|
TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqikafirlərin pis zənnidir. Vay olsun onlara və onları Cəhənnəmdə əzab gözləyir"tovhid-Allahin-qullari-uzarinda-haqqikafirlərin pis zənnidir. Vay olsun onlara və onları Cəhənnəmdə əzab gözləyir".
(Sad 27).
Həmçinin
- Allahın İsim və Sifətlərini inkar edən şəxs Allahı layiqincə
qiymətlən-dirməmişdir; Qədərilər, Cəbərilər və s. firqələr kimi. Allah onların
bu sözlərindən uzaqdır;
"
(Müşriklər)
Allahı lazımınca qiymətləndirmədilər.
Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunun içində olacaq, göylər isə
Onun sağ Əli ilə büküləcəkdir. Allah
(müşriklərin)
Ona aid etdikləri sifətlərdən
təmamilə uzaq və ucadır".
(əz-Zumər 67).
Həmçinin
- Allah Ərşə yüksəlməyib, Allah göydə deyildir hər yerdədir və s.
deyənlər Allahı lazımınca qiymətləndirməmişdir; Həmçinin də Allahın
hikmətini, məhəbbətini, rəhmətini, qəzəbini, qısqanmasını, təəccüblənməsini,
gülməsini, Qiyamət günü görünməsini, Ayaq sifətini və s. inkar edənlər də
Allahı lazımınca qiymətləndirməmişlər. Həmçinin də Allaha övlad nisbət
edənlər, hər bir şeyin Allah olmasını söyləyənlər (Hüluliyyə) və s. İbn Arabi
deyir: "Qul Allahdır, Allah isə quldur". Bunlar hamısı azğın firqələrdir.
Həmçinin
- Allah Peyğəmbərin
düşmənlərini yüksəldib, onların ailələrini
yüksəldib, zikirlərini ucaldıb - bu da Allahı layiqincə qiymətləndirməmişdir.
Mülkü, xəlifəliyi, izzəti Peyğəmbərin
düşmənlərində etmişdir deyənlər də
Allahı lazımınca qiymətləndirməmişdir. Peyğəmbərin
əhli-beytini alçaltmış,
onlara zəlillik vermişdir - deyənlər də Allahı lazımınca qiymətləndirməmişdir.
Kim belə bir fikirdədirsə o, Allaha qarşı böhtan atmışdır. Bu sözlər yəhudi və
nəsranilərin Allah barəsində sözündən alınmışdır. Onlar deyirlər ki, “Allah
zalım bir padşah göndərmiş və o, özündən Peyğəmbərlik iddia etmişdir.
Allaha qarşı yalan danışmışdır. Onun adından əmr etmiş, qadağan etmiş və
çəkindirmişdir. O, Peyğəmbərlərin şəriətini nəsx etmişdir”. Bəllidir ki, bu
böyük bir böhtan, Allaha olan tənədir. Allahın elminə, hikmətinə,
Rububiyyətinə olan böhtanı əhatə edir. Allah bu inkarçıların sözlərindən
uzaqdır.
Həmçinin
- Allah öz övliyalarına, dostlarına cəza verə bilər, asilik
etməyənləri cəzalandıra bilər və onları Cəhənnəmə daxil edər deyənlər də
Allahı layiqincə qiymətləndirməmişdir; Həmçinin də “Allah öz düşmənlərinə,
Ona iman gətirməyənlərə nemət verər və onları Cənnətlərə daxil edər”. Əksinə
Quran ayələri və hədislər bu deyilənlərin əksinə gəlmişdir. Allah öz
övliyalarına nemət verər və düşmənlərinə isə nemət verməyəcəkdir. Artıq
|
|
|