TüLKÜ VƏ qurd



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix18.06.2018
ölçüsü0,77 Mb.
#49505
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

 

Oğlu  Rəsulcan  böyüyəndə  atasını  soruşdu.  Cavan  gəlin  Rafiqin 

şəklini küçədən asıb oğluna dedi: 

— Qapıda otur. Әgər bir kəs şəkilə baxıb əliylə başını tutsa 

mənə de! 

Rəsulcan küçədə oturub gəlib-gedənə baxırdı. 

Elə  oldu  ki,  bir  neçə  il  ölkələri  gəzib  arvadını  və  uşağını 

axtaran Rafiq һəmin şəһərə gəlib çıxdı. 

O  küçə  ilə  gedərkən  birdən  öz  şəklini  gördü.  Təəccüblə 

başını tutdu. Bunu görən Rəsulcan tez anasının yanına yüyürdü.   

Cavan qadın Rafiqi görən kimi, saqqallı və köһnə pal- tarda 

olsa da o dəqiqə onu tanıdı. 

Sevincindən özünü itirən Rafiq arvadını və oğlunu öpdü. 

Bir  müddət  keçəndən  sonra  Rafiq  taxtadan  at  düzəltdi, 

arvadını və oğlunu ata mindirib vətənə yola düşdü. 

Atası  Rafiqin  sağ-salamat,  sevgilisi  ilə  birlikdə  qa- 

yıtmasına çox sevindi və şadlıq məclisi düzəltdi. Rafiq ustasına, 

gözəl  sənət  olan  dülgərliyi  öyrətdiyinə  görə  öz  dərin 

minnətdarlığını bildirdi. 

 

ŞAH VƏ XİDMƏTÇİ QIZ 

Yer üzündə qoca bir şah var idi. Bu zalım şah «mənə yaxşı 

baş əymədin, mənim üzümə xoş baxmadın» — deyə ulduz sanı 

qədər  adamların  başını  kəsdirmişdi.  Ölənlərin  qohumları 

dəryaların  suyu  qədər  göz  yaşı  axıtmışdılar.  Bu  şah  belə  zalım 

şah idi. 

Qoca  şahın  qırx  arvadı  var  idi.  Şah  hamıdan  çox  Sərvgül 

adlı  arvadını  sevirdi.  Sərvgül  həm  gözəl,  həm  ağıllı  idi.  Ancaq 

pis bir xasiyyəti var idi: inadcıl və deyingən idi. 

O şaha demişdi: 

 



Mənim  adım  nə  rütbəmə,  nə  mənim  gözəlliyimə,  nə  də 

ağlıma uyğun deyildir. Məni bu adla çağırmağı adamlara tadağan 

elə. 

Şah əmr verdi: «Şah arvadını hər kəs Sərvgül çağırsa onun 



dili kəsiləcək, boğazına ərinmiş qalay töküləcək». 

Şahın  əmrini  carçılar  ölkənin  hər  yerində  car  çəkib  xalqa 

xəbər verdilər. 



 

Bir  gün  Sərvgül  özünü  pis  hiss  etməyə  başladı,  O,  bütün 

kənizləri yanından uzaqlaşdırdı, güllü çardaqda uzanıb yatdı. Bir 

saat keçdi, iki saat keçdi, lakin şah arvadı kənizlərini çağırmadı. 

Onlardan  biri  boylanıb  çardağa  baxdı.  Sən  demə  Sərvgül 

ölübmüş. 

Çox  keçmədi  ki,  bütün  saray  əhli  onun  öldüyündən  xəbər 

tutdu.  Lakin  bu  kədərli  hadisəni  şaha  xəbər  verə  bilən  qoçaq 

tapılmadı. Çünki şah arvadına hələ təzə ad qoyulmamışdı, köhnə 

adı isə heç kim çəkmək istəmirdi. Әgər şah bilsəydi ki, arvadının 

ölümü barədə ona vaxtında xəbər verməmişlər, onda qəzəbi daha 

şiddətlənəcəkdi. 

Bütün  vəzirlər,  vəkillər,  saray  adamları,  sarayda  vurnuxur, 

bilmirlər ki bu kədərli xəbəri şaha necə yetirsinlər. 

Birdən cavan kənizlərdən biri dedi: 

—Mən gedib şaha xəbər verərəm 

 

Sən  a?  —  vəzirlər,  vəkillər  və  saray  adamları 



təəccübləndilər.  —  Nə  qədər  ağıllı  kişilər,  hörmətli  qocalar  bu 

mürəkkəb  məsələni  həll  edə  bilmədilər  Sən,  səfeh  kəniz  olasan, 

ezünə dəxli olmayan işə baş qoşasan!? Rədd ol! 

Lakin  kəniz  heç  kimə  qulaq  asmadı,  şahın  yanına  yüyürdü, 

sadəlövh  əyanlar  və  vəkillər  barmaqlarının  ucunda  onun 

arxasınca getdilər. 

Şah  qızıl taxtda  əyləşmişdi,  iki  qul  yelpiklə  onu  yelləyirdi. 

Salonun  yarısı  bəzəkli  xalı  ilə  döşənmişdi,  üstü  güləbətinlə 

işlənmiş  nazbalışlar  qoyulmuşdu.  Gözəl  səsli  xanəndələr  öz 

nəğmələri  ilə  şaha  kef  verirdi.  Rəqqasələr  öz  oyunları  ilə  onu 

əyləndirirdilər. 

 

Lakin şah qüssəli idi: o, hey əsnəyirdi. 



Kəniz qapının ağzına gəldi və asta səslə dedi: 

 



Çiçəklərin  kölgəsində  Sərvgül  soldu.  Bəs  indi,  necə 

olsun? 


Bu  sözləri  eşidən  kimi  şah  o  dəqiqə  deyilən  sözlərin 

mənasını başa düşdü. 

O, Sərvgülü dəfn etməyi əmr etdi. 

Hamı  bu  mürəkkəb  işin  belə  asanlıqla  həll  edilməsindən 

sevindi. 

Həmin kənizi şah yanına çağırıb dedi: 




 

 



Mələkənin  ölümü  barədə  xəbəri  mənə  sənmi  gətirdin? 

Sən  ağıllı  qızsan,  sən  saraydakı  bütün  müdrük  adamlardan 

ağıllısan.  Öz  ağlını  və  dərrakəni  mənə  ver,  mən  də  var- 

dövlətimin  yarısını  sənə  verərəm.  Sən  mənim  baş  hərəmim 

olacaqsan. 

Kəniz şaha belə cavab verdi: 

 

Bu  böyük  ənamına  görə  çox  sağ  ol  şah,  amma  o  mənə 



lazım deyildir. Mən səndən varlıyam. 

Şahın ağarmış qaşları çatıldı, gözləri qəzəb saçdı. 

 

Ey,  kimlə  danışdığını  yadından  çıxarma.  Mən  şaham. 



Mənim  istəyim  qanundur.  İstərəm  dövlət  bağışlaram,  istərəm 

edam edərəm. Sən ki, hüquqsuz kənizsən. 

 

Şah,  əgər  mən  sizlə  kobud  danışdımsa  bağışlayın.  Mən 



öz  ağıl  və  dərrakəmin  yarısını,  sizin,  hətta  bütün  var-yoxunuza, 

dövlətinizə  dəyişmərəm.  İndi  mən  kənizəm,  əgər  siz  qocanın 

arvadı  olsam,  yenə  kəniz  olacam.  Var-dövlətin  mənim  nəyimə 

lazımdır?  Onlarsız  da  mən  həyatda  yaxşı  yaşayıram.  Var-

dövlətdən həsəd və dərd yaranır. 

Şah kənizə cavab verə bilmədi. Başını aşağı salıb susdu. 



 

KEÇƏL 

Biri var idi, biri yox idi, bic bir keçəl var idi, onun da əldən 

düşmüş qoca bir anası. Onlar çox kasıb yaşayır, yeməyə güclə bir 

tikə çörək tapırdılar. Günlərin bir günü onların evində bir çanax 

un  da  qalmadı.  Keçəl  kisəni  yarısına  qədər  buğda  ilə  doldurdu, 

çiyninə atıb üyütmək üçün dəyirmana getdi. Yolda o, quru otların 

arasından  iki  yumurta  tapdı.  «Bu  da  allahın  mərhəmətindəndir» 

dedi  —  yumurtaları  cibinə  qoydu  və  yoluna  düzəldi.  Bir  az  da 

gedəndən  sonra  gördü  ki,  yolda  bir  sərnic  qatıq  var.  Keçəl 

sevindi,  sərnici  əlinə  alıb  istədi  ki,  getsin,  amma  fikirləşdi: 

«Qatığı  da  dəyirmana  aparmaq  olar?!  Dəyirmançının  nökərləri 

qatığı yeyərlər. Әgər burada  da qoysam yoldan keçənlərdən biri 

yeyəcək.»  Keçəl  çox  fikirləşdi,  nəhayət  qatıqla  dolu  sərnici 

torpağa  basdırdı  və  yoluna  davam  etdi.  Bir  az  gedən  dən  sonra 

gördü ki, yolda saxsı bir küp düşüb qalıb. «Qayıdan baş onu evə 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə