Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə18/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   14   15   16   17   18   19   20   21   ...   93

 
57
düşmənlərə qarşı  ağır mübarizələr və dağıdıcı müharibə ilə üzləşdi. Bu 
dövrdə Azərbaycan rəhbərliyində gedən daxili çəkişmələr, hökumətin 
müstəqil daxili və xarici siyasət konsepsiyasının olmaması, Dağlıq 
Qarabağ problemini həll etmək üçün ardıcıl siyasət yeridə bilməməsi, 
ordunu vaxtında təşkil etməməsi, təslimçi siyasət yeritməsi Azərbaycan 
dövlətinin varlığını təhlükə qarşısında qoymuşdu. 
Məhz buna görədir ki, 1991-1992-ci illərdə Dağlıq Qarabağda 
vəziyyət daha da gərginləşdi, dəhşətli Xocalı faciəsi baş verdi. 
Azğınlaşmış düşmən heç bir tutarlı cavab almadığından ruhlanaraq 
torpaqlarımızı  işğal etməyə başladı. Bütün bunlar A.Mütəllibovun 
vəzifədən getməsi üçün şərait yaratdı  və o, Moskvaya öz havadarlarının 
yanına qaçdı. 1992-ci ildə Xalq Cəbhəsi-Müsavat birliyi hakimiyyəti ələ 
aldı. Səriştəsiz insanlardan ibarət olan bu dövlət ölkə daxilində gedən 
prosesləri tənzimləyə bilmədi, xaos, anarxiya, hərc-mərclik hökm 
sürməyə,  ən qorxulusu isə ölkə iqtisadiyyatı dağıdılmağa, milli 
sərvətlərimiz talan edilməyə başlandı. Ordu quruculuğunda da heç bir 
müvəffəqiyyət qazanılmadığından, ölkə torpaqlarının işğalı üçün əlverişli 
şərait yarandı.  Əliyalın xalq erməni təcavüzü qarşısında köməksiz 
qalmışdı. 
1993-cü ildə Xalq Cəbhəsinin silahlı  dəstələri arasında qanlı 
toqquşmalar başlandı. Gəncə qiyamı baş verdi. Ölkədə gündən-günə 
dərinləşən siyasi-iqtisadi, sosial və ordu quruculuğunda baş verən böhran 
hökuməti iflic vəziyyətinə saldı. Baş nazir, Milli Məclisin sədri, bütün 
güc nazirliklərinin rəhbərləri istefaya getdi. Bütün bunlar artıq 1993-cü 
ilin iyun ayında hökumət böhranını daha da dərinləşdirdi. Ölkədə 
hakimiyyətsizlik hökm sürməyə başlamışdı. Müdrik Azərbaycan xalqı 
böyük fəlakətin yaxınlaşdığını, müstəqilliyin ciddi təhlükə qarşısında 
qaldığım hiss edirdi. 
1993-cü ilin ortalarında Azərbaycanın bir neçə “müstəqil” bölgəyə 
parçalanması prosesi gedirdi və respublikamızda “xanlıqlar” deyilən 
qurumların yaradılması havası ilə yaşayan, lakin xalq tərəfindən 
tanınmayan bəzi üzdəniraq liderlər üçün hakimiyyət ehtirası Vətən, xalq, 
torpaq kimi müqəddəs anlayışlardan çox-çox yüksəkdə dururdu. Rusiya  


 
58
tərəfindən qızışdırılan bu üzdəniraq “liderlər” “Talış Muğan 
Respublikası”, “Ləzgistan dövləti” və “Bakı quberniyası” yaratmaqla 
ölkəni parçalamaq istəyirdilər. 
Məhz belə bir dövrdə, ölkəmizin real vətəndaş müharibəsi ilə üz-üzə 
dayandığı bir zamanda xalqın çoxdan bəri arzuladığı  şəxsiyyətin 
hakimiyyətə qaytarılması  uğrunda qurtuluş  hərəkatı başlandı. Qurtuluş 
hərəkatının başçıları sanki Allah təalanın Azərbaycan xalqının bu dar 
günü üçün qoruyub saxladığı, o dövrdə Naxçıvan Muxtar Respublikası 
Ali Sovetinin sədri işləyən Heydər  Əliyevin ölkə  rəhbərliyinə  gəlməsini 
tələb edirdilər. Müasir tariximizdə dönüş nöqtəsi sayılan bu tarixi zaman 
kəsiyində xalqımız onu ağır bəlalardan qurtaracaq bir xilaskar, gələcəyin 
yolunu göstərən  əfsanəvi bir qəhrəman hesab edir, bütün ümidini ona 
bağlayırdı. O zaman Naxçıvan blokada şəraitində idi. Gedib-gəlmək çətin 
olsa da Azərbaycanın ayrı-ayrı rayonlarından insanlar dəstə-dəstə oraya 
gedir, Bakıya böyük siyasətə qayıtmasını Heydər  Əliyevdən xahiş  və 
tələb edirdilər. 
1992-ci il oktyabrın 16-da “Səs” qəzeti vasitəsilə Azərbaycanın 91 
nəfər tanınmış ziyalısı “Azərbaycan sizin sözünüzü gözləyir” deyə 
Heydər Əliyevə müraciət etmişdi. İş o yerə gəlib çatmışdı ki, Azərbaycan 
Respublikasının prezidenti Əbülfəz Elçibəy vəziyyətin olduqca ağır və 
çıxılmaz olduğunu hiss edərək dəfələrlə kömək üçün Heydər  Əliyevin 
Bakıya gəlməsini xahiş etmişdi. Xalqın təkidli müraciətini nəzərə alaraq 
H.Əliyev 1993-cü il iyun ayının 9-da hökumətin onun ardınca göndərdiyi 
təyyarə ilə Bakıya gəldi.  İndi “H.Əliyevi hakimiyyətə  mən gətirmişəm”, 
“biz gətirmişik” deyənlərin sayı çoxdur. Ancaq o dövrdə baş verən 
hadisələrin analitik təhlili göstərir ki, H.Əliyevi hakimiyyətə bütövlükdə 
Azərbaycan xalqı gətirmişdir. Ayrı-ayrı insanlar, qurumlar, partiyalar isə 
xalqın tərkib hissəsidir. 
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali 
Sovetinin sədri seçildi. İyunun 24-dən etibarən isə Milli Məclisin qərarı 
ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə 
başladı. H.Əliyevin Ali Sovetin sədri vəzifəsinə seçildiyi gün 
Azərbaycanın müasir dövr tarixinə “Qurtuluş günü” kimi daxil oldu.  


 
59
Hadisələrin sonrakı inkişafı bu fikrin nə qədər düzgün olduğunu sübut 
etdi. Sözün həqiqi mənasında 15 iyun 1993-cü il Azərbaycan 
Respublikasının həyatında yeni dövrün başlanğıcı oldu. Müstəqil, suveren 
Azərbaycan dövlətçiliyinin həyatında yeni mərhələ - H.Əliyev mərhələsi 
başlandı. Bu mərhələnin proqram sənədi kimi Milli Məclisə  sədr 
seçildikdən sonra H.Əliyevin ilk çıxışına diqq
ət yetirək. Deputatların 
etimadına görə minnətdarlıq etdikdən sonra o dedi: 
“Mən bu gün burada uzun nitq söyləmək istəmirəm. Ancaq bir neçə 
söz var ki, mən onları deməyə borcluyam. İlk növbədə Milli Məclisin 
sədri kimi mən Azərbaycan Respublikasının tarixi nailiyyəti olan 
müstəqilliyi qorumağı, möhkəmləndirməyi özümün əsas vəzifələrimdən 
hesab edirəm. Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci ildə 
yaranmış ilk demokratik Azərbaycan Respublikasının  ənənələri  əsasında 
müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin 
olunmalıdır. 
Bu sahədə  nə lazımdırsa edəcəyəm və heç kəsin  şübhəsi olmasın ki, 
mən ömrümün bundan sonra qalan hissəsini harada olursa-olsun yalnız və 
yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə 
həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, 
Azərbaycan Respublikası bundan sonra heç vaxt müstəqilliyini 
itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq və heç 
bir başqa dövlətin əsarəti altına düşməyəcək”. 
Ulu öndərin proqram xarakterli bu çıxışı dövlətimizin və xalqımızın 
gələcək vəzifələrini müəyyənləşdirdi və o, bütün sonrakı fəaliyyəti boyu 
bu proqramın həyata keçirilməsini ön plana çəkdi. 
1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ 
əsasla, böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti 
seçdi. Heydər  Əliyev çox çətin bir dövrdə hakimiyyətə  gəlmişdi. O, 
tezliklə ölkəni gözləyən fəlakətdən, alovlanmaqda olan vətəndaş 
müharibəsindən, Azərbaycanın parçalanmasından, torpaqlarının işğal 
edilməsindən xilas etməli, müstəqil Azərbaycan dövlətçiliyini qoruyub 
saxlamalı idi. Böyük dövlətçilik ənənəsinə və siyasi təcrübəyə yiyələnmiş 
H.Əliyev ilk növbədə dövlət idarələrinin möhkəmləndirilməsini 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə