Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə12/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

 
38
Respublikası Dövlət Plan Komitəsi hər il orta hesabla 100 kənd 
kitabxanasının bərpa edilməsi haqqında plan hazırladı. 
H.Əliyevin ciddi cəhdi sayəsində ləğv edilmiş kitabxanaları təxminən 
4-5 ilə bərpa etmək mümkün oldu. Təkcə bu fakt H.Əliyevin Azərbaycan 
üçün  əvəzsiz rəhbər olduğunu, Azərbaycan mədəniyyətinin xilaskarı 
olduğunu aşkara çıxarır. 
70-80-ci illər respublikamızda kitabxana işinin inkişafı, yenid
ən 
qurulması  və kitabxana işi sahəsində böyük islahatlar dövrü olmuşdur. 
Məhz bu illərdə bütün SSRİ miqyasında kitabxana işi sahəsində sovet 
hakimiyyəti illərində ilk dəfə olaraq ölkədə əhaliyə kitabxana xidmətinin 
forma və  məzmununda, təşkilati prinsiplərində, kitabxana işinə 
rəhbərliyin təşkilati forması  və maliyyələşdirilməsi sahəsində  dərin 
islahatlar aparılmış, kitabxana işinin mərk
əzləşdirilməsi həyata 
keçirilmişdir. Həmçinin 60-70-ci illərdə respublikamızın mənəvi 
həyatında xalqımızın öz soykökünə, milli adət-ənənələrinə qayıtması 
prosesi geniş vüsət almış, bütün xalq kütləsini  əhatə etmişdi. Milli 
özünüdərk, milli mənlik  şüurunun yeniləşməsi, milli ideologiyanın 
formalaşması kitabxana işinə  də öz təsirini göstərmiş, kitabxana işinin 
məzmununda yeni dünyagörüşü, xalqın tarixini, dil və  ədəbiyyatını, 
incəsənətini, adət və  ənənələrini, vətən məhəbbəti və  vətənpərvərlik 
ideyalarını  təbliğ etmək prosesi başlanmışdı. Bu proses kitabxana işinin 
bütün formalarının - kitab fondunun komplektləşdirilməsi, oxuculara 
xidmət, kütləvi işlər və s. sahələri əhatə etmişdi. Bütün bunlar ölkəmizdə 
sovet senzurasının hökm sürdüyü, milli ideologiyaya düşmən 
ideologiyası kimi baxıldığı, milləti sevməyin millətçilik kimi 
qiymətləndirildiyi böyük rus şovinizminin hökmranlıq etdiyi bir dövrdə 
baş verirdi. 
70-80-ci illərdə kitabxana işi sahəsində baş verən bütün de-mokratik 
prosesləri o dövrün ictimai, siyasi və ideoloji həyatı fonunda araşdırıb 
təhlil etdikdə belə bir həqiqət aşkara çıxır ki, bütün bu işlərin baş tutması 
H.Əliyevin həyata keçirdiyi siyasət sayəsində mümkün olmuşdu. 
H.Əliyevin rəhbərliyi ilə reallaşan bütün ideoloji və siyasi tədbirlərin 
məzmununda milli ideologiya, milli şüur, xalqımızın mədəniyyətinin 
təbliği məsələləri qırmızı  xətlə keçirdi. Görülən işlər isə  nəticəsiz 
qalmamışdı. 
 
  
 
 


 
39
Kitabxanaların bu dövrdəki fəaliyyətinin təhlili göstərir ki, oxucuların 
milli mədəniyyətimizə,  ədəbiyyatımıza, Azərbaycan tarixinə, milli 
ideologiyaya dair nəşrlərə marağı olduqca çoxalmışdı. Çox fərəhləndirici 
haldır ki, Azərbaycan dilində olan kitablara da sorğu  əvvəlki illərə 
nisbətən qat-qat artmışdı. 
Sov.İKP MK 1974-cü ildə “Zəhmətkeşlərin kommunist tər-biyəsind
ə 
və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında” qərar 
qəbul etdi. Bu qərarda müasir mərhələdə kitabxanaların ideoloji, mədəni-
maarif və  məlumat funksiyaları müəyyənləşdirilmiş, kitabxanaların 
mərkəzləşdirilməsi məsələsi irəli sürülmüşdü. Bu qərarın qəbulundan 
dərhal sonra Azərbaycan KP MK onu həyata keçirmək üçün “Kitabxana 
işi haqqında” xüsusi qərar qəbul etdi. Bu qərarda kitabxana işinin 
mərkəzləşdirilməsinə  hərtərəfli kömək etmək rayon partiya komitələrinə 
bir vəzifə olaraq tapşırılmış, rayon xalq deputatları sovetləri icraiyyə 
komitələrinə kitabxana işinin yenidən qurulması üçün onların maddi-
texniki bazalarının möhkəmləndirilməsinə kömək etmək, bina və kadrla 
təmin etmək həvalə edilmişdi. Bu qərarın yerinə yetirilməsinə 
Azərbaycan KPMK-nın birinci katibi Heydər  Əliyev bilavasitə  nəzarət 
edirdi. Mərkəzi Komitənin qərarını yerinə yetirmək məqsədilə 
Azərbaycan Respublikasının Nazirlər Soveti də respublikada kitabxana 
işi haqqında qərar qəbul etdi. Kitabxana işinə bilavasitə  rəhbərlik edən 
Azərbaycan Mədəniyyət Nazirliyi respublikada kitabxana işinin 
mərkəzləşdirilməsinə  həsr edilmiş geniş kollegiya iclası keçirdi. 
Kollegiya respublikada kitabxana işinin mərkəzləşdirilməsinin 
proqramını, mərkəzləşdirmə planını və müddətini müəyyənləşdirən qərar 
qəbul etdi. 
Respublikada kitabxana işinin mərkəzləşdirilməsi bu plana müvafiq 
həyata keçirilməyə başladı. Bu planın həyata keçirilməsinə respublikanın 
bütün kitabxana ictimaiyyəti cəlb edilmiş, peşəkar kitabxana işçiləri 
yerlərdə mərkəzləşdirməyə hazırlıq işləri aparmaq üçün kənd rayonlarına 
ezam edilmişdilər. M.F. Axundov adına Respublika Kitabxanasının 
mütəxəssisləri mərkəzləşmənin metodik təminatında yaxından iştirak 
etməklə onun təşkilati işinə də əhəmiyyətli köməklik göstərirdilər. Kənd 
rayonlarında mərkəzləşmənin aparılmasında böyük çətinliklər qarşıya  


 
40
çıxırdı. Bu çətinliklər kitabxanaların maddi-texniki bazasının zəifliyində, 
müasir  şəraitə cavab verəcək kitabxana binalarının az olmasında, 
kitabxana kataloqlarının, uçot və hesabat işlərinin qaydasında 
olmamasında, mütəxəssis kitabxanaçı kadrların düzgün seçilib 
yerbşdirilməməsində özünü göstərirdi. Mərkəzləşdirməni müvəf-
fəqiyyətlə aparmaq üçün göstərilən nöqsanlar sürətlə aradan qaldırılmağa 
başladı. Bu işdə rayonun bütün ictimaiyyətinin iştirakı mühüm 
nailiyyətlər  əldə etməyə, mərkəzləşmə  işində dönüş yaratmağa böyük 
kömək etdi. 
Sovet hakimiyyəti illərində kitabxana işində aparılan ən böyük islahat 
olan mərkəzləşmə  işi müvəffəqiyyətlə başa çatdırıldı. Mərkəzləşmə 
nəticəsində respublikada 3174 filialı olan 69 mərkəzləşmiş rayon 
kitabxana sistemi yaradıldı. Kənd kitabxa-nalarında rayon kitabxanaları 
mərkəzi kitabxana kimi, rayon uşaq kitabxanaları  və müstəqil kənd 
kitabxanaları isə onların filialı kimi formalaşdı. Respublikamızın 8 
şəhərində 111 filialı olan mərkəzləşdirilmiş sistem yaradılmışdı. Rayon 
kitabxanalarının mərkəzləşməsinin müvəffəqiyyətlə başa çatmasına 
baxmayaraq,  şəhər kitabxanalarının, xüsusilə Bakı  şəhər kütləvi 
kitabxanalarının mərkəzləşməsi prosesini müəyyən obyektiv və subyektiv 
çətinliklər üzündən tam başa çatdırmaq mümkün olmamışdı.  Şəhər 
kitabxanalarında mərkəzləşmənin aparılması 80-ci illərin  əvvəllərinə 
qədər davam etdi. 
Respublikamızda kitabxana işinin inkişafında 1970-85-ci illər yeni 
mərhələ kimi xarakterizə olunur. Məhz bu mərhələdə kitabxana işi 
sahəsində baş verən çox dərin dəyişikliklər, kitabxana işinin əsaslı şəkildə 
yenidən qurulması bilavasitə ölkənin kitaba və məlumata olan tələbatının 
obyektiv şəkildə artması ilə əlaqədar idi. Bütün bu dəyişikliklər kitabxana 
işinin yenidən qurulması sahəsində indiyə  qədər həll edilməsi mümkün 
olmayan bir çox keyfiyyətcə yeni, mürəkkəb problemlərin həll edilməsinə 
imkan verdi. Bu problemlər içərisində: mərkəzləşdirmənin həyata 
keçirilməsi ilə  əlaqədar kütləvi kitabxana şəbəkəsinin və digər 
kitabxanaların köklü şəkildə yenidən təşkili; kitabxanaların məlumat 
fəaliyyətinin inkişafı ilə  əlaqədar olaraq onların funksiyalarının 
əhəmiyyətli dərəcədə genişlənməsi; kütləvi kitabxana fondlarının 
formalaşmasına yanaşmanın əsaslı şəkildə dəyişməsi; depozitar kitabxana  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə