T.Ş. Salavatov, M.Ə. Dadaş-zadə, X.İ. Dadaş-zadə “ yeralti hidravliKA” fənnindən dərs vəsaiti


FƏSİL 5. LAYDA MAYENİN QƏRARLAŞMAMIŞ HƏRƏKƏTİ



Yüklə 0,58 Mb.
səhifə20/35
tarix18.01.2022
ölçüsü0,58 Mb.
#82948
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   35
C fakepathYeralt hidravl ka (d rs v saiti) (1)

FƏSİL 5. LAYDA MAYENİN QƏRARLAŞMAMIŞ HƏRƏKƏTİ
5.1.Elastik rejimdə hərəkət
Təbiətdə rast gəlinən məsaməli mühit və maye, təzyiqin dəyişməsindən asılı olaraq deformasiyaya uğrayır ki, bu deformasiyanın layın işinə təsiri çox böyükdür.Lakin yuxarıda baxılan məsələlərdə layın və mayenin sıxılmayan olması qəbul edilirdi.

Maye və qazın məsaməli mühitdə hərəkət rejimlərindən biri də elastik rejimdir.Bu rejimdə enerji mənbəyi layın və sıxılan mayenin deformasiyası hesabına yaranır.Neft-qaz yataqlarının işlənməsi və istismarı posesində layın və mayenin elastikliyinin nəzərə alınması vacibdir.

Aşağıdakı misalda elastik rejimin bəzi xüsusiyyətlərini öyrənək.

Neftli hissə, həcmi ondan çox böyük olan sulu hissə ilə təmasdadır. Məsaməli mühitin və mayenin deformasiyasının Huk qanununa tabe olduğunu qəbul edək. Onda məsaməli mühit və maye üçün Huk qanununa əsasən aşağıdakı deformasiya ifadələrini yazmaq olar.




Şək.5.1.Elastik rejimin sxemi.


(5. 1)

(5. 2)

burada: s, m - uyğun olaraq süxur və mayenin sıxılma əmsalı;

s, msüxur və mayenin həcmi;

P - təzyiqlər fərqidir.

s = const; m = const şərti ilə (5.1) və (5.2) -ə görə təzyiqin P qədər dəyişməsinə uyğun süxur və maye həcminin dəyişməsini aşağıdakı kimi ifadə etmək olar.

s = ss P ( 5.3 )

m = mm P ( 5.4 )

Lay üzrə təzyiq P qədər azaldıqda, maye öz həcmini m qədər artırır, süxur isə öz həcmini s qədər azaldacaqdır.

Lay təzyiqinin azalması ilə süxur həcminin azalmasını təsəvvür etmək üçün aşağıdakı vəziyyətə baxaq.

Bilirik ki, lay süxurları iki təzyiq : birincisi lay təzyiqi ( ), digəri isə lay üzərində yatmış süxurların ağırlığından yaranan dağ təzyiqi ( Pd ) altında deformasiyaya uğrayır.

Lay təzyiqi təsirindən məsamələr açıq saxlanılır,dağ təzyiqi təsirindən isə süxurlar sıxılır. Süxur effektiv adlanan Pef təzyiqi (Pef = Pd - ) altında gərginlikli vəziyyətdə olur. İstismar posesində ,çox vaxt Pd = const olur, lay təzyiqi isə azaldığından Pef artır. Ona görə də layda təzyiqin dəyişməsi ilə süxurun həcmi kiçilir, mayenin həcmi isə genişlənir , təzyiq az olan yerlərə,yəni istismar quyularına deformasiya olunan maye və süxur həcminə bərabər maye hissəsi sıxışdırılır.

Beləliklə, təzyiq P qədər azaldıqda məsaməli mühitin və mayenin deformasiyası nəticəsində laydan

 = s + m (5.5)

qədər maye çıxarılar.

(5.3) və (5.4) ifadələrini (5.5) – də yerinə yazsaq

 = (ss + mm)P (5.6) və m = sm olduğu üçün

 = (s + mm) s P (5.7)

və ya


 = *s P

* = (s + mm) (5.8)

alarıq.

burada: m – məsaməlilik əmsalıdır;

* - layın elastik tutum əmsalı adlanır.

Daha bir misala baxaq.

Fərz edək ki, sulu hissənin həcmi neftli hissədən 200 dəfə böyükdür, yəni su=200n . Deməli, layı təşkil edən süxurun həcmi

olacaqdır.

Təzyiqlər fərqi ilə layın və mayenin elastikliyi hesabına ondan alınan neftlə,yəni (e) arasındakı asılılığı aşağıdakı kimi təyin etmək olar:

burada: e – layın elastik ehtiyatı adlanır.

Layın neft ehtiyatının elastik rejim hesabına laydan çıxarılan hissəsini tapmaq üçün nisbətini  ilə işarə edək.

 . Beləliklə,  asılılığını qurmaqla elastik rejim hesabına layın neft ehtiyatının nə qədər sərf olduğunu bilmək olar.

Əgər =1 olarsa, laydan n elastik rejim hesabına neft ehtiyatı tam çıxarıla bilər.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə