Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə17/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

 
54
hazırlığın ilk mərhələsi idi. 1987-ci ildən başlayaraq ortaya atılan 
qondarma Dağlıq Qarabağ probleminin mahiyyəti  əslində Moskva 
tərəfindən dəstəklənən erməni daşnaklarının Qarabağı Azərbaycandan 
qoparmaq planının tərkib hissəsi idi. SSRİ hökuməti 1988-ci ilin 
martında Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının 
sürətləndirilməsi haqqında qərar q
əbul etdi. Bu qərarın  əsas mahiyyəti 
Dağlıq Qarabağın ayrıca subyekt kimi inkişafını  əsaslandırmaqla, 
vilayətin bir çox sosial-iqtisadi məsələlərinin həllini birbaşa ittifaq 
nazirliklərinə həvalə etməklə onun Azərbaycanın tərkibindən çıxmasının 
əsasını qoydu. Növbəti addım isə 1989-cu il yanvarın 12-də atıldı. SSRİ 
Ali Soveti Rəyasət Heyətinin Muxtar Vilayətdə xüsusi idarəetmə forması 
yaratmaq haqqında fərmanı  dərc edildi. SSRİ kütləvi informasiya 
vasitələrində dövlətin bu antikonstitusion fəaliyyəti təbliğ edilir, mənfi 
azərbaycanlı obrazı formalaşdırılırdı. SSRİ dövlətinin bu antikonstitusion 
və milli ehtirasları qarışdıran fəaliyyəti 1988-ci ildə həm Ermənistandan
həm də Dağlıq Qarabağdan kütləvi etnik təmizləmə  əməliyyatlarının - 
azərbaycanlıların kütləvi surətdə rus ordusunun təzyiqi altında qovulması, 
insan hüquqlarının kütləvi surətdə pozulması üçün şərait yaratdı. SSRİ 
hökuməti bilavasitə erməni millətçilərinin havadarı olan M.S. 
Qorbaçovun rəhbərliyi və göstərişi ilə bu ədalətsizliklərə qarşı öz haqq 
səsini ucaldan Azərbaycan xalqına divan tutmaq yoluna qədəm qoydu. 
1990-ci il yanvarın 20-də öz hüquqlarını, milli suverenliyini, 
Azərbaycan Respublikasının  ərazi bütovlüyünü qorumaq uğrunda 
mübarizə aparan, öz etiraz səsini ucaldan xalqa qarşı fövqəladə vəziyyət 
elan etmədən, heç bir xəbərdarlıq etmədən Sovet ordusunun xüsusi 
təyinatlı  dəstələri və daxili qoşunların iri kontingenti Bakı  şəhərini işğal 
etdi. Dünyada tayı-bərabəri olmayan 20 Yanvar faciəsi baş verdi. Xüsusi 
qəddarlıq və misli görünməmiş  vəhşiliklərlə müşayiət edilən bu 
əməliyyatda Rusiyanın müxtəlif regionlarından toplanmış ermənilərin 
iştirak etməsi silahsız dinc xalqın kütləvi surətdə  qırılmasına gətirib 
çıxardı. Sovet dövləti tərəfindən həyata keçirilən bu qəddar  əməliyyat 
dünya tarixində dövlətin öz vətəndaşlarına qarşı törətdiyi  ən qanlı 
cinayətlərdən biri hesab edilir. 
 
  
 
 


 
55
Bu dövrdə Azərbaycana başçılıq edən millət düşmənləri Ə.Vəzirov və 
A.Mütəllibov nəinki bu qanlı hadisənin qarşısını almadılar,  əksinə, 
cinayətkarlara kömək etdilər. XX əsr tarixində totalitarizmin törətdiyi ən 
qanlı cinayətlərdən hesab edilən 20 Yanvar faciəsinin səbəbkarlarının öz 
cəzalarını indi də almaması böyük təəssüf doğurur. Xalqımız 20 Yanvar 
faciəsi zamanı böyük itkilər versə  də, təcavüzə  məruz qalsa da Vətənin 
azadlığı  və müstəqilliyi uğrunda öz qəhrəmanlıq  əzmini bütün dünyaya 
nümayiş etdirdi. 
Xalqımız öz milli mənliyini qorumaq uğrunda  şəhidlik zirvəsinə 
yüksələn Vətən övladları ilə çox haqlı olaraq fəxr edir. Azərbaycan 
xalqının bu qanlı faciəsinin ağrı-acılarını, bütövlükdə böyük bir xalqın 
təcavüzə  məruz qalmasını  dərindən duyan, onu şəxsi faciəsi kimi 
qarşılayan, hamının susduğu, respublikamızın informasiya blokadasına 
salındığı bir zamanda ilk etiraz səsini ucaldan ulu öndər Heydər  Əliyev 
oldu. 
H.Əliyev ağır xəstə olduğuna baxmayaraq, övladları ilə birlikdə 1991-
ci il yanvar ayının 21-də Azərbaycanın cəlladlarına qarşı  qəzəb və 
hiddətini bildirmək üçün Azərbaycan Respublikasının Moskvadakı daimi 
nümayəndəliyinə  gəldi. Heydər  Əliyev öz dərin məzmunlu çıxışında bu 
qanlı hadisəni lənətlədi və Azərbaycan xalqına dərin hüznlə başsağlığı 
verdi. O, Bakıya qoşun yeridib dinc əhaliyə divan tutan SSRİ-nin və 
Azərbaycan SSR-in rəhbərlərinin xalqa zidd mənfur hərəkətlərini kəskin 
tənqid etdi, onlara cəza verilməsini tələb etdi. 
Heydər  Əliyevin bu çıxışı bütün beynəlxalq aləmdə böyük əks-səda 
doğurdu. Dünya ictimaiyyəti bu işin təşkilatçılarını  lənətləməyə başladı. 
Məhz Qorbaçovun bilavasitə göstərişi və rəhbərliyi ilə həyata keçirilən bu 
qanlı faciə parçalanmağa başlayan SSRİ-nin dağılmasını daha da 
tezləşdirdi. 
Heydər  Əliyevin bu dəhşətli faciəyə etiraz əlaməti kimi cinayətkar 
Kommunist Partiyasının sıralarını  tərk etməsi xalqını ürəkdən sevən 
böyük Vətən oğlunun çox ciddi addımı idi. 
 
  
 
 
 
 
 
 


 
56
II fəsil 
 
HEYDƏR ƏLİYEV 
VƏ MÜSTƏQİLLİK İLLƏRİNDƏ 
AZƏRBAYCANDA KİTABXANA İŞİ 
 
Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi 
tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. 
Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz 
dövlət müstəqilliyini,  əldə etdiyimiz milli azadlığı daim qoruyub 
saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və 
gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan 
ibarətdir. 
Heydər Əliyev 
 
1990-cı ilin əvvəllərindən SSRİ dağılmağa, müttəfiq respublikalar bir-
birinin ardınca öz müstəqilliyini elan etməyə başladı. Azərbaycan 
rəhbərliyinin SSRİ-ni saxlamaq üçün həyata keçirməyə çalışdığı cəhdlərə 
baxmayaraq, xalqın təzyiqi altında Azərbaycan Ali Soveti-nin sessiyası 
1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının dövlət 
müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul etdi. İmperiyanın 
güc toplayıb, təşəbbüsü 
ələ alacağına, SSRİ-nin yenidən 
möhkəmlənəcəyinə ümid bəsləyən respublika rəhbəri Ayaz Mütəllibov və 
onun əlaltılan Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında 
qanunun qəbul olunmasını xeyli yubatmağa müvəffəq oldular. Nəhayət, 
1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin 
sessiyasında “Azərbaycan Respublikası-nın Dövlət Müstəqilliyi haqqında 
Konstitusiya aktı” yekdilliklə  qəbul edildi. 1991-ci il dekabrın 29-da 
böyük çətinliklə  də olsa Azərbaycanda Konstitusiya aktına münasibəti 
bildirmək üçün Ümumxalq referendumu keçirildi. Referendumda iştirak 
edən əhalinin 95 faizi müstəqillik aktının lehinə səs verməklə öz iradəsini 
bildirdi. Tarix XX əsrdə Azərbaycan xalqına ikinci dəfə dövlət 
müstəqilliyi elan etmək, müstəqil, unitar və dünyəvi dövlət yaratmaq 
imkanı verdi. Lakin xalqımız  əsrlər boyu arzusunda olduğu dövlət 
müstəqilliyini qurmaq, inkişaf etdirmək, möhkəmləndirmək, müdafiə 
edib saxlamaq üçün böyük çətinliklər, daxili və xarici  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə