TüLKÜ VƏ qurd



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix18.06.2018
ölçüsü0,77 Mb.
#49505
1   ...   22   23   24   25   26   27   28   29   30

 

 



Mənimki isə Doğrudur. Gəl dost olaq, bir yerdə işləyək, 

bir yerdə yaşayaq. 

Onlar bütün ömürləri boyu dost olmağa and içirlər. 

Doğrunun piyada yoldaşına yazığı gəlir və ona bir qədər atla 

getməyi təklif edir. Әyri ata minib çapır. 

Doğru  ah-vay  edir  ki,  onunla  sadiq  dost  olmağa  and  içən 

adam, ən alçaq düşmən kimi hərəkət etdi. 

Çarəsiz  qalan  Doğru  piyada  yola  düzəlir.  hava  qaralanda 

Doğru  dar  bir  cığıra  çıxır.  Cığır  onu  meşənin  dərinliyinə  aparıb 

çıxardır. 

Birdən Doğru çəmənlikdə köhnə bir təndir görür. 

Doğru fikirləşir ki, hər halda gecə vaxtı meşə ilə yol getmək 

təhlükəlidir,  «gecəni  təndirdə  keçirsəm  yaxşıdır»  deyib  təndirin 

içinə girir. 

Gecə  təndirin  ətrafındakı  çəmənliyə  qorxulu  heyvanlar 

yığılırlar:  Meşələr  şahı-şir,  meşə  şahının  vəzirləri-pələng  və  ayı, 

meşə  şeypurçusu—canavar,  meşə  zurnaçısı-çaqqal,  meşə  nağıl-

çısı—tülkü. 

Ay  doğanda  çaqqal  qaçıb  gəldi  və  uladı.  O  ulayan  kimi 

bütün  heyvanlar  yığılıb  məclis  qurdu.  Şir  öz  taxtında  əyləşdi  və 

əmr  etdi  ki,  ətrafda  baş  verən  qəribə  hadisələri  ona  xəbər 

versinlər. Nağılçı tülkü danışmağa başladı: 

 

Buranın  yaxınlığındakı  dağda  mənim  mağaram  var. 



Budur  on  ildir  ki,  orada  yaşayıram.  On  ildir  ki,  mən  ən  yaxşı 

şeyləri  ora  yığıram,  xalça,  pərdə,  yorğan,  paltar.  Adamlarda  nə 

varsa  onu  mənim  evimdə  tapmaq  olar.  Nə  qədər  ləzzətli  yemək 

ehtiyatı istəsəniz məndə! 

Doğru  fikirləşdi:  «hə,  bu  tülküyə  qonaq  getmək  heç  də  pis 

olmazdı». 

Tülküdən sonra vəzir-ayı danışdı: 

 



Bizim  meşədə  hündür  bir qaraağac  var,  onun  altında  iki 

yaşıl  fidan  bitir.  Elə  bir  xəstəlik  yoxdur  ki,  bu  cavan  ağacların 

yarpağı onu sağaltmasın. Bizim şəhərin şahının qızı yeddi ildir ki, 

xəstədir.  Şah şərt  kəsib:  «Kim  qızımı  sağaltsa  onu  həmin  adama 

verəcəyəm.  Kim  müalicə  etməyi  boynuna  alıb  bu  işi  bacarmasa 

boynunu  vurduracağam!»  Şah  çox  təbibləri  öldürüb.  Bax  həmin 




 

cavan ağacların yarpaqlarından hər kim dərsə və qaynadıb suyunu 

şahın qızına içirtsə, qız o dəqiqə sağalar. 

Ayıdan sonra şeypurçu — canavar danışmağa başladı. 

 

Meşənin  kənarında  qırx  min  baş  qoyundan  ibarət  bəy 



sürüsü  otlayır.  Hər  gün  mən  iki  qoyun  yeyirəm.  Çobanlar  nə 

qədər  çalışır,  məni  tuta  bilmirlər.  Amma  onlar  bilmirlər  ki, 

sürüdən  uzaq  sərt  bir  köpəyi  olan  qoca  yaşayır.  Әgər  sürünü  o 

köpək qorusa, məni tutub parça-parça edər. 

Vəzir-pələng danışdı: 

 



Canavarın,  haqqında  danışdığı  bəyin  on  min  başdan 

ibarət  at  ilxısı  var.  O,  meşənin  kənarında  otlayır.  Hər  həftə  mən 

onların bir atını aparıram. İlxıda ala-bula bir at var. Әgər biri bu 

ata  minib  qovsa  o  dəqiqə  məni  tutar.  Yaxşı  ki,  bunu  heç  kim 

bilmir. 

Hava  işıqlaşmağa  başladı.  Heyvanların  hərəsi  öz  yuvasına 

çəkilib getdi. 

Heyvanlar  gedəndən  sonra  Doğru  təndirdən  çıxdı.  O  gedib 

ayının, haqqında danışdığı qaraağacı axtarıb tapdı, onun yetişmiş 

yarpaqlarından bir xeyli dərdi. 

Sonra  qoyun  sürüsünə tərəf  gedib,  çobanı  tapdı,  salamlaşdı, 

necə yaşadığını soruşdu. Çoban həyatından şikayətləndi: 

 

Mənim  işlərim  pisdir.  Sürüyə  qurd  dadanıb,  qoyunları 



daşıyır. Ağa məni qovacaq! 

 



Fikir eləməyin! Mən sizi canavardan xilas edərəm. 

O  qocanın  yanına  getdi,  ondan  itini  verməyi  xahiş  etdi,  iti 

gətirib  çobana  verdi.  İt  canavarın  üstünə  atılıb  onun  dərisini 

didik-didik elədi. 

Doğru  yola  düzəlib  at  ilxısını  axtarıb  tapdı.  İlxıçı  ilə 

görüşdü,  onun  necə  yaşadığını  soruşdu.  O,  pələngdən 

şikayətləndi. 

Doğru ona belə məsləhət gördü: 

 

Ala-bula ayğırı tut və mənə uzun bir çomaq ver. 



Doğru ata mindi, çomağı əlinə aldı və meşə cığırında pələngi 

gözləməyə başladı. 

Vəzir-pələng  gecə  gəlib  ilxıya  soxuldu.  Doğru  pələngi 

çomaqla elə vurdu ki, heyvan o dəqiqə yıxılıb öldü. 

İlxıçı atı Doğruya bağışladı. 



 

Doğru  ata  mindi  və  şəhərə  yola  düşdü.  Şəhər  bazarında 

carçılar qışqırdılar: 

 



Şahın  qızı  yeddi  ildir  ki,  xəstədir.  Hər  kəs  onu  müalicə 

etsə,  şah  onu  özünə  kürəkən  edəcəkdir.  Amma  hər  kəs  qızı 

sağalda bilməsə şah onun boynunu vurduracaq. 

Doğru dedi: — Mən şahın qızını müalicə edərəm. 

Doğrunu  saraya  gətirdilər.  Şah  təzə  təbibi  qızının  yanına 

buraxdı. 

Doğru cavan qaraağac yarpaqlarını çıxartdı. Onları qaynatdı 

və  suyunu  qıza  içirtdi.  Üç  gündən  sonra  qız  sağaldı.  Şah  şadlıq 

məclisi düzəltdi və qızını Doğruya verdi. 

 



Səni  hansı  şəhərə  hakim  təyin  edim?  —  şah  kürəkə- 

nindən soruşdu. 

 

Mən  hakim olmaq istəmirəm!  — Doğru cavab verdi. — 



Mənim  üçün  dağın  döşündə  ev  tikin.  Mən  öz  zəhmətimlə  ya- 

şayacağam. 

Şah  təəccübləndi,  lakin  kürəkəninin  xahişinə  əməl  etdi. 

Doğru arvadı ilə dağda yaşamağa başladı. 

Bir dəfə Әyri Doğrunun yanına gəldi: 

 



Mənim  dostum,  bütün  bunlara  sən  necə  nail  oldun?  — 

deyə  soruşdu.  —  Sənin  evin,  həyətin  var.  Bax,  mən  sənin  atını 

oğurladım,  elə  bildim  ki,  varlanacağam.  Amma  hara  gedirəmsə-

gedim, heç yerdə mənimki gətirmir. 

Doğru Әyrinin namərdliyini xatırlatmaq istəməyib dedi: 

 



Mən  bir  gecə  meşədə  köhnə  təndirin  içində  gecələ- 

mişdim və bütün bunları orda öyrəndim. 

 

O yeri mənə göstər, mən də o təndirdə gecələyim. 



Doğru heyvanların toplaşdığı çəmənliyi nişan verdi. 

Hava qaranlıqlaşanda Әyri gəlib təndirə girdi. 

Yenə gecə heyvanlar yığışdılar. Meşə şahı—şir, vəziri — ayı 

gəldi, şeypurçu canavar, çaqqal, nağılçı tülkü bir yerə yığışdı. 

 

Yaxşı,  söhbətimizə  başlayaq.  Nə  üçün  mənim  vəzirim- 



pələng yoxdur? — şir soruşdu. 

Çaqqal yerindən qalxdı: 

 

Yox,  daha  biz  heç  nə  danışmayacağıq.  Bizim  söhbətlə- 



rimizə görə sizin vəziri öldürüblər. 

O tərəfdən ayı qalxdı: 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə