TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə58/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   54   55   56   57   58   59   60   61   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
44 
təslimiyyətin ən yüksəyini əhatə edən, ən böyüyünü ifadə edən "ibadət"lə 
tövhid etməkdir".
89
“Burada olan ibadətdən, qulluqdan məqsəd Allahın tövhid edilməsidir. 
Buna görə də, ey Allahın qulu! Sənə ilk lazım olan dini vəzifədən, ibadətləri və 
hətta namaz kimi bir ibadəti belə öyrənməmişdən qabaq Tövhidi öyrənməyə 
məsul olduğunu heç vaxt unutma”.
90
Buna görə də qul bütün hüquqi və 
xüsusiyyətləri ilə tövhidi bilmək və tanımaq məcburiyyətindədir. Ağlı başında 
olan müddətdən ölüncəyə qədər tövhidə möhtacdır. Çünki İslamda Tövhid 
hər şeyin təməlidir. Tövhid olmadıqca Uca Allah qulun heç bir əməl və 
ibadətini qəbul etməyəcəkdir. Çünki, müsəlmanın həyatı tövhidsiz təsəvvür 
olunmazdır və Tövhid dini vaciblərin təməli, ən böyüyü və ən qüvvətlisidir. 
Allahın göndərdiyi Nəbi və Rəsullar Tövhidlə başlamış, insanları ancaq 
Tövhidə dəvət etmişlər. Bu da Nuhdan 

, Peyğəmbərimiz Muhəmmədə 

qədər gələn bütün peyğəmbərlərin gətirdiyi Tövhiddir. Bu Tövhid də 
Lə Iləhə 
Illəllah -
kəlməsinin mənasını ifadə edir. Bütün Peyğəmbərlərin dəvət etdiyi 
Tövhid də elə budur. Yəni Allahdan başqa ibadətə layiq heç bir haqq ilah 
yoxdur. İbn Teymiyyə 

Tövhidin mühümlüyünü bu sözlərlə bəyan etmişdir: 
"Uca Allah bu tövhidi kitabında açıq şəkildə bildirmiş və Ona şərik 
qoşulmasını rədd etmişdir. O, qədər aydın və açıq şəkildə ki, artıq Qurandakı 
tövhidə inanan bir müsəlman, əsla Allahdan başqasından qorxmaz, Ondan 
başqasından bir şey gözləməz, Ondan başqasından istəməz. Muhəmməd 

də 
deyir: "Ey insanlar! 
Lə İləhə İlləllah
deyin ki, qurtuluşa çatasınız". Həqiqətən 
də bu 
"
Lə İləhə İlləllah
"
tövhididir. Həqiqətən də bu "Allahdan başqa ilah 
tanımamaq tövhididir". Könüllərin sonsuz bir sevgi, hörmət, ümüd və qorxu 
ilə Allaha yönəldiyi, tapınaraq sığındığı haqq ilah ancaq Allahdır".
91
Hənəfi 
məzhəbinin imamlarından İbn Əbil İzz əl-Hənəfi 

deyir: "Bil ki, Tövhid 
bütün Peyğəmbərlərin ilk dəvətidir, yolun ilk mənzilidir. Qulu Allaha 
yaxınlaşdıran ən mühüm amildir. Buna görə də qula ilk fərz olan Allahdan 
başqa ibadətə layiq heç bir haqq ilah olmadığına şəhadət etməkdir. Tövhid bir 
kimsənin ilk olaraq İslama girdiyi və onunla son olaraq dünyadan ayrılaraq 
axirətə köçdüyü bir şeydir. Yolun əvvəlində də, sonunda da qula mütləq 
şəkildə lazım olandır".
92
Şeyx Abdul-Əziz ən-Nəsir ər-Rəşid 

deyir: "İstər 
Peyğəmbr 

olsun, istər onun Peyğəmbər qardaşları olsun 

insanlara təbliğ 
etdikləri şeylərin ən böyüyü və ən ucası - Allahın birliyinə və heç bir şeyi Ona 
şərik qoşmadan yalnız Allaha ibadət etmək, Allahı isim, sifət və felləri ilə 
oxşarsız və bənzərsiz Rəbb olaraq tanımağa dəvətdən ibarət olmuşdur. Bu da 
89
"Şərhu Kitabut-Tövhid Min Sahihil-Buxari" 1/ 38.
90
Durərus Səniyyə 1/ 107.
91
Fətva 1/ 135.
92
Şərhu Aqidətut-Təhaviyyə 1/ 21-23.



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə