TüLKÜ VƏ qurd



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix18.06.2018
ölçüsü0,77 Mb.
#49505
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

 

 

XƏSİS BƏYLƏ OĞRU 

ƏBDÜRRƏHMAN 

Biri var idi, biri  yox idi, bir xəsis bəy var idi. O qara  günü 

üçün min qızıl gizlətmişdi. Bəy evdə heç kəsə etibar etmirdi. O, 

qızıllarını  bez  torbaya  qoyub  bağlamış  və  çiynindən  asmışdı. 

Beləliklə o var-yoxunu, ona ağırlıq etsə də bütün günü yanında-

gəzdirər, yatanda da torbanı qucaqlayıb yatardı., 

Hər  səhər  yuxudan  oyananda  qızıllarını  sayar  və  yenidən 

torbanın ağzını bağlardı. 

Uzaq bir  yerə getməli olsaydı o, arvadının  yanında qızılları 

sayıb sandığa qoyar, açarını isə arvadına verərdi. 

Bəy elə qorxardı ki, bazarlığa gedəndə belə özü ilə bir qəpik 

pul götürməzdi. O yalnız arvadını xəbərdar etmişdi: «Bax ha, nə 

vaxt  mənə  pul  lazım  oldu,  belimdəki  qurşağı  bizim  xidmətçi 

Matmusa 


verib 

göndərəcəyəm, 

onda  sən  mənə  qızıl 

göndərərsən». 

Bir  dəfə  bəy  bazara  gedir.  Həmişə  olduğu  kimi,  Matmusda 

yanında olur. Bəy bütün bazarı dolanır, gah bununla, gah onunla 

sövdələşir.  Nəhayət  o  at,  inək,  qoyun,  düyü,  un,  kök  və  soğan 

alır. Satıcılara bir qəpik də vermir və onlar hamısı bəyin dalınca 

düşüb pullarını tələb edirlər. 

 



İndi  mənim  yanımda  pulum  yoxdur,  —  xəsis  bəy  deyi- 

nir, — nökərim gedib evdən qızıl pul gətirər, xırdalayıb haqqınızı 

verərəm. 

Bəy nökərini çağırır: 

—Ey Matmus! 

 



Nə buyurursunuz, ağa? 

Bəy qurşağını nökərinə verib dedi: 

 

Get  evə,  arvadımın  yanına!  O  sənə  bez  torbada  olan 



qızıllardan verəcək. Götür, gəl. 

 



Yaxşı, bu saat gətirərəm — Matmus cavab verir. 

Sizə  deyim  ki,  bazara  getməmişdən  xəsis  bəy  Matmusu 

yedirtməmişdi və yazıq acından lap əldən düşmüşdü. 



 

Matmus  qurşağı çiyninə atıb,  başını aşağı salıb yol gedirdi. 

Bazarda  bir  nəfər  fırıldaqçı  vardı,  xalq  içərisində  ona  oğru 

Әbdürrəhman  deyirdilər.  O  xəsis  bəylə  Matmus  arasında  olan 

söhbəti eşidib fikirləşdi: «Deyəsən bu bəyin çoxlu pulu var». 

Oğru Әbdürrəhman xəlvətcə Matmusun izinə düşdü.  

Onların  qabağına  zınqırovlu  dəvə  karvanı  çıxdı.  Matmus 

donub  qaldı,  oğru  Әbdürrəhman  isə  onun  çiynindən  sallanan 

qurşağı götürüb qaçdı. O elə bərk qaçırdı ki, elə bil iki ayağı yox, 

dörd ayağı vardı və çox keçmədən bəyin darvazasına çatıb qapını 

döydü. 



 



Ay ev sahibi — deyib çağırdı. 

Xəsis bəyin arvadı o dəqiqə hay verdi: 

 

Kimdir orada? 



 

Sizin əriniz hörmətli bəy, bazarda bazarlıq edib. 



O,  istəyirdi  Matmusu  göndərsin,  amma  o  haradasa  itib  ba- 

tıb. Onun əvəzinə əriniz məni göndərib dedi: «Qoy arvadım bez 

torbadakı qızılları versin, sən də mənə gətir». 

Oğru Әbdürrəhman xəsis bəyin arvadına bel qurşağını verdi. 

Arvad qızılları qurşağa bağlayıb Әbdürrəhmana verdi. 

Oğru  Әbdürrəhman  qızılları  alıb  cibinə  tökdü,  evinə 

yollandı.  Yolun  yarısında  o,  Matmusla  rastlaşdı.  Onun  yanından 

keçəndə qurşağı yerə atıb qışqırdı: 

 

Ey dost! 



Matmus geri döndü. Oğru Әbdürrəhman dedi: 

 



Siz bel qurşağını itirmisiniz! Onu yerdən götürün! 

 



Demə qurşağı yerə salmışammış, mən də elə bilirdim ki, 

onu oğurlayıblar. 

Matmus qurşağı yerdən qaldırıb yoluna davam etdi. 

Ağasının evinə gəlib xanımı çağırdı. 

 

Ay xanım! 



Arvad cavab verdi: 

 



deyirsən, Matmus? 

 



Hörmətli  bəy  dedi  ki,  siz  bez  torbadakı  qızılları  ve- 

rəsiniz, mən də aparım bəyə. 

Bəyin arvadı qışqırdı. 

 



Әrim  neçə  dəfə  qızıl  üçün  adam  göndərəcək?  Bir  az 

qabaq bir adam  gəlib dedi: «Hörmətli bəy bez torbadakı qızılları 




 

verməyi  xahiş  etdi»  —  mən  də  verdim  apardı.  Matmus  tələsik 

bazara qayıdıb xəsis bəyə dedi: 

 



Ağa! Siz məndən qabaq evinizə adam göndərmisiz. O da 

qızılları alıb aparıb. Mən əliboş qayıtdım. 

Bu  sözləri  eşidən  xəsis  bəy  yerində  donub  qaldı.  Gözləri 

kəlləsinə çıxdı. 

Heyvan və mal satan tacirlərin hamısı xəsis bəyə dedi: 

 



Hörmətli bəy! Bizim pulumuzu verin! Axşam düşür. Biz 

bazarlıq edib evimizə qayıtmalıyıq. Sən bizi yubadırsan. 

 

Allah  mənə  cəza  verdi.  Mən  sizin  heyvanları  və  malları 



almayacağam. Qoy hərə öz malını götürüb çıxıb getsin. 

Tacirlər incidilər: 

 

Ay  səni  xəsis  bəy!  Sən  bizi  ələ  salırdın;  amma  özün 



rüsvay oldun. 

Onlar bəylə çox dilləşdilər və nəhayət çıxıb getdilər. 

Bəy  fikirləşdi  ki,  oğru  Әbdürrəhmandan  başqa  heç  kəs 

onunla belə pis zarafat eləməz, ata minib onun yanına getdi. 

Oğru Әbdürrəhman qapıya çıxdı və gördü ki, bəy gəlib. 

 



Buyurun,  buyurun!  Atdan  düşün,  buyurun  içəri!  Sizə 

xidmət etməyə hazıram. 

Oğru Әbdürrəhman öz-özünə fikirləşdi: 

«Vay  səni  batasan  bəy,  görsənir  qızılları  aldadıb  aldığımı 

hiss edib». O, plov bişirtdirib bəyin qabağına süfrə açdı. 

Bəy  başına  gələn  müsibəti  oğru  Әbdürrəhmana  danışa 

bilmədi və gecəni onun evində qaldı. Sabahı gün də getmədi. Üç 

gün keçdi və o hələ də qonaq qalırdı. «Xəsis bəy görəsən nə vaxt 

gedəcək» deyə oğru Әbdürrəhman fikirləşdi. 

Xəsis  bəy  qırx  gün  getmədi.  Oğru  Әbdürrəhman  heç  nə 

olmamış  kimi  ən  əziz  qonağa  olduğu  kimi  hörmətlə  ona  qulluq 

edir, atını və özünü yedirdirdi. 

Nəhayət oğru Әbdürrəhman bezdi və özü, sözü birinci açdı: 

 



Hörmətli bəy! Deyirlər qonaq üç gün olar. Yaxşı, qoy on 

gün  olsun.  Siz  isə  qırx  gündür  qonaq  qalırsınız  və  hələ  də  evə 

getmək istəmirsiniz. Bəlkə sizin mənimlə bir işiniz var? 

Bəy cavab verdi: 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə