TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə59/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   55   56   57   58   59   60   61   62   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
45 
bütün peyğəmbərlərin dəvətinin açarı, ilahi dəvətin təməli və özüdür".
93
Şeyx 
Muhəmməd ibn Abdul-Vəhhab 

deyir: "Allah elçilər göndərib, kitablar nazil 
etməsi ancaq Tövhidin və Tövhidlə əlaqəli bəyanı və təbliği üçündir: 
“Biz hər 
ümmətə: "Allaha ibadət edin, tağutdan uzaq olun"– deyə, elçi göndərdik. 
Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib 
etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti 
necə oldu!” 
(ən-Nəhl 36). 
"Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər 
deyə yaratdım". 
(əz-Zariyat 56). 
Şeyx Saleh əl-Bəlihi 

deyir: "Bilindiyi kimi 
Nəbilərin və Rəsulların sayı haqqında: "Nəbilər yüz iyirmi dörd mindir, 
Rəsullar da üç yüz on üçdür"- deyə bir xəbər varid olmuşdur. Bu Nəbi və 
Rəsulların hamısı Allahı təkləşdirməyə, hər tərəfdən Onu bir bilib yalnız və 
yalnız Ona ibadət etməyə çağırmışlar".
94
Şeyx Muhəmməd əl-Useyminə 


“Qula ilk fərz olan nədir?”- deyə sual verildikdə o, demişdir: "Bütün qullara ilk 
fərz olan Allahı Tövhid etmələri və bu Tövhid ilə birlikdə Muhəmmədin 

Allahın Elçisi olduğuna şəhadət gətirmələridir. Yalnız belə bir tövhid ilə, bu 
tövhidə şəhadət etmək şərtilə əməl və ibadətlər Allahın dərgahında qəbul 
edilir".
95
Allah 

yaratdıqlarından heç birinə bənzəməz. Yaratdıqlarından da heç biri 
Ona nə zatında, nə felində, nə ismində, nə sifətində, nə də hüququnda 
bənzəməz. Heç bir şey Ona güc çatdırıb Onu aciz buraxmaz. O, dilədiyi hər 
şeyi etməyə qadirdir. 
"Bir şeyi istədiyi zaman Allahın buyurduğu ona ancaq: 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə