TüLKÜ VƏ qurd



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix18.06.2018
ölçüsü0,77 Mb.
#49505
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

 

 



Ә, insafdır ki, bu qədər qızılı ölülərə verib çıxıb gedək? 

Onlar geri qayıtdılar və ölülərin bircə qızıl pul üstündə hay-

küyünü  eşitdilər.  Quldurlar  elə  bildi  ki,  qəbiristanlıqdakı  bütün 

ölülər  dirilib  və  qızılları  aralarında  bölüşdürürlər,  amma  kiməsə 

bir qızıl çatmayıb deyə vur-çatdasın salıblar. 

Quldurlar lap çox qorxub qaçıb getdilər. 

 

Yox,  deyəsən  mən  bu  xəsis  bəydən  canımı  qurtara  bil- 



məyəcəyəm. — Oğru bir qızıl verəndən sonra bəy, ondan əl çəkib 

evinə getdi. 



 

İKİ AXMAQ 

İki  dost  küçədə,  məscidin  qabağında  oturmuşdu.  Yanla- 

rından bir atlı keçirdi, onlara çatanda salam verdi. İkisi də onun 

salamını aldılar. 

Atlı  bir  qədər  ötüb  gedəndən  sonra  onlar  mübahisəyə 

başladılar. 

 

Onun salamını sən niyə aldın? O salamı mənə vermişdi. 



 

Yox  əşi,  o  mənimlə  salamlaşdı,  —  deyə  o  birisi  etiraz 



etdi. 

Onlar  çox  mübahisə  etdilər  və  axırda  bunu atlının  özündən 

xəbər  almağı  qərara  aldılar.  Amma  atlı  çoxdan  uzaqlaşmışdı. 

Axırda  onlar  atlının  dalınca  yüyürməyə  başladılar.  Təngənəfəs 

ona çatıb yolun ortasında saxladılar və güclə nəfəslərini dərib, bir 

səslə soruşdular: 

 

Deyin görək, siz hansımıza salam verdiz? 



Yolçu «lap axmaqdırlar ki»  — deyə düşünüb dedi: 

 



Sizlərdən  hansınız  axmaqsınızsa  mən  onunla  salamlaş-

mışam. 


Onda dostlardan biri tələsik dedi: 

 



Axmaq mənəm! 

 



Mən də axmağam, amma mən lap ayrı cür axmağam, — 

deyə o biri öyündü. 

Atlı gülməyini zorla saxladı: 

—  Onda  siz  növbə  ilə  əvvəl  biriniz,  sonra  o  biriniz  necə 

axmaq olduğunuzu nəql edin. 

Birinci dost danışmağa başladı: 




 

 



Bir  vaxtlar  mən  məktəbdə  müəllim  idim.  Bir  dəfə 

şagirdlər  su  ilə  dolu  küpə  baxıb,  orada  öz  əkslərini  görüblər. 

Onlar  mənim  yanıma  qaçıb  dedilər:  «Baxın,  cənab  müəllim, 

tanımadığımız uşaqlar küpə girib suyu korlayıb». 

Mən  hirslənib  dedim:  «İndi  mən  onların  dərsini  verərəm. 

Mən  gedib  onları  qovum,  siz  də  burada  keşik  çəkin.  Әgər 

görsəniz  ki,  küpdən  kiminsə  başı  çıxdı,  düşün  üstünə  o  ki  var 

vurun.  Mən  küpün  yanına  gəldim,  baxıb  üstdən  heç  nə 

görmədim. Su az idi, küpün içinə girib baxdım, baxdım, gördüm 

heç  kim  yoxdur.  Başımı  qaldırmaq  istəyəndə  şagirdlər  üstümə 

düşdülər,  əllərinə  nə  gəldi  başıma  çırpdılar.  İndi  mən  hey 

fikirləşirəm:  mən  axmağam,  nə  üçün  o  vaxt  uşaqlara  demədim: 

«Axı mən sizin öz müəlliminizəm». 

O öz hekayəsini qurtaranda atlı ikinci dosta müraciət etdi. 

O başına gələni danışdı: 

 



Bir  dəfə  mən  xəstələnmişdim.  Həkim  gəldi,  mənə  baxıb 

dedi: «Sizə ət,  yumurta  yemək olmaz, pəhriz saxlayın! Qırx  gün 

ancaq  tez  həzm  olunan  yeməklər  yeyin».  Otuz  doqquz  gün  mən 

həkimin göstərişinə əməl etdim, dözdüm. Qırxıncı gün evdə səhər 

yeməyinə  yumurta  bişirmişdilər  və  məni  də  dilə  tutdular  ki,  sən 

də ye. «Bir yumurta ilə heç nə olmaz». Mən yumurtanı soydum, 

elə təzəcə ağzıma qoymuşdum ki, həkim gəldi bizə. Mən qorxub 

yumurtanı  ovurdumda  saxladım  və  sakitcə  oturdum.  Həkim 

soruşdu:  «Nə  üçün  sizin  yanağınız  şişib?»—mən  əvvəlcə 

dillənmədim. Fikirləşdim ki, həkim onun göstərişini pozduğumu 

bilib  məni  töhmətləndirəcək.  Nəhayət,  dişim  ağrıyır  və  yanağım 

da  ona  görə  şişib»  deyə  həkimə  cavab  verdim.  «Ay-ay-ay!  İşlər 

pisdir!»  —  deyib  həkim,  iti  bıçağını  çıxardıb  yanağımı  yardı, 

ətrafa  qan  sıçradı.  İndi  hər  dəfə  yadıma  düşəndə  özümü 

danlayıram:  «Mən  nə  axmaq  adamam!  O  vaxt  nə  üçün  həkimə 

ağzımda  yumurta  olduğunu  deməmişəm».  Atlı  dostları  dinləyib 

dedi: — Siz hər ikiniz də əməlli-başlı axmaqsız. O atını tərpədib 

yoluna düzəldi. 



 

YEDDİ AĞILLI 


 

Bir dəfə yeddi ağıllı vaxtlarını keçirib əylənmək üçün bazara 

gedir. Bazarda gəzib, gəzib acırlar. Onlar öz aralarında pul yığıb 

yeddi  parç  qatıq  və  çörək  alır,  kölgə  bir  guşəyə  çəkilib  yemək 

istəyirlər.  Yeməkdən  əvvəl  əllərini  yumaq  istəyirlər.  Sən  demə 

yaxınlıqda  su  yox  imiş.  Onda  onlardan  böyüyü  tədbir  tökür: 

«Çaya qaçın. Bir vedrə su gətirin». Heç kəs yerindən durmur, bir-

birinin üzünə baxırlar. 

Ağıllıların başçısı hirslənir: 

 



Ay  tənbəllər!  Kim  əvvəlcə  ağzını  açıb  bircə  söz,  lap 

yarım söz desə o, su gətirməyə gedəcəkdir. 

Ağıllılar  oturub  susurlar.  Yanlarından  bir  dilənçi  keçir  və 

onlardan  sədəqə  istəyir.  Ağıllılar  cavab  vermirlər.  Dilənçi  çox 

fikirləşmədən onların bir çörəyini, bir parç qatığını götürüb yeyir. 

Görür ki, heç biri dillənmir, onda ikinci çörəyi də yeyir. Beləliklə 

o bütün çörəkləri və qatıqları yeyir, ağıllılar isə elə hey susurlar. 

Onda dilənçi gülüb qabların dibində qalan qatığı ağıllıların üzünə 

sürtür və yoluna davam edir. 

Ağıllılar  yenə  də  susub  otururlar.  Sonra  ac  bir  it  onlara 

yaxınlaşıb  qabların,  dibini,  sonra  onların  üzünə  yaxılmış  qatığı 

yalayır,  ağıllıların  başçısına  növbə  çatanda  itin  dili  onun  ağzına 

girir. 



 



Get burdan! — Ağıllıların başçısı qışqırır. 

 



Dur, vedrələri götür, su gətir — qalan ağıllılar çığırışırlar. 

Amma baxıb görürlər ki, nə çörək qalıb, nə qatıq. 



 

ƏYRİ VƏ DOĞRU 

Qədim  zamanlarda  bir  kənddə  cavan  bir  oğlan  yaşayırdı. 

Onu Doğru çağırırdılar. Bir atından başqa onun heç nəyi yox idi. 

O,  bu  kənddə,  o  kənddə  iş  axtarır,  lakin  tapa  bilmirdi.  Onda  o, 

atını minib xoşbəxtlik axtarmağa gedir. 

Doğru  gedir,  gedir  və  piyada  bir  yolçu  ilə  rastlaşır.  Söhbət 

edirlər. Doğru soruşur ki, o kimdir, haradan gəlib, haraya gedir? 

 



İş axtarmağa gedirəm. 

 



Sənin adın nədir? 

 



Әyri. 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə