Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


ÜÇ BÖYÜK ALİMİN BU MƏSƏLƏDƏ MÖVQEYİ



Yüklə 5,74 Mb.
səhifə16/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   ...   12   13   14   15   16   17   18   19   ...   50

ÜÇ BÖYÜK ALİMİN BU MƏSƏLƏDƏ MÖVQEYİ
Artıq əvvəl keçən bölümlərdə Əhli Sünnə vəl Cəmaatın əqidəsini götürdük. O, əqidə ki, Quran və Sünnədən qaynaqlanır. Mütləq təkfir ilə müəyyən şəxsi təkfir etmək arasında fərq vardır. Bəzi müəyyən şəxslərə hökm verilmir (əgər etiqadi, əməl və söz tərəfdən küfr ediblərsə) şərtlərin olmadığına və maneələr olduğuna görə. Bu bölümdə isə Əhli Sünnə vəl Cəmaat imamlarından dəlil gətirəcək və onların bu məsələdə özlərinə qarşı çıxanlara bu metodu necə tətbiq etdiklərini öyərənəcəyik. Bu da onların fətvalarından və müəyyən şəxslər barəsində verdikləri hökmlərdən götürülür. İmamların hər biri müəyyən təkfir ilə mütləq təkfir arasında fərq qoymuş, həmçinin də onlar mütləq təkfirin müəyyən şəxsin təkfir edilməsini tələb etmir görüşündədirlər. Böyük imamların üçündən burada misal gətirəcəyik. Bunlar da müxtəlif əsrlərdə yaşayıblar. Onlar öz müxaliflərinə qarşı necə bu metodu tətbiq ediblər?

Birinci İmam Əhməd - İmam Əhməd rahmətullahi aleyhi Quran məxluqdur deyən xəlifələrə qarşı olan mövqeyi: Abbasi dövlətinin üç xəlifəsi Məmun, Mötəsim və Vasix Quranın məxluq olması etiqadı üzərində idi. Onlar da Mötəzilə məzhəbində idilər. Sözün özü də küfr sözüdür. Onlar bu sözü batil məzhəbdən götürmüşlər. Onlar insanları bu batil görüşə çağırmış, bununla insanları imtahana çəkmiş, kim onların sözünü təsdiqləmirdisə, onları zindana salar və cəzalandırardılar. Hətta ölümlə onları hədələmişlər. İmam Əhməd rahmətullahi aleyhi bu mövzuda salamat olan kimsələrdən idi. O deyirdi ki: «Quran Allahın kəlamıdır məxluq deyildir». Buna görə də bir çox imtahanlara məruz qaldı. Döyüldü, zindanda yatdı, həttə ölüm həddinə qədər çatmışdı. Buna baxmayaraq İmam Əhməd rahmətullahi aleyhi xəlifələrə kafir demədi. Lakin Əhli Sünnəyə görə icma vardır: «Kim Qurana məxluq deyərsə kafirdir. Heç bir ixtilaf da yoxdur bu məsələdə». Tətbiqdə isə heç bir xəlifəyə kafir demədi. Nə üçün imam onları kafir saymadı? Onların təvillərinə görə. Çünki bidət əhli onları çaşdırmışdı. Xəlifələrə haqq bəlli olmamışdır. Hətta sonda İmam Əhməd rahmətullahi aleyhi onlara halallıq da vermiş və onlar üçün dua etmişdir: «Onlara halallıq verirəm bidətçilərdən başqa. Mötəsimə də. «Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz?». (ən-Nur 22). Bu qədər zülmə əziyyətə baxmayaraq onları təkfir etmədi. İbn Teymiyyə – rahmətullahi aleyhi demişdir: “Təkfir emək üçün şərtlər və maneələr vardır. Müyyən bir şəxsə gəldikdə bu şərtlər olmasa Təkfir aradan qalxar. Çünki mütləq şəkildə edilən Təkfir bunun müəyyən bir şəxsə tətbiq edilməsi demək deyildir. Bu yalnız şərtlər yerinə yetdikdə və maneələr aradan qalxdıqda mümkündür. Bunu İmam Əhməd – rahmətullahi aleyhi və belə ümumi qaydaları – yəni: “kim belə desə və ya belə etsə küfr etmişdir” - demiş əksər alimlər bəyan edərək, bu kimi sözləri işlətmiş əksər insanları fərdi qaydada Təkfir etməmişlər. Çünki İmam Əhməd – rahmətullahi aleyhi məs: “Quran məxluqdur” deyən, Allahın sifətlərini qəbul etməyən, onu və zamanının digər alimlərini, onların Cəhmi əqidəsinə müvafiq olmadıqları üçün həbs edib döydürən, öldürən, tutduqları vəzifədən çıxaran, ruzilərini kəsən, şahidliklərini rədd edən və düşmənlərin əlindən onları xilas etməyən Cəhmiyyə əqidəsində olanlar ilə yaşamışdır (müamələ etmişdir). Çünki həmin dövürdə Əmr sahibi, hakimlər, qazilər Cəhmiyyə əqidəsində olanlardan idi. Cəhmiyyələr onların əqidəsində olmayan, məsələn: “Allahın isimlərni qəbul etməkdə, Qurana məxluq” deməkdə onlara müvafiq olmayan hər kəsi kafir görürdülər. Onlara kafirlərə kəsdikləri hökmlə hökm kəsirdilər...”Sonra isə İmam Əhməd – rahmətullahi aleyhi onu həbs edib döydürən xəlifə və başqaları üçün dua edib, onlar üçün bağışlanma diləmişdir. Ona etdiklər zülmü, dəvət etdikləri sözlər küfr olmasına baxmayaraq haqqını onlara halal etmişdir. Əgər onlar mürtəd idilərsə onlar üçün bağışlanma diləmək caiz deyildir. Çünki kafirlər üçün bağışlanma diləmək Quran, Sünnə və İcma ilə caiz deyildir. “Quran məxluqdur”, “Allah axirətdə görülməyəcək” deyən Cəhmiyyədən olan fərdləri kafir görmədikləri haqda onun və ondan qeyri alimlərin söz və əməlləri açıq aydındır. Bununla belə İmam Əhməddən – rahmətullahi aleyhi onların yəni Cəhmiyyənin əqidəsində olan, dediklərni deyən bəzi fərdi şəxəsləri Təkfir etməsi də nəql olunmuşdur... Onun bu sözləri bu təfsilata yönəldilr: “O, kimi fərdi şəkildə Təkfir etmişdirsə, o şəxs haqda şərtlərin yerinə yetməsi və maneələrin aradan qalxması sübuta yetmişdir. Kimi isə Təkfir etməmişdirsə deməli onun haqda bu şərtlər və maneələr tapılmamışdır”487.

Ümumi olaraq demək olar: «Kim Qurana məxluq deyərsə kafir olur». Lakin müəyyəndə insan dayanmalı və alimlərin tətbiqinə baxmalıdır. Məlik, Əbu Hənifə, İmam Şəfii rahmətullahi aleyhi onlar: «İman əməlsiz adi sözdən ibarətdir deyən Murciyəni kafir saymamışlar. Həmçinin Quranın məxluq olmasını deyənləri, Allahın sifətlərini inkar edənləri mürtədlikdə ittiham etməmişlər. Bununla yanaşı Ceylani Qədəri, əl-Səid İbn Dirhəm və Cəhm İbn Səffanın öldürülməsi fətvasını vermişlər. Onlar öldürüldükdən sonra cənazələri qılınmış və müsəlmanların qəbristanlığında basdırılmışlar. Belə yolundan azmış imamların öldürülməsi dinin qorunmasından ötrüdür. Onların mürtəd olmasından ötrü deyildir. Onlar dindən üz döndərmiş kafirlər olsaydılar, müsəlmanlar onları digər kafirlər kimi hesab edər və buna uyğun rəftar edərdilər»488.



İkinci İmam İbn Teymiyyə - İbn Teymiyyə rahmətullahi aleyhi müxaliflərə qarşı olan mövqeyi: O, da bu əsasa riayət etmişdi. Müəyyən şəxsləri təkfir etməzdi. İbn Teymiyyə rahmətullahi aleyhi demişdir: “Buna baxmayaraq daima mən və mənimlə oturanlar mənim haqqımda bilir ki, mən müəyyən bir kəsin Təkfirə, Təfsiqə və günaha nisbət olunmasını insanların içində ən çox qadağan edənəm. Yalnız risalət hüccəti ona çatdıqdan sonra ona müxalif olarsa bəzi halda kafir, bazi halda fasiq, bəzi halda asi olur. Mən Allahın bu ümmətin xətasını bağışladığı qərarındayam. Bu həm qövlü xəbəri, həmdə əməli məsələlərdə edilən xətalara aiddir. Onlara bəyan edirdim ki, sələflərdən bu və bunu deyənin Təkfiri haqda nəql edilən mütləq sözləri haqdır. Lakin mütləq ilə müəyyəni ayırmaq vacibdir. Bu da ümmətin böyük əsaslar xüsusunda ixtilaf etdikləri ilk məsələdir. Bu günə qədər Sələflər bir çox məsələlərdə mübahisələr etmişlər, lakin onlardan heç kəs bir-birini kafirlikdə, fasiqlikdə və günahda ittiham etməmişlər Bu da “əzab vəd edən dəlillər” məsələsidir. "Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər. (ən-Nisa 10). Digər əzab vəd edən dəlillərdə belədir. Kim belə etsə ona bu olar, bunlar hamısı mütləq və umumidir. Təkfir də əzab vəd edən dəlillərdəndir. Sözü Peyğəmbərin sallallahu aleyhi və səlləm dediyini yalan saya bilər, lakin şəxs İslamı yeni qəbul etmiş olsun və ya uzaq olan bir kənddə böyüsün (yaşasın). Belə insan ona huccət çatmamış inkar etdiyi bir şeyə görə kafir olmaz. Ola bilər bu şəxs bu dəlilləri heç eşitməsin və ya eşitsin lakin onun üçün sübuta yetməsin. Yaxud ona başqa bir şey ərz olsun və təvil etməsini vacib etsin və ya xəta etsin”. Sonra Allah onu həşr etməsin deyə övladlarına onu yandırıb küləyə külünü sovrulmasını əmr edən kişinin və Allahın onu bağışlamsı haqda hekayəni zikr etdi. Sonra isə belə dedi: “Peyğəmbərə sallallahu aleyhi və səlləm tabe olmağa həris olub Təvil edən ictihad əhli bağışlnmağa bundan daha layiqdir”489. İbn Teymiyyə rahmətullahi aleyhi Təkfirin şərtləri yerinə yetməmiş və maneələr ardan qalxmamış müəyyən bir şəxsin Təkfir edilməməsindən danışdıqdan sonra deyir: “Bu əsasa dəlil Quran, Sünnə , İcma və Etibardır (Ağıldır)! Bundan sonra dəlilləri zikr edir və deyir: “Allahın kitabı və onu təfsir edən Sünnə ilə Allahın bu ümmətə, xətasını və unutqanlığını bağışlaması sabit olubsa, bu ümumi və hifz olunan bir işdir. Şəriətdə Allahın bu ümmətdən xəta edənə əzab verəcəyini vacib edəcək bir şey yoxdur... Bu bilindisə bu və buna bənzər cahil insanlara, fərdi şəkildə şəriət dəlilləri ilə hüccət çatdırılana qədər kafir demək olmaz. Məhz hüccət çatdıqdan sonra həmin insanların peyğəmbərlərə müxalif olduqları aşkar ediləcəkdir. Onların danışdıqları sözlərin küfr olması şübhə doğurmur. Lakin hər bir fərdi insanın kafir sayılması üçün qayda belədir. Bidətlərin birinin digərindən daha pis olması bir faktdır. Bəzi bidətçilərdə müşahidə olunan iman gücü, digərində müşahidə olunmur. Hüccət çatdırılana və həqiqət bəyan edilənə qədər, heç kəsin səhv edən müsəlmana kafir deməyə haqqı yoxdur. İman gətirdiyi yəqinliklə bəlli olan kimsənin imanı, şəkk etməklə getməz. Onun imanı, hüccət çatdıqdan və şübhəsi dəf edildikdən sonra gedər"490. İbn Teymiyyə rahmətullahi aleyhi demişdir: “Quran və Sünnədə əzab vəd edən dəlillər, Alimlərin Təkfir, Təfsiq və buna bənzər haqda dəlilləri bunun müəyyən bir şəxsə tətbiq edilməsi demək deyildir. Bu yalnız şərtlər yerinə yetdikdə və maneələr aradan qalxdıqda mümkündür”491. İbn Teymiyyə rahmətullahi aleyhi həmçinin Batiniyyə əqidəsinə məxsus bəzi küfr sözləri deyən haqda demişdir: “Bu sözlər küfrdür! Lakin müəyyən şəxs üçün Təkfir hökmü, hüccətin qalxması ilə yerinə yetir. Elə bir hüccət ki, onu tərk edən kafir olar. Belə sözləri deyənlər haqda mütləq Təkfir deyilirsə, bu mütləq deyilən əzab vəd edən dəlillər kimidir ki, bu vədin hökmü müəyyən bir şəxsə şərtlərin yerinə yetməsi və maneələrin aradan qalxması sübuta yetdikdə mümkündür. Buna görə də alimlər Mütləq Təkfir deməklərinə baxmayaraq hər söz deyən fərdi şəxs haqda kafirlərə verdikləri hökmü verməmişdirlər”492. İbn Teymiyyə rahmətullahi aleyhi demişdir: “Mütləq lənət hələ, maneələr varsa lənətin müəyyən bir şəxsə tətbiq edilməsi, ona çatması demək deyildir. Mütləq şəkildə edilən Təkfir və mütləq əzab vədd edən dəllilər də belədir. Ona görədə Quran və Sünnədə olan Mütləq əzab vədi şərtlərin yerinə yetməsinin və maneələrin aradan qalxmasının sübutu ilə şərtdir”493. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Mən Allahın Ərşi üzərində olmasını qəbul etməyən Hülulilərdən (Allahın hər bir insanın daxilində olmasını deyən azğın firqə) və inkarçılardan olan Cəhmilərin fitnəsi baş verən zaman onlara deyərdim: Əgər mən sizin dediklərinizi desəm, mən kafir olaram. Çünki sözlərinizin küfr olduğunu bilirəm. Sizi isə kafir hesab etmirəm. Ona görə ki, cahilsiniz. Bu müraciət onların alimlərinə, qazılarına, şeyxlərinə və başçılarına ünvanlanmışdır. Onların cəhalətlərinin əsli isə əqli şübhələr üzərində qurulmuşdur. Buna səbəb səhih nəql və ona müvafiq olan sağlam düşüncəni dərk edə bilmədikləri olmuşdur. Ona görə də onların cəhalətlərinə və iftiralarına eyni tərzdə kafir adlandırmaqla cavab vermərik»494. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «(Onun vaxtında) üzlərini qırxmaqla tanınan Qələndəriyyə firqəsi haqqında soruşurlar: Onlar kimlərdir? Hansı təriqətdən sayılırlar? Peyğəmbər sallallahu aleyhi və səlləm onların şeyxsi Qələndərə üzüm yedizdirməsi və onunla qeyri ərəb dilində danışması haqqında olan etiqadlarına nə deyə bilərsiniz?». O: «Üzlərini qırxmaqla tanınan Qələndəriyyəlilər yolunu azmışlardan və cahillərdəndir. Onların əksəriyyəti Allaha və Rəsuluna qarşı küfr edənlərdir. Onlar namazın, orucun vacibliyini qəbul etmir, Allah və Rəsulunun haram buyurduqlarını haram saymır, haqq dinə itaət etmirlər. Onların əksəriyyəti Yəhudi və Xaçpərəstlərdən daha kafirdirlər. Onlar nə müsəlman nə də zimmi sayılmırlar. Ola bilər onların arasında, yolunu azmış bidətçi, pis əməllərə uyan fasiq müsəlmanlar da olsun. Qələndərin, Peyğəmbər sallallahu aleyhi və səlləm in vaxtında olduğunu deyən, yalançı və iftiraçıdır. Şeyx Əbu Hafs əs-Səhrurdinin «Əvarif» adlı əsərində dediyinə əsasən, bu insanlar, farsların ibadətkar təbəqəsi olublar. Belə ki, onlar, fərz əməlləri edib haramlardan çəkindikdən sonra, öz nəfslərinə rahatlıq axtarardılar. Daha sonra onlar vacibləri tərk edib, haramları etməyə başladılar. Onlar bu işdə, etdikləri yaxşı işləri gizlədən, özlərini əməlisalehlər kimi göstərməmək üçün varlılar kimi geyinib, başlarına əmmamə qoyan və bu niyyətlərinə görə savab qazandıqlarını iddia edən «əl-Mələmiyyə» adlı təriqətə daha çox bənzəyirlər. Bundan sonra bir qrup insanlar peyda olub, şəriətin bəyənmədiyi işlərə əl qoydular. Sonralar bu iş daha da böyüdü. Belə ki, bir qrup insanlar haram işlər görür, fərz və vacib əməlləri tərk edirdilər. Bununla onlar özlərinin Mələmiyyə olduqlarını iddia edirdilər. Bu kimi insanlar, haqlı olaraq qınaq obyektinə çevrilmiş, tənqid olunmuş, dünya və axirətdə Allahın əzabına layiq görülmüşlər. Onların hamısını cəzalandırmaq və lənətlənmiş bu adətlərinin icrasına qadağa qoymaq lazımdır. Bidətini və günah işlərini izhar edən hər bir insana qarşı belə davranılmalıdır. Bu tək onlara aid deyil. Hər bir insan, istər ibadətkar, fəqih, abid, sufi, zahid, fəlsəfəçi, istərsə də kəlamçı və ya onlarla razılaşan rəhbərlər, varlılar, yazıçılar, mühasiblər, həkimlər, vəzifəli və sıravi insanlar olsun, bu, heç bir fərq etməz. Kimliyindən asılı olmayaraq, kim, Allahın Peyğəmbəri ilə göndərdiyi hidayət yolundan, haqq dindən çıxarsa, Allahın Peyğəmbərinin dili ilə çatdırdıqlarının hamısını təsdiq etməzsə, Allah və Rəsulunun haram etdiyini haram saymazsa, yaxud zahiri və daxili mahiyyətinə görə Allahın göndərdiyi dinə zidd olan bir dinə qulluq edərsə, məsələn, şeyxinin ona ruzi verdiyini, ona kömək etdiyini, doğru yola yönəltdiyini, onun üçün yağış yağdırdığını, ona kömək olduğunu etiqad edərsə, yaxud şeyxinə ibadət edərsə, dua edib ondan kömək istəyərsə, ona səcdə edərsə, yaxud birmənalı və ya hansısa cəhətə görə Allaha yaxınlaşdıran bir işdə şeyxini Peyğəmbər sallallahu aleyhi və səlləm dən üstün sayarsa, özünün və ya şeyxinin Peyğəmbərə sallallahu aleyhi və səlləm itaət etməyin vacib olmadığını etiqad edərsə – belə kimsələr kafirdirlər, əgər bunu açıq-ayın edərlərsə, yox əgər gizli etiqad edərlərsə, münafiqdirlər. Artıq belə kimsələr zəmanəmizdə çoxalmışdır elmə və imana dəvət edənləri azalması və bir çox şəhərlərdə Peyğəmbərliyin mirası olan elmin itməsinə görə. Belə kimsələrin bir çoxlarında doğru yolu tapmaq üçün olan Peyğəmbərlik elmi yoxdur və onların çoxsuna bu çatmamışdır. Lakin müəyyən vaxtlarda və müəyyən yerlərdə insan mükafat qazanır onda olan kiçik bir imana görə və Allah belə bir kimsəni dəlil ona çatmadığı üçün bağışlayar, dəlil çatan kimsəni isə Allah bağışlamaz. Bu da məşhu hədisdə zikr edilmişdir: «İnsanlar elə bir vaxtda yaşayacaqlar ki, onlar nə namaz, nə oruc, nə həcc, nə də ümrə tanıyacaqlar. Yalnız qoca kişi və qadınlar deyəcəklər, biz dədə-babamızın bu sözləri: Lə İləhə İlləllah dediklərini eşitmişik. Huzeyfə İbn Yəməndən radıyallahu anhu soruşurlar: «Lə İləhə İlləllah kəlməsi onlara nə fayda verəcəkdir?». O: «Cəhənnəmdən çıxmalarına kömək olacaqdır»495.

Məsələnin sirri belədir. Kitab, sünnə və alimlərin yekdil rəyinə (icmasına) əsasən küfr sayılan bir sözün ümumi mənada küfr olduğu deyilir. Şəriətin başqa dəlilləri də buna dəlalət edir. İman, Allah və rəsulunun dediklərinə əsaslanan bir hökmdür. Bu, insanların öz zənnləri və nəfsi istəkləri ilə hökm edəcəkləri bir iş deyildir. Həmin sözləri deyən hər bir insanın kafir olduğunu demək zəruri deyildir. Bunun üçün o adama kafir deməyə əsas verən şərtlər olmalı və bu hökmə maneə törədən amillər dəf edilməlidir. İslamda yeni olduğundan, yaxud uzaq kənddə böyüdüyündən dolayı və ya bir söz eşidib onun Qurandan və ya Peyğəmbərin hədislərindən olduğunu bilmədən inkar edərək, içkinin və ya sələmçiliyin halal olduğunu deyən insanı bu haqda misal çəkmək olar. Eləcə də bəzi sələflər Peyğəmbərin sallallahu aleyhi və səlləm hansısa məsələ haqqında dediklərini eşidənə qədər onu inkar edirdilər. Həmçinin səhabələr, Peyğəmbərdən sallallahu aleyhi və səlləm soruşana qədər Allahı görmək və s. bəzi məsələlərdə şübhə edirdilər. Həmçinin öz əhl-əyalına, öləndən sonra yandırılıb külünün göyə sovrulmasını əmr edən insanın496 dedikləri də buna bir misaldır. Bu insanlar, şəriət ilə hüccət çatana qədər kafir sayılmırlar. Bu haqda Allah buyurur: «...Daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın...». (ən-Nisa 165). Allah bu ümmətin unutduqları və yanıldıqları işləri bağışlamışdır»497. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Bir kimsəyə bu dünyada dəlil (bürhan) çatmazsa Qiyamət günü imtahan olunar, şeytanın ardınca düşən kimsələrdən başqa heç kəs Cəhənnəm oduna düşməz. Kimdəsə heç günah olmazsa o kimsə Cəhənnəmə girməz. Allah Peyğəmbərlər göndərməmiş heç kimi Cəhənnəm odu ilə cəzalandırmaz. O ki, qaldı Peyğəmbər dəvəti çatmayan: Uşaq, dəli, Peyğəmbərlər olmayan bir vaxta ölən kimsə Qiyamət günü imtahan olunan neçə hədislərdə keçmişdir”498. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: “Allahdan qeyrisinə dua ilə yönələn və Allah üçün Həcc etməyən kimsə müşrikdir, onun etdiyi isə küfrdür. Lakin ola bilər ki, insan etdiyi əməlin şirk və qadağan olunduğunu bilməyə bilər. Məs: Monqol Tatarlardan İslamı qəbul etmiş və digər insanlar hansı ki özlərində bütlər vardır ki, keçədən (dəridən) və başqa materiallardan hazırlanmışdır. Onlara yaxınlaşmaq, onları əzəmətləşdirmək istəyənlər bunun İslamda qadağan olunduğunu bilmirdilər. Bu cür ibadəti onlar oda da yönəldirlər qadağan olunduğunu bilmədikləri halda. Buna rəğmən şirkin bir çox növləri, İslamı qəbul etmiş bir çoxları üçün qaranlıq və naməlum qalmışdır. Bunu da şirk olduğunu bilmədən edirlər. Belə bir kimsə zəlalətdədir, Allahdan qeyrisi üçün edilmiş əməl isə puç olmuşdur və cəzaya layiq olmaz ta ki, onun etdiyinin qadağan olunduğunu ona dəlil olaraq başa salınana qədər”499. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Muhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm olaraq göndərilməsindən sonra biz qəti olaraq bilirik ki, ölmüş və ya saleh kimsələrdən hər hansınasa dua ilə müraciət etməyi, onlardan kömək və yardım diləməyi qadağan etmişdir. Həmçinin ölmüş kimsəyə və ölüyə tərəf səcdə etməyi belə qadağan etmişdir. Əksinə bizim bildiyimiz qədər Peyğəmbər sallallahu aleyhi və səlləm in bütün bu kimi əməlləri qadağan etmişdir. Bütün bunlar Allah və Rəsulunun haram buyurduğu (şirk) əməllərdir. Lakin son zamanlar bir çox insanlarda şəriət haqqında cəhalətin çoxalması və elmin azalması (İbn Teymiyyə rahmətullahi aleyhi - bu sözləri 700 il bundan əvvəl deyir hansı ki, monqollar Bağdadda 1000 yaxın alim öldürmüşdülər) onlara bu əməllərinə görə təkfir etməyi qadağan edir ta ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in şəriətini gətirdiyi onlara bəyan edilənə qədər. Ona görə mən bu məsələni dinin əsaslarını bilən insanlara bəyan etdiyim zaman hamı buna diqqətlə nəzər salardı. Bu İslam dininin əsasıdır. Bizim tərəfdarlarımız olan bəzi böyük şeyxlər deyirdilər: Bu sənin bizə açıqladığın ən önəmli məsələdir. Çünki onlar bunu dinin əsası olaraq qəbul edirdilər»500. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Bu fəlsəfəçilərin, batil əhlinin küfrü müsəlmanlara görə açıq-aydındır. Onların sözlərinin həqiqətini bilməyən şəxs onların küfrünü bilməz. Buna görə də onların sözlərinin küfr olduğunu bilməyən cahillər onların sözlərini götürürlər. Bilmədiyinə və cahilliklərinə görə onlar üzürlüdürlər501. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Onlara kafir demək üçün Peyğəmbər sallallahu aleyhi və səlləm in şəriətini və ona müxalif olan fikirləri bəyan etmək lazımdır – mənası odur ki, bu insanlara fərdi şəkildə Filankəs kafirdir ifadəsi ilə, kafir demək mümkün deyil. Belə halda bu cür deyilir. Bu küfrdür. Kim bunu edərsə kafir olar. Həmçinin o, bir çox məqamlarda belə əməl sahiblərinin kafir olduqlarını ümumi ifadə etmiş və bu kimi şirk əməllər edənlərin kafir olmaları haqda müsəlmanların yekdil rəyini qeyd etmişdir. O, Qədərilər haqqında soruşulduqda demişdir: «Məsələnin məğzi budur ki, Qurana, Sünnəyə və alimlərin dediklərinə əsasən küfr olduğu vurğulanan sözlər, ümumi məna daşıyır. Buna şəriət dəlilləri də dəlalət edir. İman və küfr Allah və Rəsulundan öyrənilən məsələlərdir. İnsanlar bu işdə zənnə əsaslanaraq hökm edə bilməzlər. Həmçinin küfr söz işlədən bir insana kafir deməyə əsas verən şərtlər olmadığı və bu hökmə maneə törədən amillər dəf edilmədiyi təqdirdə ona kafir adı vermək vacib deyildir. İslamda yeni olduğundan, yaxud uzaq kənddə böyüdüyündən zinanın və ya içkinin halal olmasını deyən kimsəni buna misal çəkmək olar»502. Bu da İbn Teymiyyə rahmətullahi aleyhi nin bəzi müxaliflərə qarşı olan mövqeyidir. O, müxaliflər ki, zahiri küfr əməlləri etmişlər. Elə bir küfr ki, müsəlmanlar arasında heç bir şübhə yox idi. Buna baxmayaraq onların fərdlərini təkfir etmədi. Haqqın onlara gizli qaldığına, şəri elmdən uzaq olduqlarına görə.

Üçüncü İmam Muhəmməd İbn AbdulVahhab Günümüzdəki təkfirçilər əksər vaxtı Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi nin sözlərini gətirirlər ki: O, da dəlilsiz, hüccətsiz insanları təkfir edərdi, Tövhid məsələrində üzürü qəbul etməmişdir və s. Lakin mən sizin qanınızı bir az qaraltmaq istəyirəm, çünki AbdulVahhab rahmətullahi aleyhi də özündən əvvəl keçən Sələflərin minhəci (yolu) üzərə idi və sizin dediklərinizin tam əksini demişdir. Mütləq təkfirlə müəyyən təkfir məsələsində fərq qoyardı. Özünün dövründə müxaliflərə qarşı bu qaydalardan istifadə etmişdir. AbdulVahhab rahmətullahi aleyhi deyir ki: «Biz AbdulQadirin qübbəsindəki bütə sitayiş edən kimsələri həmçinin Əhməd Bədəvinin qəbrinə ibadət edən kimsələri cahillikləri və onlara bu əməllərinin səhv olmasını başa salacaq insanlar olmadığı üçün onları təkfir etmirik. Bizi təkfir etmədiyi və bizimlə savaşmadığı halda Allaha şərik qoşmayan şəxsləri bizə hicrət etmədi deyə necə kafir adlandıra bilərik? Subhənəllah! Bu bizə qarşı olan böyük iftiradır»503. Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi - deyir ki: «Allah bilir ki, bu adam mənim nəinki danışmadığım, hətta ağlıma belə gətirmədiyim sözləri söyləyərək mənə iftira yaxmışdır. Bunlardan biri də mənim dörd məzhəb kitablarının batilliyini və insanların altıncı yüzillikdən sonra puç bir şey üzərində olduğunu söyləməyim, ictihad iddia, təqlid isə inkar etməyim, alimlərin ixtilafını şəxsi qəsdi-qərəzlik adlandırmağım, saleh insanlarla təvəssül edəni və: «Ey yaradılanların səxavətlisi!» sözlərinin sahibi əl-Busrini kafir hesab etməyim, Əgər Peyğəmbərin qübbəsini dağıtmağa gücüm çatsaydı dağıdar, Əgər Kəbənin mizrabını dəyişdirməyə qüvvəm olsaydı onu taxtadan düzəldər, Peyğəmbərin qəbrini ziyarət etməyi haram, valideyn və qeyrilərinin məzarını isə qadağan etməyim, Allahdan başqasına and içənin, həmçinin İbn Faridin, İbn Arabinin kafir olduğunu bildirməyim, Dəlail əl-Xeyrat, Ravdatu ər-Reyyəhin kitablarını yandırmağım və onlara Ravdatu əş-Şeytan adı verməyim. Bütün bu deyilənlərə cavab olaraq deyirəm ki: Allah bilir ki, bunların hamısı böyük bir böhtandır»504. Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi - deyir ki: «Düşmənlərimin mənim haqqımda söylədiklərinə: «Mənim zənnə qapılaraq və ya dostluq xatirinə kimisə kafir adlandırmağım, yaxud da (şəriət dəlilləri) sübut olunmamış cahil bir kimsəni kafir saymağıma gəlincə bu böyük bir böhtandır. Onlar bununla insanları Allahın və Peyğəmbərinin yolundan uzaqlaşdırmaq istəyirlər»505. Yəmən vilayətinin başçısı Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi yə məktub yazaraq onun haqqında eşitdiklərini dəqiqləşdirərkən demişdir: «Mən eşitmişəm ki, sən ümumi olaraq hamıya kafir deyir, əməlisaleh insanları dinləmir, son əsrlərdə yaşayan alimlərin kitablarına əməl etmirsən. Sən mənə bu deyilənlər, öz əqidən və insanları hansı əqidəyə dəvət etməyin haqda doğru məlumat ver ki, sənə qarşı olan sevgimiz və inamımız artsın». Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi - deyir ki: «Mənim haqqımda sizə çatdırılan: «Mən insanları ümumi şəkildə kafir adlandırıram» sözünə gəldikdə isə bu dinin yayılmasının qarşısını almaq istəyən düşmənlərimin uydurduğu bir böhtandır»506. Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi - deyir ki: «Allah bizim qəlblərimizdə olanlardan xəbərdardır. Biz deyirik ki, kim Tövhid ilə yaşayır, şirkdən və şirk edənlərdən uzaq olduğunu bəyan edirsə harada olmasından və hansı vaxtda yaşamasından asılı olmayaraq o, müsəlmandır. Biz şirkin batil olması haqqında hüccət çatdırdıqdan sonra yenə də Uluhiyyətdə Allaha şərik qoşanları kafir sayırıq. Həmçinin insanları şirkə təşviq edənləri, yaxud onun icazəli olmasını isbatlamaq üçün batil şübhələr gətirənləri, öz silahı ilə Allaha şərik qoşulan məbədlərin müdafiəsinə qalxanları, şirki inkar edənlərə qarşı döyüşənləri və tövhidi boğmağa çalışanları kafir sayırıq. Sığınacağımız yalnız Allahdır. Vəssəlam»507. Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi - deyir ki: «Əgər desələr ki, mən demişəm ki, kimsə Allah və Rəsulunun dedikləri ilə yaşayırsa öz ölkəsində bu kifayət deyildir. O, mütləq mənim yanıma hicrət etməlidir. Bu da böhtandır. Hansı ölkədə yaşayırsa yaşasın məqsəd Quran və Sünnə ilə yaşamaqdır. Biz Allah və Rəsulunun dinini təsdiq etdikdən sonra ona qarşı ədavət göstərən və insanları ondan yayındıranları, bütlərə ibadət etməyin müşriklərin dinindən olduğunu bildikdən sonra yenə də bu bütlərə ibadəti davam etdirənləri və başqalarını bu ibadətə təşviq edənləri kafir sayırıq. Yalnız inadkar və cahillər istisna olmaq şərti ilə yer üzündə olan hər bir elimli insan belələrini kafir sayır. Allah daha yaxşı biləndir»508. Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi - deyir ki: «Kiməsə kafir demək məsələsinə gəldikdə isə mən o, kəsə kafir deyirəm ki, o Peyğəmbərin dinini bilsin, bildikdən sonra onu söysün, insanları bu dindən yayındırsın, bu dinə əməl edənlərə qarşı ədavət göstərsin. Bax mən bu insanlara kafir deyirəm. Allaha şükürlər olsun ki, İslam ümmətinin əksəriyyəti belə deyildir»509. AbdurRahman b. Həsən hüccətin çatdırılması məsələsində Şeyxin minhəcini bəyan edərək deyir: «Şeyx deyir ki, (Şərif adlı bir nəfər) məndən insanlara qarşı hansı əsasla döyüşməyimizi və onlara kafir deməyimizi soruşur? Şeyx: «Biz yalnız alimlərin yekdilliklə razılaşdıqları məsələlər əsasında kiməsə kafir deyirik. Alimlərin yekdilliklə razılaşdıqları məsələ isə Kəlmeyi Şəhadəti başa düşdükdən sonra onu inkar etməkdir»510. Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi - deyir ki: «Əgər bizə belə bir sual ünvanlansa ki, sənin səhv edib və sonra səhvi özünə deyiləndə onu düzəldənə qarşı olan mövqeyin belədirsə, bəs şəriət dəlillərindən baş çıxaran müdrik alimlərin sözlərini oxuyub ölənə qədər öz səhvi üzərində qalan insana qarşı mövqeyin necədir?». Cavab: «Qeyd edilən insanlar üçün üzrxahlıq etmək olar. Biz onlara kafir demirik. Ona görə yox ki, onlar səhv ediblər və bu səhflər üzərində israrlı olublar. Onların vaxtında bu məsələni dili və silahı ilə müdafiə edən qarşı tərəf olmadığından, onlara hüccət çatmadığından, həqiqət aydın olmadığından biz onlara kafir demirik… Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi nin oğlu Abdullah deyir ki: «Bax bizim əqidəmiz budur. Biz zorakılıq və təəssübçülükdən xali olan ağıl, elm və insaf sahiblərinə xitab edirik. Sözü deyən adama yox, dediyi sözə baxmaq lazımdır»511. Muhəmməd b. Eydə göndərdiyi məktubunda deyir ki: «Bilin ki, mən sizə dörd məsələ haqqında artıq məlumat vermişəm. (Bu dörd məsələnin üçüncüsündə deyir) Bizim dəvət etdiyimiz tövhidin Allahın və Rəsulunun dini olduğunu bilən, sonra ona nifrət edib insanları ondan uzaqlaşdıran, Peyğəmbər sallallahu aleyhi və səlləm in yoluna tabe olanlara qarşı döyüşən, Allaha şərik qoşmağın mahiyyətini bilən, Allahın öz Peyğəmbərini şirki qadağan etmək üçün göndərdiyini dərk edən, gecə-gündüz bu deyilənlərin haqq olduğunu haray çəkən, sonra isə şirki tərifləyib, insanları ona təşviq edib, öz tərəfində olanların çoxluğuna görə onların haqq olduqlarını iddia edən kimsə kafirdir. Mənim zənnə qapanaraq kiməsə kafir deməyim, məni dost tutmadığını və yaxud hüccət çatmayan kimsəyə kafir deməyim haqda deyilənlər düşmənlərimizin bizə atdıqları böhtanlardır. Bu söz-söhbətləri yayanlar bununla insanları Allahın və Rəsulunun dinindən yayındırmaq istəyirlər»512513. Şeyx AbdulLətif İbn AbdurRahman Əli Şeyx – rahmətullahi aleyhi - Muhəmməd İbn AbdulVahhaba rahmətullahi aleyhi - atılan böhtanı: Bütün müsəlman ölkələrinin əslən kafir olmalarını – təqzib edərək deyir ki: “Bu Şeyxə atılan böyük böhtan və yalandır. O, belə söz deməmişdir. Nə müsəlmanlar içərisində nə də alimlər içərisində belə bir söz deyəni tanımıram. Lakin əksinə onlar ittifaq etmişlər ki, bütün müsəlman ölkələrinə istənilən vaxt və məkanda İslam əhkamları tətbiq edilir. Lakin onlar Peyğəmbərlərə, mələklərə, salehlərə Allaha yaxınlaşmaq məqsədilə ibadət edən şirk qoşan ölkələrdən söz açmışlar. Belə bir kimsələrin şirk və küfrü barəsində alimlər söz açmışlar. Elm əhli ittifaqdır ki, iki şəhadəti söyləyən belə kimsələrin küfrü və mürtəd olmaları barədə qərar onlara dəlil (hüccət) çatdırıldıqdan sonra olur. Belə adamı əslən kafir saymırlar”514. Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi - deyir ki: «Haqqı gizlətmək və insanları bizdən yayındırmaq üçün bizim adımızdan yalan uydururlar ki, guya biz zəmanəmizin insanlarını və altıncı yüzillikdən sonra yaşayıb bizim fikrimizdə olmayanları ümumi mənada kafir sayırıq. Biz vəfat edənlər barəsində deyirik ki, onlar keçib gedən bir ümmət idilər. Biz yalnız haqq dəvətimiz yetişib, həqiqət aydın olduqdan və hüccət çatandan sonra təkəbbürlük göstərib, inadkarlıq edən insanları kafir sayırıq…»515. Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi Suveydi əl-Bağdadiyə göndərdiyi məktubunda deyir ki: «Sən deyirsən ki, mən yalnız ardımca gedənlər istisna olmaqla cəmi insanları kafir sayır, onların nigahlarının batil olduğunu iddia edirəm. Əcaba bu fikir ağıllı insanın ağlına necə gələ bilər? Bunu müsəlman deyər yoxsa kafir? Bilən deyər yoxsa bilməyən?… Kiməsə kafir demək məsələsinə gəldikdə isə mən yalnız Peyğəmbər sallallahu aleyhi və səlləm in dinini dərk edib bundan sonra onu söyən, insanları ondan yayındıran və bu dinə riayət edənləri düşmən görən kimsələri kafir sayıram. Allaha şükür olsun ki, ümmətin çox hissəsi bu cür (küfr) əməl sahibi deyildir»516. Digər bir yerdə isə AbdulAziz əl-Xatibə məktub yazaraq deyir ki: «Hicrətin 67-ci ilində əl-Əhsa vilayətində sizə oxşar iki nəfər Xəvaric görmüşdüm. Onlar cümə və cəmaat namazlarını tərk etmiş, öz yaşadıqları yerdə müsəlmanlara kafir deyirdilər. Onlar da sizin dediyiniz dəlillərə əsaslanır və deyirdilər: əl-Əhsa cəmaatı Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi nin dəvətini rədd edən, tağutu inkar etməyən babasının kafir olduğunu deməyən İbn Firuzun ailəsi ilə oturub-durur və onlarla ünsiyyət qururlar. Həmin iki nəfər deyirdilər ki, kim bu insanın kafir olduğunu açıq-aşkar deməsə o, Allaha küfr etmişdir. Belə halda o, tağutu inkar etmiş sayılmır. Kim belə insanlarla oturub-durarsa o, da onlar kimidir. Onlar yalan və iftira əsasında qurulmuş bu iki iddianı həqiqi mürtədlərə aid olan qaydalarla əlaqələndirib bir çox hökmləri tərk etmişlər. Hətta onlar özlərinə (kafir saydıqları cəmaat tərəfindən) verilən salama cavab da qaytarmırdılar. Onlar haqqında mənə şikayət gəldi və mən onları çağırtdırdım. Onları hədələyib sərt davrandım. İlk olaraq mənə özlərinin şeyx Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi ın əqidəsində olduqlarını və onun məktublarını oxuduqlarını dedilər. Mən onların şübhələrini aşkara çıxartdım və bildiklərimə əsaslanıb onların zəlalətdə olduqlarını bəyan etdim. Sonra onlara şeyx Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi ın bu əqidədən və məzhəbdən uzaq olduğunu onlara çatdırıb dedim: Şeyx yalnız alimlərin yekdilliklə razılaşdıqları, məsələn hüccət çatdıqdan və bu dəlillər tam dərk olunduqdan sonra böyük şirk etmək, Allahın ayələrinə, Peyğəmbərlərinə və s. küfr etmək kimi əməllərə görə kiməsə kafir deyir. Salehlərə ibadət edənlər, dua edib onlardan kömək diləyənlər, bu adamları Allahın haqqı sayılan ibadətlərdə və ilahilikdə Ona ortaq tutanlar, elm və iman əhli tərəfindən (deyilən şərtlərə əsasən) yekdilliklə kafir sayılır»517. Abdullah b. Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi deyir ki: «Sən Şeyxin (İbn Teymiyyə rahmətullahi aleyhi nin) Ey filankəs ağa! Mənə kömək et – bu kimi dualarla Peyğəmbəri və ya övliyanı köməyə çağıranlar haqda dediyi sözə fikir ver. O, deyir ki, belə insandan tövbə etməsi tələb olunur. Əgər tövbə etsə bağışlanır. Əks halda isə öldürülür. Şeyx şirk edənlərə tövbə etməyi tələb etdikdən və hüccət çatdıqdan sonra anlara açıq-aşkar kafir hökmü verir»518.

O hüccət çatmayan şəxsi təkfir etməmişdir. Daha geniş məlumat olsun deyə aşağıda Muhəmməd b. AbdilVahhab rahmətullahi aleyhi nin bəzi sözlərini Rus dilində də veririk ki, Rus dilli oxuyucularımız da bundan faydalansınlar519.



Bu üç Şeyxin fətvalarından da bilindi ki, onlar bu minhəci öz fətvalarında həyata keçirmişlər. Onlar müəyən şəxsləri mütləq küfrlərinə görə hüccət qaldırılmadığına görə təkfir etməmişlər. Onlar bunu elm və əməl tərəfdən müxtəlif dövrlərdə yerinə yetirmişlər. Nə üçün bu üç imam dəlil gətirildi? Çünki bunlar insanlar arasında ən məşhur imamlardır. Bunlardan başqa da alimlər vardı hansı ki, onlar da bu minhəc üzərədir.
TƏKFİR MƏSƏLƏSİNDƏ HÖKMÜ KİM VERƏ BİLƏR?
Bu məsələyə kim baxmalıdır? Baxmağa haqqı olan kimdir? Hökm verməyə haqqı olan kimdir? Keçən bölümlərdə keçdi ki, küfr şəri əhkamlardan biridir. Küfr Toqifi məsələlərdəndir. Bunun mənbəyi yalnız dəlil olmalıdır, ağıla burada yer yoxdur. Bu Allah və Rəsulunun haqqıdır. Bir sözə və ya əmələ küfr sözünü demək üçün qəti dəlil lazımdır. Dəlil olmasa o, əmələ küfr deyə bilməzsən. Eynilə dəlil olmadan da sən bir şəxsə kafir deyə bilməzsən. Bu məsləyə baxanlar yalnız elm əhli, elmdə güclü olanlar olmalıdırlar. O, elm əhli ki, şəri dəlillərdən hökm çıxara bilirlər. Kim bu məsləyə baxırsa, fətva verən şəxs üçün müəyyən şərtlər vardır. Bu şərtlər Üsulu fiqh kitablarında qeyd olunmuşdur. İmam Şəfii rahmətullahi aleyhi deyir ki: «Allah Peyğəmbər sallallahu aleyhi və səlləm dən sonra heç kəsə icazə verməmişdir ki, hər hansı bir məsələ barəsində elm olmadan danışsın. Elmin də mənbəyi Quran, Sünnə və icmadır. Heç kəs qiyas edə bilməz əgər onda o, şərtlər yoxdursa. Bunlar da Allahın kitabında olan əhkamları, fərzini, ədəbinə, nəsx edəni, mənsuxu, ümumi və xüsusini, bu ayələr nəyə yönəltdiyini bilməlidir ki, qiyas edə bilsin»520. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Allahın adından danışmaq və fətva vermək üçün insan elm və sadiqliklə vəsf olunmalıdır. Çatdıran çatdırdığını bilməli və bu məsələdə sadiq olmalıdır. Bununla yanaşı əxlaqı gözəl və sözlərində, əməllərində adil olmalıdır. (Qazı barəsində olan şərtlərdir). (Adil insan odur ki, böyük günahlara yol verməz və kiçik günahlar da israr etməz). O, insanın gizli halı ilə aşkarda olan halı yaxın olmalıdır. Əgər padşahların yanında onların adından qol çəkmək fəzilətli və dərəcəsi olan bir işdirsə, aləmlərin Rəbbi adından qol çəkmək necə bir dərəcədir?»521. Əgər Müctəhid (ictihad edən) və Mufti (halal və haram məsələlərində fətva verən) barəsində bu şərtlər qoyulubsa, onda təkfir məsələsinə baxan kimsə barəsində nə şərtlər vardır? (Fasiqi saqqalını qırxan kimsə təkfir edə bilərmi, onun bu məsələdə danışmağa haqqı varmı?). Küfr, iman, dinin əsasları barəsində danışan üçün nə kimi şərtlər vardır? Bu şərtlər daha şiddətlidir. Nə üçün bu daha şiddətlidir? 1 - Halal və haram məsələsində insan danışırsa, Allahın adından danışır. «Diliniz yalana vərdiş etdiyi üçün: Bu halaldır, o haramdır!» deməyin. Çünki bununla Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar nicat tapmazlar». (ən-Nəhl 116). Bu qədər şiddətlidir insanın halal və haram barəsində danışması. Təkfir isə bundan da şiddətlidir. Çünki insan İmanın əslindən, sabitliyindən və qeyri sabitliyindən danışır. Halal və haramdan danışan isə imanın şöbələri haqqında danışır. 2 Təkfir məsələsində hökm vermək üzərində böyük əhkamlar qurulur:

Əhli Sünnə vəl Cəmaatın təkfir edilən bir kimsənin küfrü üzərində yaranan bəzi hökmləri: 1) Təkfir edilən şəxsin müsəlman xanımı artıq onun üçün halal deyildir, onun nigahı altında qalması haramdır. Uşaqları da onun himayəsində qalmaz. Çünki müsəlman bir qadının kafir bir kişiyə ərə getməsi caiz deyildir. 2) Mürtədlik cəzası - Mürtəd olan kimsənin öldürülməsidir – məhkəmə qarşısına çıxarılması vacibdir. Çünki o, müsəlman olduqdan sonra kafir olmuşdur. Bu məhkəmə ondan tövbə etməsi istənildikdən, şübhələr ortadan qaldırıldıqdan sonra cəzası həyata keçrilir. 3) Küfr üzərə ölərsə, müsəlmanlara yazılan hökmlər ona tətbiq edilməz: yuyulmaz, namazı qılınmaz, müsəlman qəbristanlığında dəfn edilməz, ona mirasçı olunmaz. 4) Küfr üzərə öldüyü zaman Allah qorusun Allahın, mələklərin və bütün insanların lənətinə və Cəhənnəmdə əbədiyyən qalmağa müstəhaq olur, ona rəhmətlə dua edilməz və istiğfar dilənməz. Həmçinin vəliliyinin düşməsi (qızını evləndirə bilməz), kəsdiyinin haramlığı, ona qız verilməz, etiqad etmək ki, o axirətdə əbədi Cəhənnəmlik olacaq, nə dua, nə də şəfaətin ona faydası olmayacaq, Allah onu bağışlamayacaq. İnsanın təkfir məsələsində xətaya düşməsi başqa məsələlərdə xətaya düşməsindən daha şiddətlidir. Bu xətanın üzərində qurulanlar digər xətaların üzərində qurulmur. Bunun fəsadları çox böyükdür. Buna görə də alimlər bu məsələdən şiddətli dərəcədə çəkindirirlər. Bunu ən böyük zülm və azğınlıqdan sayardılar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər hansı bir kimsə öz müsəlman qardaşına, Ey kafir! deyə müraciət edərsə bu sözə o, ikisindən biri layiq olar. Əgər dediyi kimidirsə heç bir eybi yox. Əksi təqdirdə bu söz onun özünə geri dönər»522. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bir kimsə başqasını fasiqlikdə və ya kafirlikdə ittiham edərsə əgər o, kimsə belə deyilsə mütləq o, söz ona geri dönər»523.524 İbn Əbil İzz əl-Hənəfi rahmətullahi aleyhi deyir ki: «Ən böyük azğınlıqdır müəyyən bir şəxsə şahidlik etmək ki, Allah onu bağışlamayacaq, ona rəhm etməyəcək, onu əbədi Cəhənnəmdə saxlayacaqdır. Çünki bu kafirin öləndən sonra olan hökmüdür»525. 3 Təkfir məsələsi böyük məsələrdəndir ki, bir çox insanlarda bu problem yaratmışdı. Hətta bu məsələdə bəzi alimlərə haqq gizli qalmışdır. Mütləq təkfirlə müəyyən təkfir arasında olan fərqi ayırmadıqlarına və bu məsələnin incəliklərini bilmədiklərinə görə. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Mutəaxxirinlərdən bir çoxu təkfir olunanın əbədi Cəhənnəmdə qalması barədə ixtilaf ediblər. Bəziləri deyiblər ki, əbədi Cəhənnəmdə qalacaq. Bəziləri isə bu fikri yürütməkdən çəkinmişlər. Bu ixtilafın səbəbi nədir? Dəlillərin ziddiyətli olmasıdır ki, dəlillərin bir qrupu küfr əhkamlarını sahiblərinə çatdırmağı vacib edir, sonra da görürlər ki, bu küfr müəyyən şəxslərə çatmır. Bu da onlarda zidiyyət yaradır. Belə deyən kafirdir – kəlməsini eşitdikdə elə zənn etmişlər ki, belə deyən hər bir kəsi əhatə edir. Lakin fikirləşməmişlər ki, təkfirin şərtləri və maneələri vardır. Şərtlər cəmləşməyə bilər. Mütləq təkfir müəyyəni tələb etmir bunu da tədəbbür etməmişlər»526.

Bununla da bəlli oldu ki, Mufti barəsində olan şərtlər eynilə təkfir edən hökm çıxardan barəsində də olmalıdır. Bu şərtlərin birinin olmaması fətvaya mane olan səbəbdir. Küfr məsələsinə baxan kimsə də bu şərtlər daha mühümdür. Buna əlavə olaraq o, kimsə Əhli Sünnənin təkfir məsələsində əsaslarını bilməli, imamların müxaliflərə qarşı mövqeyini bilməlidir. Həmçinin onların üslubunu, mütləq əhkamları müəyyən şəxslərə necə yönəldiblər onu bilməlidirlər. Aydın oldu ki, insan bu məsələdə ehtiyatlı olmalı, küfrü yəqin olmayan bir kimsəni təkfir etməkdən çəkinməlidir. Elmi olmayan bir şəxs bu məsələdən çəkinsin, öz elmi çərçivəsində dayansın. «(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bilmədiyin bir sözü demə, bacarmadığın bir işi görmə). Çünki qulaq, göz və qəlb bunların hamısı sorğu-sual olunacaqdır». (əl-İsra 36). Ona görə də ağıllı insan bu məsələdən çəkinməlidir. Bu məsələdə nə qədər cəhalət əhli fitnəyə məruz qalmışdır. Hətta təkfir məsələsi bidət əhlinin simalarındandır (əlamətlərindəndir). Bu məsələdə ehtiyatlı olmaq və yalnız dəlilə əsasən təkfir etmək Əhli Sünnə vəl Cəmaatın sifətlərindən-dir. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Xəvariclər, Mötəzilə və Cəhmilər özlərinə müxalif olanları təkfir edirlər. Onlardan təkfir etməyən ən azı fasiq deyir. Beləliklə də bidət əhlinin çoxu bir rəy ortaya atır və kim onlara müxalif olarsa onları təkfir edilər. Əhli Sünnə isə Peyğəmbər sallallahu aleyhi və səlləm in gətirdiyi haqqa tabe olurlar və özlərinə müxalif olanları takfir etmirlər. Onlar haqqı ən gözəl bilən və insanları qarşı ən rəhmli olanlardır»527.



Nəticə 1 - Əhli Sünnə vəl Cəmaat əqidəsinə görə İman: Qəlbin etiqadı, dilin sözü və əzaların əməlidir. İman Əhli Sünnəyə görə hissələrə bölünür, itaətlə artır və asiliklə azalır. 2 - Əhli Sünnəyə müxalif olanların İman məsələsində xətasının mənbəyi nədir? Xəvariclər və Murciyə əqidəsində olanlar deyir ki: İman hissələrə bölünməyən bir şeydir. Murciyə deyir ki: Əgər İmanın bir hissəsi sabit olubsa, hamısı sabitdir. Xəvariclər deyir ki: Bir hissəsi itdisə, hamısı itəcək. 3 - Dəlilsiz təkfir etmək bu ümmətdə qədimdir. İlk yaranan bidətlərdəndir. Günahlara görə təkfir etməyi birinci ortaya Xəvariclər, sonra isə Rafizilər, sonra bu bidət yerdə qalan digər bidət əhlinə keçmişdir. Bidət əhlinin zahiri əlamətlərinə çevrilib. 4 - Bu dövrdə isə təkfir məsələsi bəzi cəmaatlarda vardır. Onlar da Sünnə üzərində böyüməyiblər. Bunun nəticəsi də bütün müasir İslam cəmiyyətlərini təkfir etmək, suiqəsdlər, partlayışlar, günahsız müsəlmanların qanlarının tökülməsi yaranıb. 5 Kafir və münafiq arasında fərq nədir? Kafir küfrünü açıq-aydın söyləyir, münafiq isə gizlədir. Küfr və nifaq bir baxımdan fərqlidir, bir baxımdan da birdir. Qəlbdə isə hər ikisi də küfrü etiqad edirlər. 6 - Dünyada kiçik küfr əhlinin hökmü nədir? Onların hökmü günah əhlinin hökmü kimidir. İslam dairəsindən çıxmırlar. Onlara müsəlman hökmü verilir. Axirətdə isə Allahın məşiəti altındadırlar. İstər bağışlayar, istərsə də əzab verəcək. Lakin əbədi Cəhənnəmdə qalmayacaqlar. 7 - Əhli Sünnə böyük günah edən kimsə barəsində orta mövqedədir. 8 - Təkfir və Təsfiq etmək şəri hökmlərdir. Ağla heç bir yer yoxdur. Kafir Allah və Rəsulunun kafir etdiyidir, fasiq də Allah və Rəsulunun fasiq etdiyidir. 9 - Müəyyəni təkfir etmək üçün şərtlər vardır. Bu haqda yuxarıda qeyd edildi və geniş danışıldı. 10 - Təkfir məsələsinə baxmaq yalnız dində alimlərə, qazılara aiddir. O, alimlər ki, naslardan şəri hökm çıxarmağa qadirdilər. Onlar bu hökmləri müəyyən şəxslərə yönəltməyi bilirlər.

Ona görədə nicat tapaq istəyən hər bir müsəlman başqa br müsəlmana küfr və ya şirk hökmü çıxarmaqda tələsməməlidir. Həmçinin avam insalrara və Elm tələbələrinə müəyyən şəxsə və ya camaata hökm vermək haramdır. Yaxud Elm əhlinə qayıdmamış məyyən bir partiyya (dəstəyə) özünü nisbət edən müəyyən müsəlman olan insanları Təkfir edə bilməz. Həmçinin hərbir müəslman elmi az olduğu halda Təkfir məsələrindən ona daşımaq haram olan kəslərin məclislərindən çəkinməsi vacibdir. Çünki onların bu məsəslərdən daşımağı Allahın ayələrini ələ salmaqdır. Allah: Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma. (əl-Ənam 68). Şeyx Əbdullətif İbn ƏbdurRəhman İbn Həsən İbn Muhəmməd İbn ƏbdulVahhab rahmətullahi aleyhi - demişdir: “Zahiri İslam olan şəxsi şəriətdən bir əsas, açıq aydın kifayətləndirici bir dəlil olmadan Təkfir etməyə cürət etmək Əhli Sünnə vəl Camaənin Elm əhli olan imamlara müxalif olmaqdır. Bu söz və əməllərində Allah qorxusu, təqvası olmayan zəlalət və bidət əhlinin yoludur... İbn Teymiyyə rahmətullahi aleyhi - demişdir: “Bu məsələdə danışan kəs ümumi əsalara malik olmalıdı ki, cüziyyətlərdə ona qayıda, elm və adilliklə danışa bilsin. Həm cüziyyətlərin necə baş verdiyini bilsin. Əks halda cüziyyətlərdə yalan və cahillik, ümmi əsaslarda isə zülm və cahillikdə qalacaq.” Sonra Təvil edən ilə bilərəkdən edən arasındakı fərq, hüccət qalxmış, şübhəsi aradan qalxmış və xəta etmiş, məslə ona qaranlıq, hökm isə gizli qalan kəs haqda uzun uzadı danışdı”528. Şeyx Əbdullətif ibn ƏbdurRəhman İbn Həsən İbn Muhəmməd İbn ƏbdulVahhab rahmətullahi aleyhi - Təkfirdə tələsən bəzi kəslərə yazdığı məktubunda, Təkfirdə bunların etdiyi kimi tələsən iki kişiyə inkar etdiyini zikr edəndən sonra demişdir: “Bu iki kişiyə Şeyx Muhəmməd İbn ƏbdulVahhabın rahmətullahi aleyhi - bu əqidədən və məzhəbdən uzaq olduğunu çatdırıb dedim: “Şeyx, yalnız alimlərin yekdilliklə (hansısa əməlin insanı islamdan çıxaran küfr olması haqqında) razılaşdıqları, məsələn, hüccət çatdıqdan və bu dəlillər tam dərk olunduqdan sonra böyük şirk etmək, Allahın ayələrinə, peyğəmbərlərinə və sair küfr etmək kimi əməllərə görə kiməsə kafir deyir...” Sonra bu iki kişinin bəzi rəhbərləri və alimləri Təkfir etmələri haqda halını bəyan etdi. Sonra Təkfirdə tələsənlərə xitab edərək belə dedi: “Sizin haqqınızda bizə, buna oxşar xəbərlər çatıb. Sizdə bu fəslin məsələlərinə girişmisiniz (lağlağı edirsiniz). Çöldə yaşan yad ərəblərin: “Allahdan qeyrisin hökmü ilə hökm vermək”, Allaha şərik qoşan zəlalət əhlinin: “Dost və düşmənçilik”, “Sülh bağlamaq və yazışmaq", “Malların sərf olunması”, “Hədiyyələr“ kimi və ya buna oxşar danışdığı elə məsələrə girşmisinz ki, bu haqda yalnız ağıl sahibi, Allahın başa düşməklə ruziləndirdiyi, hikmət və batili haqqdan ayıra bilən alimlər danışır. Bu haqda söz dediklərimizi və ümumi əsasları bilməyə dayanır. Bunları, təfsilatlarını, bilməyən, üz çevrən kəsə bu və başqa fəsillər haqda danışmaq caiz deyildir. Çünki ümumi, mütləq, sözün harda deyilişi, təfsilatı haqda bilməmək, xəta və qarışıqlığa səbəb olur. Allah Təalanın dinini başa düşməmək zehinləri qarışdırır və onunla Quran və Sünnəni başa düşmək arasında maneə qoyur. İbn Qeyyim rahmətullahi aleyhi - “Kəfiyə” adlı əsərində demişdir: “Təfsilatı və bəyanı götür! Çünki bəyansız Mütləq və Ümum. Fəsad edib vücudları, qatışdırb zehinləri və rəyləri hər zaman”529. Şeyx Abdullah İbn ƏbdurRəhman Əbu Batin rahmətullahi aleyhi - demişdir: “Bir sözlə nəfsinə nəsihət edən kəsə Allahdan elm və açıq aydın dəlili olmadan bu məslə haqda danışmamağı vacibdir. Bir insan sadəcə başa düşdüyü, ağlının bunu yaxşı hesab etməsi səbəbi ilə kimisə İslam dairəsindən çıxarmaqdan çəkinməlidir... Həmçinin əgər alimlər bir şeyin küfr olmasında ixtilaf ediblərsə və məslədə Peyğəmbərdən sallallahu aleyhi və səlləm açıq aydın dəlil yoxdursa, dinə görə ehtiyat edib dayanmaq bu məsləyə girişməmək lazımdır. Şeytan əksər insanları bu məsələdə azdırıb. Bir qisim insanlar Quran, Sünnənin və İcmanın bir şəxsin küfrünə dələalət etdiyi halda onu İslam dairəsində saxlamaqla naqisliyə yol verib. Digər qism isə həddi aşaraq Quran, Sünnənin və İcmanın bir şəxsin müsəlman olduğuna hökm verdiyi halda onu İslam dairəsindən çıxarıblar. Təəcüb ediləsi odur ki, onlardan birindən Təharət, alış-veriş və ya buna oxşar məsələr haqqında soruşsan, sadəcə başa düşdüyü, ağlı bunu yaxşı hesab etdi deyə fətva verməz. Əksinə alimlərin sözlərini axtarar, onların dediyi kimi fətva ferər. Bəs elə isə bu əzəmətli bir işdə, hansı ki, dinin ən əzəmətli və ən təhlükəli məsələsində necə sadəcə başa düşməsinə, ağlının bunu yaxşı hesab etməsinə etmiad edə bilir?! Ah İslam üçün müsbət bu iki tayfanın əlindən. Fitnə o iki bəladan”530.

Qlobal Məsələlər Barəsində (ən-Nuzul) Kim Danışa Bilər? Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız. (ən-Nisa 83). İmam Qurtubi rahmətullahi aleyhi deyir ki: “Nüfuz sahibləri – Alimlər və müsəlmanların rəhbərləridir”531. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “İnsanların üzərinə elə bir vaxt gələcək ki, yalançılara inanılacaq, doğrulara isə inanmayacaqlar. Xainlərə etibar ediləcək, sadiqlərə isə etibar edilməyəcəkdir. Söz isə Ruvaybədə olacaqdır”. Biz: “Ruvaybədə kimdir?” deyə soruşduq. Peyğəmbər: “Axmaq, hansıki insanların ümumi işlərindən danışacaqdır”532. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Mömin bir kimsəyə özünü alçaltmaz”. Ondan: “Necə özünün alçalda bilər?” deyə soruşdular. Peyğəmbər: “Özünü elə yükün altına salır ki, sonra ondan çıxa bilmir” deyə buyurdu533. AbdurRahman əs-Sədi rahmətullahi aleyhi deyir ki: “Bu ayə Allahdan onun qullarına olan məzəmmətdir. Əgər möminlərə müsəlmanların ümumi halları üçün xeyir olan, onların təhlükəsizliyi və sevinci üçün və ya onların ümumi təhlükəsizliyi barədə mühüm bir xəbər çatarsa, tələsik olaraq bunu yaymaları doğru deyildir. Bu xəbəri doğru olub-olmamasında yəqin olduqdan sonra onu Peyğəmbərinə xəbər vermək və ya içərilərindən olan elm sahiblərini, nüfuz sahiblərinə bu haqda xəbər vermək. Çünki onlar xeyir və şər məsələlərini ümmət içərisində ən yaxşı bilənlərdir. Əgər bu nüfuz sahibləri hesab etsələr ki, bu xəbəri yaymağın müsəlmanlara faydası olacaq, onlara güc verəcək, onlara sevinc və düşmənə qarşı müqavimət yaradacaq bu zaman ümumi olaraq elan edilir. Əgər onlar hesab etsələr ki, bu xəbərin yayılmasının müsəlmanlara heç bir faydası olmayacaq, zərəri xeyrindən daha çox olacaqdır bu zaman xəbəri yaymaq olmaz. Mühüm xəbərləri düzgün baxışları və doğru qərarları olan kimsələr təhlil etməlidirlər. Bunda da mühüm bir qayda vardır ki, mühüm məsələlər bununla bacara bilən kimsələrə həvalə edilməlidir. Heç kəsə bu cür məsələləri nüfuz sahiblərindən öncə həll etməsi qadağandır. Çünki onlar doğru qərar verməyə daha yaxın və xəta etməkdən daha çox mühafizə olunmuşlar. Tələsərək belə məsələləri yaymaq qadağandır. Müsəlmanlar öz sölərini söyləməmişdən öncə üzərində düşünməlidirlər və onlara zərər və ya fayda gətirməsi barəsində düşünməlidirlər”534. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: “Allahın kitabını bilən, Peyğəmbərin Sünnəsini yaşayan və Səhabələrin sözlərindən xəbəri olan – belə bir kimsə mühüm məsələləri həll etməkdə müvəkkil edilə bilər. Belə bir kimslərdən icazəlidir fətva almaq”535. Şeyx Saleh əl-Fovzandan hafizahullah - soruşurlar: “Bizim zamanda böyük alimlərin təhqir edilməsi və təkfir edilməsi fitnəsi çoxalmışdır. Əsasən də bu cür hallar Terror aktlarının qadağan olunması barəsində fətvaların çıxmasından sonra baş qaldırmışdır. Həmçinin deyirlər ki: Bizim alimlər “Vəla vəl Bəra Dost və Düşmən” məsələsində səhlənkar, zəifdirlər. Bu barədə cavab verməyinizi xahiş edirik. Cavab: “Cahil Allahdan qorxmalıdır və belə məsələlərdə elm olmadan susmalı və cavab verməməlidir. Allah buyurdu: De: "Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur". (əl-Əraf 33). Cahil bir kimsənin elmsiz olaraq böyük məsələlərdən danışması: Təkfir, Cihad, Vəla vəl Bəra və s. Qadağandır. O ki, qaldı müsəlman rəhbərlərə və alimlərə qarşı olan qeybət, böhtanın ən pis formasıdır ki, bu da qadağandır. Müsəlmanların başlarına gələn bütün bu hadislər o, məsələlərdəndir ki, bunları yalnız əmr sahibləri həll edirlər. Bu məsələləri yalnız onlar öz aralarında həll edirlər. Alimlərin üzərinə düşən isə - bu məsələlərə aydınlıq gətirməkdir. O ki, qaldı ümmətə və sıravi insanlara, həmçinin yeni başlamış elm tələbələrinə bu onların üzərinə düşən haqq deyildir. Allah buyurdu: Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız. (ən-Nisa 83). Mühümdür belə məsələlərdə insanın dilini saxlaması, xüsusən də Təkfir, Vəla vəl Bəra məsələlərində. İnsanlar belə məsələlərdə əksərən savadsız olurlar və səhv olaraq insanlar haqqında hökm verirlər. Onların azğınlıqda, küfrdə və ya asilikdə olmaları barəsində. Çox vaxt bu hökm onların özlərinə: Əgər insan öz qardaşına: “Ey kafir!”, “Ey fasiq” – dediyi halda bu cür olmazsa, söz onun özünə qayıdr. Allah qorusun! Bu çox təhlükəli məsələdir. Allahdan qorxan kimsə əgər bu məsələləri bilən Əmir və ya elm sahibi deyilsə dilini saxlamalıdır. Yalnız bu iki qrup bu məsələlərə cavab və çıxış yolu tapmalıdırlar. Sıravi müsəlmanlar və ya elmin ilk addımlığında olan kimsələr insanları ittiham etməyə, onlar barəsində hər hansısa hökm verməyə, qeybət etməyə, küfürdə və fasiqlikdə ittiham etməyə haqları yoxdur, çünki bu onların özlərinə zərərdir. Müsəlmana vacibdir ki, ona aid olmayan məsələlərdə dilini saxlasın və Allahdan müsəlmanlar üçün kömək, kafirlər üçün isə bəla istəsin. Bu sənin üzərinə düşən haqq və vacibiyyatdır. Ey bu kəlimələri söyləyən kimsə! Allahdan qorx ki, Alimlərin və müsəlman rəhbərlərin ardınca sölədiyin bu sözlər sənin özünə qarşı bir hüccət olar”. Sufyan əs-Sovri rahmətullahi aleyhi deyir ki: “Ən çox fətva verməyə çalışanlar elmdə ən az biliyə sahib olanlar olur”536. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Qiyamət günü ən şiddətli əzaba düçar olan kimsə elmi olmadığı halda insanları azğınlığa salan kimsə olacaqdır”537. Baxın görün səhabələr mühüm məsələlər barəsində fətva verməkdən necə çəkinərdilər? AbdurRahman İbn Əbu Leylə deyir ki: “Mən bu məscidə gələn Peyğəmbərin sallallahu aleyhi və səlləm 120-yə yaxın səhabəsini gördüm ki, onlardan hər birindən fətva vermək və ya hədis rəvayət etməkləri istənildiyi zaman bundan qaçardılar. Lakin sonralar iş elə bir yerə gəlib çatmışdır ki, bu günləri elmə iddiaçı olan və belə suallara cavab verməyə cürət edən insanlar çıxmışdır. Halbuki bu suallar Ömər İbn Xattaba verilsəydi o, mütləq Bədr əhlini bir yerə yığıb onlardan məsləhət istəyərdi”538. Məgər bu fətvalar komitəsində işləyənlər elmdə heç olmasa dırnaq ucu qədər Ömər qədər bilirlər? İmam Məlik rahmətullahi aleyhi deyir ki: “Mən heç vaxt özümdən elmli olan bir kəsdən soruşmadıqca fətva verməzdim”539. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Kim elmsiz olaraq fətva verərsə, bu fətvaya əsasən edilən əmələ görə günahı bu fətvanı verən daşıyır”540. Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir. (ən-Nəhl 25). İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: “Bu barədə heç bir səlahiyyət sahibi olmayan kimsə elmsiz olaraq insanlara fətva verərsə asi və günahkardır. Müsəlman rəhbər hansı ki bu fətvaya əsaslanırsa o, asi və günahkar sayılır. İmam İbnul Cevzi rahmətullahi aleyhi deyir ki: “Bəni Umeyyənin etdiyi kimi müsəlman rəhbərlər heç bir səlahiyyəti olmayan kimsələrin fətva vermələrinin qarşısını almalıdır. Bu ona bənzəyir ki, yolu tanımayan kimsə insanlara yolu göstərir, tibbi bilməyən kimsə insanları mülicə edir. Hətta onlar bu zikr etdiklərimizdən daha şərlidirlər. Əgər rəhbər tibbdən anlayışı olmayana qadağa qoyursa, onda Quran, Sünnə və dindən anlaşıyı olmayan kimsələrin fətva verməsinə də qadağa qoymalıdır. Şeyximiz İbn Teymiyyə rahmətullahi aleyhi belə kimsələri sərt olaraq qınayardı. Məndən soruşurlar: “Sən düşünürsən ki, fətva verən kimsə öz verdiyi fətvasına görə soruşulacaqdır?”. Mən: “Əgər aşbaz və çörəkçi soruşulacaqsa olabilərmi fətva verən soruşulmasın?”541. Şeyx Süleyman ibn Suhman rahmətullahi aleyhi Təkfirlə bağlı bəzi məsəslər haqda sualı cavablandırarkən demişdir: “Allaha həmd olsun və bu bizə kifayətdir. Allahın seçilmış bəndələrinə salam olsun. Və sonra : “Qardaşın dediyi çox insanların Quran və Sünnədən açıq aydın bir dəlil, bəyan mükəmməl bilik olmadan girişərək fitnəyə düşdüyü məsələləri nəzədən keçirdim. Bu məsəldə əksər danışanlar avam camaatdan olan bəzi dindarlardır ki, onlar əhkamları dərk etmir, tutduqları yolun sonun zülümət qaranlıq həlak edici olduğunu bilmirlər. Onalrın İslam imamlarının (alimlərinin) bu haqada açıqladıqları və qərar verdikləri məsələlərdən xəbərləri yoxdur. Belə məsələlərdə ancaq ən elmli, ən yaxşı bilən alimlər danışar. Bu məsələləri alimlər, Elm əhli bəyan edib. Bizə onların möhkəm mənhəci, yolu ilə getmək, öyrədib başa saldıqda bəyan etdikləri ilə kifayətlənmək bəs edər. Allahın adından elimsiz danışmaqdan Allaha sığınırıq. Bu işarə etdiyim məsələlərdə yalnız ağıl sahibi, Allahın başa düşməklə ruziləndirdiyi, hikmət və batili haqqdan ayıra bilən alimlər danışır”542. Səudiyyə Ərəbistanı Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyəti, Şeyximiz Əbduləziz İbn Abdullah İbn Bazın rahmətullahi aleyhi başçılıği ilə hicri 1419/4/2 ci ildə keçirilən qırx doqquzuncu dövrəsinin bəyanın da belə deyilir: “Təkfir Şəriət hökmüdür Allah və Elçisinə - sallallahu aleyhi və səlləm aiddir. Haram, halal və vacibin hökmü Allah və Elçisinə - sallallahu aleyhi və səlləm aid olduğu kimi, eləcə də Təkfir Allah və Elçisinə - sallallahu aleyhi və səlləm aiddir. Hər hansı bir əməlin və ya sözün küfr ilə vəsf olması, onun İslam dairəsindən çıxaran böyük küfr olması demək deyildir. Təkfir hökmü Allah və Elçisinə - sallallahu aleyhi və səlləm aid olduğu üçün, yalnız Quran və Sünnənin küfrdə oluğuna açıq aydın dəlalət etdiyi kəsi Təkfir edirik. Bu məsəldə sadəcə şübhə və ya zənn kifayət deyildir. Çünki nəticə olaraq bunun arxasında təhlükəli əhkamlar var. Cəzalar şübhələr səbəbi ilə aradan qalxır. Baxmayaraq ki, cəzaların sonrakı nəticəsi, Təkfirin sonrakı nəticəsindən azdır. Ona görə də Təkfirin şübhələr səbəbi ilə aradan qalxması daha layiqlidir. Ona görə də Peyğəmbər - sallallahu aleyhi və səlləm kafir olmayan şəxsi Təkfir etməkdən çəkindirərək buyurub: “Kim bir qardaşına "Ey kafir!" deyərsə, ikisindən biri bu sifətlə sifətlənər. Dediyi kimi deyilsə bu vəsf onun özü qayıdar.” Ola bilsin ki, Quran və Sünnədə bir felin, sözün və ya etiqadın küf olması varid olsun. Kafir olmasına mane olan maneələrə görə bu vəsfə düşən kafir olmaz. Bu hökm başqa əhkamlar kimi səbələrinin və şərtlərinin mövcud olamsı, maneələrin aradan qalxması ilə tamamlanır. Məs: mirasda olduğu kimi. Ola bilsin ki, maneə səbəbindən varis sayılmasın. Başqa dinə mənsub ola bilər. Küfr də belədir. Mömin küfr etməyə məcbur edilə bilər lakin bunula kafir olamz. Müsəlman çox sevindiyindən küfr və ya ona oxşar söz deyə bilər. Qəsd etmədiyi üçün kafir olmaz. Necə ki: “Allahım sən mənim qulum, mən sənin Rəbbinəm!” deyən kəsin hekayəsində olduğu kimi. Çox sevindiyi üçün xəta etdi. Təkfirdə tələsməyin arxasında, qanı, malı halal, mirası qadağan, nikahı batil edən və İslamdan çıxdıqdan sonra olacaq başqa təhlükəli məsələr meydana çıxır. Elə isə möminə ən zəif şübhə ilə buna cürət etməsi necə icazəli ola bilər?! Bu (məsələ) əmr (rəhbərlər) sahibləri haqda olarsa daha da şiddətli olar. Bu məsələnin arxasında rəhbərlrə qarşı üsyan, onların üzərinə silah çəkmək, özbaşnalıq, qan tökmək və ölkənin və əhalinin fəsad olamsı ilə nəticələn hadisələr durur. Ona görə də Peyğəmbər - sallallahu aleyhi və səlləm onlara qarşı çıxmağı qadağan edərək buyurub: “Açıq ayıdn küfr görsəniz və sizdə Allahdan açaıq aydın dəlil varsa bu halada istisnadır.” “görsəniz” sözündən çıxan məna budur ki, mücərrəd zənn və şayə kifayət deyil. “Küfr” sözündən çıxan məna budur ki, zülm, içki içmək, qumar oynamaq, harama yiyələnmək kimi fasiq əmmələr böyük olsa belə kifayət deyil. “Açıq ayıdn” sözündən çıxan məna budur ki, zahir, açıq aydın olmayan küfr kifayət deyildir. “Allahdan açaıq aydın dəlil varsa” sözündən çıxan məna budur ki, açıq aydın dəlil olmalıdır. Səhih sübut olunmuş, açıq aydın dəlalət edən olmalıdır. Zəif isnadlı, açıq aydın dəlaət etməyən olmamalıdır. “Allahdan“ sözündən çıxan məna budur ki, hər hansı bir alim çatdığı dərəcəsinə baxmayaraq Allahın kitabından, Peyğəmbərin - sallallahu aleyhi və səlləm sünnəsindən açıq aydın səhih dəlil yoxdusa onun sözündə heç bir ibrət yoxdur (sözü qəbul edilməz). Bu qeyidlər bu işin təhlükəli olduğuna dəlalət edir. Sözün qısası Təkfirdə tələsmək böyük təhlükədir. Allahın bu kəlamına görə: De: Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur. (əl-Əraf 33)”543.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə