TüLKÜ VƏ qurd



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix18.06.2018
ölçüsü0,77 Mb.
#49505
1   ...   22   23   24   25   26   27   28   29   30

 

 



Bizim cavan qaraağacın yarpaqlarını da qırıblar. 

Qurd: 


 

Mən isə ac qalmışam,—dedi.—Çoban, haqqında danışdı-



ğım  köpəyi  alıbdır.  İndi  mən  sürüyə  yaxın  düşməyə  qorxuram. 

Məni, köpək tamam şikəst edib. 

 

Bizim sirlərimizi kim açıb?  — Şir qəzəblə nərildədi.  — 



Satqını tutub öldürməyi əmr edirəm. 

Lakin  heyvanlar  onların  sirrini  kimin  eşidib  açdığını 

bilmirdilər. 

Bu vaxt birdən bir sağsağan qışqırdı: «Təndirdədir» və uçub 

getdi. 

Heyvanlar  təndirə  cumdular,  Әyrini  bayıra  çıxartdılar  və 



parça-parça diddilər. 

Beləliklə Әyri öz əməlinə görə cəzasını aldı. 



 

«VUR, DƏYƏNƏYİM!» 

 

Çox  qədim  zamanlarda  bir  qoca  ovçu  öz  qarısı  ilə  firavan 

ömür sürərdi. 

Bir  gün  qoca  cələ  qurur  və  oturub  pusur.  Cələyə  böyük  bir 

leylək düşür. 

Qoca  leyləyi  cələdən  çəkib  çıxartmağa  başlayır.  Birdən 

leylək adam kimi dil açır: 

 



Məni  burax  gedim,  qoca!  Mən  leyləklərin  başçısıyam. 

Məni  burax,  sənə  hər  nə  istəsən  verərəm.  Mənim  evim  bax,  o 

dağların  arxasındadır.  Kimdən  soruşsan  leyləyin  evi  haradadır, 

hamı sənə göstərər. 

Ertəsi  gün  qoca  sübh  tezdən  durdu  və  hədiyyə  almaq  üçün 

leyləyin  yanına  yola  düşdü.  O,  az  getdi,  üz  getdi,  dərə-təpə  düz 

getdi, gəlib qoyunların otladığı bir yerə çıxdı. 

 



Bu qoyunlar kimindir? — qoca çobandan soruşdu. 

 



Bu qoyunlar leyləyindir — çoban cavab verdi. 

Qoca yoluna davam etdi. Gördü ki, ilxı otlayır. 

 

Bu atlar kimindir? — qoca ilxıçıdan soruşdu. 



 

Bu ilxı leyləyindir — ilxıçı cavab verdi. 



 

Qulaq as,—leylək mənə hədiyyə boyun olub. Mən ondan 



nə istəyim? 


 

 



Leyləyin  bir  küpü  var.  «Elə  ki  dedin:  qayna,  mənim 

küpüm», həmin dəqiqə qaynayır və ondan qızıl tökülür. 

İlxıçı məsləhət gördü ki, o küpü xahiş eləsin. 

Qoca yoluna davam etdi. O, az getdi, üz getdi, dərə-təpə düz 

getdi,  dərələrdən  keçdi,  dağlardan  aşdı,  çaylardan  və  göllərdən 

keçdi, yeddi gün yeddi gecə yol getdi və nəhayət, leyləyin evinə 

gəlib çatdı. 

Qoca astanadan içəri daxil olub dedi: 

 

Salam olsun! 



Leylək qanadlarını yellətdi: 

 



Lək-lək.  Әgər  sənin  salamın  olmasaydı,  mən  səni  dən 

kimi dənlərdim. Gərək ki, sən hədiyyə dalınca gəlmisən? Yaxşı, 

nə istəyirsən? İstə! 

 



Sizdə «Qayna mənim küpüm var», onu mənə ver. 

Leylək fikrə getdi. 

 

Qoca,  bu  küp  sənin  nəyinə  lazımdır.  Yaxşısı  budur  mən 



sənə  bir  dolu  qab  qızıl  verim,  —  deyə  leylək  onu  dilə  tutmağa 

başladı. 

Lakin qoca razılaşmadı. 

Leylək küpü qocaya bağışladı. 

Qoca küpü götürüb evinə yollandı. 

Az getdi, çox getdi, dərələrdən yel kimi, təpələrdən sel kimi, 

nəhayət  gəlib  bir  kəndə  çatdı.  O  tanışlarının  evində  dincəlməyi 

qərara aldı. 

 

Bu küpdə  gözünüz olsun,  — o ev sahibindən xahiş etdi. 



—Mən  bir  az  dincəlim,  ola  bilsin  ki,  yuxuya  gedim.  Amma 

«Qayna mənim küpüm» deməyin — deyə onları xəbərdar etdi. 

Elə  ki,  qoca  yuxuya  getdi,  ev  sahibi  dedi:  «Qayna,  mənim 

küpüm».  Küpdən  qızıl  pullar  səpələnməyə  başladı.  Ev  sahibi 

sehirli küpü gizlətdi, əvəzinə ona oxşayan başqa bir küp qoydu. 

Qoca yuxudan ayıldı, küpünü çiyninə alıb yola düşdü. 

Az  getdi,  çox  getdi,  tanış  yola  çıxdı,  yeddi  gün  yeddi  gecə 

yol gedəndən sonra gəlib nəhayət evinə çatdı. 

 

Hə, qarı süfrəni sal, indi qızıl yığacağıq və varlanacağıq. 



Qarı süfrə saldı. Qoca küpü ortaya qoydu və qışqırdı: 

 



Qayna mənim küpüm! 

Lakin küp nə qaynadı, nə də qızıl töküldü. 




 

Qoca yenə qışqırdı, lakin küp qaynamadı. 

Hirslənən qoca çığırdı: 

 



Ay  səni  şeytan  leylək!  Sən  məni  aldadıb  başqa  küp 

vermisən! Sabah gedəcəm, başqa hədiyyə istəyəcəyəm. 

Ertəsi gün sübh tezdən qoca yola düşdü. O ilxıçının yanına 

gəlib dedi: 

 

Leylək məni aldadıb. İndi mən nə hədiyyə istəyim? 



Çoban fikirə getdi və dedi: 

 



Leyləkdə  «Acıl  süfrəm!»  var.  Onu  yerə  sərir  və  elə  ki 

deyirsən:  «açıl  süfrəm!»  o  dəqiqə  üstünə  istədiyin  yeməklər 

düzülür. O süfrəni istə. 

Qoca leyləyin yanına gəldi, astanaya daxil olub dedi: 

 

Salam olsun! 



 

Lək-lək.  —  Leylək  qanadlarını  çırpdı.  —  Әgər  sənin 



salamın  olmasaydı,  mən  bir  dəfəyə  səni  dənlər  və  udardım. 

Keçən  dəfə  mən  sənə  özü  qaynayan  küpümü  verdim.  Nə  olub,

 

məgər narazısan? 



Qoca başına gələn əhvalatı danışdı və əlavə etdi: 

 



Sən məni aldadıb qaynayan küp yerinə adi küp vermisən! 

Bax indi gəlmişəm səndən «açıl süfrəmi» istəyəm. 

Leylək  qocaya  «açıl  süfrəm!»i  bağışladı.  Qoca  süfrəni  alıb 

evinə yola düşdü. Az getdi, çox getdi, nəhayət gəlib tanışlarının 

yaşadığı kəndə çatdı. 

 



Alın  bu  süfrəni,  —  qoca  öz  tanışlarına  dedi,  mən 

dincələnəcən  ondan  muğayat  olun,  bəlkə  bir  az  yuxuya  getdim. 

Lakin «Açıl süfrəm!» deməyin. 

Qoca  yuxuya  gedəndən  sonra  ev  sahibi  qışqırdı:  «Açıl 

süfrəm  «və  o  dəqiqə  süfrəyə  yetmiş  cür  yemək  düzüldü.  Ev 

sahibi  tez  hamısını  o  biri  otağa  apardı,  sehirli  süfrənin  əvəzinə 

ona oxşayan başqa bir süfrə qoydu. Qoca yuxudan ayıldı, dəyişik 

süfrəni götürüb yoluna davam etdi. Evə gəlib dedi: 

 

Yaxşı,  qarı  nəyə  istəyirsən  səni  qonaq  edim,  de,  indi 



hazır olacaq. 

O süfrəni açdı və qışqırdı: 

 

Açıl süfrəm! 



Lakin nə qədər qışqırdısa da süfrənin üstü bomboş qaldı. 

Qoca hirsləndi: 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə