Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə21/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   ...   17   18   19   20   21   22   23   24   ...   50

2. Vacib İman Bu mərtəbəyə «Müfəssəl İman» və ya «İmanın həqiqəti» mərtəbəsi də deyilir. Bu mərtəbə «İmanın əsli» mərtəbəsindən sonra gəlir. Bu mərtəbədə olan kimsə vacibləri yerinə yetirər, böyük günahlardan və pisliklərdən çəkinir, dinin bütün ayrıntılı hökmlərini təsdiq edir və gücü yetdiyi qədər gizlində də, aşkarda da onlara bağlı qalır. Biliyi və əməli artıqca imanı da artır. Bu mərtəbənin sahibinə əzabsız bir Cənnət vəd edilmişdir. Bu iman üzərə ölərsə Cəhənnəmə girməkdən qurtulur.

3. Müstəhəb İman Bu mərtəbə «Vacib iman» mərtəbəsindən sonra gəlir. Bu ehsan mərtəbəsidir. Bu mərtəbənin sahibləri vacibləri yerinə yetirmək və pisliklərdən çəkinməklə kifayətlənməz. Bunları aşaraq müstəhəb əməlləri edər və Allahın ona verdiyi imkan çərçivəsində məkruhlardan və şübhəli şeylərdən uzaq durar. «Sağ tərəf sahibləri. Kimdir onlar? Sol tərəf sahibləri. Kimdir onlar? Və bir də öndə olanlar! Öndə olanlar!». (əl-Vaqiə 8-10). «Sonra Kitabı bəndələrmizdən seçdiklərmizə miras qoyduq. Onlardan kimisi özünə zülüm edər (pis əməlləri yaxşı əməllərindən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını qabaqlayıb) irəli keçər. (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu böyük lütfdür. Onlar Ədn Cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır». (Fatir 32-33).

1. Sabiqunlar sabiqunlar özləri də üç yerə bölünürlər. 1) Peyğəmbərlərə yaxın olanlar, 2) Ortada olanlar, 3) Muxtasidlərə yaxın olanlar. Xeyir işlərdə irəli keçənlər fərz692 və müstəhəbləri693 edənlər, haram və məkruhları694 tərk edənlər, şübhəli şeylərdən uzaq olanlar. Bu sanki Allahı görür kimi ibadət edən ehsan mərtəbəsindəki quldur. O, müstəhəb və kamil iman sahibidir. Bunlar mükərrəb olanlardır. Onlar sorğu-sualsız Cənnətə girəcəklər. Çünki onlar artıq vacib əməlləri aşaraq (edib), müstəhəb əməllərə keçmişlər. Onlar müstəhəb imandadırlar. İmanın müstəhəb dərəcəsindədirlər ki, bu da onların vəsfləridir. «Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər». (əz-Zariyat 17,18). Muhsinun, Muqarrabun, Siddiqun, Sabiqun və s. onların gözəl isimləri vardır. Bu ayədə zikr olunanlar isə Muhsinlər barəsindədir.

2. Muxtasidlər Muxtasidlər özləri də üç yerə bölünürlər. 1) Sabiqunlara yaxın olanlar, 2) Ortada olanlar, 3) Zalimunlara yaxın olanlar. Orta yolda olanlar. Bunlar imanın əsaslarını düzgün yerinə yetirənlərdir. Vacibləri yerinə yetirər, haramlardan695 çəkinərlər və günah etdikləri zaman dərhal tövbəyə tələsənlərdi. Lakin bu qism müstəhəb əməlləri yerinə yetirmir və bəzən də məkruhları edirlər. Lakin onlar günah etdikləri zaman tövbəyə tələsərlər. Bular vacib iman sahibləridir. Muxtasidlərlə zalimunlar arasında fərq – zalimunlar böyük günahlara davam edirlər, muxtasidlər isə dərhal tövbəyə tələsərlər. «O, müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər». (Ali İmaran 135). «Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa, Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir». (əl-Furqan 70). Onlar bilə-bilə günah üstündə davam etməzlər. Nəyə görə? Çünki onlarda elm vardır. Bu da ikinci fərqdir. Özlərinə zülm edənlərdə ümumi iman vardır. Lakin təfsilatı ilə deyildir. Onlar imanı xırdalıqla öyrənməyiblər. Amma muxtasidlər isə Allahı tanımaq bilgisində, elə bir bilgi ki, onların dərəcələri qalxır və imanları kamilləşməyə doğru yönəlir. Onların Allahı tanımaqları onların günahlarının bağışlanmasına səbəbdir. Çünki onlar bilirlər ki, Allaha qarşı çıxmaq böyük günahdır və buna görə də şiddətli əzab vardır. Həmçinin də onlar bilirlər ki, Allah tövbə edənləri sevir. «Ey möminlər! Hamılıqla Allaha tövbə edin ki, bəlkə nicat tapasınız». (ən-Nur 31). «Ey iman gətirənlər! Allaha səmimi qəlbdən tövbə edin». (ət-Təhrim ). «Tövbə etməyənlər zalimlərdir». (əl-Hucurat 11). Onlar əməllərini sünnə üzərində qururlar, bidət-lərdən uzaqdırlar və buna görə də bu mərtəbə Muxtasidlər mərtəbəsi adlanır.

3. Zalimunlar Zalimunlar özləri də üç yerə bölünürlər. 1) Muxtasidlərə yaxın olanlar, 2) Ortada olanlar, 3) Küfrə yaxın olanlar. Bunlarda imanın əsli vardır. Lakin nəfslərinə zülm edərlər. Bəzi haramları (böyük günahları) etməklə bərabər, imanlarını qorumaqla bərabər, bəzi fərzləri yerinə yetirməkdə də qüsurlara yol verərlər. İcmali iman sahibləri. Onlar imtahana çəkiləndə bəziləri ayılaraq elm əhlinə yaxınlaşır və bununla da nicat tapırlar. İmtahandan salamat çıxaraq Muxtasidlər dərəcəsinə yaxınlaşırlar. «De ki: «Allah başınızın üstündən və ayaqlarınızın altından sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir! Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə başa düşsünlər!». (əl-Ənam 65). Baxmayaraq ki, onlar müsəlmandırlar, onlarda iman vardır, onların Lə İləhə İlləllah vardır, Tövhidi vardır bununla yanaşı onları dünyada da, axirətdə də təhlükələr gözləyir. Allah onların etdiyi günahlar üçün müvafiq cəzalar hazırlamışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm ə yuxusunda göstərilən qəbr əzabı696, böyük günah sahibləri üçün (içki içən, zinakar, oğru, təkəbbürlü, özünü öldürən, nəmmamlıq, çəkidə aldatmaq, yetimin malını yemək, haram yemək və haram ilə məşğul olmaq, sələmçilik, qumar, ismətli qadınlara böhtan atmaq, insan öldürmək və s.) günalarına görə onlar üçün qorxu, narahatçılıq, əzab vardır. Qəlbləri yerindən qopardan bir qorxu. Bəziləri bu günahlardan qəbrdə təmizlənəcəklər. Qəbr əzabı vasitəsilə qiyamət günü gəldikləri zaman onlar artıq günahlarından təmizlənmiş halda olacaqlar. Bunlardan təmizləndiklərinə görə tərəziyə qoyulacaq bir şey olmayacaqdır. Çünki qoyulacaq günahları qalmamışdır. Lakin bunlar sağ tərəf sahiblərindən aşağıdırlar.

Onların cəzası bununla da qurtarmayacaqdır. Onlar üçün Qiyamət günü xüsusi tərtib vardır. Nə üçün? Çünkü onlar Allahın haram buyurduqlarına qarşı cürətlənmiş, Allaha asi olmuşlar. Baxmayaraq ki, onlar Allahı tanıyırdılar, Allahı təkləşdirirdilər. Lakin onlar bu Tövhidi, bu iqrarı qorumadılar. Allah ilə insan arasında olan əhdi, sözü Lə İləhə İlləllah kəliməsini qorumadılar. Əksinə bu kəliməyə xələl gətirdilər. Qiyamət günü onlar həşr olunacaq yerə toplanılacaqlar. Günəş onlara yaxınlaşdırılacaqdır. Günahlarının çoxluğuna görə tər içərisində olacaqlar. Sonra onları susuzluq bürüyəcəkdir. Onlara deyəcəklər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in hövuzuna gəlmirsinizmi? Onlara hövuzun sahəsinə girməyə maneçilik törədiləcəkdir. Sonra onlara su ilə dolu kasalar uzadılacaqdır. Bu sudan Muxtasidlər, Sabiqunlar içicəklər və bir daha əbədiyyən susamayacaqlar. Orada olan özlərinə zülm edənlər, bidət əhli, böyük günah sahibləri bu şiddətli istidə əllərini o, kasalara uzadacaqlar. Onlar ilə kasa arasında az bir məsafə qalmışkən kasa onlardan uzaqlaşdırılacaqdır və onlara mane olacaqlar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən hovuza ilk gələn mən olacağam. Mənim yanıma gələcək olan oradan içəcək, oradan bir dəfə içən əbədiyyən susamayacaqdır. Mənim yanıma mənim tanıdıqlarım, onların da məni tanıdıqları bir qism insanlar gələcəklər. Mənimlə onların arasında əngəl qoyulacaqdır». Başqa rəvayətdə: «Onlar məndəndirlər» deyəcəyəm. Mənə: «Sən onların səndən sonra nələr uydurub ortaya çıxartığını bilmirsən». Bu dəfə mən də: «Məndən sonra dəyişiliklər ortaya çıxaranlar məndən uzaq olsunlar, məndən uzaq olsunlar»697 Onların yaxşı əməlləri ilə pis əməlləri tərəziyə qoyulacaqdır. Bunlar da üç qismə bölünür. 1) Zalimunlar içərisində yaxşı əməlləri ilə pis əməllərindən üstün olanlarda vardır. Bunların axırı Cənnətə daxil olmaqdır. 2) Yaxşı əməlləri ilə pis əməlləri bərabər olanlardır. Onlar Cənnətlə, Cəhənnəm arasında bir yerdə duracaqlar. Bu yerin adı Əraf - adlanır. Bu onlar üçün əzabdır. Necə ki, onlar dünyada ikən küfr və iman arasında idilər. Onlar Cənnəti gördükləri zaman tamahları artar, Cəhənnəmi gördükləri zaman isə onların qəlbləri qorxudan yerindən qopar. Onların orada qalmaqları Allahın istəyi qədər olacaqdır. Bundan sonra onlar Sırata yönəldiləcəklər. Onların orada yerişi yaxşı əməlləri pis əməllərindən üstün olanların yerişindən aşağı olacaqdır. 3) Pis əməlləri yaxşı əməllərindən üstün olanlar. Bunlar Cəhənnəmə girməyə layiqdirlər (istisna şəfaətdir).



Bütün bunlardan sonra Sırat gətiriləcəkdir. Sabiqunlar onun üzərindən ildırım sürəti ilə keçəcəklər. Həmçinin Muxtasidlərdə küləyin sürəti kimi onun üzərindən keçəcəklər. Bunlardan sonra zalimunlar gətiriləcəklər. Onlar da dərəcələrinə görə kimisi sürünə-sürünə, kimisi də iməkləyərək onun üzərindən keçəcəklər. Bunlar da pis əməlləri yaxşı əməllərindən çox olanlardır. Cəhənnəmin istisi onlara toxunacaqdır və onları Cəhənnəmdən çıxan qırmaqlar yaxalayacaqlar. Onların o, körpünün üzərindən keçmələri uzun müddət davam edəcəkdir. Bu da onların etdikləri günahların müqabilindədir. Abdullah b. Abbas radıyallahu anhu dedi ki: «Xeyirdə yarışan hesaba çəkilmədən Cənnətə girəcəkdir. Ortada gedənlər Allahın rəhmətiylə Cənnətə girəcəklər. Özlərinə zülm edənlər Muhəmmədin şəfaəti ilə Cənnətə girəcəklər698.

İSLAM VƏ İMAN
İslam Və İman - İmanın həqiqətini bəyan edən bir çox dəlillər vardır ki, bununla bəndənin qəlbində iman ağacı kamilləşir. Bununla imanın səmərələrini görürlər və tamını, şirinliyini dadırlar. Bununla Allahın razılığını və Cənnətini qazanırlar. Bu o, naslardır ki, imanın həqiqətini və kamiliyyini bəyan edir. Peyğəmbər sallallahu aleyhi və səlləm İslam və İmanı məşhur Cəbrail əleyhissəlam hədisində zikr etdi. Belə ki, səhabələrin əhatəsində Cəbrail əleyhissəlam ondan İslam və İman barəsində soruşdu. Ömər - radıyallahu anhu rəvayət edir ki, bir gün Rasulullah sallallahu aleyhi və səlləm - in hüzurunda oturmuşduq. Bu vaxt paltarı düm ağ, saçları olduqca qara, üzərində səfər əlaməti görünməyən və aramızda heç kimsənin tanımadığı bir nəfər içəri girib, Peyğəmbər sallallahu aleyhi və səlləm - in yanında oturdu. İki dizini onun dizlərinə söykəyib, əllərini (öz) dizlərinin üstünə qoyaraq: «Ey Muhəmməd! Mənə İslam haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «(İslam) Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədın Allahın elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, imkan olduqda Beyti həcc etməkdir» deyə buyurdu. (Adam): «Doğru söylədin!» deyə cavab verdi. (Ömər) dedi ki, adama heyrət etdik. Həm ona sual verir, həm də onun söylədiklərini təsdiq edirdi. (Adam): «Mənə İman haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «(İman) Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət gününə və Xeyir və Şərrin Allahdan olmasına inanmaqdır» deyə buyurdu… (Peyğəmbər): «O, Cəbrail əleyhissəllam - idi. Sizə dininizi öyrətməyə gəlmişdi!» deyə buyurdu699. Bu hədisdən İslam və İman arasında fərq olduğu aydın olur. Peyğəmbər sallallahu aleyhi və səlləm dən İslam haqqında soruşduqda zahiri əməlləri zikr etmiş, İman barəsində soruşduqda isə qəlbi (batini) əməlləri zikr etmişdir. Bununla da elm əhli arasında ixtilaf yaranmışdır. Alimlər demişlər ki, İslam başqa bir şeydir, İman isə tam başqa bir şeydir.

İmanın həqiqəti bir dəlildən götürülmür. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə İmana qəlbi (batini) əməlləri zikr etdi. Başqa bir hədisdə isə zahiri əməlləri imana vermişdir. Yəni İslama verdiyi tərifi başqa bir hədisdə İmana vermişdir. İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, AbdulQeys700 heyəti Rəsulullah sallallahu aleyhi və səlləm in hüzuruna gələrək dedilər: «Ya Rəsulullah! Bizlər Rabia qəbiləsindənik. Səninlə bizim aramızda Mudar kafirlərindən ibarət bir qəbilə maneə olmuşdur. Buna görə də sənin yanına yalnız Haram aylarda701 gələ bilirik. Buna görə də bizə qəti bir əmr ver ki, onu yerinə yetirək və həm də geridə qalanlara onu dəvət edək Cənnətə girək. Rəsulullah sallallahu aleyhi və səlləm onlara dörd şeyi əmr etdi və dörd şeydən də çəkindirdi. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Bir və tək olaraq Allaha iman etməyinizi əmr edirəm. Bir və tək olaraq Allaha iman etməyin nə olduğunu bilirsinizmi?» Onlar Allah və Rəsulu daha gözəl bilir!». O, buyurdu: «Allahdan başqa ilah olmadığına, Məhəmmədin onun Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək və qənimətin 1/5-ni verməkdir. Sizləri Dubbadan, Hantemdən, Nakirdən və Muzzafərdən çəkindirirəm»702 Peyğəmbər sallallahu aleyhi və səlləm Cəbrail əleyhissəllam - ın hədisində İslama verdiyi tərifi bu hədisdə İmana vermişdir. Elm əhli isə bu hədislərdən belə bir nəticəyə gəlmişlər ki, İslam və İmanın deyiliş forması vardır. Yəni bunların həm xüsusi və ümumi mənaları vardır. Ümumi mənası odur ki, bütün dini əhatə edir. Yəni İman ümumi mənada gələrsə bütün dini əhatə edir. Həmçinin də İslam ümumi mənada gələrsə bütün dini əhatə edir. Bəzi sözlər də belədir. Məs: Miskin və Fəqir. Allah: «Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq fəqirlərə, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə .». (ət-Tövbə 60). Bir dəlildə həm fəqir, həm də miskin ləfzi işlədilmişdir. Bunun da hər birinin həm xüsusi, həm də ümumi mənaları vardır. Fəqir kəlməsi işləndiyi zaman onun içinə miskin də girər. Miskin kəlməsi də tək başına işləndiyi zaman onun içinə fəqir də girər. Lakin iksinin arası birləşdiyi zaman isə hər biri ayrı-ayrı mənaları ifadə edər. Fəqir sözü ayrı işlənərsə içərisinə miskin kəliməsi də daxildir. Həmçinin də Miskin sözü ayrı işlənərsə içərisinə fəqir kəliməsini də daxil edir. Lakin bir yerdə işləndiyinə görə ayrı-ayrı mənaları vardır. Lakin baxmayaraq ki, onlar ehtiyacda müştərəkdilər. Yəni ehtiyac sahibidirlər. Yanaşı gəldiklərinə görə aralarında fərq vardır.

Lüğəti mənalarına görə İslam və İman ayrı-ayrı şeylərdir. Şəri mənaları ilə islam və iman bir-birindən ayrılmazdırlar. Biri digəri olmadan işlənməzlər. Əksinə harada səhih və mötəbər bir iman varsa onunla birlikdə islam da vardır və ya harada islam varsa onunla birlikdə iman da vardır. Onlardan hər hansı biri tək başına işlədiləcək olarsa, digəri də onun içərisinə girər və tək başına işlədilən bu isim yenə digər ismin tək başına işlədilməsi halında dəlalət etdiyi şeylərə dəlalət edər. Yəni İslam ləfzi tək gələrsə həm qəlbi (batini) əməlləri, həm də zahiri əməlləri əhatə edər. Həmçinin İman ləfzi də tək gələrsə həm zahiri, həm də qəlbi (batini) əməlləri əhatə edir. Çünki varlılıqları bir-birinə bağlıdır. Məs: «Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (və ya dirsəkləriniz də daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız da daxil olmaqla) yuyun». (əl-Maidə 6) - ayəsindəki xitab həm mömin, həm də müsəlmanları əhatə edir. Yoxsa ki, namaz üçün dəstəmaz almaq təkcə möminlər üçün deyildir. Müsəlmanların da dəstəmazsız namaz qılmaları mümkün deyildir. İman islamı əhatə etdiyi kimi, islam da imanı əhatə edir. Həmçinin: «Məni müsəlman olaraq öldür». (Yusif 101) ayəsindəki «Məni müsəlman olaraq öldür!» eyni zamanda «Məni mömin olaraq öldür!» deməkdir. Yoxsa - məni müsəlman olaraq öldür, mömin olaraq öldürmə - mənasında deyildir. Çünki Allah bütün möminlərin ancaq müsəlman olaraq can vermələrini «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102) istər703.

Həmçinin İmanla yanaşı saleh əməl, İslam, təqva, düz durmaq əmri gələrsə burada birinci yəni İmanla qəsd olunan qəlbi (batini) əməllərdir. O, biri ilə (saleh əməl, İslam, təqva və s.) qəsd olunan isə zahiri əməllərdir. Həmçinin də əl-Muminun, əl-Muminat sözü gəldikdə: «İman gətirib saleh əməl edən» deməkdir. Əgər «Əl» artikli ilə gələrsə əl-Muminun sözü: «İllələzinə Əmənu Və Amilus Salihət» deməkdir. Bu ayə də İmanla qəsd olunan batini, saleh əməl ilə zahiri əməllər qəsd olunur. Əgər İman ümumi heç bir şeylə yanaşı gəlməzsə onda bütün dini əhatə edir. «Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri doğru yolda olanlardır!». (əl-Hucurat 7). Bu ayədə İman tək gəldiyi üçün Allah sizə nəyi sevdirdi? Dini. «Allah yanında (məqbul olan) din əlbəttə İslamdır». (Ali-İmran 19). «Kim İslamdan başqa bir din ardınca gedərsə heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar». (Ali-İmran 85). Burada İslam ilə qəsd olunan bütün dindir.

Lakin ikisi bir yerdə zikr olunarlarsa (islam və iman) aralarında fərq olur. Bu vəziyyətdə İman ilə görünməyən (batini) etiqadlar (inanclar) qəsd edilməkdədir. Bunlar isə Allaha, mələklərə, kitablara və Peyğəmbərlərə, axirət gününə, qəza və qədərə, xeyrinə və şərrinə iman etməkdir. Yəni bütün bunlar qəlbin təsdiq etməsi, iqrar etməsi və bilməsidir. İslam ilə, şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, oruc tutmaq və həcc etmək kimi görünən ibadətlər yəni əməllərlə Allaha təslim olmaq, boyun əymək və bağlanmaq qəsd edilməkdədir. Elm adamları buna belə deyirlər: «Hər mömin müsəlmandır, lakin hər müsəlman isə mömin deyildir». İbn Teymiyyə - rahmətullahi aleyhi də İslam və İmana tərif verərək deyir ki, əgər bir dəlildə cəm olarsa məna tərəfdən ayrılırlar. Ayrı-ayrı gələrlərsə birləşirlər. Məs: Allah buyurur: «Bədəvi ərəblər: «Biz iman gətirdik!» dedilər. (Ya Peyğəmbər! Onlara) De ki: «Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: «Biz İslamı qəbul etdik!» deyin». (əl-Hucurat 14). İbn Abbas – radıyallahu anhu deyir ki, onların bütünlüklə münafiq olmadığını, imanları zəif kimsələr olduğunu açıqlamışdır. İbn Cərir ət-Təbəri - rahmətullahi aleyhi bu ayənin təfsirində deyir ki, Allah Rəsulu - səllallahu aleyhi və səlləm bədəvi ərəblərin yalnız İslam (təslim) olduqlarını söyləməsini əmr etmişdi. Onlar yalnız dilləri ilə təsdiq etmiş, lakin qəlbləri ilə təsdiq etməmişlər. Buna görə də onlara yalnız İslam olduqları demələri əmr edildi. Çünki İslam (təslim) olmaq üçün söz yetərli olarkən, iman etmək üçün həm söz, həm də əməl gərəkdir. İbn Qeyyim - rahmətullahi aleyhi bu ayənin təfsirində deyir ki: «Uca Allah bədəvilərin imanını inkar edərkən müsəlman olduqlarını, Ona və Rəsuluna itaət etdiklərini bildirmişdir. Kamil iman deyilərkən bu kəlimədə nə nəzərdə tutulursa ayədə o, rədd edilir704. «Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər. Kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər». (əl-Ənam 125).

Bu hədis Əhli Sünnə Vəl Cəmaatı imanın həqiqətinə dair gətirdiyi ən güclü dəlillərdəndir ki, İman zahiri əməlləri də əhatə edir. Çünki bu heyət haram aylarda gəlməkləri ilə yanaşı Rəsulullah sallallahu aleyhi və səlləm dən böyük miqdarda bir el istəmişlər ki, ona əməl etsinlər və geridə qalanlara da çatdırsınlar. Rəsulullah sallallahu aleyhi və səlləm də onlara İmanın həqiqəti barəsində xəbər vermişdir.


İSLAMDA İSTİSNA ETMƏK «İNŞƏALLAH, MƏN MÜSƏLMANAM» DEMƏK
İslamda istisna etmək bir kimsənin İnşəallah Mən Müsəlmanam deməsidir. Əhli Sünnə vəl Cəmaat istisnanı imanda caiz705 görürlər. İslamda isə caiz görməzlər. Çünki bildiyimiz kimi İslam iman deyildir. İmanın dərəcələri vardır. İnsanlar iman mərtəbəsində dərəcə-dərəcədirlər. Onlardan bir qrupu ehsan dərəcəsindədir, bir qrupu mömindirlər, bir qrupu da müsəlmandırlar. Bu da dərəcənin ən aşağısıdır. Ondan aşağı küfürdən başqa bir şey deyildir. Bir kimsə müsəlman deyilsə kafirdir. Lakin müsəlman olmayan kimsə müsəlman ola bilir. Çünki şəhadət kəlməsini söyləyən kimsə müsəlman olur və digər kafirlərdən fərqlənir. Beləcə onun haqqında İslamın hökümləri işlədilir.

Şəri dəlillər İslamda istisna etmədən – Mən müsəlmanam – deməyə dəlalət edir. «Allaha tərəf çağıran, yaxşı iş görən və mən müsəlmanlardanam deyən kəsdən daha gözəl danışan kim ola bilər» (əl-Fussilət 33). «Bədəvi ərəblər: «Biz iman gətirdik!» dedilər. (Ya Peyğəmbər! Onlara) De ki: «Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: «Biz İslamı qəbul etdik!» deyin. Hələ iman qəlblərinizə daxil olmamışdır. Əgər Allah və Peyğəmbərinə itaət etsəniz O, sizin əməllərinizdən heç bir şeyi əskiltməz. Həqiqətən Allah bağışlayan və rəhm edəndir». (əl-Hucurat 14). İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Bu ayə İmam Əhməd rahmətullahi aleyhi və s. İslamda deyil, imanda istisna edilməsinin və böyük günah edənlərin iman mərtəbəsindən çıxıb islam mərtəbəsinə girdiklərinə dair sürdükləri dəlillərdəndir». əl-Meymuni dedi ki: «İmam Əhməddən - Mən İnşəallah Möminəm sözü haqqında fikrin nədir». O: «İnşəallah möminəm deyirəm. Müsəlman deyərkən istisna etmərəm. Mən: «Sən, islam və iman arasında ayrım edirsən?» dedim. O: «Bəli» dedi. Mən: «Hansı dəlilə əsasən» dedim. O: «Bədəvilər biz iman etdik» dedilər. De ki: «Siz iman etmədiniz, müsəlman olduz deyin»706.


İMANDA İSTİSNA ETMƏK «İNŞƏALLAH, MƏN MÖMİNƏM» DEMƏK
Əhli Sünnə vəl Cəmaat imanda istisna etmək – yəni «İnşəallah, mən möminəm» deməyin və özləri haqqında yəqin olaraq «Mən möminəm» deməyin əleyhinədir. Bu isə onların Allahdan qorxmaları və qədərə iman etmələrinə görədir. Çünki heç kəs yəqin olaraq deyə bilməz ki, «mən möminəm». Mütləq iman bütün itaətləri etməyi və bütün qadağaları tərk etməyi əhatə edir. İnsan bütün bunları etdikdə də yəqin olaraq bu kəlməni söyləməz. Əgər belə etsə onda özünü tərif etmiş, təmizə çıxarmış və özünü Allahdan haqqıyla qorxan, yaxın kimsələrdən olduğunu irəli sürmüş olur. Beləliklə də özünə yəqin olaraq mömin deyən kimsə özünün Cənnət əhlindən olduğunu da irəli sürməlidir. Bu isə mümkün deyildir. «Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu daha gözəl bilir». (ən-Nəcm 32). İstisna Etmək «İnşəallah, mən möminəm» demək haqqında üç rəy vardır. Kimisi bunun vacib olduğunu, kimisi bunun haram olduğunu, kimisi də bu məsələdə orta yolu tuturlar.

Müxaliflərin qeyd etdiyinə görə iman tək bir şey olub əməl və sözdən ibarət deyildir. İman qəlbdəki təsdiqdir. Əgər qəlb təsdiq edirsə o, özünün mömin olduğunda da heç bir şəkk-şübhə etməməlidir. Onlara görə şahadət kəlməsini söylədiyimi bildiyim kimi, mömin olduğumu da bilirəm. Onların «Mən möminəm» deməyi, «Mən müsəlmanam» deməyi kimidir və bu məsələdə «İnşəallah, mən möminəm» deyənlərə də Şəkkak şübhəçi adını verirlər.

İmam Əbu Hənifə rahmətullahi aleyhi də imanda inşəallah, mən möminəm deməyin haram olduğu fikrindədir. O, deyir: «Mömin yəni inanan kimsə həqiqətən mömindir, kafir də həqiqətən kafirdir. Küfrdə şübhə olmadığı kimi imanda da şübhə yoxdur». Allah buyurur: «Onlar həqiqi möminlərdir». (əl-Ənfal 4). «Bütün bunlar həqiqətən kafirdilər». (ən-Nisa 151). Muhəmməd - sallallahu aleyhi və səlləm in ümmətinin günahkar olan kimsələrinin hamısı həqiqətən mömin olub, kafir deyillər»707. İmam Əbu Hənifə rahmətullahi aleyhi , Harisi və Haskəfinin rəvayətinə görə belə demişdir: «Alqamə ilə birlikdə Ata b. Əbi Rəbahın yanında idik». Alkamə ona: «Ey Əbu Muhəmməd! Ölkəmizdə imanlarını özlərinə nisbət etməyə və mən möminəm deməyi xoş qarşılamayan bir qrup vardır» dedi. Ata b. Əbi Rəbah: «Onlara nə olur ki, bunu söyləmirlər?» deyə qarşılıqlı sual verdi. Alkamə sözünə davam edərək: «Deyirlər ki, mömin olduğumuzu söylədikdə özümüzü Cənnət əhlindən olduğumuzu da qeyd edirik». Ata onlara: «Allah! Allah! Bu şeytanın hiylələrindən biridir. Şeytan onları Allahın onlara verdiyi ən böyük nemət olan İslamı tərk etməyə və bu xüsuslarda Peyğəmbər - sallallahu aleyhi və səlləm ə müxalif olmalarını vəsvəsə edir. Mən səhabələrin və eyni zamanda da Peyğəmbər - sallallahu aleyhi və səlləm in də bunu etdiyinin şahidi olmuşam»708.

Digər bir qrup isə hər bir şeydə istisna etməyə başladılar və bu məsələdə həddi aşmışlar. Məs: Onlar etdikləri bütün saleh əməllərdə də istisna etməyə başladılar. «İnşəallah mən namaz qıldım, inşəallah oruc tutdum» və s. sözlər söyləməyə başladılar. Yenə onlardan bir çoxu hər şeydə istisna etməyə başladılar. «İnşəallah bu paltardır, inşəallah bu ayaqqabıdır» və s.



Lakin ən gözəl mövqe isə Sələfin mövqeyidir. Allah Qurani Kərimdə yəqin olaraq baş verən bəzi işləri Allahın diləməsinə bağlayaraq ifadə edildiyini açıq göstərən bir sıra ayələr vardır. Məs: «And olsun ki, Allah öz peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşəallah əmin-amanlıq içində, (bəziniz) başınızı qırxdırmış, (bəziniz) saçınızı qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidulhərama daxil olacaqsınız». (əl-Fəth 27). O, yürüyüb-qaçmaq və atasına kömək edə bilmək çağına (on üç yaşında) çatdıqda (İbrahim) dedi: «Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! O, dedi: «Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşəallah mənim səbrlilərdən olduğumu görəcəksən». (əs-Saffat 102). Və heç bir şey barəsində: «Mən onu sabah edəcəyəm! demə. Ancaq: «İnşəallah edəcəyəm» de. (əl-Kəhf 23-24). (Yəqub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına basıb: «İnşəallah əmin-amanlıqla Misirə daxil olun» dedi. (Yusif 99). Aişə – radıyallahu anhə rəvayət etdi ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm gecənin sonunda Bəqi qəbristanlığına girər və deyərdi: «Ey möminlər topluluğunun yurdu! Salam üzərinizə olsun. Sizə vəd olunmuş (ölüm) gəlmişdir. İnşəallah biz də sizə qovuşacağıq. Allahım! Bəqi qəbristanlığında yatanları bağışla!». Başqa rəvayətdə Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Ey möminlərin və müsəlmanların yatdığı yurdun sakinləri! Salam üzərinizə olsun! İnşəallah biz də sizə qovuşacağıq!» 709. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Hər Peyğəmbərin qəbul edilmiş duası vardır. Hər peyğəmbər bu duasını etmişdir. Lakin mən duamı Qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq ümmətimdən Allaha heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəallah bu şəfaətə nail olacaqlar»710. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Süleyman b. Davud (Allahın salamı iksinin də üzərinə olsun): «Şübhəsiz bu gecə yetmiş (Bəzi rəvayətlərdə 90, bəzilərində 99, bəzilərində 100) zövcəmi (xanımlarımı) dolaşacağam. Zövcələrimdən hər biri Allah yolunda vuruşacaq bir süvari doğacaq» dedi. Bu an yoldaşı (olan mələk) Ona: «İnşəallah de!» dedi. Lakin o, İnşəallah deməyi unutdu. Bunundan sonra o, qadınlardan biri xaric, heç biri hamilə olmadı. O, da xəstə olan bir uşaq doğdu». Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər İnşəallah demiş olsaydı hər biri Allah yolunda vuruşacaq süvarilər doğardılar (Başqa rəvayətdə: Əgər İnşəallah demiş olsaydı vədini yerinə yetirmiş olardı və öz istəyinin yerinə yetməsi üçün daha çox ümidi olardı)»711.

Səhabələrdən gələn rəvayətlərdə: Əbul-Vahterinin (Səid b. Feyruz) rəvayətinə görə Əli – radıyallahu anhu demişdir: «Bir kimsənin mən möminən deməsi bidətdir»712. İbn Məsud – radıyallahu anhu deyir: «Hər kim mömin olduğuna dair şahitlik edərsə, özünün Cənnətdə olduğuna da şahidlik etsin»713. Bir nəfər İbn Məsud – radıyallahu anhu nun yanında şübhəsiz ki, mən möminəm dedikdə İbn Məsud ona: «Onda mən Cənnətliyəm də de!» dedi. Sonra İbn Məsud – radıyallahu anhu o, adama: «Lakin biz Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə inanırıq»714. Bir nəfər İbn Məsud – radıyallahu anhu nun yanında şübhəsiz ki, mən möminəm deyir: «Ey Əbu Abdurrahmən! Bu adam mömin olduğunu iddia edir». İbn Məsud – radıyallahu anhu onların bu sözlərinə: «Ondan bir soruşun görün o, Cənnətlikdir yoxsa Cəhənnəmlik?» Onlar həmin şəxsdən bunu soruşurlar. Adam da onlara: «Allah ən doğrusunu bilir». Adamın bu cavabından sonra İbn Məsud – radıyallahu anhu ona: «İkincisini (yəni Cənnətlik və ya Cəhənnəmlik olduğunu) Allaha həvalə etdiyin kimi birincisini də Allaha həvalə etsəydin?» dedi»715. İmam Əhməd rahmətullahi aleyhi ə imana dair sual verildikdə o: «İman - söz, əməl və niyyətdir!» deyə cavab vermişdir. Bu dəfə ona: «Adam sən möminsən?» deyə soruşarsa, o: «Bu bir bidətdir!» deyə cavab vermişdir. Bu səfər ona: «Yaxşı, beləsinə necə cavab verilir?» deyilincə, «İnşəallah, möminəm!» deyilir, deyə cavab vermişdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm qəbr əhlini ziyarət etdikdə buyurdu: «İnşəallah, biz də sizə qovuşacağıq!». O, burda istisna etdi. O, isə yəqin olaraq öləcəyini bildiyi halda istisna etdi»716. Vəlid b. Müslim: «Əvzai, Məlik b. Ənəs və Səid b. AbdulƏzizin kişinin mən möminəm deməsini inkar etdiklərini, inşəallah mən möminəm deməsinə isə izn verdiklərini eşitdim»717. İmam Beyhəqi rahmətullahi aleyhi deyir ki: «Bunu – imanda istisna etməyi – səhabədən bir qrupdan, tabiinlərdən və sələfi salihdən rəvayət etdik»718. İbrahim ən-Nəhai rahmətullahi aleyhi deyir ki: «Bir kimsənin bir nəfərə – Sən möminsən – deyə soruşması bidətdir»719. Sufyan b. Uyeynə rahmətullahi aleyhi deyir ki: «Bir kimsəyə sən möminsən deyə soruşulduğu zaman istəyirsə cavab verməsin və belə desin: «Sənin mənə belə bir sual verməyin bidətdir, mən imanımdan şübhə etmirəm. İman artar və əskilər. Mən möminəm inşallah deyəni isə tənqid etmə»720. İmam əl-Acurri rahmətullahi aleyhi deyir ki: «Sözünü etdiyimiz elm adamlarından həqiqət əhlinin bir özəlliyi də imanda istisna etmələridir. Bu şübhə üzərində edilən bir istisna deyildir – imanda şübhədən Allaha sığınırıq – Lakin imanda kamil bir mənaya gələ biləcək şəkildə nəfislərini təzkiyə etməkdən qorxduqları və imanın həqiqətinə layiq kimsələrdən olub-olmadıqlarını bilmədikləri üçün edilən bir istisnadır. Bu səhabələrin və onlara gözəl bir şəkildə uyanların yoludur»721. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Mütləq iman Allahın quluna əmr etdiyi şeylərin hamısını etməyi və haramları tərk etməyi əhatə edir. Bir kimsə: «Kimsə özünə mən möminəm dediyi zaman əmr edilən bütün şeyləri yerinə yetirən və qadağaları tərk edən təqva sahibi yaxşılardan olduğuna şahidlik etmişdir. O, artıq Allahın vəlilərindən olur. Bu insanın bir növü öz nəfsini təzkiyə etməsi və bilmədiyi bir şeylə öz lehinə şahidlik etməsi deməkdir. Əgər bu şahidlik səhih olsaydı insanın bu hal üzərə ölməsi onun Cənnətlik olmasına da şahidlik etməsi lazım gəlir. Özünün Cənnətlik olmasına şahidlik edən heç kimsə yoxdur. Öz nəfsi üçün imanla şəhadət etməsi, bu hal üzərə ölürsə Cənnətlik olacağına şahidlik etməsi kimidir722. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «İbn Məsud və səhabələr, Sevri, İbn Uyeynə, Kufə alimlərindən bir çoxu, İmam Əhməd və sünnə imamları Allah onlardan razı olsun - kimi hədis alimləri də imanda istisna edərdilər. Bu onlardan mütəvatir olaraq gəlmişdir»723. Həmçinin səhabələrdən: «Ömər, İbn Məsud, Əli, tabiinlərdən - İbn Əbi Muleykə, Tavus, Həsənul-Basri, Məhəmməd b. Sirin, İbrahim ən-Nəhai, Səid b. Feyruz, Dəhhak b. Məşriki,İsmail b. Əbu Xalid, Muğirə b. Miksəm, fikhçilərdən Abdullah b. Şübrümə, Mamər b. Rəşid, Sufyan əs-Səvri, Sufyan b. Uyeynə, Abdullah b. Mubərək, İmam Məlik, İmam Əhməd Allah onlardan razı olsun - və s. rəyləridir»724.
Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə