Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə25/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   21   22   23   24   25   26   27   28   ...   93

 
78
qaydalara görə, böyük kitabxanalarda iki kataloq: xidmət kataloqu və 
oxucu kataloqu tərtib edilirdi. Kitabxananın fondunda olan bütün kitabları 
əhatə edən xidmət kata-loqu kitabxanaçıların istifadəsi üçün nəzərdə 
tutulurdu. Oxunmasına qadağa qoyulmayan kitabları  əhatə edən “oxucu 
kataloqu” isə oxucuların istifadəsi üçün tərtib edilirdi. Bu cür kataloq 
sisteminin yaradılmasında  əsas məqsəd istifadəsinə icazə verilməyən 
kitabları oxuculardan gizlətmək idi. Öz mahiyyəti ilə antidemokratik, 
antihumanist olan bu qaydalar böyük kitabxanaların fondunda saxlanılan 
çox qiymətli kitabların geniş oxucu kütləsi tərəfindən istifadəsinə ciddi 
maneçilik törətməklə, kitabxana fondlarının dövriyyəsini aşağı salırdı. 
Halbuki o dövrdə dünyanın böyük kitabxanaları kitabxana xidmətinin 
əsas məqsəd və  vəzifəsini kitabxana fondlarından maksimum istifadə 
etmək işinin təşkilində görürdü. 
Həmçinin SSRİ dövründə kitabxana işi və kitabxanaçılıq nəzəriyyəsi 
dünya təcrübəsindən aralı düşmüş, kitabxanaların beynəlxalq əlaqələrinin 
təşkili faktiki olaraq nəzarət altına alınmışdı. Beynəlxalq əlaqələri ancaq 
icazə verilən kitabxanalar apara bilərdilər. Öz mahiyyəti etibarilə  bəşəri 
elm olan kitabxanaşünaslıq dünya kitabxanaşünaslığından ayrılmış, sovet 
kitab-xanaşünaslığı adlandırılmışdı. Dünya kitabxanaşünaslığının elmi-
nəzəri müddəalarından istifadə etməmək sovet kitabxanaşünaslığını 
beynəlxalq təcrübədən təcrid olunmuş  vəziyyətə salmışdı. Milli 
kitabxanaşünaslığın inkişafı üçün isə olduqca az iş görülürdü. 
80-ci illərin ikinci yarısından başlayaraq Sovetlər  İttifaqında aparılan 
yenidənqurma işlərinin iflasa uğraması, ölkədə baş verən iqtisadi böhran 
öz təsirini Azərbaycana da göstərmişdi. Respublikada bütün sahələrdə 
olduğu kimi kitabxana işi sahəsində  də ciddi problemlər yaranmışdı. 
Kitabxana işinə ayrılan maliyyə  vəsaiti xeyli azalmışdı  və ayrılan vəsait 
öz təyinatı üzrə  xərclənmirdi. 1988-ci ildən başlayaraq respublikada 
iqtisadi və siyasi böhran daha da kəskinləşdi.  İdarəetmədə ciddi hərc-
mərclik, xaos baş alıb getməyə başladı. 1988-ci ilin axırlarından 
alovlanmağa başlayan qondarma Dağlıq Qarabağ problemi bu böhram 
daha da dərinləşdirdi. Ölkədə  mədəniyyət müəssisələrinin, o cümlədən 
kitabxana işinin vəziyyəti olduqca pisləşdi. 1993-cü ilə  qədər davam 
etmiş bu proses kitabxana işinə olduqca böyük zərbə vurmuş, 
torpaqlarımızın erməni vandalları tərəfindən işğalı zamanı 4 milyon  


 
79
nüsxə kitabı olan 982 kitabxana məhv edilmişdi. AXC-Müsavat 
cütlüyünün hakimiyyəti dövründə kitabxanalara ayrılan vəsait olduqca 
azaldılıb minimuma endirilmiş, özəlləşdirmə adı altında kitabxanaların 
binalarının  əllərindən alınması kampaniyası başlanmışda. Bu dövrdə 
AXC-Müsavat rəhbərliyinin yuxarı dairələrində elmi müəssisələrin, 
mədəniyyət ocaqlarının bağlanması haqqında sərsəm fıkirlər səslənməyə 
başlanmış, bir çox mədəniyyət müəssisələrinin və kitabxanaların binası 
əlindən alınmış, kitabxanalar bağlanmışdı. 
1992-ci ildə Respublika Tibb Kitabxanasının binası alınıb Amerika 
səfirliyinə verilmiş, kitabxana başqa yerə köçürülmüşdü. Həmkarlar 
İttifaqının ən böyük kitabxanası olan Qubkin adına kitabxananın da taleyi 
belə olmuşdu. Belə misalların sayını artırmaq olar. Əgər bu proses davam 
etsə idi, respublikamızın kitabxana ictimaiyyəti böyük faciə qarşısında 
qala bilərdi. 
1991-1992-ci illərdə həmçinin bir sıra idarə və müəssisələrin, siyasi və 
ictimai təşkilatların kitabxanaları  ləğv edildi. Ləğv edilən kitabxana 
şəbəkələri içərisində Azərbaycan Kommunist Partiyasının və Azərbaycan 
Həmkarlar  İttifaqının böyük kitabxana şəbəkəsi yaradılmışdı. Bakı 
Partiya Komitəsinin, rayon partiya komitələrinin, böyük idarə  və 
müəssisələrin partiya komitələrinin kitabxanaları var idi. 1991-ci il 
sentyabrın 14-də iflasa uğramış Azərbaycan Kommunist Partiyası özünü 
buraxdıqdan sonra partiya kitabxanaları tamamilə başsız qaldı, onların 
gələcək taleyi haqqında heç bir tədbir görülmədiyindən tamamilə 
pərakəndə  şəkildə dağılmağa başladı. Azərbaycan partiya təşkilatının  ən 
böyük kitabxanası Bakı  Şəhər Siyasi Maarif Evinin yanında fəaliyyət 
göstərən Mərkəzi Partiya Kitabxanası idi. Partiya kitabxanalarının 
fondunda  əsasən marksizm-leninizm klassiklərinin  əsərləri, partiya 
tarixinə dair ədəbiyyat və  təbliğat-təşviqat xarakterli ədəbiyyatla yanaşı, 
tarixi,  ədəbi-bədii, incəsənətə dair qiymətli  ədəbiyyat da saxlanılırdı. 
Mərkəzi kitabxananın fondunda isə olduqca qiymətli və nadir kitablar var 
idi. Bu kitabxanalar ləğv edilərkən onların fondları demək olar ki, 
ucdantutma dağıldı. Qiymətli  ədəbiyyatın qorunub saxlanması, dövlət 
kitabxanalarına verilməsi haqqında heç bir tədbir görülmədi. 
 
 
 
 
 
 
 


 
80
 
Sovetlər  İttifaqı dövründə respublikamızda fəaliyyət göstərən 
kitabxana  şəbəkələrindən  ən böyüyü Azərbaycan Həmkarlar  İttifaqının 
kitabxana  şəbəkəsi idi. 1990-cı ildə bu şəbəkədə 4 milyon nüsxə kitab 
fonduna malik 326 kitabxana var idi. Müstəqillik  əldə edildikdən sonra 
Həmkarlar  İttifaqı  Mərkəzi  Şurasının ləğv olunması, sahə  həmkarlar 
ittifaqı təşkilatının müstəqil fəaliyyətə başlaması nəticəsində böyük hərc-
mərcilik baş vermiş, maliyyə böhranı başlamışdı. Məhz belə bir şəraitdə 
həmkarlar təşkilatları öz kitabxanalarını maliyyələşdirə bilmədi. 
Həmçinin kitabxanaları olan bəzi idarəvə müəssisələr kitabxanaların 
binalarını  ələ keçirmək üçün bu prosesi daha da gücləndirdilər, nəticədə 
kitabxanalar kütləvi surətdə bağlanmağa mə-ruz qaldı. O dövrdə başı 
özünə qarışmış dövlət rəhbərləri də heç bir tədbir görmədilər. Beləliklə, 
qısa bir müddətdə  həmkarlar təşkilatlarının 236 kitabxanası bağlanmış, 
1.326.590 nüsxə kitab fondu olan 90 kitabxana qalmışdı. Bağlanan 
kitabxanaların fondu insafsızcasına talan edilmişdi. 
Məlum həqiqətdir ki, həmkarlar ittifaqı kitabxanalarının  əksəriyyəti 
kütləvi kitabxanalar idi. Onlar bilavasitə geniş zəhmətkeş kütlələrinə, ilk 
növbədə isə fəhlələrə kömək edirdilər. Ona görə də həmkarlar ittifaqının 
kitabxana fondlarında çox qiymətli  ədəbiyyat toplanmışdı. Bu qiymətli 
fondun o dövrdə dağılıb məhv edilməsi Azərbaycan mədəniyy
ətinə 
vurulan böyük zərbə idi. 
Bu dövrdə respublikamızda  ən çox zərər çəkən kitabxana 
şəbəkələrindən biri də texniki kitabxana şəbəkəsi olmuşdur. Respublikada 
başlayan və getdikcə dərinləşən iqtisadi böhran, istehsal müəssisələrinin, 
fabrik və zavodların bir-birinin ardınca bağlanması həmin müəssisələrdə 
olan texniki kitabxanaların bağlanmasına səbəb oldu. Texniki 
kitabxanaların illər boyu toplanmış, formalaşmış  zəngin fondu və 
avadanlığı  qısa bir müddət içərisində tamamilə talan edilmişdi. Texniki 
kitabxanalar  əsasən Azərbaycan Dövlət Plan Komitəsinə  və  həmkarlar 
təşkilatlarına tabe idilər. Bu təşkilatlar isə texniki kitabxanaları xilas 
etmək üçün heç bir əsaslı  tədbir görməmiş, qərar qəbul etməmişdilər. 
Beləliklə, 1991-1992-ci illərdə 100-ə yaxın texniki kitabxana 
bağlanmışdı. 
 
  
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə