Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə15/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

 
48
istiqamətlərinin və inkişaf perspektivlərinin təyin edilməsi; kitabxana 
ehtiyatlarının formalaşdırılması, yerləşdirilməsi; siqnal biblioqrafik 
informa-siyaların, yeni daxil edilmiş  ədəbiyyat haqqında məlumatların, 
kitabxanalararası abonementin təşkili, az istifadə olunan ədəbiyyatın 
saxlanılması, kitabxana işində kompüterlərdən istifadə edilməsi haqqında 
vahid siyasətin aparılması  və s. filial kitabxanalarını müstəqil həll edə 
bilmədikl
əri bir çox məsələlərdən azad edir, onlara mərkəzi kitabxanadan 
istədiyi köməyi almaq imkanı yaradırdı. 
Mərkəzi kitabxananın ayrı-ayrı  şöbələrinin filial kitabxanalarının 
işinin təşkilində yaxından iştirak etməsi onların işini dövrün tələbləri 
səviyyəsində qurmaq üçün şərait yaradırdı. Bir sıra kitabxanaşünaslar 
mərkəzləşdirmənin filial kitabxanalarının müst
əqilliyinə  xələl gətirməsi 
haqqında fikirlər söyləsələr də, mərkəzləşdirmənin böyük üstünlükləri bu 
fikrin kölgədə qalmasına gətirib çıxartdı. Mərkəzləşdirmə zamanı  əldə 
edilmiş təcrübə bu fikirlərin yanlış olduğunu göstərdi. 
Nəhayət, mərkəzləşdirmə sovet kitabxana sistemində uzun il-lərdən 
bəri formalaşan və  həmin dövrdə meydana çıxan qüsurların və 
çatışmazlıqların aradan qaldırılmasına  şərait yaratmaqla yanaşı, bu 
sistemi təzələdi, müasirləşdirdi, durğunluğu aradan qaldırıb işlək bir 
sistemə çevirdi. Mərkəzləşdirilmədən keçən vaxt ərzində qazanılmış 
təcrübənin təhlili dediklərimizi təsdiq etməklə yanaşı, mərkəzləşdirilmi
ş 
sistemlərin işinin məqsədəmüvafiqliyini zəruri etdi. 
Doğrudur, 1990-cı illərdə rus mətbuatında mərkəzləşdirilmiş 
kitabxana sistemlərinin (MKS) nöqsanları, onların müasir dövrün 
tələblərinə cavab vermədiyi haqqında fikirlər səslənirdi. Lakin Rusiyanın 
kitabxana ictimaiyyəti bu fikirləri qəbul etmədi. Azərbaycanda isə belə 
fikirlər olmadığından  əhaliyə kitabxana xidmətində  mərkəzləşdirilmiş 
kitabxana sistemlərinin rolu yüksək qiymətləndirildi, onların işinin daha 
da təkmilləşdirilməsi haqqında tədbirlər görülməyə başlandı. 
Təsadüfi deyil ki, “Kitabxana işi haqqında” Azərbaycan 
Respublikasının Qanununda mərkəzləşdirilmiş kitabxana sistemləri 
(MKS) Azərbaycan kitabxana sistemlərinin  əsas tiplərindən biri kimi 
göstərilmişdir. 
 
  
 
 


 
49
Beləliklə, XX əsrin 70-ci illərindən ölkəmizin kitabxana sis-temlərinin 
təkmilləşməsi üçün böyük strateji əhəmiyyətə malik olan bir konsepsiya 
kimi qəbul edilmiş  mərkəzləşdirmə infor-masiyalaşdırma  əsri olan XXI 
əsrin kitabxanaların qarşısında qoyduğu tələblərə cavab verir, onun 
inkişaf etdirilməsi və təkmilləşdirilməsi zəruriliyini irəli sürür. 
Bu dövrdə respublikamızın iqtisadiyyat, elm və mədəniyyətin inkişafı 
sahəsində əldə etdiyi nailiyyətlər kitabxana işinin inkişafına böyük təkan 
vermiş,  əhaliyə kitabxana xidmətinin təşkili sahəsində mühüm uğurlar 
qazanılmasına imkan vermişdir. 
Kitabxanaların maddi-texniki bazası möhkəmlənmiş, kitabxana işinə 
ayrılan maliyyə  vəsaiti artmış, yeni kitabxana binaları tikilmiş, mövcud 
binalar əsaslı təmir edilmiş, kitabxanaların avadanlıqla, inventarla təchiz 
edilməsi işi xeyli yaxşılaşmış, kitabxana fondları durmadan zənginləşmiş, 
yeni kitabxanalar açılmış, bu kitabxanalar kadrlarla möhkəmləndirilmiş
kütləvi kitabxanaların mərkəzləşdirilməsi başa çatdırılmışdır. Son 15 il 
ərzində kitabxanalara 52 milyon manatdan artıq vəsait ayrılmış, xüsusi 
tipli 17 yeni kitabxana binası tikilmiş, kitabxanalara 32.214.750 manatlıq 
avadanlıq göndərilmişdir. Bu dövrdə kitabxanalara 19.296.450 milyon 
manatlıq 19.234.185 nüsxə kitab alınmış, kitabxana oxucularının sayı 
1.149.222 nəfər artmışdır. 
1970-1985-ci illərdə Azərbaycan kəndində  həyata keçirilən mədəni 
quruculuq tədbirləri daha intensiv olmuşdur. Kənd təsərrüfatının inkişafı 
sahəsində  əldə edilmiş böyük nailiyyətlər kəndin mədəni simasının 
kökündən dəyişməsinə  səbəb olmuş, mədəniyyət ocaqlarının maddi-
texniki bazası möhkəmlənmiş, onların şəbəkəsi qaydaya salınmış, əhaliyə 
mədəni xidmət işinin keyfiyyəti xeyli yaxşılaşmışdır. Bu dövrdə  kənd 
mədəniyyətinin mühüm sahəsi olan kitabxana işi sahəsində  əldə edilmiş 
nailiyyətlər daha sevindirici olmuşdur. 
1970-1985-ci illərdə kitabxana işi bilavasitə ölkə  mədəniyyətinin 
tərkib hissələrindən biri kimi dövlət qayğısı ilə  əhatə edilmiş, ilk dəfə 
olaraq respublikanın bütün yaşayış  məntəqələrində kitabxanalar 
yaradılmasına təşəbbüs göstərilmiş, 60-cı illərdə  ləğv edilmiş  kənd 
kitabxana  şəbəkəsinin bərpası başa çatdırılmış, kitabxana işi haqqında 
dövlət qərarları qəbul edilmiş, respublika kütləvi kitabxana şəbəkəsi  


 
50
mərkəzləşdirilmiş, kitabxanaların maddi-texniki bazası möhkəm-
ləndirilmiş  və kitabxana şəbəkəsi kəmiyyətcə artmış, həmçinin  əhaliyə 
kitabxana xidmətinin təşkilində  və  məzmununda yeni keyfiyyət 
dəyişikliyi baş vermişdi. Göstərilən dövrdə respublikamızda nəşriyyat 
işinin yenidən qurulması, yeni nəşriyyatların yaranması, kitab nəşri 
repertuarında milli ədəbiyyatın geniş yer tutması kitabxana fondlarının 
milli ədəbiyyatımıza, milli ideologiyamıza aid əsərlərlə zənginləşməsinə, 
onların oxucu sorğularının ödənilməsində yaxından iştirakına gətirib 
çıxarmışdı. 
15 il ərzində respublikamızda 1.200 yeni kitabxana açılmışdı ki, 
bunların da 1.100 kitabxana kənd yerlərində idi. 
Biz respublikamızda kitabxana işinin inkişafı sahəsində Heydər 
Əliyev dövrünü xarakterizə etmək üçün onun hakimiyyətə başladığı 
1969-cu ildən 1985-ci ilə  qədərki 15 illik dövrü mövcud statistik 
külliyyatlara əsaslanaraq təhlil etməyi məqsədəmüvafiq hesab etdik. Əgər 
1970-ci ildə Azərbaycanda 25 milyon 400 min nüsxə kitab fonduna malik 
2923 kütləvi kitabxana var idisə, 1985-ci ildə 38 milyon 800 min kitab 
fondu olan 4245 kütləvi kitabxana fəaliyyət göstərmişdir. Son 15 ildə 
kitabxanaların sayı 1322 ədəd, kitab fondu isə 13 milyon 400 min nüsxə 
artmışdır.  Əgər 1970-ci ildə kütləvi kitabxanalarda orta hesabla hər 100 
oxucuya 90 kitab düşürdüsə, kitabların miqdarı 1985-ci ildə 578-ə 
çatmışdı. Yəni son 15 ildə  hər 100 nəfərə düşən kitabların miqdarı 488 
nüsxə artmışdı. Bu dövrün ən böyük nailiyyəti onda idi ki, açılan yeni 
kitabxanaların  əksəriyyəti o vaxta qədər kitabxanaları olmayan yaşayış 
məntəqələrində açılmışdı. Bu da əhalini kitabxana xidməti ilə  təmin 
etməyə imkan verir, kitab mədəniyyətinin, informasiyanın geniş 
yayılmasını təmin edirdi. 
Bu dövrdə kitabxana quruculuğunun xarakterik xüsusiyyətlərindən 
biri uzun illər idi ki, dövlət orqanları  tərəfindən unudulmuş  kənd 
kitabxanalarının təşkilinə, onların maddi-texniki bazasının 
möhkəmləndirilməsinə göstərilən diqqət idi. Heydər  Əliyev hakimiyyəti 
dövründə kənd yerlərində 1192 yeni kitabxana açılmış, onların fonduna 7 
milyon 800 min nüsxə yeni kitab daxil olmuşdu. 1970-85-ci illərdə  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə