Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə16/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

 
51
kitabxana işi sahəsində baş verən  ən böyük hadisə kitabxanaların 
oxuculara xidmət işində əldə etdiyi keyfiyyət göstəricisi idi. Bu göstərici 
özünü həm oxucuların sayının ilbəil çoxalmasında, həm də oxuculara 
kitab verilişinin dövriyyəsinin artmasında özünü göstərirdi. Rəqəmlərə 
diqqət yetirək. Əgər 1980-ci ildə bütün kütləvi kitabxanalarda 2,7 milyon 
oxucu olmuş və onlara 61,3 milyon kitab və jurnal verilmişdisə, müvafiq 
olaraq oxucular 1985-ci ildə 3,2 milyon, kitab və jurnal verilişi isə 68 
milyon nüsxə olmuşdur.  İl  ərzində  hər bir oxucuya verilən kitab və 
jurnalların sayı da əhəmiyyətli  şəkildə çoxalmışdı. Orta hesabla hər bir 
oxucuya 23 kitab düşürdü. Respublikamızda bu dövrdə kütləvi 
kitabxanalarla yanaşı, ayrı-ayrı nazirliklərin, idarə  və müəssisələrin
ictimai təşkilatların kitabxana şəbəkələrinin inkişafında mühüm inkişaf və 
tərəqqi baş vermişdi. Təhsil kitabxanaları böyük inkişaf yolu keçmiş, 
geniş ali məktəb kitabxanaları, orta ixtisas təhsil müəssisələri 
kitabxanaları, texniki peşə  məktəbi kitabxanaları, orta ümumtəhsil 
müəssisələri kitabxana şəbəkələri formalaşmışdı. Demək olar ki, 
respublikanın bütün orta məktəblərində müstəqil məktəb kitabxanaları 
yaradılmışdı. Təhsil kitabxanaları kütləvi kitabxanalardan sonra ən böyük 
şəbəkəyə çevrilmiş, respublikada sayca ikinci şəbəkə olmuşdu. 1982-ci 
ildə bu şəbəkədə 4 minə yaxın kitabxana fəaliyyət göstərirdi. Həmçinin 
Azərbaycan Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Neft 
Sənayesi Nazirliyinin və s. nazirliklərin, idarə  və müəssisələrin, 
Azərbaycan Milli Elmlər Akademiyasının, partiya və  həmkarlar 
təşkilatlarının kitabxanaları da respublikada elmin, mədəniyyətin inkişafı 
ilə əlaqədar olaraq inkişaf edib təkmilləşmişdi. Respublikamız kitabxana 
şəbəkəbrinin sıx yerləşdiyi böyük kitab sərvəti ölkəsinə çevrilmişdi. Əgər 
1970-ci ildə respublikada 25,4 milyon nüsxə kitab fonduna ma-lik 2923 
kütləvi kitabxana var idisə, 1985-ci ildə 38,8 milyon nüsxə kitab fonduna 
malik 4245 kütləvi kitabxana fəaliyyət göstərirdi. 15 il müddətində 
kütləvi kitabxanaların sayı 1322 ədəd artmış, kitab fondu isə 13,4 milyon 
nüsxə çoxalmışdı. 1981-ci ildə respublikamızda bütün növdən (kütləvi, 
elmi, təhsil, texniki və s.) olan kitabxanaların sayı 8905 ədəd, kitab fondu 
isə 29,8 milyon nüsxə olmuşdur. Bütün bu rəqəmlər respublikamızda 
 
 
 
  


 
52
Sovet hakimiyyəti illərində  əldə edilmiş  ən yüksək göstəricilər idi. 
Respublikamız bu göstəricilərə görə  də SSRİ respublikaları içərisində 
əvvəlinci yerlərdən birinə yüksəlmişdi. Bu göstəricilərin arxasında böyük 
yaradıcı əmək, iqtisadi-mədəni inkişaf, ciddi təşkilatçılıq işi, Azərbaycan 
mədəniyyətinə, kitab və kitabxana işinə xalq qayğısı, xalqın böyük oğlu 
H.Əliyevin iradəsi dayanmışdı. Kitabxana işi sahəsində əldə edilmiş ciddi 
nailiyyətlərin, böyük kəmiyyət və keyfiyyət göstəricilərinin,  əhaliyə 
kitabxana xidmətinin təşkilində baş verən proseslərin və qazanılmış 
nailiyyətlərin elmi təhlili məhz bu dövrün (1970-1985) respublikamızda 
kitabxana işinin tarixində yeni mərhələ - Heydər  Əliyev mərh
ələsi 
olduğunu söyləməyə imkan verir. 
70-ci illərdə xalq təsərrüfatı, həmçinin elm, təhsil, mədəniyyət 
sahələrində  əldə etdiyi nailiyyətlərə görə Azərbaycanın Sovetlər 
İttifaqının  ən qabaqcıl respublikalarından birinə çevrilməsi Heydər 
Əliyevin görkəmli bir dövlət xadimi kimi tanınmasına səbəb olmuş, ona 
böyük şöhrət gətirmişdi. Məhz buna görədir ki, 1976-cı ildə Sov.İKP-nın 
plenumu onu həmin dövrün ən ali rəhbərlik orqanı sayılan Sov.İKP MK 
Siyasi Bürosu üzvlüyünə namizəd seçdi. Belə bir yüksək vəzifəyə irəli 
çəkilməsi H.Əliyevin ölkə miqyasında qazandığı böyük nüfuzla əlaqədar 
idi. Heydər  Əliyevin Siyasi Büro üzvlüyünə namizəd kimi fəaliyyət 
göstərdiyi illərdə Azərbaycan xalq təsərrüfatı, iqtisadiyyatı  və 
mədəniyyəti böyük nailiyyətlər  əldə etməklə respublikanın ittifaq 
miqyasında nüfuzu, çəkisi yüksəlmiş,  əhalinin maddi rifah halı qat-qat 
yaxşılaşmışdı.  İllərdən bəri  ən ağır  şəraitdə yaşayan, mədəni cəhətdən 
geridə qalan Azərbaycan kəndinin həy-atında böyük dirçəliş baş vermiş, 
kəndlərimiz kütləvi halda yaşadığı palçıq daxmalardan çıxmış, özlərinə 
müasir yaşayış binaları inşa etmişdilə; Bu dövrdə  kəndlərimiz böyük 
tikinti meydançasını xatırladdı. 
Heydər  Əliyev Siyasi Büronun üzvlüyünə namizəd seçilməsi onun 
böyük Sovetlər İttifaqının ali rəhbərliyinə daxil olması, Azərbaycan üçün, 
Azərbaycan xalqı üçün isə yeni-yeni iqtisadi, siyasi və  mədəni inkişaf 
üfüqlərinin açılması demək idi. Məhz buna görədir ki, H.Əliyevin Siyasi 
Büronun üzvlüyünə namizəd seçilməsi onun doğma xalqı tərəfindən  


 
53
böyük bayram kimi qəbul edildi. Bu hadisə xalq təntənəsinə çevrildi. 
Heydər  Əliyevin Siyasi Büronun üzvlüyünə namizəd kimi 1976-cı ildən 
1982-ci ilə  qədər Azərbaycandakı  fəaliyyəti olduqca uğurlu olmuş, o öz 
nüfuzundan və imkanlarından müvəffəqiyyətlə istifadə edərək 
Azərbaycan iqtisadiyyatına milyard manatlarla əlavə  vəsaitin cəlb 
edilməsinə nail olmuş, ölkədə yüzlərlə yeni müəssisələrin tikilməsinə 
şərait yaratmışdı. 
1982-ci ildə H.Əliyev Siyasi Büronun üzvü seçildi və SSRİ Nazirlər 
Sovetinin birinci müavini təyin edildi. Onun Moskvaya getməsi ilə 
əlaqədar həyatının və fəaliyyətinin Azərbaycan mərhələsi başa çatdı. Bu 
mərhələ Heydər  Əliyevin həyatında çox şərəfli bir dövr olduğu kimi, 
Azərbaycamn həyatmda da uğurlu bir mərhələ kimi tarixin səhifələrinə 
həkk olunmuşdur. H.Əliyev Moskvaya gedəndən sonra da Azərbaycam 
həmişə öz nəzər-diqqətində saxlamaqla doğma respublika üçün əlindən 
gələni edir, ona daimi qayğı və yardım göstərirdi. 
Heydər  Əliyevin Moskvadan göstərdiyi ciddi köməyə baxmayaraq 
tezliklə respublikada onun yeri görünməyə başladı.  İqtisadiyyatın 
inkişafında yavaş da olsa tənəzzül baş verməyə, ideoloji və siyasi 
nöqsanlar baş qaldırmağa, idarəçilikdə  və kadr siyasətində ciddi 
nöqsanlar ortaya çıxmağa başladı. Respublikanın həyatında baş vermiş 
tənəzzül cəmiyyətin bütün sahələ-rində özünü göstərirdi. 
SSRİ-də başlanan yenidənqurma siyasəti, həyata keçirilən 
əsaslandırılmamış dəyişikliklər, bir-birinə zidd qəbul edilən qərarlar, milli 
siyasətdə buraxılan olduqca ciddi nöqsanlar, rus şovinizminin baş 
qaldırması ölkədə faciəli  şərait yaratmışdı. Mərkəzi hökumət imperiya 
siyasətinə 
əsaslanaraq müttəfiq respublikaların, xırda xalqların 
hüquqlarını tapdalayır, ölkədə diktatura möhkəmlənirdi. Məhz bütün 
bunlar SSRİ-nin dağılmasına yönəlmiş yolun başlanğıcı idi. 
M.S.Qorbaçov tərəfindən həyata keçirilən bu mənfur siyasətə qarşı çıxış 
edən Heydər  Əliyev  ədalətsizcəsinə Siyasi Büronun üzvlüyündən və 
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldı. 
Bu, ermənilər tərəfindən satın alınmış M.S.Qorbaçovun Azərbaycan 
xalqının başına gətiriləcək böyük bəlalarını həyata keçirilməsinə  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə