Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə23/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   19   20   21   22   23   24   25   26   ...   93

 
72
abidəsi olan xalq öz tarixi ilə fəxr edə bilən”.
1
 
Müstəqillik illərində Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının 
inkişafı, xalqımızın görkəmli yazıçılarının,  şairlərinin və yaradıcı 
ziyalılarının maddi vəziyyətinin yaxşılaşdırılması, yazıçıların  əsərlərinin 
nəşri və yayılması, görkəmli ədəbiyyat xadimlərinin cəmiyyətdə tutduğu 
mövqenin yaxşılaşdırılması, yaradıcı ziyalıların 
şəxsiyyətinin 
yüksəldilməsi üçün böyük tarixi əhəmiyyətə malik tədbirlər həyata 
keçirdi. Belə tədbirlər içərisində 1996-cı ildə M. Füzuli adına Beynəlxalq 
mükafatın təsis edilməsini, 1997-ci ildə “Azərbaycan yazıçılarına dövlət 
qayğısını artırmaq haqqında” prezident fərmanının imzalanmasını, 
“Azərbaycan”, “Qobustan”, “Ulduz”, “Литературный  Азербайджан” 
jurnallarının və  “Ədəbiyyat” qəzetinin nəşrinin dövlət hesabına həyata 
keçirilməsi haqqında sərəncam verilməsini, qocaman ədəbiyyat və 
incəsənət xadimləri, gənc istedadlı yazıçı və şairlər üçün fərdi təqaüdlərin 
təyin edilməsini, həmçinin elm, mədəniyyət, incəsənət, təhsil və digər 
sahələrdə xidmətləri olmuş 150 nəfərə prezident təqaüdünün təsis 
edilməsini göstərə bilərik. 
Müstəqillik illərində xalqımızın dövlət quruculuğu və  mədəni 
quruculuq sahəsində əldə etdiyi ən böyük uğurlardan biri də Azərbaycan 
dilinin dövlət dili statusu qazanması, onun bütün dövlət idarələrində  və 

əssisələrində  məcburi qaydada işləməyə başlanmasıdır. Azərbaycan 
dilinin dövlət dili kimi formalaşmasında, inkişafında və qorunmasında 
Heydər  Əliyevin müstəsna xidmətləri olmuşdur. Heydər  Əliyev 
Azərbaycan dilini çox sevir, bu dildə danışmaqla fəxr edirdi. Səlis 
Azərbaycan dilində danışan adamlara böyük hörmət edən Heydər Əliyev 
deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini 
- Azərbaycan dilini, dövlət dilini bilməlidir, Azər-baycan xalqının dili 
onun milli varlığını müəyyən edən başlıca amillərdəndin”.
2
 
Müstəqilliyimizin son bir neçə ilində Heydər Əliyevin Azərbaycan dili 
və əlifbası haqqında imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili 
haqqında” Qanunu (30 sentyabr 2002-ci il), “Dövlət dilinin tətbiqi işinin 
təkmilləşdirilməsi haqqında” (18 iyun 2001-ci il), “Azərbaycan 
Respublikası Dövlət dili Komissiyasının təşkilinin təsdiq edilməsi 
haqqında” (9 avqust 2001-ci il) fərmanlar və sərəncamlar ulu öndərin  
                                                 
1
  Kitabi-Dədə Qorqud ensiklopediyası.-B., 2000, cild 1.- S.12. 
2
 
 
Əliyev V. Heydər Əliyevin dil siyasəti.- B., 2003.-S.3. 
  
 


 
73
doğma Azərbaycan dilinə böyük qayğısınm təzahürü olmaqla müstəqillik 
illərində Azərbaycan dilinin inkişafı üçün böyük imkanlar açdı, dil 
haqqında dövlət siyasətinin ardıcıllıqla həyata keçirilməsi üçün qanuni 
baza yaratdı. 
Müstəqillik illərində dövlətimizin həyata keçirdiyi mədəni quruculuq 
siyasətinin tərkib hissələrindən biri də respublikada nəşriyyat işinin 
yenidən qurulması olmuşdur. 
Məlum həqiqətdir ki, müstəqil, suveren Azərbaycanda məd
əniyyətin, 
elmin, təhsilin, ədəbiyyat və incəsənətin, ümumiyyətlə, müasir maddi və 
mənəvi mədəniyyətin yaranması, inkişafı  və qorunması, cəmiyyətin 
inkişafına xidmət edən informasiyanın maddiləşdirilməsi və  tətbiqi 
sahəsində  nəşriyyat işinin rolu böyükdür. Müasir informasiya 
cəmiyyətində kitabsız heç bir inkişafdan danışmaq olmaz. 
Ulu öndər Heydər  Əliyev M.F.Axundov adına Milli Kitabxanada 
nəşriyyat işinin əhəmiyyətindən danışarkən demişdir: 
“Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, 
mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk 
növbədə ancaq kitab vasitəsilə  təhsil almış, elmlərə yiyələnmiş, həyatda 
yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə  də  hər birimiz 
kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları  nəşr 
etmək  əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün 
tədbirləri görməliyik. Mən respublikanın prezidenti bunu əsas 
vəzifələrimdən sayıram. 
Doğrudur, indiki ağır sosial-iqtisadi böhran dövründə, respublikamızın 
iqtisadiyyatında yaranmış  çətinliklərlə  əlaqədar və başqa ölkələrlə 
əlaqələrimizin məhdudlaşdığı bir vaxtda nəşriyyat işi də çox çətinliklərlə 
qarşılaşır. Bu, təbiidir. Ancaq biz bu çətinliklərin qarşısını almalıyıq, 
bunun üçün yeni-yeni yollar axtarmalıyıq. 
Həyatımız dəyişir, hər bir şey dəyişir. Biz bu dəyişikliklər prosesinin 
içindəyik. Keçmişdə  nəşriyyat işi dövlətin  əlində idi, onun tərəfindən 
maliyyələşdirilirdi və bunun sayəsində Azərbaycanda həmin sahə çox 
genişlənmişdi.  İndi dövlətin imkanlarının məhdudlaşdığı, sərbəst 
iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getdiyimiz bir vaxtda özəl 
bölməyə geniş imkanlar yaratmağa çalışdığımız və Azərbaycanda kiçik  


 
74
də olsa özəl bölmənin meydana çıxdığı bir vaxtda biz onun bütün 
imkanlarını  nəşriyyat işinin canlandırılmasına, inkişaf etdirilməsinə, 
xüsusən kitab nəşrinin genişləndirilməsinə cəlb etməli, yönəltməliyik”.
1
 
Heydər  Əliyevin böyük proqram əhəmiyyətinə malik olan bu çıxışı 
müstəqillik dövründə nəşriyyatların qorunub saxlanılmasına imkan verdi. 
Hakimiyyət böyük çətinliklə olsa da dövlət nəşriyyatlarına müəyyən 
qədər olsa vəsait ayırır, özəl nəşriyyatların yaranmasına  şərait yaradırdı. 
Dövlətin həyata keçirdiyi bu siyasət özünü doğrultdu, ölkədə özəl 
nəşriyyatların böyük şəbəkəsi yarandı. Ölkədə senzuranın ləğvi kitab çapı 
işində hər cür ideoloji maneəni aradan qaldırdı. 90-cı illərin əvvəllərində 
kitab çapı sahəsində baş verən böhran tədricən aradan qalxdı. Milli 
Məclisin müxtəlif vaxtlarda qəbul etdiyi “Kütləvi informasiya vasitələri 
haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Müəlliflik hüququ və 
əlaqəli hüquqlar haqqında”, “İnformasiya, informasiyalaşdırma və 
informasiyanın mühafizəsi haqqında”
2
 qanunları  və prezidentin “Xüsusi 
razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısınm təsdiq 
edilməsi haqqında” 4 oktyabr 1997-ci il tarixli fərmanı, Nazirlər 
Kabinetinin “Radio və televiziya verilişləri, nəşriyyat-poliqrafiya 
fəaliyyəti üzrə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq 
edilməsi haqqında” 16 aprel 1998-ci il tarixli 84 saylı  qərarı
3
 ölkədə 
nəşriyyat işinin hüquqi bazasının yaradılmasına, tənzimlənməsinə  və 
inkişafına böyük təkan verdi. Artıq 90-cı illərin ortalarından dövlət 
nəşriyyatlarının fəaliyyəti xeyli yaxşılaşdı, həmçinin respublikada onlarla 
yeni özəl nəşriyyat yarandı. 
90-cı illərin  əvvəllərindən fəaliyyətə başlayan özəl nəşriyyatların bir 
çoxu hər cür çətinliyə baxmayaraq öz maddi-texniki bazasını 
möhkəmləndirərək, kitab çapı  işində öncül mövqeyə  çıxmaqla dövlət 
nəşriyyatlarını üstələyirlər. Müstəqillik dövründə respublikamızda kitab 
nəşriyyatı sahəsində əldə edilən ən böyük nailiyyətlərdən biri Azərbaycan 
dilində kitab çapına xüsusi qayğı  və diqqət yetirilməsidir. Təxmini 
hesablamalara görə, çap edilən kitabların 85-90 faizi Azərbaycan 
dilindədir. Bunun da Azərbaycan kitabxana fondlarının milli kitablarla 
zənginləşdirməsində böyük əhəmiyyəti vardır. 
Müstəqillik illərində Azərbaycanda ulu öndər Heydər  Əliyevin 
rəhbərliyi ilə ictimai-siyasi və mədəniyyət sahəsində həyata keçirilən  
 
                                                 
1
 Müstəqillik yollarında.-B., 1997.-S.399-400. 
2
 Nəşriyyat işi.-B., 2000.-S.44. 
3
 Ələkbərova N. Mədəniyyət və siyasət.-B., 2000.-S.44. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə