Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə19/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

 
60
təmin etməklə, bölgələrdə baş qaldırmış separatçı qüvvələri xalqın 
köməyinə arxalanaraq aradan qaldırdı. Ayrı-ayrı  dəstələrin və siyasi 
qurumların təşkil etdiyi silahlı  dəstələri ləğv etməklə Azərbaycanın 
nizami silahlı qüvvələrini - Milli Ordunu formalaşdırdı. 1994-cü ilin 
mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. 
Bütün bunlar tez bir zaman içərisində Azərbaycanda daxili vəziyyətin 
nizamlanmasına, sabitliyin möhkəmləndirilməsinə, hər  şeydən  əvvəl isə 
Azərbaycanın genefondunun qorunub saxlanmasına səbəb oldu. 
Müharibə getdiyi dövrdə  hər gün onlarla cavan igidlərimizin məhv 
olmasının qarşısı alındı. Analarımızın göz yaşları qurudu. Atəşkəs  əldə 
edilməsi ölkə iqtisadiyyatının dağılmasının qarşısını almaqla onun 
gələcək inkişaf təməlinin qoyulmasına səbəb oldu. 
Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində ölkənin 
beynəlxalq nüfuzu artdı. Dünyanın böyük dövlətləri Azərbaycana qarşı öz 
qeyri-müəyyən siyasətlərini dəyişdilər. 
1994-cü ilin sentyabrında respublikamızın iqtisadi inkişafı ta-rixində 
böyük  əhəmiyyət kəsb edən dünya dövlətlərinin, böyük şirkətlərin 
diqqətini cəlb edən “Əsrin müqaviləsi” adlandırılan ilk neft 
kontraktlarının imzalanması Azərbaycanı regionda ən mühüm strateji 
əhəmiyyət kəsb edən bir dövlətə çevirdi. 
1994-1995-ci illərdə prezident H.Əliyev çox böyük məharətlə daxili 
və xarici düşmənlər tərəfindən hazırlanmış bir neçə dövlət çevrilişi 
cəhdlərinin qarşısını aldı. Bütün bunlar xalqımızın öz dövlətçiliyinə  və 
prezidentinə inamını daha da artırdı. Beləliklə  də Azərbaycan özünün 
qanunçuluğu ardıcıllıqla müdafiə edən hüquqi dövlət olduğunu, 
vətəndaşların təhlükəsizliyini hər  şeydən yüksək tutduğunu sübuta 
yetirməklə beynəlxalq nüfuz qazandı. 
Ölkədə sabitlik yarandıqdan sonra Azərbaycan dövləti daha böyük 
demokratik islahatlar həyata keçirməyə, ölkənin ali qanunu olan 
Konstitusiya layihəsinin müzakirəsinə  və  qəbuluna başladı. Geniş 
demokratik  əsaslarla ümumxalq müzakirəsindən keçən müstəqil 
Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə 
referendumla qəbul edildi. Azərbaycan dövlətçiliyinin həyatında çox 
mühüm ali sənəd, dünyada ən demokratik konstitusiyalardan biri olan 
Azərbaycan Respublikasının 
 
  
 


 
61
Konstitusiyasının memarı ulu öndər H.Əliyev olmuşdur. Konstitusiyanın 
qəbulu ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun 
uğurla həyata keçirilməsinə əlverişli şərait yaratdı. 
1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikası 
parlamentinə mojaritar və proporsional sistemlə ilk seçkilər keçirildi. 
Azərbaycan parlamenti geniş qanunvericilik fəaliyyətinə başladı. 2002-ci 
ilin noyabrında isə yeni parlament seçkiləri keçirildi. Parlamentdə elm, 
təhsil, mədəniyyət, iqtisadiyyat, hüquq, ekologiya, sosial siyasət, insan 
hüquqları  və s. sahələr üzrə daimi komissiyalar təşkil olundu. Milli 
Məclis öz fəaliyyəti dövründə 1260-dan artıq qanun qəbul etmiş, 
Azərbaycan Respublikasının qanunvericilik bazasının möhkəm-
ləndirilməsində, respublikamızda demokratikləşmə prosesinin sürət-
ləndirilməsində, hüquqi dünyəvi dövlətin formalaşmasında böyük rol 
oynamışdır. Parlamentin qəbul etdiyi qanunlar əsasında Azərbaycanda 
ardıcıl olaraq siyasi, iqtisadi, hüquqi, demokratik islahatlar həyata 
keçirildi. Bu islahatlar ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla, onun 
dünyanın sivil dövl
ətləri sırasına çıxmasına imkan yaradırdı. 
Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılmasında, 
möhkəmləndirilməsində  əsas vasitələrdən biri dövlətin xarici siyasət 
konsepsiyasının hazırlanması idi. Müstəqilliyin ilk illərində bu sahədə 
heç bir dövlət konsepsiyası hazırlanmamış, düşünülməmiş addımlar 
atılmış, bəzi dövlət rəhbərlərinin beyn
əlxalq və dövlətlərarası 
münasibətlərlə bağlı  məsuliyyətsiz çıxışları respublikanın beynəlxalq 
nüfuzuna və ümumiyyətlə, dövlətçiliyimizə mənfi təsir göstərmişdi. 
Beynəlxalq siyasətin mahir bilicilərindən biri kimi tanınan bu sahədə 
çox böyük siyasi təcrübəsi olan Heydər  Əliyev hakimiyyətə  gəldikdən 
sonra ölkənin beynəlxalq münasibətləri sahəsində ciddi addımlar 
atılmağa, dövlət konsepsiyası hazırlanmağa başlandı. 
Dövlətin xaricisiyasətindən danışarkən Heydər  Əliyev deyirdi: 
“Azərbaycanın xarici siyasəti isə dünyanın bütün dövlətləri ilə 
bərabərhüquqlu surətdə faydalı  əlaqələr qurmaq, inkişaf etdirmək, bu 
əlaqələrdən həm Azərbaycan Respublikasının beyəlxalq mövqelərini  


 
62
möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, 
mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etmək məqsədini 
daşıyır. Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsipləri 
beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə 
hörmət etməkdən, bütün dövlətlərin suveren hüquqlarına hörmətlə 
yanaşmaqdan, bütün mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll 
etməkdən, qarşılıqlı faydalı iqtisadi, elmi və  mədəni  əməkdaşlıq 
yaratmaqdan, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri 
aradan qaldırmaqdan ibarətdir”.
1
 Bax bu mütərəqqi ideyalar Heydər 
Əliyevin xarici siyasət konsepsiyasının əsasını təşkil edirdi. 
Beləliklə, Heydər  Əliyevin hakimiyyətə  gəlişi ilə Azərbaycan 
diplomatiyasının uğurlu illəri başladı. Azərbaycan həm qonşuları ilə, həm 
də Avropa dövlətləri ilə öz münasibətlərini qaydaya saldı. Xalqımızın ən 
ağrılı problemi olan Qarabağ probleminin h
əllində  əhəmiyyətli uğurlar 
əldə edildi. Ermənistanın işğalçılıq siyasəti, Azərbaycana qarşı təcavüzü, 
Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi beynəlxalq təşkilatlar 
tərəfindən tanındı. Ümummilli lider Heydər  Əliyevin apardığı ardıcıl 
xarici siyasət öz nəticələrini verdi. Artıq 2001-ci ildə Azərbaycan 137 
ölkə ilə diplomatik əlaqələr qurmuş, Vyana Konvensiyasının iştirakçısı 
olan bütün ölkələrlə konsulluq münasibətləri yaratmışdı. Azərbaycanda 
63 xarici dövlətin səfirlikləri, Azərbaycanın isə 23 xarici ölkədə səfirliyi 
fəaliyyət göstərirdi. H.Əliyevin qayğısı sayəsində Azərbaycanın Xarici 
İşlər Nazirliyi dövlətimizin  ən mühüm nazirliklərindən biri kimi 
formalaşmış, çox münasib bina ilə  və maddi-texniki vasitələrlə  təmin 
edilmiş, kadr potensialı möhkəmlənmişdir. Azərbaycanın Müstəqil 
Dövlətlər Birliyinə daxil olması ölkənin iqtisadi inkişafında öz bəh-rəsini 
verməyə başladı. Bazar iqtisadiyyatına keçidlə  əlaqədar islahatların 
aparılması nəticəsində istehsalda 80-ci illərin axırından başlayan böhranın 
qarşısı alındı. 1996-cı ildən ümumdaxili məhsul artmağa başladı. Bu  
                                                 
1
 
Heydər Əliyev. Minilliklərin qovşağında.- B., 2001.- S. 42-43. 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə