Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə10/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

 
32
Bu dövrdə Azərbaycan musiqi mədəniyyəti yüksək inkişaf 
səviyyəsinə qalxmaqla, dünya şöhrəti qazanmağa müvəffəq ol-muşdur. 
Dünya  şöhrətli bəstəkarlardan Qara Qarayevin, Fikrət  Əmirovun, 
Süleyman  Ələsgərovun  əsərləri dünyanın böyük konsert salonlarından 
səslənməyə başlamışdır. 
70-80-ci illər dramaturgiyada, kino sənətində, memarlıqda, 
rəssamlıqda, heykəltəraşlıqda, ifaçılıq sənətində  də böyük izlər qoymuş, 
dahi sənətkarlar yetişdirmişdir. 
H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun şəxsi təşəbbüsü 
və qayğısı sayəsində  ədəbiyyatımıza və incəsənətimizə diqqət və qayğı 
böyük vüsət almış, “Xalq yazıçısı”, “Xalq rəssamı” fəxri adları  təsis 
edilmiş, yeni ədəbi-bədii jurnallar nəşrə başlamış, yaradıcı ziyalıların 
sosial vəziyyətini yaxşılaşdırmaq, ictimai nüfuzunu artırmaq üçün ciddi 
dövlət tədbirləri görülmüşdü. 
1970-80-ci illərdə respublikamızın elm və mədəniyyət xadim-lərindən 
10 nəfərdən çoxu ən yüksək fəxri ada - Sosialist Əməyi Qəhrəmanı adına 
layiq görüldü. Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə 
İbrahimov, Fikrət  Əmirov, Qara Qarayev, Niyazi, Rəşid Behbudov, 
Mustafa Topçubaşov, Mikayıl Hüseynov kimi böyük sənətkarların 
Sosialist  Əməyi Qəhrəmanı adını alması H.Əliyevin tarixi xidməti idi. 
Qeyd etmək yerinə düşər ki, o vaxta qədər Sosialist Əməyi Qəhrəmanı 
fəxri adına layiq görülən Azərbaycan yazıçısı olmamışdı. 
Dahi dövlət xadimi H.Əliyev Azərbaycan mədəniyyətinin görkəmli 
xadimlərinin adlarını  əbədiləşdirmək məqsədilə uzaqgörən, cəsarətli 
addımlar atdı. Vətənin bütün guşələrində Azərbaycanın böyük 
şəxsiyyətlərinin: yazıçıların, şairlərin, incəsənət xadimlərinin, o cümlədən 
Nizami Gəncəvinin, Üzeyir Hacıbəyovun, Nəriman Nərimanovun, 
Məhəmməd Füzulinin, M.F.Axundovun, H.Cavidin və başqalarının 
heykəlləri ucaldıldı. Şuşada Molla Pənah Vaqifin məqbərəsi tikildi. 60-cı 
illərin sonuna qədər ittifaqda olduqca az tanınan Azərbaycan 
Respublikası  və Azərbaycan xalqı öz layiqli adının və nüfuzunun sahibi 
oldu. Azərbaycan böyük Sovetlər  İttifaqının iqtisadi və  mədəni inkişafı 
ilə fərqlənən ən qabaqcıl respublikalarından birinə çevrildi. 
 
  
 
 
 


 
33
Repressiya qurbanları olan bir çox yazıçılar,  şairlər, alimlər, dövlət 
xadimləri, görkəmli ziyalılar bəraət aldı, onların əsərləri xalqa qaytarıldı, 
əsərləri çap edilib yayılmağa başladı. 
Bütün bunlar öz soy-kökünə qayıtmaq, repressiya qurbanlarını, 
görkəmli  şəxsiyyətləri üzə  çıxarmaq, təbliğ etmək, onların adını 
əbədiləşdirmək böyük siyasətə uyğun gəlmədiyindən birmənalı 
qarşılanmırdı, ciddi ideoloji mübarizə  şəraitində  həyata keçirilirdi. 
Azərbaycan xalqının düşmənləri ayıq idi. Xalqımızın milli ənənələri, 
milli dirçəlişi ilə bağlı  həyata keçirilən hər bir tədbir  əks hücumlara 
məruz qalırdı. Erməni millətçiləri öz havadarları olan Moskvaya 
Azərbaycan xalqına qara yaxan minlərlə məktub yazır, rus şovinistləri isə 
bu məktublara müvafiq tədbirlər görürdülər. 
1970-ci ildə görkəmli dövlət xadimi Nəriman Nərimanovun 100 illik 
yubileyi münasibətilə Bakı  şəhərində heykəli qoyulmalı idi. Bu işdən 
xəbər tutan erməni daşnakları  və onların havadarları    olan    rus  
şovinistləri  bu  tədbirin  qarşısını  almaq  üçün N.Nərimanova  əvvəlki 
illərdə verilmiş “millətçi” damğasını yenidən   gündəmə      gətirməyə   
çalışdılar.   Yubileyin   keçirilməsi müvəqqəti olaraq dayandırılsa da, 
Heydər  Əliyevin böyük səyi və mübarizəsi nəticəsində  bu        təhlükənin 
qarşısı alındı. H.Əliyevin bu qələbəsi xalqın qələbəsi idi. Azərbaycan 
milli mənliyinin, milli ideologiyasının qələbəsi idi. Məhz bu dövrdən 
ermənilərin Azərbaycan həqiqətlərinə, Azərbaycan milli mədəniyyətinə, 
milli adət-ənənələrinə qarşı  çıxmalarının, bir qayda olaraq hər dəfə 
müvəffəqiyyət qazanmalarının qarşısı alındı, necə deyərlər, daş qayaya 
rast gəldi, qaya qarşısında parçalandı. Mikoyanlar, şaumyanlar və başqa 
məkrli qüvvələr yerində oturduldu. Xalqımızın dahi oğlu N.Nərimanova 
Azərbaycan xalqının düşmənləri olan daşnaklar və onların havadarları 
tərəfindən  ədalətsizcəsinə vurulmuş “millətçi”lik damğası xalqımızın 
digər dahi oğlu H.Əliyev tərəfindən ləğv edildi. Ədalət zəfər çaldı. 
Respublikamızda Nəriman Nərimanovun 100 illiyi böyük tən-tənə ilə 
qeyd edildi, Bakı  şəhərində onun əzəmətli heykəli ucaldıldı. Zaman 
keçəcək, nəsillər bir-birini əvəz edəcək, ancaq qədirbilən Azərbaycan 
xalqı böyük öndər H.Əliyevin bu xidmətini heç zaman unutmayacaq. 
 
  
 
 
 


 
34
XX  əsrin 70-80-ci illərində respublikamızda baş verən ümumi milli 
yüksəliş xalqımızın tarixi keçmişinə marağı artırmış, milli mənəvi 
həyatda dircəlişə  səbəb olmuşdu. Kitab nəşri və milli mətbuatın inkişafı 
sahəsində mühüm işlər görülmüş, kütləvi informasiya vasitələri şəbəkəsi 
genişlənmiş, xalqın milli dirçəlişind
ə, ideya-siyasi tərbiyəsində onun rolu 
artmışdı. 1970-ci ildə respublikada 234 qəzet, jurnal və  məcmuə  nəşr 
edilirdi. “Qobustan”, “Sovet Türkologiyası”, “Azərbaycan təbiəti” kimi 
jurnalların nəşrə başlaması respublika mətbuatına yeni ab-hava gətirmiş 
milli əhval-ruhiyyənin başlandığından xəbər verirdi. 
Dövrün mühüm hadisələrindən biri də kitab nəşri sahəsində baş verən 
yeni proseslər olmuşdur. Bu illərdə yeni nəşriyyatlar fəaliyy
ətə başlamış, 
cəmiyyətdə kitaba olan tələbatın artması ilə  əlaqədar onların tirajı 
çoxalmış, kitab çapı texnologiyası xeyli təkmilləşmişdi. Xalqımızın 
tarixinə, milli mədəniyyətinə, təhsilinə  və elminə dair kitablar çoxluq 
təşkil edirdi. Senzuranın fəaliyyət göstərməsinə baxmayaraq respublikada 
H.Əliyev tərəfindən yaradılmış münbit ab-hava bu orqana da öz təsirini 
göstərmişdi. O vaxta qədər deyilməsinə  və yazılmasına qadağa qoyulan 
bir çox milli problemlərə baxış təzələnmiş və liberallaşmışdı. 
Respublikamızda hər il 10-12 min nüsxə tirajla 1200-1300 adda kitab 
nəşr edilirdi. 70-80-ci illərdə 20 cildlik “Azərbaycan  Ədəbiyyatı 
Kitabxanası”, 50 cildlik “Dünya Uşaq  Ədəbiyyatı Kitabxanası”, 100 
cildlik “Dünya Ədəbiyyta Kitabxanası” nəşr edilmişdi. Nəşriyyat işi 
sahəsində  ən mühüm hadisə xalqımızın tarixində ilk dəfə Azərbaycan 
Sovet Ensiklopediyasının çapdan çıxması olmuşdur. Sovet dövründə bu 
nəşrin çapına dörd dəfə -1934, 1938, 1959 və 1965-ci illərdə  təşəbbüs 
göstərilmiş, lakin hər dəfə müvəffəqiyyətsizliyə  uğramışdı. Məhz ulu 
öndər H.Əliyevin böyük zəhməti sayəsində bu iş baş tutmuş, 1976-1988-
ci illərdə on cildlik Azərbaycan Sovet Ensiklopediyasının çapı başa 
çatdırılmışdır. Xalq şairi Rəsul Rzanın başçılıq etdiyi ensiklopediya 
kollektivi və baş redaksiya respublikamızda yeni ab-havanın 
yaranmasında, xalqımızın öz soykökünə qayıtmasında, tarixi hadisələrə 
düzgün qiymət verilməsində mühüm işlər gördü. Heydər  Əliyevin 
bilavasitə  təşəbbüsü və  iştirakı ilə  İçərişəhərdə Azərbaycan Sovet 
Ensiklopediyası üçün müvafiq bir bina tikilmiş, onun maddi-texniki  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə