TüLKÜ VƏ qurd



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix18.06.2018
ölçüsü0,77 Mb.
#49505
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

 

apararam»—deyib  onu  da  torpağa  basdırdı.  Nişan  üçün  həmin 

yerə bir çubuq sancdı. 

Nəhayət  gəlib  dəyirmana  çatdı.  Qapını  açdı,  astanadan  içəri 

girdi,  çiynindən  kisəni  yerə  saldı  və  baxıb  gördü  ki,  içəridə  heç 

kəs  yoxdur.  Unla  dolu  kisələr  yan-yana  düzülmüşdür.  Bu  qədər 

unu görən keçəlin gözü dörd olur. Buğdanı dəyirmanın təknəsinə 

töküb  kisəsini  unla  doldurur  və  geri  qayıtmaq  istəyir.  Lakin 

axşam düşür, gün batırdı, odur ki, keçəl dəyirmanda gecələməyi 

qərara alır. 

Dəyirman  isə  divlərin  idi.  Elə  ki,  axşam  düşdü,  zənglər, 

qumrovlar  səsləndi,  dombralar,  rübablar  çalındı,  divlər  qollarını 

oynada-oynada,  ayaqlarını  yerə  döyə-döyə  gəldilər.  Onlar 

dəyirmana  girib  oynamağa  başladılar.  Görünür,  burada  gecəni 

səhərə kimi kef eyləyəcəkdilər. 

Keçəl  əvvəlcə  qorxdu.  Sonra  bir  qədər  toxdadı,  özünü  ələ 

aldı, «Әşi, nə olacaq olsun, mən nə üçün onlardan qorxmalıyam? 

Qoy mən özüm onları qorxudum», — deyə fikirləşdi. 

 

Siz,  burada  nə  hay-küy  salmısınız?  —  o  qışqırdı.  —  Bu 



dəyirman  mənim  atamındır,  siz  isə,  onu  qəsb  eləmisiniz  və  indi 

burada ağalıq edirsiz? Mən gəlmişəm sizinlə gücümü sınayım və 

dəyirmanımı sizdən alım. 

Divlərin padşahı irəli çıxıb dedi: 

 

Yaxşı, çıx vuruşaq! 



Keçəl, divin onu bir zərbədə cücü kimi əzəcəyini başa düşüb 

qorxdu, lakin geri çəkilmədi, onu hədələməkdə davam etdi: 

 

Özünüzü gözləyin! Mənim üç şərtim var. Әgər siz onları 



yerinə  yetirə  bilsəniz  vuruşacağıq,  yerinə  yetirə  bilməsəniz, 

dəyirman mənim olacaqdır. 

 

Deyin, şərtləriniz nədir? 



 

Birinci  şərtim:  o  ağacı  görürsünüzmü?  Onu  elə  sıxın  ki, 



şirəsi çıxsın. 

Bütün  divlər  növbə  ilə  bir-birinin  ardınca  əlləri  ilə  ağacı 

sıxmağa  başladılar,  lakin  əlbəttə  onlardan  heç  biri  ağacı  sıxıb 

suyunu çıxara bilmədi. Onda keçəl ayağa qalxıb dedi: 

 

Baxın, görün! 



O, divlərdən gizlin cibindən yumurtaları çıxartdı, hərəsini bir 

əlinə aldı və iki əllə ağacı sıxmağa başladı. 




 

yumurtalar  sındı,  sarısı  ilə  ağı  ağacın  gövdəsi  aşağı  axmağa 

başladı. 

 



Siz, — Keçəl dedi, — siz ağacdan şirə çıxara bilmədiniz, 

amma mən şirə ilə yapışqan da çıxartdım. 

Divlərin təəccübdən ağzı açıla qaldı. 

 



Yaxşı, ikinci şərtini de. 

 



Eşidin ikinci şərtimi. Təpiyi yerə elə vurmaq lazımdır ki, 

maya vurulmamış qatıq çalınsın və yerdən qatıq çıxsın. 

 

Bu  şərti  mən  yerinə  yetirərəm,  —  deyə  hamıdan  qabaq 



divlərin padşahı irəli atıldı. O acıqla ayağını yerə vurdu, lakin heç 

nə çıxmadı. Onda o yola çıxdı və təpiyini yerə elə vurdu ki, yer 

tərpəndi, amma boş yerə. Divlərin nadşahı yorulmaq bilmirdi. O 

yolla  hoppana-hoppana  gedir  və  hər  yeri  təpikləyir,  keçəl  və 

bütün  divlər  də  onun  dalınca  gedirdilər.  Nəhayət  div  yorulub 

dayandı. Müvəffəqiyyətsizlikdən utanan div keçələ baxıb dedi: 

 

Yaxşı, sən özün bir təpiklə görək! 



 

Gəlin  bura  —  dedi.  Keçəl  divləri  bir  sərnic  qatığı 



basdırdığı yerə gətirdi və yerə güclü bir təpik vurdu. 

Qatıq  ətrafa  dağıldı.  Divlər  fikirləşdilr  ki,  Keçəl  çox 

güclüdür və ona ehtiyatla baxmağa başladılar. 

 



Üçüncü  şərtim  budur:  yerə  elə  təpik  vurun  ki,  bir  zər- 

bədə quyu əmələ gəlsin. 

 

Mən  bu  şərti  yerinə  yetirərəm,  —  divlərdən  biri  irəli 



çıxdı və yeri döyəcləməyə başladı. Gah bu ayağı, gah o ayağı ilə 

yeri  döyəclədi,  lakin  nəinki  quyu,  heç  kiçik  bir  çuxur  da  əmələ 

gəlmədi. 

 



Baxın, mən necə vururam — deyə Keçəl, saxsı küpü bas- 

dırdığı yerə gəldi, təpiklə elə vurdu ki, torpaq ətrafa səpələndi və 

onun ayağı küpə girdi. 

Keçəl ayağını çəkib küpdən çıxartdı və divlərə dedi: 

 

Әgər  mən  istəsəm,  təpiklə  yeri  bu  tərəfindən  o  biri 



tərəfinə qədər deşərəm. 

Divlər  qorxdular,  dəyirmanı  unu  ilə  birlikdə  keçələ  verib 

qaçdılar. 

Gecə  Keçəl  xalatını  çıxardı,  onu  ağac  kötüyünə  bükdü  və 

qapının ağzına qoydu. Kənardan onu adamdan seçmək olmazdı. 

O,  boş  təknəyə  girib  rahatca  yatdı.  Gecə  yarı  divlər  ehtiyatla 




 

dəyirmana  sarı  gəldilər.  Astanada  uzanan  adamı  görüb  hərəsi 

əlinə  bir  ağac  alıb  gücləri  gəldikcə  Keçəl  bildikləri  adam-

müqəvvanı  döyməyə  başladılar.  Nəhayət  onu  ölmüş  hesab  edib 

meşəyə qaçdılar. Keçəl isə təknədə uzanıb hər şeyi görürdü. 

Divlər gedəndən sonra Keçəl ağac kötüyünə bürüdüyü xalatı 

çıxartdı.  Gördü  ki,  divlər  xalatı  cırıq-cırıq  ediblər.  O,  xalatı 

çiyninə  salıb  dəyirmandan  çıxdı  və  divləri  axtarmağa  getdi.  Bu 

zaman divlər məclis düzəldib kef edirdilər. 

Keçəl məclisin qızğın vaxtında onların yanına gəlib çıxdı: 

—Dəyirmanda  çoxlu  siçan  varmış,  mənim  xalatımı  tamam 

çeynəyiblər. İndi mənim xalatımın pulunu gərək verəsiniz, yoxsa 

hamınızı qıracağam. 

Keçəlin qışqırtısından divlər qorxub dedilər: 

 

Nə əmr etsəniz yerinə yetirərik. 



Keçəl  divlərə  qırx  dəvə  gətirməyi  əmr  etdi.  Dəvələr  hazır 

olandan sonra Keçəl dedi: 

 

Unu dəvələrə yükləyin 



Bir  anda  divlər  unu  dəvələrə  yüklədilər.  Keçəl  qabaqdakı 

dəvəni minib evlərinə yola düşdü. 

Evə  gəlib  gördü  ki,  qoca  anası  acından  zəifləyib  yatağa 

düşmüşdür. Oğlunu görüb dirçəldi, ayağa qalxdı, gətirdiyi undan 

kökə bişirdi. Ana-bala oturub doyunca kökə yedilər. 

 

TƏRS KEÇİLƏR 

Yer  üzərində  iki  tərs  keçi  var  idi.  Bir  dəfə  onlar  dərin  bir 

arxın üstündən salınmış dar bir taxta üstündə üz-üzə gəlirlər. 

İkisi  taxtanın  üstündən  yan-yana  keçə  bilməzdi.  Hansısa  o 

birinə yol verməli idi. 

 



Bura  bax,  yoldan  kənara  çəkil,  —  deyə  keçilərdən  biri 

qışqırdı. 

 

Sən  bir  buna  bax!  Səndən  qorxub  çəkiləcəyəm?  —  deyə 



cavabında o birisi qışqırdı. 

 



Niyə gərək sən çəkilməyəsən? — birinci tərslik elədi. 

Tərs  keçilər  çox  mübahisə  etdilər.  Sonra  hər  biri  üç  addım 

geri çəkilib kəllə-kəlləyə gəldilər... 

İkisinin də alnı əzildi, ikisi də suya yıxıldı. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə