|
![](/i/favi32.png) TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqitovhid-Allahin-qullari-uzarinda-haqqi
TÖVHİD –
Allahın Qulları Üzərində Olan Haqqı
338
Allah Öz Kitabında belə bir şeyləri özünə caiz görəni inkar etmişdir. Belə bir
hökm verənləri ən pis hökm verənlərdən saymışdır;
“Biz heç iman gətirib
yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da
Allahdan qorxanları günahkarlara tay tutarıqmı?”
(Sad 28).
"Yoxsa dünyada
pis əməllər edənlər
(axirətdə)
onları iman gətirib yaxşı işlər görənlərlə bir
tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman
edirlər! Onlar nə pis mühakimə yürüdürlər".
(əl-Casiyə 21).
Həmçinin
- Allah ölüləri diriltməyəcəkdir, Allah Qiyamət günü bəndələrini
bir yerə toplamayacaqdır, sorğu-sual olunmayacaqdır deyənlər Allahı
lazımınca qiymətləndirməmişlər. Belə bir söz deyənlər Allahın hikmətinə də
böhtan atmışlar. Əgər ölümdən sonra dirilmək yoxdursa onda insanların
yaradılışında bir məqsəd də yoxdur. Əgər ölümdən sonra dirilmək yoxdursa
bu qədər Peyğəmbərlərin, kitabların nazil olması nəyə görə idi? Bütün bunlar
bizə xəbər verir ki, ölümdən sonra dirilmək vardır. O günü hər bir kəs nə
etdiyini biləcəkdir, o günü yalan sayanlar da peşmançılıqlarından, yalanlarına
görə barmaqlarını gəmirəcəklər. Vay olsun o günü yalan sayanların halına.
Vay olsun!
"Kafirlər onlar öldükdən sonra əsla dirilməyəcəklərini iddia
edirlər.
(Ya Peyğəmbər!)
De ki: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq
diriləcəksiniz. Sonra da etdiyiniz əməllər sizə
(bir-bir)
xəbər veriləcəkdir. Bu
Allah üçün çox asandır".
(ət-Təğabun 7).
Həmçinin
- Allahın əmrinə səhlənkar yanaşaraq, Allahın əmrinə asi olan
kəs, Allahın haramlarını edən insan Allahı lazımınca qiymətləndirməmişdir.
Həmçinin də Allahın qadağanı ona yüngül gələrək, Allahın haqqı ona elə-belə,
boş bir şey kimi gəlir. Allahın haqqını, zikrini zay edir. Həmçinin də qəlbi
Allahın zikrindən qafil olan kimsə də Allahı lazımınca qiymətləndirməmişdir.
Onun öz nəfsi istəyi, arzuları Allahın razılığını tələb etməkdən, axtarmaqdan
üstün olmuşdur. Belə bir kimsənin məxluqa olan itaəti Allaha olan itaətdən
daha mühümdür. Ona görə məxluqun əmrini, buyuruğunu yerinə yetirmək
Allahın əmrlərini yerinə yetirməkdən daha mühümdür. Elə bil ki, Allah onun
dilində, qəlbində artıq bir şeydir. Allahdan qeyrisi isə ona görə daha üstündür.
O kimsə Allahın onun üzərindəki baxışını aşağı görür. Halbuki o, Allahın
Ovcundadır. Onun ixtiyarı Allahın Əlindədir. İnsanların baxışını isə üstün
sayır. İnsanlardan utanır, Allahdan isə utanmır. İnsanlardan qorxur, Allahdan
isə qorxmur. İnsanlarla münasibətdə olduqda bacardığı qədər güc və
qüvvəsindən istifadə edərək çalışır. Allah ilə münasibətdə olduqda (Allahın
əmrlərini yerinə yetirdikdə) isə ən aşağı, dəyərsiz şəkildə hərəkət edir.
İnsanlardan sevdiyi bir kəsin xidmətində durduqda ciddiliklə, çalışqanlıqla
onun qarşısında durur. Onun xidmətində həm qəlbi, həm də əzaları ilə çalışır.
O insana olan xidmətini öz işlərindən də belə üstün tutur. Allahın haqqını
|
|
|