Torpaqlarin


BMT-nin AFRİKA ÜÇÜN İQTİSADİ KOMİSSİYASI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/56
tarix21.04.2018
ölçüsü5,01 Kb.
#39782
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

 
31 
 
BMT-nin AFRİKA ÜÇÜN İQTİSADİ KOMİSSİYASI 
(AİK) (United Nations Economic Commission for Africa, ECA) – 
BMT-nin 1958-ci ildə Afrika qitəsinin inkişafı problemlərinin 
öyrənilməsi və  təhlilində  Аfrika xalqlarına köməkдарлыьын  
göstərilməsi məqsədilə yaradılmış  йерли  orqan. Afrika ölkələrinin 
iqtisadi inkişafı, onun xalqlarının həyat səviyyəsinin qaldırılması, 
üzv-dövlət sorğuları üzrə  məsləhət köməkliyi üzrə  tədbirlər 
hazırlayır; afrika ölkələrinin öz aralarında və digər dövlətlər 
arasında iqtisadi münasibətlərinin möhkəmlənməsinə  və ona 
saxlanması цчцн kömək edir. AİK üzvləri Afrikanın 51 dövləti və 
1 birləşdirilmiş üzvdür (Nambiya). Sovet İttifaqı AİK-in işlərində 
müşahidəçi kimi iştirak etmişdir. 1977-ci ildə Nayrobi, Keniyada 
Бюйцк  сящранын  cənubunda yerləşən Afrika ölkələri üçün 
quraqlığa qarşı OAE  simpoziumu ilə birlikdə səhralaşmaya qarşı 
mübarizə üzrə BMT Konfransına regional hazırlıq iclası 
keçirilmişdir. AİK Sudan-Sahel quraqlığı ilə əlaqədar səhralaşma 
problemlərinin həllində geniş iştirak edir.  
Baş qərargah: Əddis-Əbebə, Efiopiya.  
 
BMT-nin DAYANIQLI İNKİŞAF ÜZRƏ KOMİSSİYASI 
(UN Commission on Sustainable Development) – 1992-ci ildə 
BMT-nin  ətraf mühit və onun inkişafı üzrə  Konfransın qərarına 
əsasən yaradılmışdır. Vəzifəsi Konfransda qəbul edilmiş  qərar-
ların və xüsusən də, “21-ci əsrin gündəliyi”nin yerinə yetirilməsini 
izləmək цчцн hökumətlərarası orqandır. 
 
BMT-nin 
ƏLAQƏLƏNDİRMƏ ÜZRƏ 
İNZİBATİ 
KOMITƏSİ    /ƏİK/ (UN Adminstrative Committee on Co-
ordination, ACC) – dövlət nümayəndələri səviyyəsində BMT-nin 
İqtisadi və Sosial şurasının daimi komitəsi (EKOCOC). Ilk əvvəl 
proqram və  ялагяляндирмя  üzrə Komitə adlanırdı.  ƏİK BMT 
sistemi çərçivəsində ümumi idarələrarası  əlaqələndirməni həyata 
keçirir.  
Idarələrarası  əlaqələndirmə mexanizminin qüvvətləndirilməsi 
məqsədlərilə BMT-nin Baş Assambleyası (BMT BA) 32/197 


 
32 
qətnaməsi ilə (1978-ci il) onu yalnız  ƏİK çərçivəsində  cəmləş-
dirməsini qərara almışdır. Bu qərar nəticəsində  Əlaqələndirmə 
Şurasının Ətraf Mühit üzrə Komitəsinin (ƏMƏŞ) (bax) və ayrıca 
xüsusi sahələrdə  ƏİK-in fəaliyyətini təkrarlayan bir sıra digər 
orqanların səlahiyyətləri bu quruma  verilmişdir.  
Nəticədə  ƏİK  ƏMƏŞ-nin BMT BA-nın 1997 (XXVII) və 
32/172 qətnamələri ilə müəyyən edilmiş funksiyalarını  və  həm-
çinin UNEP-nin (bax.) İdarəedicilər  Şurasının (İŞ)  İllik məruzə 
vermə funksiyalarını öz üzərinə götürmüşdür. ƏİK-in ilk məruzəsi  
UNEP -in İdarəedicilər Şurasına   1979-cu ildə təqdim edilmişdir. 
 
BMT-nin  ƏRZAQ VƏ  KƏND TƏSƏRRÜFATI TƏŞKİ-
LATI /FAO/ (Food and Agricultural Organization of the United 
Nations, FAO) – vəzifəsi  əhalinin kənd təsərrüfatı  məhsulları ilə 
təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər 
aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə 
hökumətlərarası  təşkilatların işlərini  əlaqələndirmək  цчцн  BMT-
nin ixtisaslaşdırılmış  təşkilatı. 1945-ci ildə yaradılmışdır.  Əsas 
vəzifələrindən biri – kənd təsərrüfatı istehsalı, meşə  və balıq 
təsərrüfatında inkişaf etməkdə olan ölkələrə köməkдарлыг göstər-
məkdir. Inkişaf etmiş kapitalist ölkələrdən birbaşa ərzağın birbaşa 
çatdırılması, kənd təsərrüfatı üçün hazırlanması  və  təkrar 
hazırlanmasında elmi araşdırmaların və işlərin həyata keçirilməsi 
və təşkilinə köməklik daxil olmaqla, FAO yardımı maddi və qeyr-
maddi xarakter daşıyır. FAO milli və beynəlxalq miqyaslı 
tədbirlərdə  iştirak edir. FAO Dünya torpaq xəritəsini tərtib 
etmişdir, dünya səhralaşma xəritəsinin hazırlanmasında iştirak 
etmişdir və s. Hal- hazırda FAO səhralaşma problemi ilə  əlaqəli 
50-yə yaxın layihələr həyata keçirir. Onlar arasında “Səhralaş-
manın qiymətləndirilməsi və  xəritələşdirilməsi”, “Quraq və 
yarımquraq otlaq yerlərinin ekoloji idarə edilməsi” və s. var. 
FAO üzvü olmayan ölkələr BMTİP xətti üzrə həyata keçirilən 
iri kompleks proqramlarda iştirak edirlər.  
Baş qərargah – Roma, İtaliya. 
 


 
33 
BMT-nin  ƏTRAF MÜHİT PROQRAMI ÜZRƏ SSRİ 
KOMİSSİYASI  (BMTİPKOM)  (The USSR Commission for 
UNEP, UNEPCOM) – SSRI-nin ətraf mühitin qorunması uzrə 
dövlət komitəsi yanında keçmiş idarələrarası orqan (1978-ci ildə 
yaradılıb). Komissiyanın əsas vəzifələri: ətraf mühitin mühafizəsi 
və  təbii sərvətlərdən səmərəli istifadə sahəsində beynəlxalq 
təşkilatlarla  əməkdaşlıq işlərində vahid hökumət siyasətinin 
yaradılması üzrə  təkliflərin hazırlanması; UNEP və BMT-nin 
digər ixtisaslaşdırılmış sahələrinin fəaliyyətində SSRİ-nin rolunun 
artırılması; bütün mövcud və proqnozlaşdırılan ekoloji problemlər 
nəzərə alınmaqla,  ətraf mühitin mühafizəsi və  təbii sərvətlərdən 
səmərəli istifadə üzrə qlobal strategiyaların işlənib hazırlanmasın-
da iştirak; Sovet İttifaqının  ətraf mühitin mühafizəsi ilə  əlaqədar 
UNEP və digər beynəlxalq təşkilatlara üzvlükdən irəli gələn 
öhdəliklərinin yerinə yetirilməsi məqsədilə nazirliklərin, idarələrin 
və  təşkilatların fəaliyyətlərinin  əlaqələndirilməsi;  ətraf mühitin 
mühafizəsi və  təbii sərvətlərdən səmərəli istifadə  məsələləri ilə 
məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatlarında SSRİ-nin 
iştirakını genişləndirmək; SSRİ-nin  əldə etdiyi nailiyyətlərin 
xaricdə təbliğ olunması və UNEP və ətraf mühitin mühafizəsi ilə 
əlaqədar beynəlxalq təşkilatların kanalları ilə xarici ölkələrin ətraf 
mühitin mühafizəsi və  təbii sərvətlərdən səmərəli istifadə prob-
lemlərinin həll olunmasında əməkdaşlıq təcrübələrinin öyrənilmə-
si idi. Komissiyanın tərkibinə SSRİ-nin və  ətraf mühitin müha-
fizəsi üzrə respublika Dövlət komitələrinin uyğun nazirliklərinin, 
idarələrinin və  təşkilatlarının nümayəndələri,  ətraf mühit, sənaye 
və kənd təsərrüfatı sahələrində aparıcı mütəxəssislər daxil olublar.  
 
 BMT-nin QƏRBİ ASİYA ÜÇÜN İQTİSADİ KOMİSSİ-
YASI (QAİK)  (United Nations Economic Commission for 
Western Asia, ECWA) –  BMT-nin regional orqanı. Öz fəaliyyəti-
nə 1974-cü ildə başlamışdır. Qərbi Asiyanın iqtisadi inkişafı üçün 
əlverişli  şərtlərin yaradılması; qərbi asiya dövlətləri üçün maraq 
yaradan iqtisadi, texniki problemlərin tədqiqatını aparmaq, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə