|
![](/i/favi32.png) TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqitovhid-Allahin-qullari-uzarinda-haqqi
TÖVHİD –
Allahın Qulları Üzərində Olan Haqqı
339
yerinə yetirdikdə isə elə bir şəkildə edər ki, özü kimi bir məxluq bundan razı
qalmazdı. Allah üçün elə mal sərf edər ki, o malı özü kimi bir məxluqa sərf
etməz. Belə bir sifəti olan insan Allahı lazımınca qiymətləndirmişdirmi?
Əlbəttə ki, yox. Görürsən ki, insan ən qiymətli şeylərini dünya üçün, Allahdan
qeyrisi üçün edir, vaxtının ən çox hissəsini dünya üçün, faydasız şeyləri əldə
etmək üçün ayırır. Lakin Allaha gəldikdə isə çox az bir hissəsini Allaha sərf
edir.
Həmçinin -
İçki içir – Allah bağışlayır, rüşvət verir, alır – Allah bağışlayır,
Allah mənə qarşı ədalətsizdir, mənə zülm edir, haqqımı tapdalıyır deyənlər
Allahı lazımınca qiymətləndirməmişdir. Onun Allah barəsində olan
düşüncələri pisdir, şərdir. Dua edir və qəbul olmadığını gördükdə dərhal pis
zənn edir. Lakin insan bilməlidir ki, bütün bunlarda böyük hikmət vardır.
Allahın qadağalarını edib sonra da Allah barəsində - “Allah bağışlayar” deyən
kimsə Rəbbi barəsində pis zənn edir. Münafiqlər Uhud döyüşündə zənn
edirdilər ki, Allah bu dinə kömək etməyəcəkdir, Peyğəmbərinə yardım
etməyəcəkdir, bu iş yox olub gedəcəkdir, küfr və şirk qalib gələcəkdir, bütün
bunlar hikmətsiz olaraq baş vermişdir və s. Allahdan onun əməlləri barəsində
heç nə soruşulmur. O, istədiyini edəndir. Allahın rəhm etdiyi kimsələrdən
başqa çox az bir qism insanlar bu pis zəndən qurtulmuşlar. Ona görə sən
özünə nəzər sal və gör bundan qurtulmusan, yoxsa?
Həmçinin
- Allahla yanaşı Allahın düşmənini, Allaha şərik qoşan bir kimsə
Allahı lazımınca qiymətləndirməmişdir. Ona Allaha təzim etdiyi kimi təzim
edir, ona itaət edir, onu ümid edir, ondan qorxur. Allahın düşmənini, Allahın
gözündən düşən birisini Allaha şərik qoşur. Müşriklər mələklərə ibadət
etdikləri vaxt öz iddialarına görə onlar elə zənn edirdilər ki, onlar mələklərə
ibadət edirlər. Həqiqətdə isə onlar şeytana ibadət edirdilər;
Dostları ilə paylaş: |
|
|