TüLKÜ VƏ qurd



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix18.06.2018
ölçüsü0,77 Mb.
#49505
1   ...   22   23   24   25   26   27   28   29   30

 

Xəbis  bir  hiss  ürəyinə  girməsəydi  hər  şey  yaxşı  qurtarardı. 

Amma bu hiss Məşkabın ürəyinə girdi: «Nə üçün mən çoxundan 

pul almır, kasıblara dərmanı pulsuz paylayıram? Mənə nə var ki, 

adamlar  yoxsuldur,  ya  dövlətlidir?  Mən  hamıdan  pul  alsaydım, 

çoxdan Buxaranın ən varlı adamlarından ola bilərdim». 

Məşkab  Әbu  Әli  ibn-Sinanın  məsləhətini  unutdu.  Həmin 

gün öz xəstə uşağı üçün onun yanına əvvəllər özü kimi yoxsul bir 

su satan gəldi və dərman istədi; Məşkab ondan pul istədi: 

 



Dərmanın pulunu ver! 

 



Mənim  bir  qəpiyim  də  yoxdur,  —  deyə  yoxsul  kişi 

ağladı. 


 

Rədd ol! — Məşkab onun üstünə qışqırdı. 



O dəqiqə başa düşdü ki, dərmanı necə hazırlamaq qaydasını 

yaddan  çıxartdı.  Әbəs  yerə  o,  Әbu  Әln  ibn-Sinanın  dərman 

kitabını axtardı, kitab da yoxa çıxmışdı. 

Məşkab nə qədər çalışdısa qəribə dərmanların, onların tərkib 

hissələrinin  necə  düzəldiyini  xatırlasın,  amma  heç  nəyi  yadına 

sala bilmədi. 

Tez,  çox  tez  yığdığı  bütün  var-dövləti,  evini,  avadanlığını 

itirdi. 


Məşkab  yenidən  şəhərin  küçələrini  dolaşıb  qışqırırdı»  «Su 

satıram, sərin su! Kimə sərin su lazımdır.» 

Lakin Məşkab hər dəfə fincana su süzəndə qışqırardı: 

 



Әbu Әln ibn-Sina adlı dərvişə allah lənət eləsin! 

Məşkab  acığından  arıqladı,  çöpə  döndü.  O,  acından  və 

soyuqdan xırıldayan qara qarğaya oxşadı. 

Bir  dəfə  Məşkab  adi  qayda  ilə  şəhərin  tozlu  küçəsi  ilə 

qışqıra-qışqıra  gedərkən  yolda  dəvədə  gedən  bir  adamla 

qarşılaşdı. 

 

Ey  Məşkab,  —  dəvə  üstündəki  adam  qışqırdı.  —  Mən 



yolçuyam və qalmağa yerim yoxdur. Məni bu gecə evində saxla. 

Məşkab  tanımadığı  adamı  gecələməyə  yanına  buraxmaq 

istəmədi,  lakin  qonağa  ehtiram  göstərməyin  vacib  olduğunu 

unutmaq olmazdı. 

 

Yaxşı, — Məşkab könülsüz razılıq verdi və yolçunu evinə 



apardı. 

Səhərisi yolçu Məşkaba dedi: 




 

 



Sən  yaxşı  adamsan.  Sənin  qonaqpərvərliyin  mükafata 

layiqdir.  Bil  ki,  mən  böyük  kimyagərəm.  Yaxşılığının  əvəzində 

mən  sənə  qızıl  hazırlamağı  öyrədərəm.  Lakin  yaddan  çıxarma: 

bunu  xalqdan  gizli  saxlama.  Adamlar  qızıl  tökməyin  təhərini 

bilsələr  yer  üzündə  xəbislik  olmaz,  nifrət  aradan  qalxar.  Hər  bir 

evə  xoşbəxtlik  və  səadət  yol  tapar.  Qızılın  gücü  xalqa  məxsus 

olmağındadır!  Qızıl  tökməyin  təhərini  unutmamaq  üçün  mən 

kimyagərliyin  sirlərindən  bəhs  edən  kitabımı  sənə  hədiyyə 

verirəm. 

Məşkab və qərib qonaq bütün gecəni qızıl tökdülər. 

«Qızılımdan  xəbər  tutsalar  oğurlayacaqlar»  —  Məşkab 

fikirləşdikcə az qalırdı ki, xəsislikdən ağlını itirsin. 

 

Mən  varlı  olacağam!  —  O  bu  qərara  gəldi.  —  hamı 



mənim  qarşımda  baş  əyəcək.  Qızılı  necə  tökməyi  heç  kimə 

öyrətməyəcəm. 

O  yenidən  özünə  ev  aldı,  otaqlarına  xalça  döşədi,  qiymətli 

şeylərlə bəzədi. 

Bir  dəfə  də  olsun  Məşkab  dərvişin  ona  dediyi  sözləri 

xatırlamadı: «Qızılın gücü xalqa məxsus olmağındadır!» 

Bir il keçəndən sonra Məşkabın bir qırıq da qızılı qalmadı, o 

dərvişin  kitabını  axtarmağa  başladı.  Gördü  ki,  kitab  daşa 

dönmüşdür. 

 —  Ah,  mən  məhv  oldum,  mən  məhv  oldum  —  deyə 

Məşkab ağlayıb başına döydü. 

O yenidən gücələri gəzib su satmağa başladı. 

Bir  dəfə  o  yenə  həmin  dərvişlə  rastlaşdı.  Bu  dəfə  o  atda 

gedirdi. 

 

Ey  Məşkab!  —  dərviş  onu  çağırdı.  —  Məni  tanımadın? 



Biz səninlə iki dəfə rastlaşmışıq. Mən Әbu Әli ibn-Sinayam. Mən 

sənə dərman düzəltməyin qaydasını öyrətdim. Lakin sən acgözlük 

elədin,  şərtimizi  pozdun  və  dərmanı  kasıblara  satmağa  başladın. 

Mən  elə  etdim  ki,  sən  dərman  nüsxələrinin  sirrini  unutdun. 

Fikirləşdim  ki,  sən  islah  olunarsan  və  sənə  qızıl  tökməyi 

öyrətdim.  Amma  yenə  sən  mənə  qulaq  asmadın.  Yenə  acgözlük 

sənə güc elədi və səni bir də cəzalandırdım. 

Mən  otuz  yaşında  ikən  üç  ilə  xalq  üçün  öz  kitabımı  yaz- 

mışam.  Yalnız  öz  həyatını  xalqa  verməyə  hazır  olanlar  qəlbinin 



 

istisi  ilə  daşı  yumşalda  bilər  və  o  kitabdan  mənim  müdrik 

sözlərimi öyrənə bilərdi. Biliyi qızılla almaq olmaz. Ona görə də 

mənim kitabım daşa dönüb. 

Məşkab  yalnız  indi  müdrik  Әbu  Әli  ibn-Sinanı  tanıdı  və 

kədərlə dedi: 

 

Ey müdrik ata, mən kor olmuşam, məni bağışla! 



Lakin  Әbu  Әli  ibn-Sina  ancaq  başını  buladı.  Yenidən 

«qızılın  gücü  xalqa  məxsus  olmağındadır!»  sözlərini  təkrar  edib 

atını çapdı. 

 

HƏSƏN VƏ HURLİQA 

 

Qədim  zamanlarda  Şərq  ölkələrinin  birində  arvadı  ilə 

birlikdə  Әhmədcan  adlı  bir  tacir  yaşayırdı.  Onların  həsən  adlı 

oğlu,  hurliqa  adlı  qızları  var  idi.  Aylar,  illər  keçdi,  ata  və  ana 

vəfat  etdi.  Həsən  və  Hurliqa  acyalavac,  yetim  qaldılar.  Həsən 

varlı  bir  bəyə  nökərçilik  etməyə  başladı.  Bəy  gördü  ki,  Həsən 

yaxşı  adamdır,  onu  öz  yanında  saxlamağı  qərara  aldı  və  qızı 

Züleyxanı ona ərə verdi. 

Züleyxanın  çox  pis,  çox  xəbis  xasiyyəti  vardı:  onun  Hur- 

liqanı  görməyə  gözü  yox  idi,  necə  olur-olsun  onun  başını 

batırmaq istəyirdi. 

Bir  dəfə  Həsən  kənddən  kənarda işləyərkən  Züleyxa evdəki 

şeylərini həyətə çıxartdı, üstünə neft töküb yandırdı. 

Həsən işdən qayıdanda Züleyxa hönkürüb hay-küy qaldırdı: 

 

Sənin  əziz bacının məni görməyə  gözü  yoxdur, evimizin 



bütün şeylərini yandırdı. Mən onunla bir evdə yaşaya bilmərəm. 

Məsələnin  səbəbini  aydınlaşdırmayan  Həsən  bacısının 

üstünə atılıb onu döyməyə başladı. Hurliqa yalvara-yalvara dedi: 

 



Әziz  qardaşım,  məni  vurma.  Mənim  heç  nədə  günahım 

yoxdur. Züleyxa mənim acığıma avadanlığı özü yandırmışdır. 

Lakin həsən hurliqanın sözünə məhəl qoymadı və yazıq qızı 

möhkəmcə döydü. 

Bir  il  keçəndən  sonra  Züleyxanın  bir  oğlu  oldu.  Hurliqa 

uşağa dayəlik edib doğma ana kimi pərəstar oldu. 

Həsən oğlunu dəlicəsinə sevirdi. 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə