TüLKÜ VƏ qurd



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix18.06.2018
ölçüsü0,77 Mb.
#49505
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

 

 



Sən  mənim  arvadımdan  min  qızıl  almısan  ya  yox?  Әgər 

almısansa  de.  Yox,  almamısansa  and  iç:  «Әgər  mən  almışamsa, 

arvadımın talağı halal olsun». 

Bu  sözləri  eşidən  oğru  Әbdürrəhman  bərkdən  şaqqa  çəkib 

güldü: 



 



Bəy siz haradan bunu bildiniz? 

 



Səndən başqa məgər belə mahir usta oğru varmı? — xəsis 

bəy  dil  açdı.  —  Səndən  başqa  onları  məndən  heç  kəs  oğurlaya 

bilməzdi. 

 



Düzdür,  bəy!  Sizin  pullar  məndədir.  Onların  birini 

xərcləmişəm. Mindən bir əskik qızılı isə gizlətmişəm. 

O,  min  qızıldan  birini  götürüb  qalanını  xəsis  bəyə  verdi. 

Bəy  pulları  sayıb  bez  torbaya  tökdü  və  cibinə  qoydu,  lakin 

getmədi, yenə oğru Әbdürrəhmanın evində qonaq qaldı. Yenə on 

gün keçdi. 

Səbri tükənən oğru xəsis bəydən soruşdu: 

 



Bəs indi nə üçün getmirsiniz? 

Bəy cavab verdi: 

 

Sən  özün  dedin  ki,  qızılların  biri  çatmır.  Verməsən 



getməyəcəyəm. 

 



Mən  səni  də,  atını  da  əlli  gün  yedirdib-içirtmişəm,  sizə 

bir qızıldan çox xərcləmişəm. 

Xəsis bəy etiraz etdi: 

 



Sən  məni  nə  hesab  edirsən?  Mən  qızıllarımın  əlli  gün 

səndə  qalmasına  görə  haqq  istəmirəm,  sən  isə  evində  əlli  gün 

qaldığıma  görə  məndən  haqq  istəyirsən.  Axırıncı  qızılı 

almayınca heç yana gedən deyiləm. 

Onda oğru Әbdürrəhman arvadına dedi: 

 



Xəsis  bəy  qızılını  almamış  getmək  istəmir!  Gecə  mən 

özümü  ölülüyə  vuracağam.  Gecə  yarı sən qalxarsan  və  uşaqları 

da oyadarsan! Sən «Vay ərim» deyib haray təpərsən. Uşaqlar da 

«Vay  dədə»  deyib  ağlayarlar.  Onda  bəy  qorxacaq  və  rədd  olub 

gedəcəkdir. 

Gecə oğru Әbdürəhman başını sarıdı və xəsis bəyin yanına 

gəlib dedi. 



 

 



Bəy!  Mən  özümü  yaman  pis  hiss  edirəm.  Deyəsən  ölüb 

eyləyəcəyəm. Әgər mənim başıma bir iş gəlsə, kəfən almağa bir-

iki qızıl kömək elə. 

Səhər oğru Әbdürrəhmanın arvadı «Vay ərim!», uşaqları isə 

«Vay dədə» deyib ağlayır və başlarına döyürdülər. 

Qonşular,  qohumlar  yığışıb  gəldi.  Onlar  da  ağlamağa 

başladılar. 

Oğru  Әbdürrəhman  isə  hərəkətsiz  uzanıb  tərpənmirdi, 

özünü ölülüyə vurmuşdu. 

Lakin  xəsis  bəy  getmədi.  O,  əlinə  süpürgə  və  vedrə  alıb 

həyəti  və  küçəni  yuyub  süpürdü.  Bütün  məhəllə  adamları  dəfnə 

yığışdı. Xəsis bəy adamlara dedi: 

 

Biz  bu  rəhmətliklə  möhkəm  dost  idik!  Tikəmizi  də  yarı 



bölərdik.  Әlli  gün  mən  onun  evində  qonaq  qaldım.  Biz  onunla 

danışmışdıq  ki,  hansımız  qabaq  ölsək,  o  birimiz  öz  əli  ilə  onu 

yuyacaq,  öz  əlilə  qəbrə  qoyacaq.  Mən  özüm  su  qızdıracağam, 

onu özüm yuyacam və kəfənləyəcəyəm. 

 

Onda ölüyuyan çağırmarıq, deyə qohumları razı qaldılar. 



Bəy bir neçə tikanlı kol kəsib  gətirdi.  Qazanı ocağa qoydu 

və  suyu  elə  qızdırdı  ki,  adamın  əlini  pöşələsin,  hamını  otaqdan 

çıxarıb dağ suyu tökə-tökə Әbdürrəhmanın bədənini tikanlı kolla 

qançır olana qədər döyəclədi. 

 

Ölsən  də,  ölməsən  də  qızılı  verməsən  səndən  əl  çəkən 



deyiləm, — deyə xəsis bəy dilləndi. 

Lakin oğru Әbdürrəhman dinməyib dözürdü. Heç nəyə nail 

olmayan  xəsis  bəy  oğru  Әbdürrəhmanı  kəfənlədi.  Camaat  gəlib 

onu mafəyə qoydu və qəbiristanlığa apardılar. 

Künc  tərəfdə  yazığa  qəbir  qazıdılar,  oğrunu  qəbrə  qoyub 

üstünü torpaqladılar. 

 

Ay  camaat!  —  xəsis  bəy  dilləndi.  —  Məhrumla  bizim 



şərtimiz vardı: hansımız qabaq ölsəydik o birimiz üç gün üç gecə 

onun qəbrinin yanında qalmalıydıq. 

Camaat  dağılışdı,  xəsis  bəy  isə  qəbiristanlıqda  qəbrin 

keşiyini çəkməyə başladı. 

Elə  ki  gecə  düşdü,  bəy  qəbri  açdı,  oğru  Әbdürrəhmanı 

çıxarıb dedi: 




 

 



Elə  fikirləşmə  ki  sən  ölsən  mənim  bir  qızılıma  sahib 

olacaqsan. 

O,  bu  sözləri  deyib  oğru  Әbdürrəhmanı  ayağı  ilə  vurdu. 

Әbdürrəhman  daha  dözə  bilmədi,  xəsis  bəyi  döyməyə  başladı. 

Qəbirqazan hay-küy eşidib onların yanına gəldi. O, elə bildi ki, 

iki ölü xortdayıb dalaşır, odur ki, qorxub qaçdı. 

Xəsis  bəylə  oğru  Әbdürrəhman  çox  dalaşdılar,  axırda  hər 

ikisi haldan düşüb qəbirlərin arasında uzanıb yatdılar. 

Həmin  gecə  şah  xəzinəsini  yaran  və  çoxlu  qızıl  oğurlayan 

qırx quldur pulları bölmək üçün qəbiristanlığa gəlmişdilər. 

Onlar  xalatlarını  yerə  sərib  qızılları  üstünə  tökdülər  və 

bölüşdürməyə başladılar: «Bu sənin, bu sənin, bu isə mənim!» 

Oğru  Әbdürrəhman  quldurların  səsini  eşidib  səssizcə 

uzandı.  Bəy  isə  fikirləşdi:  «hə,  deyəsən  qızıl  mədəninə 

düşmüşəm». 

Quldurlardan biri dedi: 

 

Qurtarın,  hava  işıqlaşır.  Tezliklə  buradan  getmək 



lazımdır. 

Qızılların  əlindən  çıxacağından  qorxan  xəsis  bəy  narahat 

oldu və başını qaldırdı, gözlərini bərəltdi. Quldurlardan biri bəyi 

görcək qorxdu, o biri oğru yoldaşını ürəkləndirdi. 

 

Bunlar meyitdirlər. Nədər qorxursan? 



Quldurlar öz qızıl paylarını bölməyə başladılar. 

Xəsis bəy birdən yerindən sıçradı, onun dalınca oğru 

Әbdürrəhman da yerindən durdu. 

Quldurlar  ölülərin  xortdadığını  zənn  edib  qaçdılar.  Qızılları 

xəsis bəylə oğru Әbdürrəhman öz aralarında bölüşdürdülər. 

Xəsis bəy dedi: 

 

İndi mənim bir qızılımı ver. 



Oğru Әbdürrəhman təəccübləndi: 

 



Bu qədər qızıl sahibi oldun, gözün doymadı? 

Xəsis dedi: 

 

Qızılımı verməsən gözüm doymayacaq. Ver! 



Oğru Әbdürrəhman hirsləidi: 

 



Verməyəcəyəm! 

Onlar yenə dalaşdılar. 

Qəbiristanlıqdan qaçan quldurlar bir-birinə dedilər: 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə