TüLKÜ VƏ qurd



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix18.06.2018
ölçüsü0,77 Mb.
#49505
1   ...   22   23   24   25   26   27   28   29   30

 

Nökərlər  gərənay  və  zurna  çala-çala  bu  şəhərdən  keçən-  də 

hurliqanın  qardaşı  arvadı  küçədə  evlərinin  qapısı  ağzında 

dayanmışdı. 

Təntənəni  görən  Züleyxa  təəccübləndi.  O  qasidlərin  nö- 

kərlərinə yaxınlaşıb soruşdu: 

 

Bu nə şad xəbərdir və onu kimə aparırsınız? 



Nökərlər cavab verdilər: 

 



Sultanxan  padşahın  oğlu  Әnvər,  xalq  tərəfindən  başqa 

şəhərə  padşah  seçilmişdir.  Onun  Hurliqa  adlı  qolsuz  arvadı  var. 

Arvadın  oğlu  və  qızı  olmuşdur.  Biz  bu  xoş  xəbəri  Әnvərə 

aparırıq. 

Qəzəb  və  hiddətdən  Züleyxa  qapqara  qaraldı  Әri  Həsənin 

şəhərdə  olmamasından  istifadə  edən  Züleyxa  qasidləri  şama  və 

evində gecələməyə dəvət etdi. 

Qasidlər atlarını həyətdə bağlayıb Züleyxanın evinə gəldilər. 

O qonaqları o qədər içirtdi ki, hamısı ölümcül yuxuya getdilər. 

Sonra  Züleyxa  onların  cibini  axtardı,  Әnvərə  xoş  xəbər 

aparan məktubu tapıb, onu cırdı və başqasını yazıb yerinə qoydu. 

Məktubda  deyilirdi:  «Oğlum,  Әnvər,  arvadın  Hurliqa  küçük  və 

pişik balası doğmuşdur. Nə edək?» 

Züleyxa bu məktubu baş qasidin cibinə qoydu. Səhər tezdən 

qasidlər  gərənay  və  zurna  sədaları  altında  yenidən  yollarına 

davam etdilər. 

Onlar Әnvərin yanına gəlib məktubu ona verdilər. 

Həddən  artıq  kədərlənən  Әnvər  atasına  yazdı:  «Әziz  ata! 

Hurliqa küçük və pişik balası doğsa da fərqi yoxdur, mən gələnə 

qədər  onunla  yaxşı  rəftar  edin!  Mən  tezliklə  gələcəyəm.  Onu 

incitməyin!» 

Qasidlər  bu  cavabla  geri  qayıtdılar.  Yolda  Züleyxa  onların 

qabağını  kəsdi  və  yenidən  evinə  qonaq  apardı.  Elə  ki,  qonaqlar 

şərab  içib  məst  oldular  və  yuxuya  getdilər.  Züleyxa  cavab 

məktubunu  açdı,  oxuyub  cırıb  tulladı.  Onun  yerinə  isə  Әnvərin 

adından yazdı: 

«Ey  mənim  əziz  atam!  Hurliqa  mənə  lazım  deyil.  O, 

qızılsaçlı oğlan, gümüşsaçlı qız doğsa da fərqi yoxdur, — məndə 

ikrah doğurub. Bu məktubu alan kimi uşaqlarını xurcuna qoyun, 

asın boynundan və qovun getsin. Әgər mən Hurliqanın uşaqlarını 




 

gəlib  sarayda  görsəm,  sizi  atalıqdan  çıxaracam.  Mənə  belə  ata 

lazım deyildir!» 

Səhər  tezdən  yola  düşən  qasidlər  şəhərlərinə  qayıdıb 

məktubu Sultanxan padşaha verdilər. 

Məktubu oxuyan Sultanxan həddən artıq kədərləndi: 

 

Heç  nə  başa  düşmürəm!  —  öz-özünə  deyindi.  Oğlum 



sevinmək əvəzinə nə üçün Hurliqa ilə belə sərt rəftar edir? 

Padşah məktub barədə heç kimə bir söz demədi və bir neçə 

gün nə edəcəyini bilməyib qaşqabaqlı gəzdi. 

Bunu hiss edən Hurliqa soruşdu: 

 

Ata, sizə nə olub? Siz niyə belə kədərlisiniz? 



Padşah  ağladı,  danışa  bilmədi,  məktubu  gəlininə  verdi. 

Hurliqa da məktubu oxuyub zar-zar ağladı: 

 

Ata, bir halda ki, sizin oğlunuz belə tələb edir, siz «onun 



arzusunu  yerinə  yetirməyə  bilməzsiniz.  Məktubda  necə 

yazılmışsa elə də edin. 

Sultanxan daha bərkdən ağlayıb dedi: 

 



Qızım, uşaqları götür sarayı və şəhəri tərk elə! 

Sultanxan  ehmalca  və  ehtiyatla  uşaqları  xurcuna  qoydu  və 

xurcunu  hurliqanın  çiynindən  asdı.  Gənc  qadın  qayınatası  ilə 

vidalaşıb, qüssə içində sarayı tərk etdi. 

İki  gün  o  gözü  gördükcə  yol  getdi.  Üçüncü  gün  çaydan 

keçəndə qızılsaç oğlu xurcundan sürüşüb suya düşüb batdı. 

Acı-acı ağlayan Hurliqa o biri sahilə çıxdı, qızına döş verib 

yuxuya getdi. 

Birdən kim isə onu yuxudan oyatdı: 

 



Qızım,  qalx,  —  dedi,  —  bu  itirdiyin  qiymətli  şeyi  al! 

Hurliqa  diksinib  oyandı.  Gördü  ki,  qarşısında  sehrikar  bir  qoca 

dayanıb və qızılsaç oğlunu ona uzadır. 

Hurliqa sevincək ayağa durub qocanın qarşısında baş əydi. 

 

Salam! — Sehrkar qoca dilləndi.—Bu sənin oğlundur? 



—Bəli! Mən çayı keçəndə onu xurcundan salmışam. 

 



Al oğlunu! 

 



Mən necə alım, axı şikəstəm, qollarım yoxdur. 

 



Bəs  bunlar  kimin  qollarıdır,  sən  onları  tanımırsan?  — 

Hurliqa gördü ki, sehrkar ona tərəf iki qol uzadır. 




 

 



Bəli  ata,  tanıdım,  əvvəllər  mənim  də  lap  belə  qollarım 

vardı.  Gəlinimiz  qardaşımın  yanında  mənə  böhtan  atdı,  o  da 

qollarımı kəsib məni evdən qovdu. 

Sehrkar  kəsik  əllərin  üstündə  dua  oxuyub  püflədi  gəlinin 

qolları yerinə yapışdı. Gənc qadın qocanın qarşısında diz çökdü, 

torpağı öpdü. Sonra sehrkar qoca gəlinin bir ovcuna yeddi, o biri 

ovcuna qırx bir xırda daş qoyub dedi: 

 



Qızım, bir gündən sonra yolda sənin qabağına böyük bir 

çay  çıxacaq.  Ona  yaxınlaşanda  bu  yeddi  daşı  çaya  at!  Çay  o 

dəqiqə  yeddi  arxa  ayrılacaq  və  sən  arxları  asanlıqla  o  taya 

keçəcəksən.  Üç  gündən  sonra  sənin  qabağına  bir  düzəngah 

çıxacaq.  Onda  qırx  bir  daşı  çölə  at.  Qarşında  bir  saray  ucalacaq 

və sən o sarayda var-dövlət tapacaq, orada öz uşaqlarınla xoşbəxt 

yaşayacaqsan. 

Qoca  bu  sözləri  deyib  yoxa  çıxdı.  Hurliqa  isə  uşaqlarını 

yedizdirib yoluna davam etdi. 

Bir  gündən  sonra  o  böyük  bir  çayın  sahilinə  gəlib  çıxdı  və 

qoca  necə  demişdisə  daşları  çaya  atdı.  Çay  yeddi  arxa  ayrıldı. 

Hurliqa  asanlıqla  o  biri  sahilə  keçdi.  Xeyli  yol  getdi  və  nəhayət 

gəlib  düzəngaha  çıxdı.  Burada  o,  qırx  bir  daşı  qumluğa  atdı,  o 

dəqiqə qarşısında yaşıl bir bağ içərisində qəribə bir saray ucaldı. 

Saraydan  bir  qadın  qaça-qaça  onun qabağına  gəldi  və  Hurliqaya 

dedi: 


 

Biz səni çoxdan gözləyirik, yaxşı ki gəldin. 



Qadın yorulmuş  Hurliqadan uşaqları  aldı, onları sərin otağa 

apardı,  yumşaq döşəkcədə əyləşdirdi və onlara ləzzətli  yeməklər 

yedirtdi. 

İndi  Hurliqanı  sarayda  rahat  və  arxayın  qoyaq  və  görək  o 

birilər nə oldu. 

Sultanxana  cavab  göndərəndən  sonra  Әnvər  öz  vəzirlərini 

çağırıb dedi: 

 



Mən  öz  şəhərimizə  gedirəm  və  on  beş  gündən  sonra 

qayıdacağam. 

O  belə  də  etdi.  Vətəninə  gəlib  gördü  ki,  Hurliqa  sarayda 

yoxdur, atası isə dərin qüssəyə qərq olmuşdur. 

 

Nə  olub?  Hurliqa  haradadır?  —  Әnvər  həyəcanla  so-



ruşdu. 


 

 



Oğlum,  sən  niyə  mənə  bu  sualı  verirsən?  Sən  özün  yaz- 

mışdın ki, Hurliqa da onun uşaqları da sənə lazım deyil. Sən tələb 

etmişdin ki, onu qovaq. 

 



Ata, siz özünüz mənə yazmışdınız ki, Hurliqa it və pişik 

balası  doğub,  mən  isə  cavab  verdim  ki,  mən  gələnə  qədər onun 

qəlbinə dəyməyəsiniz. 

İşin  nə  yerdə  olduğunu  bilən  və  Hurliqanın  oğlan  və  qız 

doğduğunu  eşidən  Әnvər,  pəjmürdə  halda  saraydan  çıxdı, 

arvadını, uşaqlarını axtarmaq üçün çöllərə düşdü. 

İndi də Hurliqanın qardaşından danışaq. 

Nəhayət Həsən başa düşdü ki, Züleyxa onun bacısına böhtan 

atmışdır.  O,  Hurliqa  ilə  belə  sərt  rəftar  etdiyindən  çox  peşman 

oldu.  Peşmançılıqdan  özünə  yer  tapmır,  şəhərin  küçələrini 

sərgərdan gəzir, yatanda isə həmişə yuxuda Hurliqanı görürdü. O, 

arvadı  ilə  dalaşdı,  onun  alçaqlığı  üzündən  bacısını  itirdiyini 

söyləyib evindən çıxıb getdi. 

Səhra  ilə  gedərkən  Әnvərlə  rastlaşdı.  Biri  o  birisindən 

soruşdu: 

 



Qardaş, de görək bu səhrada neyləyirsən? 

 



Qardaş, bacımı itirmişəm, onu axtarıram, — Həsən cavab 

verdi. 


 

Sizin bacınızın adı nədir? — Әnvər soruşdu. 



 

Onun adı Hurliqadır. 



 

Mənim arvadımın adı da Hurliqadır. Lakin onun iki qolu 



yoxdur.  Yazıq  çox  əzab  çəkmişdir.  Mənim  ona  yazığım 

gəldiyindən onunla evləndim. 

Әnvər  əhvalatı  necə  olmuşdusa  açıb  danışdı.  Həsən  özünü 

saxlaya  bilməyib  ağladı.  Әnvər  onun  göz  yaşlarına  təəccübləndi 

və soruşdu: 

 



Siz nə üçün ağlayırsınız? 

 



Bilirsinizmi, sizin arvadınız Hurliqa mənim bacımdır, — 

Həsən  kədərlə  cavab  verdi.  —  Mən  başa  düşməmişəm  ki, 

arvadım  bacıma  böhtan  atıb,  zavallı  qızın  qollarını  kəsib  evdən 

qovmuşam. — O yenidən ağladı. 

 

Bəsdir  qardaş,  mənimlə  sənin  dərdin  birdir.  Әgər  tale 



üzümüzə gülsə biz Hurliqanı tapacağıq. 


 

Onlar  öpüşdülər,  ömürlük  dost  olmağa  and  içdilər  və 

yollarına  davam  etdilər.  Beləliklə  onlar  dünyanı  birlikdə  dörd  il 

dolaşdılar və nəhayət Hurliqanın şad və xoşbəxt  yaşadığı həmin 

saraya  gəlib  çıxdılar.  Bu  vaxt  o  pəncərədə  dayanıb  yollara 

baxırdı. Әrini və qardaşını tanıyıb uşaqlarına dedi: 

 

Oğul,  sən  bax  sağ  tərəfdəki  o  adama  yaxınlaş  və  ona 



«ata»  de,  sən  isə  qızım  sol  tərəfdəki  o  adama  tərəf  get  və  ona 

«dayı» de. 

Әnvər  və  Həsən  təəccüblə  bir-birinə  baxdılar  və  uşaqları 

qucaqlarına  aldılar.  Onda  Hurliqa  saraydan  çıxdı,  əri  və  qardaşı 

ilə  salamlaşdı.  Onlar  mat  qalmışdılar.  O  görkəmcə  Hurliqaya 

oxşayırdı,  lakin  qollarının  olması  onları  çaşdırırdı.  Hurliqa  evə 

qayıdanda Həsən dilləndi: 

 



O mənim bacıma oxşayır, ancaq onun qolları var. 

Әnvər qışqırdı: 

— O mənim arvadıma oxşayır, 

Hurliqa geri qayıtdı, onları qonaq çağırıb əri və qardaşı üçün 

əməlli süfrə açdı və onlar söhbət etməyə başladılar. 

Әvvəlcə Həsən dedi: 

 

Xanım,  mənim  sənə  oxşayan  bacım  var.  Mən  onu 



itirmişəm,  indi  axtarıram.  Sən  onu  görməmisən  ki?  O  çox 

gözəldir, lakin iki qolu yoxdur. 

Hurliqa cavab verdi: 

 



Yox, 

bizim 


ölkədə  belə  qadın  olmayıb,  mən 

görməmişəm. 

Әnvər və Həsən qonaqpərvərliyinə görə ona təşəkkür etdilər 

və getməyə hazırlaşdılar. Hurliqa: 

—Qalın, gecələyin,—dedi,—istədiyiniz yerə gedərsiniz. 

Әnvər razı oldu: — Qardaş, gəl bu gecəni gecələyək. 

Hurliqa  qonaqlar  üçün  ipək  və  atlas  yorğan-döşək 

salınmasını  əmr  etdi.  Onlar  yuxuya  gedəndə  Hurliqa  qardaşının 

cibinə brilyant və mirvari sırğalar qoydu. 

Səhər  Həsən  və  Әnvər  hər  cür  naz-nemətlə  dolu  süfrədə 

səhər yeməyi yeyib vidalaşaraq yola düşdülər. 

Onların  getməsindən  bir  az  keçəndən  sonra  Hurliqa  iki 

xidmətçisini çağırıb dedi: 

— O quldurları geri qaytarıb bura gətirin. 




 

Xidmətçilər Həsən və Әnvəri geri qaytardılar: 

 

Hurliqa sizi çağırır, — dedilər. 



Həsən və Әnvər təəccüb içində geri qayıtdılar. Qəzəblənmiş 

Hurliqa onları görüb qışqırdı: 

 

Siz  vicdansız  adamlarsınız,  mən  sizi  qəbul etdim,  qonaq 



saxladım,  siz  isə  mənim  mirvarilərimi  və  sırğalarımı  oğurlamı-

sınız. 


Həsən və Әnvər etiraz etdilər və and içdilər ki, onlar heç nə 

oğurlamamışdır. 

Hurliqa dedi: 

 



Andınıza inanmıram, əmr edəcəyəm sizi axtarsınlar. 

Әnvərin cibindən heç nə çıxmadı. Həsənin cibindən mirvari 

və sırğa çıxdı. 

 



Bəs  bunlar  nədir?  Nə  üçün  deyirdiniz  ki,  mənim  şey- 

lərimə əl vurmamısınız? — o qardaşını töhmətlədi. 

Həsən  and  içməyə  başladı  ki,  qiymətli  şeyləri  o 

götürməmişdir  və  kim  isə  ona  böhtan  atmaq  üçün  qəsdən  onları 

onun cibinə qoymuşdu. O acı-acı ağladı. 

Hurliqanın ona yazığı gəldi, o da ağladı və dedi: 

 

Həsən  qardaş,  mən  sənin  bacın  Hurliqayam.  Bax  sən 



deyirsən ki, sənə böhtan atdılar. Züleyxa öz uşağını öldürəndə də 

bıçağı mənim yatağıma atmışdı və günahı üstümə yıxmışdı. Sən 

isə mənə inanmadın, qollarımı kəsdirib məni evdən qovdun. 

 



Mənim əziz bacım, bu sənsənmi? —Həsən qışqırdı. 

—  Bəli,  bu  mənəm.  Bu  adam  isə  mənim  ərimdir.  İki  körpə 

isə bizim uşaqlarımızdır. 

Həsən və Әnvər sevincdən özlərini itirdi. 

Tezliklə onlar hamısı Әnvərin vətəninə gəldilər. Padşah çox 

sevindi və qırx gün, qırx gecə toy elədi. Böhtançı, cani Züleyxanı 

isə edam etdilər.



 

KİTABIN İÇİNDƏKİLƏR 

 

Qurd və qoca............................................................... 3 



Tülkü və qurd ............................................................. 4 

Süsənbül ..................................................................... 8 

Qurdvəkeçi ................................................................. 14 

Qoyun və dişi qurd ..................................................... 15 

Ağıllı keçi ................................................................... 16 

Kim güclüdür? ............................................................ 20 

İlan pəri ....................................................................... 22 

Tülkü və ət .................................................................. 24 

Acgöz it ...................................................................... 25 

Qoca və tülkü .............................................................. 25 

Çoban qızı ................................................................... 28 

Keçəl Nəsir ................................................................. 35 

Molla və nökər ............................................................ 43 

Çoban Әli.................................................................... 45 

Çolaq leylək ................................................................ 46 

İgidə yetmiş sənət bilmək  

         də azdır .............................................................. 47 

Qabil əllər ................................................................... 53 

Şah və xidmətçi qız .................................................... 55 

Keçəl ........................................................................... 57 

Tərs keçilər ................................................................. 60 

Xəsis bəylə oğru Әbdürrəhman .................................. 61 

İki axmaq .................................................................... 66 

Yeddi ağıllı ................................................................. 68 

Әyri və doğru .............................................................. 69 

«Vur, dəyənəyim!» ..................................................... 72 

Ağıl və qızıl ................................................................ 76 

Həsən və Hurliqa ........................................................ 79 

 

 



 

 

УЗБЕКСКИЕ



 

СКАЗКИ 

 

(На азербайджанском языке) 

 

Tərcümə edəni Azad Nәbiyev. 



 

Redaktoru Әnvәr Yusifoğlu. Rəssamı N. Rәhimov.  

Bədii redaktoru V. Sarıcalinskaya. Texniki redaktoru L. Abdullayeva.  

Korrektoru Ş. Mәmmәdova. 

Yığılmağa verilmnş 31/X-1977-ci il. Çapa imzalanmış 14/XII-1977-ci il. Kağız  

formatı 60X84 

1

/

16



. Kağız № 1. Fiziki ç/v. 5,5. Şgrti ç/v. 5,11. Uçot nəşr. v. 5,04. 

Sifariş № 1288. Tiraj 20 000. Qiyməti 20 qəp.  

Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab  

Ticarəti İşləri Komitəsi.  

«Gənclik» nəşriyyatı, Bakı Hüsü Hacıyev küçəsi,

 

4.



 

 

26 Bakı komissarı adına mətbəə, Bakı. Әli Bayramov küçəsi, 3. 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə