkfir olunmur. Yəni əgər insan namaz qılmasa, zəkat verməsə, oruc tutmasa və həcc etməsə, o insan müsəlman sayılır”. Sonra: “Bu sözlər Sələfilərdə məruf idi”801.

Birinci Rəy: Şəhadətdən kəliməsindən başqa Kim dörd əsasdan birini tərk edərsə kafirdir. İmam Əhməddən rahmətullahi aleyhi gələn bir rəvayətdə bu belədir. Əbu Bəkr əl-Həlləl rahmətullahi aleyhi da bu fikirdə idi. Onlar deyirlər: “Namaz dirəkdir. Üzərində isə hər bir şey bina edilmişdir. Əgər dirək olmasa üzərində olan da olmayacaqdır. Bu şeylərdə (namaz, zəkat, oruc, həcc) İslamın sütunları olduğu üçün biri olmazsa o, kimsənin İslamı yoxdur”.

İkinci Rəy: Şəhadət kəliməsindən başqa İslamın dörd dirəyindən birini tərk edən kimsə onların vacibliyini inkar etmədən tərk edərsə o, kimsə müsəlmandır. Bilir ki, bunları yerinə yetirmək vacibdir, lakin hər hansısa bir səbəbdən (tənbəllik və s) onları yetinə yetirmirsə bu kimsə müsəlmandır. İmam Əbu Hənifə rahmətullahi aleyhi və tələbələri, İmam Məlik, İmam Şəfii rahmətullahi aleyhi və eyni zamanda İmam Əhməddən rahmətullahi aleyhi bir rəy vardır. Bəziləri qeyd edirlər ki, İmam Əhməd mütləq şəkildə təkfir edirdi və onun bundan başqa rəyi yoxdur. Xeyr, bu xətadır. Gördüyümüz kimi onun digər rəyləri də vardır. Alimlər qeyd edirlər ki, heç kəs bilmir hansını öncə deyib. İmam Əhməd rahmətullahi aleyhi deyir ki: “İnsan - İslam dairəsindən böyük şirk etmədikcə və Allahın fərz etdiyini inkar etmədikcə çıxmaz. O ki, qaldı tənbəllik səbəbilə vaciblərdən birini tərk edənə, onun halı Allahdan aslıdır. İstəsə onu bağışlayar, istəsə də cəzalandırar”802.

Üçüncü Rəy: Onlar qeyd edirlər ki, namazı yoxdursa (səbəb nə olursa-olsun) kafirdir. Qalan üç sütunu tərk edərsə kafir deyildir. Bu rəy Malikilərdən, Şəfiilərdən, və Hənbəlilərdən bəzisindən və İmam Əhmədin rahmətullahi aleyhi özündən gələn bir rəydir.

Dördüncü Rəy: Onlar deyirlər ki, Namaz və Zəkatı tərk edərsə kafirdir. Qalan iki sütunu tərk edən isə kafir deyildir.

Beşinci Rəy: Onlar deyirlər ki, Namazı, Zəkatı tərk edərsə və İmam onlarla döyüşərsə, onlarda imamla döyüşərlərsə o, zaman onlar kafirdilər.

Üzərində ən çox durulan və mübahisələrə səbəb olan rəylər: İkinci Rəy:Üçüncü Rəy:



Zəkat, Oruc Həcc məsələlərinə nəzər salaq: Zəkat – məsələsinə gəldikdə bu barədə Səhih Muslimdə 987 uzun bir hədis vardır. Bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm zəkat verməyən kimsələrin əzaba düçar olması barəsində danışmışdır. Hədisin sonunda isə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “O, kimsə ya Cənnətə, ya da Cəhənnəmə düşəcəkdir”. Əgər o, kafir olsaydı Cənnətə getməzdi. İmam Mərvəzi rahmətullahi aleyhi “Qadrus salət” bu hədisi dəlil gətirərək deyir ki: “Zəkatı tərk edən kafir deyildir və müşrik də deyil. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm ola bilsin ki, o Cənnətə girəcək”. Həmçinin İmam Əhməd, İmam Şəfii, İmam Malik, Useymin, Albani, İbn Bazz Allah onlardan razı olsun - və s. bu rəydədirlər.

Oruc - məsələsinə gəldikdə isə alimlər qeyd edirlər ki, bir kimsə bilə-bilə orucunu pozsa və ya qəsdli olmadan pozsa, İcma ilə kafir deyildir və İslamdan çıxmır. İmam Mərvəzi rahmətullahi aleyhi deyir ki: “Bütün alimlər bütün ölkələrdə qeyd edirlər ki, bilə-bilə öz orucunu pozsa kafir deyidir”. Lakin ixtilaf onun cəzasındadır.

Həcc – bir çox alimlər qeyd edirlər ki, imkanı olduğu, gücü çatdığı halda tərk edən kafir deyildir. Onların dəlilləri: Əgər Oruc və Zəkat hansı ki, daima namaz ilə bərabər çəkilir tərk edən kafir deyilsə Həcc bundan daha öndədir.

Bu beş rəyin hər biri sələflərin görüşü olmuşdur və hər birini İbn Teymiyyə rahmətullahi aleyhi İmam Əhməddən rahmətullahi aleyhi rəvayət etmişdir. Bu ixtilaf ona dəlalət edir ki, kimsə bu rəylərdən birini götürərsə, Əhli Sünnənin rəyini götürmüş sayılır, onu bidət əhlinə nisbət etmək xətadır. Həmçinin, bu ixtilaf ona dəlalət edir ki, namazı tərk edənin təkfir olunmasında Əhli Sünnənin icma etdiyini söyləyənlər böyük xəta edirlər. Eləcə də, bu ixtilaf ona dəlalət edir ki, namaz qılmayanın təkfir olunmamasında Əhli Sünnənin icma etdiyini söyləyənlər də böyük xəta edirlər. Düzgün görüş isə budur: “Əhli Sünnə namazı tərk edənin hökmündə ixtilaf etmişdir”.

İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Alimlər İslamın dörd rükununu tərk edənin təkfiri barəsində ixtilaf etmişlər – onların vacibliyini etiqad etmək şərtilə. İmam Əhməddən rahmətullahi aleyhi bu barədə bir neçə görüş vardır. Alimlərin birinci rəyi: İslamın istənilən rükununu tərk edən kafirdir, hətta Həccidə. İkinci görüş: Vacibliyini inkar etmədən bunlardan hamısını tərk edən kafir deyildir! Bu görüş bir çox Fəqihlərin: Əbu Hənifə, İmam Məlik, əş-Şafii və İmam Əhmədin bir görüşüdür. İbn Batta rahmətullahi aleyhi da bu rəydədir. Üçüncü görüş: Namazdan başqa tərk etdiyi digər rükunlara görə kafir sayılmır. Bu da İmam Əhməddən rahmətullahi aleyhi olan üçüncü görüşdür və digər Sələflərdən, Malikilərdən və Şafiilərdən olanların rəyidir. Dördüncü görüş: Namaz və Zəkatı tərk edən kafir olur”803. AbdulFadl əs-Saksaki rahmətullahi aleyhi deyir ki: “Namazı tənbəllik səbəbilə tərk edən (qılmayan) müsəlmandır. Bu da İmam Əhmədin rahmətullahi aleyhi məzhəbində ən doğru rəydir. Lakin Mansurilər Əhli Sünnəti bu rəyinə görə Murciə adlandıraraq deyirlər: “Onların bu sözü ona dəlalət edir ki, onlar əməli imandan görmürlər!”804. İndi nə deyirsiniz? Biz həmişə demişik və indi də deyirik: Bu məsələ Əhli Sünnət arasında ixtilaflıdır. Heç bir kəsə ixtiyar verilməyib bir rəyi götürdükdən sonra digər tərəfi İrcalıqda və ya əksinə digər tərəfi Xəvariclikdə ittiham etsin. Necə ola bilər ki, insan İslam ümmətinə bu qədər xeyri dəymiş, bu qədər xeyir işlərin sahibi olan şeyx əl-Albanini rahmətullahi aleyhi pisləsin, lakin Seyid Qutb kimi Peyğəmbərləri, səhabələri təhqir edən bir kimsəni isə tərif etsin. Belə insanların açıq aydın səmimiyyətsizliyindən xəbər verir.

Peyğəmbər sallallahu aleyhi və səlləm dən rəvayət edilən: «Allah subhənəhu və təalə qullarına beş vaxt namaz fərz qılmışdır. Kim bu namazları səhlənkarlıq etmədən və qəsdən heç bir vaxtı tərk etmədən haqqı ilə yerinə yetirərsə, Allah onu Cənnətinə daxil edəcəyinə (bağışlayacağına) dair söz vermişdir. Kim də bu beş vaxt namazı qılmazsa, Allahın ona heç bir sözü yoxdur (heç bir şey ona vəd etmir). İstərsə onu Cənnətə daxil edər (bağışlayar), istərsə də əzab verər»805. Şeyxulislam İbn Teymiyyə rahmətullahi aleyhi belə demişdir: «Namazı tərk etməkdə israr edib heç qılmayan və namazı qılmamaqda israr edərək ölən kimsəyə gəlincə belə bir kimsə müsəlman olmaz. Lakin insanların çoxu bəzən namaz qılır, bəzən də namazı tərk edirlər. Belə kimsələr namazlarını muhafizə etmirlər. Bax bu kimi kimsələr Vaid (yəni: Allahın istəməsi (diləməsi) altındadırlar. Allah istərsə onları bağışlayar, istərsə əzab verər) altındadırlar. Buna da yuxarıda qeyd etdiyimiz hədis dəlildir»806. Mən indi kimə qulaq asım İbn Teymiyyə rahmətullahi aleyhi , yoxsa hansısa İnternet saytında oturan Abdullaha.... Doğrusunu isə Allah bilir bu saytlarda oturaraq insanları yollarından azdıranlar kimlərdir? Müsəlmanlar, yoxsa kafirlər? İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Həqiqətən çox insanlar, bir çox ölkələrdə öz namazlarını mühafizə etmirlər. Onlar bütünlüklə tərk etməsələr də, hərdən tərk edirlər. Belə kimsələrdə həm iman həm də nifaq vardır. Onlarla zahirinə görə müsəlman kimi rəftar etmək lazımdır”807. Bu haqda irəlidə daha geniş söz açacağıq. İbn Teymiyyədən rahmətullahi aleyhi deyir ki: “Qəlbdə olan mütləqdir ki, əməllərdə də biruzə verməlidir. Əgər insan ona fərz olan vacibləri yerinə yetirmirsə bu onun imanının olmamasına və ya imanının zəif olmasının göstəricisidir”808.

Problem yoxdur əgər sən namazı tərk edəni kafir görürsənsə. Lakin problem sənin bu məsələni bildikdən sonra insanları (müəyyən insanları, sənin fikrində olmayanları isə Murciyə deyirsən) sağa-sola təkfir etməyindədir. Bu isə açıq-aydın zəlalətdir. Biz görürük necə ki, alimlər bir-birilərinin rəyini gətitrirlər, lakin heç kəs qarşı tərəfi ittiham etmir murciyəlikdə, xəvariclikdə809.

Saleh İbn AbdulƏziz Əli Şeyx Allah ondan razı olsun (bu alim namazı tənbəllik səbəbilə tərk edəni (qılmayanı) kafir sayır. Baxın onun sözlərinə, görün o, bu məsələyə necə yaxınlaşır? Öz nəfsinizə, ağlınıza uymağı tərk edin! Sələflərin yoluna qayıdın!) Namazı tənbəllik və s. səbəblərə görə tərk etmək böyük küfrdür. Lakin onun küfrü zahiri küfrdür, batini deyildir. Həmçinin həm zahiri, həm də batini də deyildir (birlikdə) qazı tərəfindən sübut olunana qədər. (Gizli və açıq küfr nədir? Gizli insanın qəlbində gizlətdiyidir, açıq isə aydın görünən küfrdür. İnsanın küfrlə əlaqəsi üç cürdür: 1. Zahiri – İnsan açıq-aydın zahirdə küfr edir, lakin qəlbində kafir deyildir. Necə ki, bir kimsə təvil edərək cahilliyindən küfr edir. 2. Həm zahirdə, həm də batində küfr edir. Eyni vaxtda həm gizli, həm də açıq küfr. Məs: Xristian və Yəhudilər həm zahirdə, həm də batində qəlbdə kafirdilər. 3. Batini - Zahirən ondan heç bir küfr görsənmir, lakin qəlbində kafirdir. Bu da münafiqlərin halıdır). Bir kimsənin sadəcə namazı tərk etdiyinə görə Dindən çıxdığı hökmü verilməz. Lakin ümumi olaraq deyilir ki: Kim namazı tərk edərsə - Kafirdir. O, ki qaldı fərdi (müəyyən) şəxsə onu küfrdə ittiham etmək və kafirlərə tətbiq olunan qaydaları onun üzərinə tətbiq etmək üçün vacibdir ki, bu qərarı qazı versin. Çünki Qazı ondan bütün şübhələri dəf edir, onu tövbə etməyə çağırır o, namaza başlayana qədər»810. Ümumi olaraq hökm verir, lakin xüsusi hökmü vermir. Kafirlərə tətbiq olunan hökmləri ona tətbiq etmək o, vaxt olar ki, qazı onun bütün şübhələrini qaldırsın və hökm çıxarsın. Burada daha bir fayda da vardır: Qazı namaz qılmayan bir müsəlmanı namaza dəvət etməsi dəlildir ki, namaz qılmayan kafir deyildir. Çünki kafiri namaza yox, İslama dəvət edirlər. İmam Təhavi rahmətullahi aleyhi deyir ki: «Namazı tərk edənin (qılmayanın) kafir olmadığına dəlil odur ki, biz kafirə namaz qılmasını əmr etmirik. Əgər namazı tərk edən (qılmayan) kafir olsaydı biz ona İslamı qəbul etməsini əmr edərdik. Əgər İslamı qəbul etsə ondan sonra biz ona namaz qılmasını əmr edərik. Lakin biz belə etməyib ona namaz qılmasını əmr edirik. Çünki o, namaz əhlindən sayılır»811.



Buna görə də alimlər arasında olan ixtilaf təkfir etməyə mane olan səbəbdir. Qadağan edilmişdir müəyyən bir şəxsi təkfir etməyə, əgər Onun düşdüyü məsələdə alimlər arasında ixtilaf vardırsa. AbdulVahhab rahmətullahi aleyhi deyir ki: «Mən küfrdə heç kəsi ittiham etmirəm. Yalnız əgər o, məsələdə alimlər arasında ittifaq vardır ki, bu məsələ küfrdür»812. Bu da ən böyük qaydadır təkfirçilərə qarşı. Buna görə namazı tərk edəni qılmayanı kafir sayanlar təkfirçilərdir. Bunda heç bir şübhə yoxdur. Bir var ki, sən etiqad edirsən ki, namazı tərk etmək küfrdür, bunda heç bir problem yoxdur. Bir də var ki, sən bu məsələni bildikdən sonra sağa-sola hamını təkfir edirsən. Sən artıq Əhli Sünnə yox təkfirçisən.

NAMAZI TƏRK EDƏNİN KAFİR OLMASI BARƏSİNDƏ SƏHABƏLƏR İTTİFAQ ETMİŞDİLƏRMİ (SƏHABƏLƏRİN İCMASI VARDIRMI?)
Xatırladım ki, bu barədə icma nəql edənlər, Abdullah İbn Şəqiq əl-Uqeyli rahmətullahi aleyhi adlı bir tabinin sözünə əsaslanmışlar. Şəqiq rahmətullahi aleyhi belə deyir: “Səhabələr hər hansısa bir əməlin tərkini namaz müstəsna olmaqla küfr saymazdılar”813. Bu əsər isə bir neçə tərəfdən ziddiyətlidir:

1) Şeyx əl-Albanini rahmətullahi aleyhi ilk olaaq İrcalıqda ittiham edən Səfər Həvəli olmuşdur. O, “Zahiratul İrca” 2/651, 657 kitabında deyir ki: “Namazı tərk edənin kafir olmadığını yalnız İrcalıqdan təsirlənən bir kimsə deyə bilər”. Sonra: “İlk olaraq İslamın dayaqlarını tərk edənin təkfir olunmaması fikrini ortaya – Murciyələr atmışlar”. Əgər bu icma səhih olsa idi, nə gərək var idi ki, səhabələrdən sonra gələn alimlər bu icmadan çıxsınlar? Bir halda ki, məlum olan məsələdir ki, səhabələrin icması hüccətdir. Səhabələr arasında namazın tərkinin küfr olmasında heç bir icma olmayıb. Əgər icma olsaydı onlardan sonra gələnlər və onların yoluna gözəl şəkildə tabe olanlar bu məsələdə bu qədər ixtilaf etməzdilər. İmam İbn Munzir rahmətullahi aleyhi İcma məsələlərində görkəmli alimlərdəndir – Namazı tərk edənin küfrlə ittiham edilməsi məsələsində deyir: “Mən bu məsələdə heç bir icma tapmadım”814. İmam Bəğavi rahmətullahi aleyhi deyir ki: “Alimlər qəsdlə fərz namazını tərk edənin hökmü barəsində fikir ayrılığındadırlar”815. İmam Şovkani rahmətullahi aleyhi deyir ki: “Əgər insan namazın fərziyyətini inkar etmədən (fərziyyətini təsdiq edərək) namaz qılmağı tənbəllikdən tərk edərsə - necə ki, bu bir çox insanların halıdır – bu barədə ixtilaf vardır”816. Muhəmməd İbn AbdulVahhab rahmətullahi aleyhi deyir ki: «Bir nəfər hansı günahdan ötrü təkfir edilir və hansı günahdan ötrü onunla savaşılır deyə soruşan bir kimsəyə verdiyi cavabında belə demişdir: «İslamın rükunları beşdir. Bunların ilki Şəhadət kəliməsidir. Sonra digər rükunlar gəlir. Bu rükunları bir kimsə iqrar etdiyi halda tənbəllik səbəbi ilə tərk edərsə, biz o, kimsə ilə o, rükunu tərk etdiyindən ötrü savaşsaq da, onu öldürsək də, əsla təkfir etmərik. (Namaz məsələsinə gəldikdə) fərziyyətini inkarsız tənbəllik səbəbi ilə bir rükunu tərk edənin küfründə alimlər ixtilaf etmişlər. Bütün alimlərin, küfründə icma etdikləri şeyi biz də təkfir edərik. O, da şəhadət kəliməsidir»817. Bilindiyi kimi İmam Məlik rahmətullahi aleyhi bu rəydə olmuşdur ki, fərziyyətini inkar etmədən namazı tənbəllikdən tərk edən (qılmayan) kimsə kafir deyildir. Necə ola bilər Mədinənin dahi şeyxi, görkəmli alim, Tabiinləri görən bir kimsə bu məsələdə səhabələrin icması olduğunu bilsin və ona zidd getsin? Bu əsla mümkün deyildir. Həmçinin digər alimlərdən olan Əbu Hənifə, İmam Şəfii, İmam Əhməd Allah onlardan razı olsun - və s. Necə bunu Hafiz İbn Abdul Bərr rahmətullahi aleyhi namazı tərk edənin kiçik küfr olduunu söyləyən alimlərin sözünü qeyd edərək deyir: “Kim ki, namazın tərkini bu hədislərin zahirinə əsaslanaraq böyük küfr görürsə onda: müsəlmanla döyüşəni, oğurluq edəni, içki içəni, özünü atasından başqasına nisbət edəni də böyük küfrdə ittiham etməlidir. Çünki Peyğəmbərdən sallallahu aleyhi və səlləm səhih olaraq rəvayət edilir ki: “Müsəlmanla döyüşmək – küfrdü”. Həmçinin: İnsan mömin olmaz əgər zina edərsə, insan mömin olmaz əgər oğruluq edərsə, insan mömin olmaz əgər içki içərsə”. Həmçinin buyurur: “Atadan imtna etmək küfrdü”. Həmçinin buyurur: “Məndən sonra bir-birilərinizin boyunlarını vuran kafirlər olmayın” və s. hədislərə alimlər əsaslanaraq bu günah sahibi olan müsəlmanları İslam dairəsindən çıxarmamışlar”. Bunları edən isə Fasiqdir. Namazı tərk etmək barəsində olan hədisləri də bu cür başa düşmək doğru olardı”818.

2) Şəqiq rahmətullahi aleyhi adlı tabiin, hansı ki, bu əsəri səhabələrdən rəvayət edib, bu tabiin çox az səhabə görmüşdür, odur ki, onun gətirdiyi bu kəlimə icmaya dəlalət edə bilməz. Həmçinin məşhur Hənbəli Alimlərindən olan İbn Qudamə rahmətullahi aleyhi Namazın tərkinin küfr olub-olmaması məsələsini araşıdırarkən bu əsəri orada qeyd etmişdir. Baxmayaraq ki, İmam Əhmədin rahmətullahi aleyhi bir rəyinə görə namazı tərk edən kafirdir, İbn Qudamə rahmətullahi aleyhi isə namazın tərkini kiçik küfrə aid etmişdir. Əksinə elə icmanı namazı tərk edənin kafir olmaması üçün gətirmişdir. O, deyir ki: “Bu ona görədir ki, namazı tərk edən cəza olaraq öldürülür, lakin İslam dairəsindən çıxarılmır. Buna da müsəlmanların İcması dəlildir”819.



3) Bu rəvayət zəif rəvayətdir, yəni bu ləfznən gələn rəvayət zəifdir. Səhih rəvayət budur ki, Şəqiq deyir ki: كنا نرى Biz belə görərdik, yəni Tabiinlər. Məlumdur ki, bəzi səhabələr namazdan başqa əməllərin də tərkini küfr görərdilər. Bu da onu göstərir ki, Abdullah İbn Şəqiqin rahmətullahi aleyhi əsəri zəifdir, çünki əsərdə tək namaz qeyd olunub. Heç bir maneə yoxdur ki, həmin bu Abdullah İbn Şəqiqin əsərində gələn Küfr sözü kiçik küfr olmasın. Yəni, əsərdə gələn küfr sözü İslamdan çıxartmayan küfrdür. Yəni, Abdullah İbn Şəqiq rahmətullahi aleyhi deyəndə ki, “Səhabələr əməllərin içərsində yalnız namazın tərkini küfr sayardılar.” Burada qəsd olunan küfr İslamdan çıxardan küfr deyil və bu yuxarıda qeyd etdiklərimizdən daha yaxındır. Çünki alimlər Peyğəmbərin sallallahu aleyhi və səlləm “Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür” bu sözünü kiçik küfrə aid ediblər, deməli bu əsərdə keçən küfr sözü də layiqdir ki, elə burada da küfr sözü İslamdan çıxartmayan küfrdür. Yəni, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sözü kiçik küfrə ihməl olunursa, bu niyə olunmasın? İbn Batta rahmətullahi aleyhi deyir ki: “Namazı tərk edənlə Mürtəd kimi rəftar olunmur. Bunda da bütün müsəlmanların İcması vardır. Həqiqətən bizə məlum deyil ki, hansısa bir zamanda namazı tərk edəni qüsl edib, cənazə namazını qılıb və müsəlmanların qəbristanlığında dəfn edilməsin. Ondan miras alınması qadağan edilsin, belə bir kimsəni zövcəsindən ayırsınlar, baxmayaraq ki, namazı tərk edənlər çox idi. Əgər belə bir kimsə kafir olsaydı bütün bu sadalananlar onun üzərinə tətbiq edilərdi”820. Bu rəvayətlə həmçinin: İbn Qudəmə “əl-Muğni” 2/446, Şeyx Suleyman İbn Abdullah İbn Muhammad İbn AbdulVahhab rahmətullahi aleyhi da razılaşmışdır821. İndi söyləyin görək hansı İcma daha güclüdür? Bu İcma söyləyənlərin icmasının dağıdılması üçün daha bir dəlil: İbrahim İbn Sad əz-Zuhri, İbn Şihabdan (Tabiin idi822) namazı tərk edən bir kimsə barəsində soruşur. O: “Əgər o namazı başqa bir dini qəbul etməkdən ötrü tərk edirsə onu öldürmək lazımdır. Əgər başqa bir səbəbə görədirsə o, fasiqdir və fasiqliyinə görə onu cəzalandırmaq və ya həps etmək lazımdır”823. Bu ona dəlildir ki, namazın tərkinin küfr olması barədə varid olan hədisləri Sələflər böyük küfr kimi başa düşməzdilər.

4) Namazı tənbəllikdən qılmamaq Əhli Sünnə alimləri arasında ixtilaflıdır. Hafiz İbn Rəcəb rahmətullahi aleyhi deyir ki: “Quran və Sünnədə küfr barəsində danışılan məsələlər vardır ki, alimlər bu küfrün böyük yoxsa kiçik olmasında ixtilaf etmişlər. Bura həmçinin aiddir namazın tərki barəsində olan hədislər”824. Əksər alimlər belə bir kimsənin küfrünün böyük küfr olmadığı rəyindədirlər. Hafiz İbn İrakli rahmətullahi aleyhi deyir ki: “Əksər alimlər hesab edilər ki, əgər namazın vacibliyini inkar etmirsə kafir deyildir. Bu da Əbu Hənifə, İmam Məlik, əş-Şəfii və bir də İmam Əhməddən rahmətullahi aleyhi gələn bir rəydir”825. İmam Əhməddən rahmətullahi aleyhi bir rəy vardır. Bəziləri qeyd edirlər ki, İmam Əhməd rahmətullahi aleyhi mütləq şəkildə təkfir edirdi və onun bundan başqa rəyi yoxdur. Xeyr, bu xətadır. Gördüyümüz kimi onun digər rəyləri də vardır. İmam Əhməd rahmətullahi aleyhi deyir ki: “İnsan - İslam dairəsindən böyük şirk etmədikcə və Allahın fərz etdiyini inkar etmədikcə çıxmaz. O ki, qaldı tənbəllik səbəbilə vaciblərdən birini tərk edənə, onun halı Allahdan asılıdır. İstəsə onu bağışlayar, istəsə də cəzalandırar”826. Məgər İmam Əhməddən rahmətullahi aleyhi hansı rəyi daha əvvəl və ya hansını daha sonra söylədiyi məlumdurmu? Əksinə İmam Əhmədin rahmətullahi aleyhi namazı tərk edənin kafir olmadığı rəyi ən məşhur olanıdır. Bax: İbn Batta, Abu Yala, İbn Hamid, İbn Qudamə - Allah onlardan razı olsun - və s827. Həmçinin məşhur Hənbəli məzhəbinin alimi olan İmam əl-Mardavi “İmam Əhmədin rahmətullahi aleyhi məzhəbində olan mübahisəli məsələlərə ən doğru rəy” kitabında deyir ki: “Bizim məzhəbdə ən doğru rəy namazı tərk edənin kafir olmadığı rəyidir”828. Hənbəli alimi olan İbn Həmid “Usulud Din” kitabında deyir ki: “Namaz iman üçün şərt deyildir. O, Namazın tərkini böyük küfr görməzdi”. Bu sözləri İbn Teymiyyə “Məcmuu Fətava” 7/369 qeyd edir. İbn Qudəmə rahmətullahi aleyhi rəvayət edir ki: “Vəllən evə gəldiyi zaman kəsilmiş qoyun əti görür və deyir : “Bunu kim kəsib?”. Sənin qulluqçun – dedilər. Mən: “Vallahi, mənim qulluqçum namaz qılmıraxı?” dedim. Qadınlar: “Biz ona kəsərkən Allahın adını zikr etməyi söylədik” dedilər. Mən bu barədə İbn Məsuddan radıyallahu anhu – soruşdum. O: “Yeyə bilərsən” dedi829. Hətta biz razılaşsaq ki, səhabələr namazın tərkini küfr görərdilər. Buradan belə bir sual doğru: Hansı namazın tərkini küfr görərdilər? 1) Səbəbsiz bir namazın vaxtını təkr edərsə kafidir? (İbn Bazz rahmətullahi aleyhi bu rəydədir). 2) Heç ömründə bir dəfə də namaz qılmayana aiddir? 3) Bəlkə səhabələrin icması başının üzərində qılıncın parlamasını gördüyü halda yenə də inadkarlıq edərək namazı qılmaqdan imtina edən kimsəyə aiddir? (İbn Teymiyyə, Şey əl-Albani rahmətullahi aleyhi bu rəydədirlər). İbn Teymiyyə rahmətullahi aleyhi isə səhabələrin icmasını qılınc başının üzərində parladığı zaman inadkarlıq edərək namaz qılmamağı üstün görən kimsələrə aid etmişdir. O, deyir: “Əgər bir kimsə namaz qılmamağı üstün görərsə, baxmayaraq ki, buna görə öldürüləcəyini bildiyi halda, belə bir kimsə batinən bunu vacib görənlərdən sayılmaz. Belə bir kimsə müsəlmanların icmsıyla kafirdir, necəki buna səhabələrdən gələn xəbərlər və səhih hədislər dəlildir”830.

5) Abdullah İbn Şəqiqdən səhih yolla rəvayət olunur ki: “Peyğəmbərin sallallahu aleyhi və səlləm - səhabələri Quranın satışını və uşaqları öyrətməyə görə pul götürməyi qəti olaraq qadağan edərdilər”831. Nə üçün digər rəvayət kimi namazın tərkini küfr görən alimlər Quranın satışını və pul qarşılığında öyrətməyi qadağan edərək səhabələrin icmasını gətirmirlər? Əksinə onlar Quranın ticarətini etməyi belə icazəli görürlər. Ona görə də heç kəs bu məsələdə icma olduğunu söyləməmişdir, əksini isə söyləmişlər.

Bunların məqsədləri yalnız namazı insanlara böyük küfr olaraq təqdim etməkdir. Hər bir şeylə çalışırlar ki, bunu etsinlər. Əgər belə olsa onda belə çıxır ki, səhabələr namazdan başqa heç bir əməlin tərkini küfr görməzdilər. Allahın hökmü ilə hökm vermək və s. Böyük küfr deyildir? Çünki səhabələr namazı yalnız böyük küfr hesab edərdilər. Bəlkə də, Şəqiq rahmətullahi aleyhi bu əsərdə kiçik küfrü qəsd edirdi? Allah daha doğru bilir!


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə