Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə11/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

 
35
bazası möhkəmləndirilmiş, hər bir cildin tirajı isə  nəzərdə tutulmuş 50 
mindən 80 minə qaldırılmışdı. 
70-80-ci illərdə respublikamızda təhsil və xalq maarifi sahəsində 
dönüş yarandığı kimi, mədəni-maarif müəssisələrinin inkişafında da 
mühüm nailiyyətlər  əldə edilmiş, böyük mədəni-maarif hərəkatı, xalqın 
mədəni yüks
əlişində, mənəvi tərbiyə sahəsində yeni mərhələ başlanmışdı. 
Tərbiyə prosesində kütləvi informasiya vasitələri, o cümlədən dövri 
mətbuat, radio və televiziya ilə yanaşı olaraq mədəni-maarif müəssisələri: 
mədəniyyət sarayları, mədəniyyət evləri, klublar, xalq universitetləri və s. 
yaxından iştirak edirdi. Dövlət mədəni-maarif müəssisələri  şəbəkəsinin 
genişlənməsinə, maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi 
diqqət yetirməyə başlamışdı. Doğrudur, 70-ci illərə 
qədər 
respublikamızda mədəni-maarif müəssisələrinin təşkili və onların işini 
yaxşılaşdırmaq sahəsində xeyli iş görülmüşdü. Ancaq görülən işləri 
qənaətbəxş hesab etmək olmazdı. Xüsusilə  kənd yerlərində onların 
şəbəkəsi çox zəif inkişaf etmişdi. Maddi təminat müasir dövrün 
tələblərinə cavab vermirdi. Məhz buna görədir ki, 70-80-ci illərdə 
H.Əliyevin bilavasitə  rəhbərliyi ilə bu mühüm işə xüsusi qayğı 
göstərilməyə başlandı.  İlk növbədə respublika klub və  mədəniyyət 
evlərinin vəziyyəti öyrənilib təhlil edildikdən sonra yeni beşillikdə bu 
sahəyə ayrılan vəsaitin miqdarı xeyli çoxaldıldı. Xüsusilə kənd yerlərində 
mədəniyyət evi və klub tikintisinə diqqət artırıldı. Belə bir faktı 
göstərmək kifayətdir ki, 70-80-ci illərdə 220 min yerlik 1066 mədəniyyət 
evi və klub müəssisəsi, 50 min yerlik 111 kinoteatr tikilib istifadəyə 
verilmişdir. Bir qayda olaraq məhsul toplanışı zamanı Azərbaycanın kənd 
rayonlarına baş  çəkən H.Əliyev rayon mərkəzlərində  və  kəndlərdə 
təsərrüfat işləri ilə maraqlanmaqla yanaşı, kənd mədəniyyəti ocaqlarının 
fəaliyyəti ilə  də tanış olur,  onların işinin yaxşılaşdırılması  və yeni 
mədəni-maarif müəssisələrinin yaradılması haqqında göstərişlər verir, 
növbəti səfər zamanı öz gös-tərişlərinin nəticəsini yoxlayırdı. Ona görə 
də yerli rəhbər işçilər Heydər  Əliyevin göstərişlərini sözsüz yerinə 
yetirməyə məcbur idilər. 
 
  
 
 
 
 
 


 
36
70-80-ci ilbrdə mədəniyyətimizin mühüm sahəsi olan kitabxana işinin 
yenidən qurulması və inkişafı sahəsində də çox böyük işlər görülmüşdü. 
Əhaliyə xidmət etmək üçün böyük elmi, elmi-texniki, xüsusi, təhsil və 
kütləvi kitabxanalar şəbəkəsi yaranmışdı. Respublikada 1969-cu ildə 60 
milyon nüsxəyə  qədər kitab fondu olan 8.184 kitabxana fəaliyyət 
göstərirdi. Ancaq bu rəqəm heç də ölkədə kitabxana işinin yüksək 
səviyyəsindən x
əbər vermirdi. Respublikamız  əhaliyə kitabxana 
xidmətinin təşkili sahəsində SSRİ-nin bir çox respublikalarından geri 
qalırdı. Xüsusilə  kənd rayonlarında  əhaliyə kitabxana xidmətinin təşkili 
ürəkaçan səviyyədə deyildi və dövrün tələblərindən geri qalırdı.  İllərdən 
bəri davam etməkdə olan bir sıra nöqsanlar hələ  də qalmaqda idi. Bu 
nöqsanlar kitabxana şəbəkələrinin düzgün yerləşdirilməməsind
ə, 
kitabxanaların maddi-texniki bazasının zəifliyində, kitabxana fondlarının 
lazımi səviyyədə formalaşmamasında, kitab fondunun komplekt-
ləşdirilməsinin təşkilati prinsiplərində  və maliyyələşdirilməsində, 
əhalinin kitabxana xidməti ilə tam əhatə edilməməsində, müxtəlif tipli 
kitabxanaların işinin  əlaqələndirilməməsində, metodik təminat işinin 
təşkilində 
və s. özünü göstərirdi. Kitabxanaların planauyğun 
yerləşdirilməsində  də ciddi nöqsanlar var idi. Belə ki, kənd sovetlərinin 
və kolxoz idarələrinin yerləşdiyi kəndlərdə bir neçə kitabxana - dövlət 
kənd kitabxanası, həmkarlar ittifaqı kitabxanası, kolxoz kitabxanası 
olduğu halda, bir çox kəndlərdə bircə kitabxana da yox idi. Şəhərlərdə də 
vəziyyət eyni ilə belə idi. Məsələn, Bakının mərkəzində müxtəlif 
təşkilatların bir-birinə yaxın məsafədə onlarla kitabxanası olduğu halda, 
yeni yaşayış massivlərində kitabxanalar az idi. Belə hallar oxucularm 
kitabxanaya getməsi üçün saatlarla vaxt itirməsinə səbəb olurdu. Ən ciddi 
nöqsanlardan biri bu dövrdə respublikamızda olan yaşayış 
məntəqələrindən 18 faizində kitabxanaların olmaması idi. 1960-cı il 
statistikasına görə, respublikamızın kənd rayonlarında 4610 yaşayış 
məntəqəsindən ancaq 1896-da kütləvi kitabxana fəaliyyət göstərirdi. 
Bütün bunlar azmış kimi, 60-cı illərdə respublikamızın mədəni həyatında 
mühüm yer tutan kitabxana işinə ağır bir zərbə vurulmuşdu. Bu zərbənin 
özümüzün  


 
37
başabəla partiya və dövlət rəhbərlərimiz tərəfindən vurulması olduqca 
böyük təəssüf hissi doğururdu. 
Mədəniyyətimizə çox böyük zərbə olan belə bir hadisəni yada salmaq 
yerinə düşər. 
O dövrdə Sov.İKP MK-nın katibi işləyən  Şepilov 1960-cı ildə 
Respublika Kommunist Partiyası  Mərkəzi Komitələrinə, Nazirlər 
Sovetlərinə və Mədəniyyət Nazirliklərinə m
əktubla müraciət edərək tələb 
etmişdi ki, ölkənin büdcəsində ciddi çətinliklər olması, büdcənin 
dolmaması  və büdcə  xərclərinin artması ilə  əlaqədar mədəniyyət 
sahəsində ixtisarlar aparılmalı,  əldə edilən vəsait ittifaq büdcəsinə 
yönəldilməlidir. Bəs görək bu məsələni respublikamızın rəhbərləri necə 
həll etdilər? Milli təəssübkeşlikdən və milli qürurdan uzaq düşmüş 
səriştəsiz məmurlar belə  qərara gəldilər ki, Azərbaycan kəndlərində  əsl 
mədəniyyət ocağı kimi fəaliyyət göstərən kənd kitabxanalarını ictimai 
əsaslara kesirməklə  ləğv etsinlər,  əldə edilən vəsaiti SSRİ büdcəsinə 
keçirsinlər. Belə  də etdilər. O zamankı Azərbaycan mədəniyyət naziri 
A.Bayramov  əmr verib 500 kənd kitabxanasını  ləğv etdi. A.Bayramov 
ixtisasca geoloq idi. Əvvəllər Azərbaycan KP MK-nın ideoloji işlər üzrə 
katibi işləmiş, oradan çıxarıldıqdan sonra mədəniyyət naziri vəzifəsinə 
göndərilmişdi. O, mədəniyyət sahəsində az səriştəsi olan bir adam idi. 
Mən sonralar bu hadisəni  şərh edərkən yazmışdım: Gərək 500 
kitabxananı ləğv edilməsi ilə bağlı əmrə qol çəkərkən nazirin əmrə imza 
atan əlləri quruyaydı. 
Ancaq nazirin əlləri qurumadı, 500 kitabxana ləğv edildi. Onların 
uzun illər boyu yığıb saxladıqları fondları dağıdıldı, avadanlaqları talan 
edildi. Bir çox kəndlərdə bu kitabxanaların binaları alınıb başqa 
müəssisələrə verildi. 
Sonralar məlum oldu ki, bu problemi qonşu müttəfiq respublikalar 
başqa cür həll etmişlər. Onlar böyük müəssisələrin hər birindən bir-iki 
nəfər ixtisara salmaqla məsələni həll etmiş, bir kitabxananı da ləğv 
etməmişdilər. 
H.Əliyev hakimiyyətə  gəldikdən sonra bu məsələ ilə maraqlanmış, 
onun ciddi səhv olduğunu bildirmiş  və bu səhvi düzəltmək üçün 
göstərişlər vermişdi. H.Əliyevin bu göstərişindən sonra Azərbaycan  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə