Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə24/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   20   21   22   23   24   25   26   27   ...   93

 
75
islahatlar sözsüz ki, kütləvi informasiya vasitələrindən, Azərbaycan 
mətbuatından da yan keçmədi. Milli mətbuatın inkişaf etdirilməsinə 
böyük qayğı göstərən Heydər  Əliyev müstəqil, suveren Azərbaycanın 
inkişaf etmiş, azad mətbuatının ya-radılmasını müstəqilliyimizin  əsas 
vasitəsi hesab edirdi. Söz və  mətbuat azadlığından danışarkən Heydər 
Əliyev yazırdı: “Bütün ümumi məqsədimiz mətbuata daha çox azadlıq 
verməkdir. Söz azadlığını daha da geniş  təmin etmək və Azərbaycanda 
demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir... Bu mənim 
siyasətimin bir hissəsidir”.
1
 
Doğrudan da ulu öndərin mətbuat haqqında fikirləri müstəqil 
Azərbaycanda ardıcıl olaraq həyata keçirildi. Azad mətbuata buxov olan 
senzura aradan götürüldü, ölkəmizin tarixində ilk dəfə olaraq, azad, 
müstəqil, demokratik mətbuat orqanları, müxtəlif siyasi partiyaların qəzet 
və jurnalları nəşr edilməyə başladı. 
1998-ci ilin 6 avqustunda Heydər  Əliyevin imzaladığı “Azərbaycan 
Respublikasında söz, fikir və  mətbuat azadlığının təmin edilməsi 
sahəsində  əlavə  tədbirl
ər haqqında” fərmanı ölkədə müstəqil, azad 
mətbuatın yaranıb inkişaf etməsi üçün geniş imkanlar açdı. 90-cı illərin 
sonlarında respublikamızda 8 dildə 300-dən artıq qəzet, 72 jurnal nəşr 
olunurdu. Bu qəzetlərdən kiçik bir hissəsi iqtidara, qalanları isə müxalifət 
partiyalara, ictimai təşkilatlara, qeyri-dövlət təşkilatlarına, kollektivlərə, 
idarə və müəssisələrə, ayrı-ayrı şəxslərə mənsub idi. M
ətbuat orqanlarının 
böyük  əksəriyyəti dövlətçiliyimizin, milli ideologiyamızın təbliğində 
yaxından iştirak edir, xalqımızın tarixi keçmişinin, milli adət-
ənənələrimizin yeni təfəkkür tərzi baxımından işıqlandırılmasında 
mühüm ideoloji iş görürlər. Mətbuatın mövcud reallığı  ən müxtəlif 
mövqelərdən işıqlandırması, mətbuatda plüralizmin, demokratiyanın 
inkişafına, insanların hadisələri müstəqil qiymətləndirməsinə  şərait 
yaradırdı. 
Müstəqillik dövründə Azərbaycan mətbuatında aparılan mütərəqqi 
islahatlarda, demokratik meyillərin inkişafında ulu öndər Heydər 
Əliyevin böyük xidmətləri göz önündədir. Məhz buna görədir ki, 2001-ci  
                                                 
1
 Yeni Azərbaycanın qurucusu.-B., 2002.-S.417. 
 


 
76
ildə “Ruh” Jurnalisləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya görə, 
Heydər Əliyev 2001-ci il üçün jurnalistlərin dostu elan edildi.
1
 
Müstəqillik illərində kütləvi informasiya vasitələrinin mühüm sahəsi 
olan radio və televiziya da böyük inkişaf yolu keçərək,  ən böyük 
şəbəkəyə çevrilmişdir. Əgər Sovet Azərbaycanında ancaq dövlət radio və 
televiziyası var idisə, müstəqillik illərində özəl radiolar və televiziya 
kanalları meydana gəldi. 2002-ci ildə 30-dan artıq radio və televiziyanın 
fəaliyyət göstərməsi bu sahənin inkişafını göstərən amillərdən biridir. 
Xalqımız Dövlət televiziyasının I və II kanalları ilə yanaşı, “ANS”, 
“Space”, “Lider”, “Azad Azərbaycan” kimi daimi fəaliyyət göstərən 
kanallara baxmaq imkanı  əldə etmişdir. Ölkədə radio və televiziya 
verilişlərini qaydaya salmaq, onların işini daha da təkmilləşdirmək 
məqsədi ilə 2002-ci il oktyabrın 5-də prezident fərmanı ilə yaradılmış 
“Milli Televiziya və Radio Şurası” mühüm rol oynadı.
2
 
Beləliklə, müstəqillik illərində respublikamızda hüquqi bazaya 
əsaslanan azad mətbuat meydana gəlib formalaşmış, söz azadlığı bərqərar 
olmuşdur. Bu da müstəqilliyimizin ən qiymətli bəhrəsidir. 
1993-cü ildə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, 
Heydər  Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan 
xalqının gələcək taleyində, dövlətçiliyimizin möhkəmləndirilməsində 
mühüm tarixi hadisəyə evrildiyi kimi mədəniyyətimizin mühüm tərkib 
hissəsi olan kitabxana işinin yenidən qurulmasında və inkişafında da yeni 
mərhələnin başlanğıcı oldu. 
Keçmiş sosializm cəmiyyətindən müstəqil Azərbaycan dövlətinə 
kitabxana işi sahəsində o qədər də ürəkaçan irs qalmamışdı. Doğrudur
Sovet hakimiyyəti illərində, xüsusilə 70-ci illərdə  və 80-ci illərin 
əvvəllərində kitabxana quruculuğu sahəsində xeyli iş görülmüş, geniş 
kitabxanalar  şəbəkəsi yaradılmış,  əhaliyə kitabxana xidmətinin təşkili 
istiqamətində mühüm addımlar atılmışdı. Belə ki, 1990-cı ilin 
əvvəllərində respublikada 120 milyondan artıq kitab fondu olan 10.000-ə 
yaxın kitabxana fəaliyyət göstərirdi. Bu kitabxanalar 4 milyon oxucuya 
xidmət edirdi. Bütün bunlara baxmayaraq əhaliyə kitabxana xidmətinin  
                                                 
1
 
“Xəlq qəzeti”.- 2002.- 23 mart. 
 
2
 
“Azərbaycan” qəzeti.- 2002.-10 oktyabr
 
 


 
77
təşkili dövrün tələblərinə cavab vermirdi. Kitabxanalar “qalıq” prinsipi 
əsasında maliyyələşdirildiyindən yeni kitabxanalar açmaq, onların maddi-
texniki bazasını möhkəmləndirmək, kitab fondlarını yeni ədəbiyyatla 
komplektləşdirmək böyük çətinliklər doğururdu. Kitabxana işinin idarə 
edilməsində, sosializm cəmiyyətinin təbiətindən doğan, illərdən bəri dərin 
kök salmış ciddi ideoloji, siyasi, antidemokratik prinsiplər hökm 
sürməkdə idi. Sosializmin əsas prinsipi olan sinfilik və partiyalıhq 
prinsipi kitabxana işinin və kitabxanaçılıq nəzəriyyəsinin canına 
hopmuşdu və kitabxana təcrübəsində geniş surətdə, məcburi qaydada 
tətbiq edilirdi. Kitabxanalar iki mühüm orqanın - partiya və dövlət or 
qanlarının nəzarəti altında fəaliyyət göstərirdi, təbliğat-təşviqat işində 
partiya təşkilatlarının dayaq bazaları hesab edildiklərindən yerlərdə 
onlara partiya təşkilatları rəhbərlik edirdi. Kitabxana işinə dövlət nəzarəti 
senzura - Baş Siyasi Mətbuat İdarəsi tərəfindən həyata keçirilirdi. 
Partiyalılıq prinsipinə əsaslanan totalitar senzura kitabxana fondlarının 
komplektləşdirilməsinə, onlardan istifadə edilməsinə, qorunub 
saxlanılmasına ciddi maneçilik törədirdi. Kitabxanalardan istifadə  işinə 
nəzarət qoyulması, fonddakı kitabların ancaq icazəsi olan oxuculara 
verilməsi qaydaları kitabxanalarda dünya təcrübəsində  bənzəri olmayan 
yeni fondlar – “xüsusi fondler” yaradılmasına səbəb olmuşdu. “Xüsusi 
fondler”da oxunmasına senzuranın icazə vermədiyi kitablar saxlanılırdı 
və onlardan ancaq icazə ala bilən oxucular istifadə edə bilərdilər. “Xüsusi 
fondler”ın formalaşması yüksək vəzifəli məmurlar tərəfindən həyata 
keçirilirdi. Belə  məmurların mütəxəssis olmaması, kitab repertuarından 
baş  çıxarmaması  bəzən  ən qiymətli, böyük elmi və  mədəni  əhəmiyyətə 
malik olan kitabların xüsusi fondlara düşməsinə, geniş oxucu kütləsinin 
istifadəsindən kənarda qalmasına səbəb olurdu. Bu antidemokratik, 
antihumanist iş üsulu ancaq yuxarıların göstərişi ilə  həyata 
keçirildiyindən yüzlərlə elmi, bədii, tarixi, nadir əsərlər ya məhv edilir, ya 
da ictimai istifadədən çıxarılırdı. Bu iş 30-cu illərdə, şəxsiyyətə pərəstişin 
şiddətləndiyi dövrdə daha kütləvi xarakter almış, “xalq düşməni” adı ilə 
həbs edilən görkəmli yazıçıların,  şairlərin, alimlərin  əsərləri kitabxa-
nalardan çıxarılıb məhv edilmişdi. 
Sovet kitabxanalarında tətbiq edilən antidemokratik iş formalarından 
biri də kataloqların tərtibi sahəsində tətbiq edilən qaydalar idi. Bu  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə