TüLKÜ VƏ qurd



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix18.06.2018
ölçüsü0,77 Mb.
#49505
1   ...   22   23   24   25   26   27   28   29   30

 

 



Leylək  ikinci  dəfə  məni  aldatdı.  Sabah  gedib  başqa 

hədiyyə istəyəcəyəm. 

O ilxıçının yanına gəldi, hər şeyi danışdı və dedi: 

 



İndi leyləkdən nə xahiş edim? 

Çoban dedi 

 

Görünür  sənin  çoxlu  düşmənlərin  var.  Leyləkdən  «Vur 



dəyənəyim»i  istə.  Elə  ki,  dedin:  «Vur  dəyənəyim!»  qabağında 

kim olursa-olsun hamısını döyəcək. 

Qoca ləngimədən yoluna davam etdi. O leyləyin evinə girib 

dedi: 


— Salam olsun! 

 



Lək-lək.  —  Leylək  qanadlarını  çaldı.  —  Әgər  sənin 

salamın  olmasaydı,  səni  bir  dəfədə  dənləyib  udardım.  Yenə  nə 

üçün gəlmisən? Qaynayan küpü aldın, sehirli süfrəni aldın, daha 

nə lazımdır? 

 

Bax, bu dəfə də sən məni aldatmısan! Sehirli süfrə yerinə 



sən mənə başqasını vermisən! İndi sən  «Vur dəyənəyim»i mənə 

ver. 


 

«Vur dəyənəyim»i istəyirsən? Al, o mənə lazım deyil,— 



deyə leylək özü döyən dəyənəyi qocaya bağışladı. 

Qoca dəyənəyi alıb geri qayıtdı. Az getdi, çox getdi, əvvəllər 

dayandığı kəndə gəlib çatdı. 

Tanışına: 

 

Bu  «Vur  dəyənəyim»i  saxlayın,  —  dedi.  —  Mən  bir  az 



dincəlim. Ancaq  «Vur, dəyənəyim» deməyin, — deyə xəbərdar- 

lıq etdi. 

Elə  ki,  qoca  yuxuya  getdi,  ev  sahibi  qışqırdı:  «Vur,  də- 

yənəyim!» 

Onda  «Vur,  dəyənəyim»  evdə  kim  var  idi,  hamısını  əziş- 

dirməyə  başladı.  Hamı  göz  yaşı  ilə  qocanın  üstünə  düşüb  xahiş 

etdilər:—Dəyənəyi  saxla!  Sənin  küpünü  və  süfrəni  biz 

dəyişdirmişik.  Bizi  bağışla,  hər  şeyini  qaytararıq,  ancaq  bizi 

döydürmə. 

 



Dayan, dəyənək — qoca qışqırdı və dəyənək dayandı. 

Onda ev sahibləri o biri evdən sehirli küpü və süfrəni 

gətirdilər və qocaya qaytardılar. Qoca yola düşdü. O az getdi, üz 

getdi,  dərə-təpə  düz  getdi,  çöllərdən  keçdi,  dağlardan  aşdı, 




 

çaylardan,  göllərdən  keçib  yeddi  gün,  yeddi  gecə  yol  getdi, 

nəhayət gəlib evinə çatdı. 

O küpü qoyub qışqırdı: 

 

Qayna, mənim küpüm! 



Küp  qaynadı,  ondan  ətrafa  ovuc-ovuc  qızıl  səpələnməyə 

başladı. Qoca qarısı ilə birlikdə onları yığıb çatdıra bilmirdilər. 

Sonra qoca qışqırdı: 

 



Açıl süfrəm! 

Süfrə  açıldı,  onun  üstünə  yetmiş  cür  yemək  düzüldü. 

ömürlərində  bir  dəfə  də  olsun  qoca  və  qarı  belə  yeməklər 

görməmişdi. Onlar nə istəyirdilər, yedilər, içdilər. 

Həmin ölkənin xanı biləndə ki, qoca ovçu haradansa sehirli 

küp və belə bir süfrə tapıb, vəzirini onları qəsb etməyə göndərdi. 

 

Küpü  və  süfrəni  ver—deyə  vəzir  əmr  etdi. 



Qoca qışqırdı: 

 



Vur dəyənəyim! 

Dəyənək  vəziri  elə  əzişdirdi  ki,  o  gicələnə-gicələnə  çıxıb 

getdi. 

Xan onda yeddi minlik ordu düzəltdi və səhər tezdən ordunu 



qocanın evi qarşısında sıraya düzdü. 

Xan qışqırdı: 

 

Hə,  qoca,  əgər  yenə  bədənində  güc  varsa  döyüşə  çıx! 



Qoca qapını açdı, daha bərkdən qışqırdı: 

«Vur, dəyənəyim!» 

Dəyənək xanın döyüşçülərini elə əzişdirdi ki, onlar da şil-küt 

olub qaldılar. 

Axırda dəyənək xana çatdı və onu döyməyə başladı. 

Xan yalvardı: 

 

Qoca, kötəyini saxla! Məni ölümdən xilas et! 



Qoca isə evinin qapısı ağzında dayanıb gülüb dedi: 

 



Bir daha yoxsulların malına göz dikmə! 

 

 

AĞIL VƏ QIZIL 

 


 

Qədim Buxarada çox yoxsul bir adam yaşayırdı. O küçələri 

gəzər  və  su  satardı.  Camaat  onu  Məşkab,  yəni  su  paylayan 

çağırardı. 

Bir  dəfə  Məşkab  həmişə  olduğu  kimi  dar,  tozlu  küçə  ilə 

gedib qışqırırdı:  «Su satıram, sərin su! Kimə sərin su lazımdır?» 

Görür ki, üst-başı toza batmış bir qərib ona tərəf gəlir. 

 



Bax sudur, al su iç—Məşkab qışqırdı.—yanğını söndür. 

 



Mən  dünyada  çox  dərbədər  dolanmışam.  Mənim  bütün 

həyatım  sərgərdan  keçib.  Susuzluqdan  yanıram,  amma  indi  su 

almağa bir qəpiyim də yoxdur. 

Dilənçiyə  Məşkabın  yazığı  gəldi,  ona  su  verdi  və  hətta 

gecələməyə onu evinə dəvət etdi. 

Yolçu Məşkaba dedi: 

 

Sən  xeyirxah  adamsan.  Sənin  mənə  yazığın  gəldi.  Sənin 



qonaqsevərliyinə  görə  hər  cür  dərmanın  hazırlanma  sirrini  sənə 

öyrədəcəyəm. Nə cür xəstəliyə tutulan olsa bu dərmanı içən kimi 

sağalacaq. Dərmanı necə düzəltməyi yaddan çıxartmayasan deyə 

sənə dərman kitabı da verirəm. Burada necə yazılmışdırsa elə də 

elə,  ancaq  yadda  saxla  ki,  özün  kimi  kasıblardan  müalicə  haqqı 

alma. 


Məşkab  dərman  nüsxələri  kitabını  aldı,  qərib  qonağına  baş 

əyib soruşdu: 

 

Deyin görüm adınız nədir? 



 

Mənim adım Әbu Әli ibn-Sinadır. 



Məşkab  istədi  ki,  qəribə  minnətdarlıq  etsin,  birdən  yanında 

heç kimi görmədi. Yalnız həyət qapısı açılıb çırpıldı və  hər yerə 

sakitlik çökdü. 

Məşkab  dərman  kitabında necə  yazılmışdısa  elə  də  dərman 

düzəldib xəstələri müalicəyə başladı. O yoxsullardan pul almazdı, 

ancaq varlı və tanınmış adamlardan pul tələb edərdi. 

Qərib  ölkədən  gəlmiş  Әbu  Әli  ibn-Sinanın  dediyi  kimi 

xoşbəxtlik  tək  Məşkabın  evinə  yox,  bütün  Buxara  camaatının 

evlərinə yol açdı. Camaat Məşkabı sevməyə başladı. 

«Bizim  ağıllı  həkimimiz»  —  deyə  hamı  onun  barəsində 

hörmətlə danışırdı. 

Məşkab  yaxşı  yaşayırdı.  özünə  ev  tikdirdi,  ailə  qurdu,  hər 

gün bildirçin plov yeməyə başladı. 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə