Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə21/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   17   18   19   20   21   22   23   24   ...   93

 
66
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev M.F.Axundov 
adına Azərbaycan dövlət Kitabxanasında. 1996. 
 
 
inkişaf etmiş  mədəniyyətə malik bir ölkə kimi beynəlxalq miqyasda 
tanındı. 
Müstəqillik illərində Azərbaycan dövləti iqtisadiyyatla yanaşı, mədəni 
quruculuq sahəsində də əsaslı islahatlar aparmış, təhsil, elm, mədəniyyət 
və incəsənətin yenidən qurulması  və inkişafı üçün olduqca böyük 
tədbirlər həyata keçirilmişdir. 
Təhsil haqqında yeni qanun qəbul edilmiş  və bu qanuna görə, rus 
təhsil sistemindən imtina edilərək, Avropa təhsil sisteminə, çoxpilləli 
təhsilə keçilmişdir. Azərbaycan ali məktəblərində ilk dəfə olaraq 
bakalavrlar və magistrlər hazırlanmağa başlanmışdır. 
Respublikamızın təhsil tarixində ilk dəfə olaraq özəl təhsil 
müəssisələri meydana gəlmiş, belə müəssisələr müstəqilliyin ilk illərində 
xeyli genişlənmişdir. Özəl təhsil müəssisələrinin yaranması  cəmiyyət 
tərəfindən birmənalı qarşılanmasa da getdikcə onların sayı artmış, orta 
ixtisas və ali özəl təhsil sistemi yaranmışdır. 
 
  
 
 


 
67
Həmçinin 90-cı illərin ikinci yarısından başlayaraq dövlət təhsil 
müəssisələri ödənişli  əsaslarla qəbul aparmağa başlamışdır. Dövlətimiz 
tərəfindən müəyyənləşdirilən təhsilin bu yeni forması keçid dövründə ali 
təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək və 
professor-müəllim heyətinin sosial vəziyyətini yaxşılaşdırmaq, ali 
məktəbləri dünya təhsil standartlarına uyğun inkişaf etdirmək imkanı 
vermişdir. Bakı Dövlət Universitetinin timsalında dövlət təhsil 
müəssisələrində  tətbiq edilən bu yeni formanın üstünlüklərini  əyani 
surətdə görmək mümkündür. Əlavə vəsaitin əldə edilməsi universitetə öz 
işlərini dünya standartları  səviyyəsində qurmağa imkan vermiş, 
universitetin maddi-texniki bazası möhkəmlənmiş, tədris korpusları 
yenidən qurulmuş, dünya standartlarına cavab verən idman kompleksi, 
üzgüçülük hovuzu inşa edilmiş, elmi-tədqiqat laboratoriyaları  və böyük 
nəşriyyat yaradılmışdır. Universitetdə müvəffəqiyyətlə aparılan təhsil 
islahatları  nəticəsində  tədrisin keyfiyyəti yüksəlmiş, elmi-tədqiqat 
işlərində respublika miqyaslı nəticələr əldə edilmişdir. Sovetlər dövrü ilə 
müqayisədə son 10 ildə Bakı Universiteti Nəşriyyatında 70 ilə  bərabər 
dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar nəşr edilmişdir. 
Müstəqillik dövründə milli təhsil konsepsiyasının həyata ke-
çirilməsində 1999-cu ildə Heydər  Əliyev tərəfindən təsdiq edilmiş 
“Təhsil islahatı proqramı” olduqca mühüm rol oynadı. Dünya Bankı bu 
proqramı həyata keçirmək üçün 5 milyon dollar həcmində kredit ayırdı. 
Ölkədə özəl təhsil müəssisələrinin yaradılması, ayrı-ayrı idarə  və 
müəssisələrin, nazirliklərin, təhsil ocaqlarının sayca çoxalması  təhsil 
müəssisələrinə elmi-metodik rəhbərliyin vahid mərkəzdən həyata 
keçirilməsi, təhsil sisteminin daha da təkmilləşdirilməsi zərurətini irəli 
sürürdü. Bu məqsədlə möhtərəm prezidentimiz Heydər Əliyev 2000-ci il 
iyunun 13-də “Azərbaycan Respublikasında təhsil sisteminin 
təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu fərmana müvafiq 
tabeçiliyindən asılı olmayaraq respublikanın bütün təhsil müəssisələrinə 
elmi-metodik rəhbərlik Təhsil Nazirliyinə  həvalə edildi. Bu fərmanla 
Təhsil Nazirliyinin statusu artırılmaqla təhsilin təkmilləşdirilməsində 
onun öncül mövqeyi müəyyənləşdirildi. 
 Müstəqillik illərində ali məktəblərə  tələbə  qəbulunun təşkilində test 
üsulundan istifadə edilməsi qəbulun aparılmasında obyektivliyin 
artmasına, neqativ halların aradan qalxmasına kömək etməklə  qəbul 
sisteminin təkmilləşməsinə müsbət təsir göstərmişdi. Müstəqillik illərində 
əldə edilən  ən böyük nailiyyətlərdən biri orta ümumtəhsil və ali 
məktəblər üçün dərsliklərin hazırlanması  və çap edilməsi sahəsində 


 
68
həyata keçirilən tədbirlərdir. Orta məktəblər üçün hazırlanan orijinal 
dərsliklər, dərs vəsaitləri və proqramlarda azərbaycançılıq, öz soykökünə 
qayıtmaq, tarixi hadisələrin milli ideologiya ruhunda işıqlandırılması ön 
plana çəkilmişdir. Buna misal olaraq “Azərbaycan tarixi”, “Ədəbiyyat”, 
“Azərbaycan dili”, “Coğrafiya” və s. dərslikləri misal göstərmək olar. 
Dərsliklər, dərs vəsaitləri və proqramlar hazırlanarkən Avropanın 
qabaqcıl iş  təcrübəsindən istifadə onların keyfiyyətinə müsbət təsir 
göstərir. 
Keçid dövrünün çətinliklərinə baxmayaraq dövlət təhsil sisteminə 
ayrılan vəsaiti ilbəil artırırdı. Azərbaycanın bütün rayonlarında 
məktəbyaşlı  uşaqları  təhsilə  cəlb etmək üçün lazım olan miqdarda 
məktəblər açıldı, məktəb  şəbəkələrinin təkmilləşdirilməsi üçün hər cür 
şərait yaradıldı. Fikrimizi təsdiq etmək üçün rəqəmlərə diqqət yetirək. 
Əgər 1990-cı ildə Azərbaycanda 1 milyon 349 min şagirdi olan 4268 
dövlət ümumtəhsil məktəbi var idisə, 2000-2001-ci illərdə respublikada 1 
milyon 654 min şagirdi olan 4548 dövlət ümumtəhsil məktəbi fəaliyyət 
göstərmişdir. 
Müstəqillik illərində ali məktəblərə diqqət daha da artırılmış, onların 
miqdarı  əsaslı surətdə çoxalmış, yeni dövlət və özəl ali məktəblər 
yaradılmışdır. 2000-2001-ci illərdə respublikamızda 119,7 mindən çox 
tələbə təhsil alan 43 ali məktəb fəaliyyət göstərirdi. Bu ali məktəblərdən 
25-i dövlət təhsil müəssisəsi, 28-i isə özəl ali məktəblər olmuşdur. Dövlət 
ali məktəblərində 91 mindən çox, özəl ali məktəblərdə isə 28,7 mindən 
çox tələbə  təhsil alırdı. Dövlət ali məktəblərində 22135 nəfər, özəl ali 
məktəblərində isə 5 mindən çox professor-müəllim işləyirdi. 
Müstəqillik illərində  təhsil sahəsində  əldə etdiyimiz nailiyyətləri 
xalqımız zaman-zaman duyacaq, Heydər Əliyevin böyük xidmətlərini və 
uzaqgörənliyini bir daha dərk edəcək. 
Müstəqillik illərində ölkədə baş verən iqtisadi böhran respub-likada 
elmin inkişafına olduqca mənfi təsir göstərmişdi. Sovetlər dövründə 
dünya  şöhrəti qazanmış Azərbaycan elmi böhran keçirməyə başlamışdı. 
Elmə ayrılan dövlət vəsaitinin kəskin  şəkildə azalması, elmin maddi-
texniki bazasının ciddi surətdə zəifləməsi, elmi işçilərin maaşının olduqca 
az olması bu böhranı daha da dərinləşdirdi. Bütün bunlar azmış kimi 
hakimiyyətdə olan səriştəsiz bəylər Azərbaycan Elmlər Akademiyasının 
gərəksiz olması, onun bağlanması haqqında fikirlər irəli sürməyə  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə