TüLKÜ VƏ qurd



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix18.06.2018
ölçüsü0,77 Mb.
#49505
1   ...   22   23   24   25   26   27   28   29   30

 

Kinli  Züleyxa  Hurliqaya  qarşı  fitnə-fəsada  keçdi.  Bir  gecə, 

elə ki, hamı yatdı, Züleyxa oğlunun başını kəsdi və uşağın başını 

hurliqanın yatağına qoydu. Yorğanın altına bir bıçaq da qoydu. 

Züleyxa  səhər  tezdən  yerindən  sıçradı,  ərini  qucaqlayıb 

ağladı. Həsən ondan soruşdu: 

 

Nə üçün ağlayırsan? 



Züleyxa  Hurliqanın  yatağına  atıldı,  ölmüş  uşağı  əlinə  alıb 

yuxarı qaldırdı və çığırdı: 

 

Hamınız  baxın!  Gecə  mən  yatanda  Hurliqa  oğlumun 



başını kəsmişdir. 

Həsən qeyzlə Hurliqanın üstünə atıldı: 

 

Lənətə  gələsən!  Nə  üçün  uşağı  öldürmüsən?  O  sənə  nə 



etmişdi? 

Hurliqa ağlayaraq yalvardı: 

—Әziz  qardaşım,  sən  nahaq  yerə  məni  söyüb-döyürsən! 

Mən  belə  vəhşi  hərəkət  edə  bilərəmmi?  Mən  körpəni  nə  qədər 

sevirdim! Züleyxa mənə böhtan atır. 

Onda  Züleyxa  Hurliqanın  yatağından  bıçağı  çıxardıb, 

Həsənə göstərib dedi: 

 



Bir bax ha! Guya mən böhtan da atıram?! Bəs bu nədir? 

—Bu  qara  böhtandır,  —  Hurliqa  göz  yaşlarında  boğularaq 

qışqırdı:  —  Mənə  belə  böhtan  atınca  öldürsəydiniz  min  dəfə 

yaxşı olardı. 

 

Yox!  —  həsən  qışqırdı.  —  Sən  mənim  yeganə  oğlumu 



öldurmüsən. Daha sən mənim bacım deyilsən. 

O  qəzəbindən  Hurliqanın  iki  qolunu  da  kəsib,  onu  evdən 

qovdu. 

Zavallı  qız  bir  neçə  gün  çöllərdə  dolaşıb  nəhayət  acından 



əldən  düşüb  sürünə-sürünə  özünü  həmin  ölkənin  padşahı 

Sultanxanın bağına saldı. 

Bağın yanındakı bostanda yemiş və qarpız yetişmişdi. 

Gündüzlər  Hurliqa  bağda  gizlənər,  gecələr isə  bostana  girib 

tağların  arasında  sürünər,  dişləri  ilə  yetişmiş  yemişləri  didib 

yeyərdi. 

Bir dəfə Sultanxan oğlanlarına dedi: 

 



Balalarım,  gecələr  yemişləri  kim  isə  didib-parçalayır. 

Oğrunu güdmək lazımdır. 




 

Padşahın böyük oğlu baş əyib dedi: 

 

Bostanı güdməyə mən gedəcəyəm. 



O  qılıncına  qurşanıb  bostana  ketdi.  Gecə  yarıya  qədər 

yatmadı, sonra onu yuxu apardı. 

Səhər atasına dedi: 

 



Ata, bostanda heç kəsi görmədim. 

Lakin  tağları  yoxlayanda  görürlər  ki,  yenə  bir  neçə  yemiş 

zədələnmişdir. 

Padşah  ortancıl  oğlunu  bostana  göndərdi.  Lakin  o  da  gecə 

yarıdan sonra yuxuya getdi və səhər atasının yanına gəlib dedi: 

 



Bostanda mən də heç kəsi görmədim. 

Onda  padşahın  kiçik  oğlu  Әnvər  atasından  bostanı  güd- 

məyə icazə istədi. 

 



Oğlum,  — Sultanxan cavab verdi.  — Sənin qardaşların 

oğrunu tapa bilmədilər, sən də tapa bilməzsən. Getmə? 

Әnvər ehtiramla etiraz etdi: 

 



Ata, bəlkə mən qardaşlarımın bacarmadığını bacardım?! 

Padşah oğlunun xahişi qarşısında təslim oldu: 

 

Yaxşı, mənim balam get! 



Әnvər  sevindi,  qılıncını  bağladı  və  bir  az  duz  götürüb 

bostana  getdi.  Gecə  yarı  onun  yuxusu  gəldi.  Bıçaqla  barmağını 

kəsib yarasına duz basdı. Ağrıdan yuxusu qaçdı. 

Bu  vaxt  hurliqa  ehtiyatla  bostana  gəldi.  Әnvər  gizləndiyi 

yerindən sıçrayıb qızı tutdu. 

 



Siz  kimsiniz?  —  heyrətlə  xəbər  aldı,  —  siz  burada  nə 

edirsiniz? 

Hurliqa  öz  taleyini  danışıb  acı-acı  ağladı.  Әnvər  qızı 

padşahın hüzuruna gətirdi və bütün eşitdiklərini atasına danışdı. 

Padşah xidmətçi qadınlara əmr etdi: 

 



Bu qızı gözəlcə geyindirin, qoy o, bizdə yaşasın. 

Xeyli vaxt keçəndən sonra Әnvər padşahın yanına gəlib 

dedi: 

—Ata,  mənim  cavanlığıma  yazığın  gəlsin,  mənə  qəzəbin 



tutmasın. Səndən xahişim var. 

 



De oğlum, sənin bir damcı göz yaşına da qıymaram. 

Әnvər diz çöküb dedi: 

 

Ata, mən Hurliqaya vurulmuşam. Məni evləndirin. 




 

Sultanxan məyus olub etiraz etdi: 

 

Oğlum,  qolsuz,  şikəst  bir  qız  sənin  arvadın  olmağa 



layiqdirmi?  Sənə  ən  qüdrətli  padşahın  ən  gözəl  qızı  gələr.  Sən 

hurliqanı neyləyirsən? 

 

Mənə gözəl padşah qızı lazım deyil, — Әnvər etiraz etdi. 



—  Mənə  qolsuz  da  olsa  ancaq  Hurliqa  lazımdır.  Mən  onu 

sevirəm. Heç vaxt başqasıyla evlənmərəm. 

Sultanxan  oğlunu  çox  sevirdi  və  qorxdu  ki,  məhəbbətdən 

başına  hava  gələr,  ona  görə  də  oğlunu  hurliqa  ilə  evləndirməyi 

qərara aldı. 

Әnvərlə  Hurliqanın  toyunu  bayrama  çevirdilər.  Qırx  gün, 

qırx gecə şənlik etdilər. 

İki  ildən  sonra  Sultanxan  Әnvəri  yanına  çağırıb  uzaq 

ölkədən  aldığı  məktubu  ona  göstərdi.  Məktubda  yazılmışdı: 

«Sizin  kiçik  oğlunuz  Әnvər  ağıllı  və  təvazökarlığı  ilə  şöhrət 

qazanmışdır.  Bizim  padşah  vəfat  edərkən  onu  öz  yerinə  taxta 

çıxarmağı vəsiyyət etmişdir. Biz Әnvəri padşah seçmişik və xahiş 

edirik onu bizim dövlətə başçılıq etməyə göndərsəniz». 

 



Oğlum,  —  Sultanxan  soruşdu  —  başqa  ölkəyə  padşah 

olmağa razısanmı? 

 

Razıyam,  —  Әnvər  cavab  verdi.  —  Lakin  mənim  bir 



xahişim  var.  Arvadım  Hurliqa  övlad  gözləyir.  Әgər  o,  oğlan 

doğsa mənə təntənə ilə xəbər verin. 

Atası  razı  oldu.  Səhər  tezdən  Әnvər  ata-anası  və  arvadı  ilə 

görüşüb  vidalaşdı,  döyüşçülərin  müşayiətilə  ölkədən  uzaqlara 

yola düşdü. 

Az getdi, çox getdi, gəlib həmin şəhərə çıxdı. Xalqın iradəsi 

ilə taxta çıxdı və dövləti idarə etməyə başladı. 

İndi sizə Hurliqadan xəbər verək. 

Vədə tamam olan gün və saatda Hurliqa qızılsaçlı bir oğlan, 

gümüşsaçlı bir qız doğdu. 

Sevinən  Sultanxan  gərənay  və  zurna  ilə  böyük  təntənə  dü- 

zəltdi və Әnvərə xoş xəbərli məktub göndərdi. 

Sultanxanın  məktub  göndərdiyi  qasidlər  Hurliqanın  do- 

ğulduğu və böyüdüyü şəhərdən keçməli idi. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə