Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


İMAM ŞƏFİİNİN – Rahmətullahi Aleyhi - SÖZLƏRİNİN TƏHLİLİ



Yüklə 5,74 Mb.
səhifə24/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   ...   20   21   22   23   24   25   26   27   ...   50

İMAM ŞƏFİİNİN Rahmətullahi Aleyhi - SÖZLƏRİNİN TƏHLİLİ



1) Şübhə və Cavab Onlar deyirlər ki: İmam Şəfii rahmətullahi aleyhi namazın tərkini böyük küfr görməsə də, əməlsiz imanın səhih olmadığını icma olaraq gətirmişdir. O, da bütünlüklə əməlin tərkini küfr görmüşdür. İmam Şəfii rahmətullahi aleyhi deyir ki: “Səhabələr, Tabiinlər və qarşılaşdığımız bir çox kimsələr İcma etmişlər ki, iman – Söz, əməl və etiqaddır. Biri digəri olamadan kifayət (keçərli) deyildir”832. Cavab - Lakin bu kitabların heç birində: Biri, digəri olmadan kifayət deyildir – cümləsi olmadan keçir. Həmçinin yuxarıda adları keçən kitabları şərh edənlərin heç biri də bu cümləni “əl-Umm” kitabında tapmamışlar. Bu məzhəbi ən gözəl bilən Şəfiinin tələbələrindən sayılan Rabi İbn Suleyman, Harmala İbn Yahya, Beyhəqi “Mənaqib əş-Şəfii” kitabını yazmış və birinci hissəsində 1/385-398 səh: İmamın sözlərini zikr etmiş: “İman – söz, əməl və etiqaddır, artar və əskilər”. Lakin Biri, digəri olmadan kifayət deyildir – cümləsi yoxdur. Əgər sizlərlə razılaşsaq belə: Biri, digəri olmadan kifayət deyildir – cümləsinin İmam Şəfiiyə rahmətullahi aleyhi aid olduğuna inansaq belə heç cürə razılaşmaq olmaz ki, bədən üzvlərinin əməlini tərk etmək insanı icma ilə kafir edir. Bu necə düz ola bilər ki, İmam Şəfii rahmətullahi aleyhi özü İslamın dörd dayağını (şəhadət müstəsna) vacibliyini inkar etmədən tərk edəni kafir saymamışdır. Bütün bunlar imanın kamilliyi üçündür. Hafiz İbn Rəcəb rahmətullahi aleyhi deyir ki: “O ki, qaldı İslama və İmana insan İslam dairəsindən bunları tərk etdiyi üçün çıxmaz, bu da Əhli Sünnətin görüşüdür. Buna yalnız Xəvariclər və onlara oxşar bidət əhli müxalif olmuşlar”833. İmam Şəfiinin rahmətullahi aleyhi sözləri düz olsa da belə burada söhbət kamillikdən gedir.

İmanın tərifində Sələflər bu cür sözləri və ya buna bənzər sözləri çox işlətmişlər. Səbəb isə imanın bu üç hissəsinin söz, etiqad və əməlin nə qədər mühüm olduğuna işarə etməkdir. Həsənul Bəsri - rahmətullahi aleyhi - deyir ki: «Əməl olmadıqca söz səhih olmadığı kimi, niyyət olmadıqca da, əməl və söz də səhih deyildir. Bir kimsə sünnət üzərə olmadıqca da, nə söz, nə əməl, nə də niyyət səhih olur»834. Sufyan əs-Sovri - rahmətullahi aleyhi - deyir ki: “İman – söz, əməl və niyyətdir. Artar və əskilər. Allaha itaət edildikcə artar, asilik olunduqca azalar. Həmçinin əməl olmadıqca söz səhih olmadığı kimi, niyyət olmadıqca da, əməl və söz də olmayacaqdır. Sünnətə uyğun olmadıqca nə söz, nə əməl, nə də niyyət vardır”. İbn Batta - rahmətullahi aleyhi - deyir ki: “İnsan mömin olmaz qəlbin bütün (söz və əməlinə) iman etmədikcə, dili söyləyib və əməli ilə onu təsdiq etmədikcə. Bundan sonra o, insan mömin olmaz əgər bu dili, qəlbi və əməli ilə təsdiq etdikləri Sünnətə uyğun olmazsa”835. Bu imamlardan kimsə deyibmi Sünnətə uyğun olmasa o kimsə kafirdir? Əlbəttə ki, yox! Bu haqda heç bir imam söz açmamışdır. Bütün bu deyilənlərdə İmamlar İmanın mühümlüyünə və vacibliyinə işarə etmişlər. Ona görə də alimlərin sözlərini düzgün başa düşmək lazımdır. İmam Şafii – rahmətullahi aleyhi "əl-Umm" adlı əsərində (1/246) deyir: "Mən qəbir üzərində məscid tikilməsini və ya dülzəldilməmiş halda üzərində namaz qılınmasını, yaxud da qəbirə doğru namaz qılınmasını məkruh görürəm. Əgər bir kimsə qəbirə doğru namaz qılarsa namazını qılmış olur, lakin çox pis bir iş etmiş olur”836. “Əməlsiz İman yoxdur” deyildiyi zaman - əməlsiz kamil iman yoxdur deməkdir.



Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır". (əl-Ciinn 23). Məgər Allaha hər asi olan əbədi Cəhənnəm əhlidir? Və ya: Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: “Həya və iman bir-birilə bağlıdır. Onlardan biri itərsə digəri də itmiş olar”837. Kimsə düşünə bilər ki, müsəlmanda həyanın olmaması onu kafir edir? Sözsüz ki, həyanın nə qədər mühüm olmasına işarədir. Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: “Etibarlığı olmayan bir kimsənin imanı olmaz, müqaviləni qorumayanın da Dini olmaz”838. Məgər bu hədisdə Din və iman inkar edilmir? İbn Məsud radıyallahu anhu – deyir ki: “Zəkatı verməyənin namazı yoxdur”. İbn Məsudun radıyallahu anhu – bu sözləri olduğu kimi başa düşülmür. Zəkat verməyən bir müsəlmanın namazı yoxdur? Əlbəttə yox. Hafiz İbn Rəcəb - rahmətullahi aleyhi - deyir ki: “Bu sözlərdə namazın batil olmasına və ya (zəkat verməyənin) namazını yenidən qılmasına heç bir işarə yoxdur. Bu sözlərin həqiqi mənası belə bir əmələ qarşı narazılığın bildirilməsidir”839. Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: “Sizdən biriniz özünə arzu etdiyini qardaşı üçün istəmədikcə iman etmiş olmaz”840. Onların məntiqi ilə hamımız artıq küfr etmişik. Burada olan qəsd imanın kamil olmaz. O, imamlar ki demişlər: Zahiri əməllərin tərki insanı kafir etmir, onlar əməllər imandan deyildir – demirlər. Onlar əməllərin imandan olduğuna eiqad edirlər və İrca əhlinin dediyi kimi belə bir kimsəni kamil iman sahibi də saymırlar. Məgər İslamın dörd ruknunu (vacibliyini inkar etmədən) tərk edənin kafir olmadığını etiqad edən alimlər əməllər imandan deyildir deyirlər? Əsla bu belə deyildir. Əksinə İmam Şəfiidən - rahmətullahi aleyhi - rəvayət olunur ki, zahiri (bədən üzvlərinin) əməlləri tərk edən kafir deyil fasiq adlanır. Məşhur Şəfii alimlərindən olan əş-Şirazi - rahmətullahi aleyhi - rəvayət edir ki, İmam Şəfii - rahmətullahi aleyhi - dedi: “İman – qəlb, dil və əzaların təsdiqdir. Birincidən (qəlb təsdiqi) məhrum olan münafiqdir, İkincidən (dilin iqrarı) məhrum olan kafirdir, üçüncüdən (əməl) məhrum olan isə fasiqdir, hansıki əbədi Cəhənnəmdən qalmaqdan qurtulacaqdır və Cənnətə girəcəkdir”841. Allahu Əkbər! Deməli bu barədə heç bir icma yoxdur. Əksinə bu barədə bəzi Sələf alimlərinin arasında ixtilaf vardır. Sələfi şeyxlərdən Şeyx AbdulLətif İbn AbdurRahman Əli Şeyx - rahmətullahi aleyhi - deyir ki: “Əhli Sünnə arasında zahiri (bədən üzvlərinin) əməllərin tərki barəsində ixtilaf vardır, belə bir kimsə kafir olur, yoxsa yox”842. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Müsəlmanlar ittifaq etmişlər ki, iki şəhadəti gətirməyən insan kafirdir! Lakin qalan dörd rukuna gəldikdə isə, onlar bu barədə ixtilaf etmişlər!”843. Bu sözlər nə Şeyx əl-Albaninin - rahmətullahi aleyhi -, nə də Zahiri əməlləri tərk edənin kafir olmadığını söyləyənlərin sözləri deyildir? Bu Səudiyyə Ərəbistanı şeyxlərindən olan və namazı tərk edənin kafir oluğunu söyləyən bir alimlərin sözləridir.

2) Şübhə Və Cavab: “Cinsul Əməl” - İlk növbədə, qeyd edim ki, Əhli sünnənin əqidəsindən xəbəri olan kəs bilir ki, Əhli Sünnə “Mucməl” yəni üstü örtülü və ya iki məna daşıyan sözlərdən uzaqdır, yəni onlar heç vaxt kəlam əhlinin sözlərini istifadə etmiyiblər. “Cinsul Əməl” mucməl sözlərdəndir. Bu kəliməni nə səhabələr, nə tabiinlər, nə də ki onlardan sonra gələn böyük imamlar. Halbuki iman mövzusunda Səhabələr də danışıb, tabiinlər də danışıb, böyük imamlar da danışıb amma heç biri bu kəliməni işlətmiyib. Yəni iki məna daşıyır: Həm haqq tərəfi, həm də batil tərəfi vardır. Deyirlər ki, “Cinsul Əməl” olmasa insan kafir olur. Onlardan soruşuruq: “Bu söz ilə qəsdiniz nədir?”. Çünki əməllərin qəlbi və zahiri olduğunu bilirik. Əgər demək istiyirlərsə ki, ümumiyyətlə əməl olmasa insan kafir olur, o zaman biz də onlarla razıyıq. Çünki şəkk yoxdur ki, qəlbi əməllər olmasa insan kafirdir. Yəni, əgər heç bir əməl olmasa deyərkən, qəlbi əməli də nəzərdə tuturlarsa, biz də onlarla razıyıq. O zaman biz də deyirik ki: “Cinsul Əməl” olmasa insan kafirdir. Yox əgər “Cinsul Əməl” deyəndə, zahiri əməlləri nəzərdə tuturlarsa, onda bizə bu terminlə yox, “Cinsul Aməl” termini ilə yox, başqa ibarə ilə gətirsinlər, hansi ki, o ibarəni sələfilər işlədib və bildirib ki, zahiri əməl olmasa insan kafirdir. Yəni zahiri əməllər imanın kamilliyi üçündür. “Cinsul Aməl” – deyildiyi zaman əksər halda İslamın beş dayağı qəsd olunur.

3) Şübhə Və Cavab: “Külli Əməl” tərk edən, yəni bütün əməli tərk edən insan kafirdir. Cavab: Bu sözdə mucməldir, çünki “Külli Əməl” deyəndə artıq buna qəlbi əməl də daxil olur. Əgər “Külli Əməl” deyərkən qəlbi əməllər də nəzərdə tutulursa, o zaman, doğrudur, qəlbi əməl olmasa insan kafirdir. Yox, əgər “Külli Əməl” deyərkən zahiri əməllər nəzərdə tutulursa, yuxarıda bəyan etdik ki, Quran və Sünnə, həmçinin sələfilərin sözləri dəlalət edir ki, zahiri əməlləri tərk etmək imanın əslini aparmır.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə