Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə20/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   16   17   18   19   20   21   22   23   ...   93

 
63
artım 1996-cı ildə 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz, 
1999-cu ildə 7,4 faiz, 2000-ci ildə 11,3 faiz olmuşdur. 
Hökumətin həyata keçirdiyi islahatlar sosial yönümlü olduğundan 
əhalinin maddi vəziyyətinin yaxşılaşmasına,  əmək haqlarının 
artırılmasına yönəldilmişdi. 1994-1999-cu illərdə orta aylıq  əmək haqqı 
12 dəfə artmışdır. Dövlətin həyata keçirdiyi siyasət nəticəsində  əhalinin 
pensiya təminatı 
və müavinətlərin artırılmasına xüsusi qayğı 
göstərilmişdir. 
Heydər  Əliyevin iqtisadi siyasətində  əsas halqalardan biri də  kənd 
təsərrüfatının inkişaf etdirilməsi, aqrar islahatı olmuşdur. Bütün MDB 
ölkələrində ilk dəfə torpağın təmənnasız olaraq kəndliyə verilməsi, torpaq 
üzərində xüsusi mülkiyyətin yaradılması, kənddə sahibkarlığın gələcək 
inki
şafı regionların sosial-mədəni həyatı üçün olduqca böyük imkanlar 
açdı. Kolxoz və sovxozların ləğv edilməsi nəticəsində artıq 1995-ci ildə 
onların bazasında 35 minə yaxın kəndli-fermer təsərrüfatı yaradılmışdı. 
Ölkəmizdə aqrar islahatların müvəffəqiyyətli gedişi tezliklə bu sahədə 
dönüş yaradılmasına səbəb oldu. Artıq kənd təsərrüfatında 1998-ci ildə 4 
faiz, 1999-cu ildə 7,1 faiz artım olmuşdu.
1
 
Heydər  Əliyev tərəfindən Azərbaycan kəndində aqrar islahatı  həyata 
keçirmək üçün imzalanmış qanunlar və  fərmanlar aqrar islahatın  əsasını 
təşkil etmiş, Dövlət proqramının hazırlanması 
və 
qəbulunu 
əsaslandırmışdır. 1999-cu ildə prezident xüsusi fərmanla “1999-2000-ci 
illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və 
kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair 
Dövlət Proqramı”nı  təsdiq etdi. Bu proqram kənddə özəlləşdirmənin 
həyata keçirilməsinə böyük təkan verdi. Belə ki, 2002-ci ildə özəl 
sektorun payı 71 faizə qalxmışdı. 
Azərbaycan iqtisadiyyatının dirçəlişində və iqtisadiyyatında baş verən 
dərin böhranın aradan qaldırılmasında ulu öndər tərəfindən həyata 
keçirilən neft strategiyası mühüm əhəmiyyət kəsb etdi. İqtisadi və siyasi 
çətinliyə, böyük dövlətlərin təzyiqinə, Azərbaycan xalqının daxili və 
xarici düşmənlərinin hər cür ciddi-cəhdinə,   hədə-qorxusuna   baxma- 
                                                 
1
 Heydər Əliyev. Minilliklərin qovşağında. -B., 2001.- S. 49. 
 


 
64
yaraq dəmir iradəyə, böyük uzaqgörənliyə malik olan Heydər  Əliyev 
Azərbaycanın dövlət neft strategiyasını hazırlayıb uğurla həyata 
keçirməyə müvəffəq oldu. Böyük milli və beynəlxalq  əhəmiyyət kəsb 
edən, Azərbaycan dövlətçiliyi tarixində mühüm rol oynayan bu strategiya 
milli neft sənayesində yeni eranın başlanğıcı oldu. Məhz bu strategiya 
ABŞ  və Avropa ölkələri ilə iqtisadi və siyasi münasibətlərin 
yaranmasında böyük strateji əhəmiyyət kəsb etməklə, Azərbaycanın 
beynəlxalq əlaqələrinin möhkəmlənməsinə şərait yaratdı. 
1994-cü ilin sentyabrında dünyanın böyük ölkələrinin iri neft 
şirkətlərinin qatıldığı  “Əsrin müqaviləsi” adı ilə  məşhurlaşan neft 
müqaviləsinin bağlanması Azərbaycan iqtisadiyyatının  əsaslı dirçəlişinə 
səbəb oldu. 
Azərbaycan iqtisadiyyatının dirçəldilməsində  və inkişafında Avropa 
Birliyi TRASECA proqramı üzrə Avropa-Qafqaz-Asiya nəqliyyat 
kommunikasiyasının - Yeni İpək Yolunun işə düşməsi də mühüm 
əhəmiyyət kəsb etdi. Böyük İpək Yolu layihəsinin həyata keçirilməsi 
Azərbaycanı  nəqliyyat blokadasına almaqdan xilas etməklə, ona təzyiq 
göstərmək cəhdlərini də boşa çıxardı. Bu proqramın müəllifi və 
təşkilatçısı da Heydər Əliyev olmuşdur. 
Görülən tədbirlər mühüm nəticələr verdi. Tezliklə respublikada 
iqtisadi böhranın qarşısı alındı, iqtisadiyyatda dirçəliş dövrü başlandı. 
Əgər 1991-1994-cü illərdə ümumi daxili məhsul ildə orta hesabla 20-25 
faiz azalırdısa, 1996-2000-ci illərdə 39 faiz artmışdı. 2002-ci ildə ölkədə 
29, 6 trilyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdi.
1
 
Ölkədə iqtisadi böhranın aradan qaldırılması, iqtisadi dirçəliş baş 
verməsi  əhalinin sosial vəziyyətinin yaxşılaşmasına,  əmək haqqının 
artırılmasına, yoxsulluğun aradan qaldırılmasına 
şərait yaratdı. 
Respublikada  əmək haqqının qaldırılması, aztəminatlı ailələrə  və 
qaçqınlara müavinətlər verilməsi, təqaüdləri artırmaq üçün “Pensiya 
islahatı haqqında” Qanunun qəbul edilməsi, müəllimlərin, müharibə 
veteranlarının, müharibə  əlillərinin məişət  şəraitinin yaxşılaşdırılması 
üçün tədbirlər görülməsi, yeni iş yerlərinin açılması əhalinin maddi  
                                                 
1
 
Azərbaycan tarixi. VII cild.-B., 2003.-S.421. 
 


 
65
 
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev professor Abuzər 
Xələfova “Şöhrət” ordeni təqdim edərkən. 2000. 
 
vəziyyətinin yaxşılaşdırılmasına 
əhəmiyyətli təsir göstərdi. Bu 
məsələlərdən bəhs edərkən Heydər Əliyev yazırdı: “Qeyd etmək lazımdır 
ki, aparılan islahatların sosial yönümü və  əhalinin sosial müdafiəsi 
tədbirləri dövlətin iqtisadi siyasətində  mərkəzi yer tutur və bu sahədə 
müntəzəm olaraq məqsədyönlü iş aparılır. Son illər  əmək haqqının 
artırılması barədə dövlət tədbirlərinin həyata keçirilməsi nəticəsində 
işçilərin orta aylıq nominal əmək haqqı xeyli artmışdır. Son 5 ildə (1994-
1999-cu illər) orta aylıq  əmək haqqı 12 dəfə artaraq 184,4 min manat 
təşkil etmişdir. 2000-ci ilin yeddi ayı  ərzində bu göstərici artmaqda 
davam etmiş  və hazırda bir işçinin aylıq orta əmək haqqı 204,2 min 
manata bərabərdir”.
1
 
Beləliklə, Azərbaycan xalqı böyük öndərin müdrik daxili və xarici 
siyasəti sayəsində müstəqillik illərinin dərin iqtisadi, siyasi və sosial 
böhranından, tənəzzüldən, hər cür iqtisadi çətinliklərindən qurtardı. Ölkə 
möhkəm sabitliyə, iqtisadi qüdrətə, müasir ordu quruculuğuna, yüksək  
                                                 
1
 
Heydər Əliyev. Minilliklərin qovşağında.- B., 2001.- S. 52. 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə