Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
130
Ulu Öndər H.Ə.Əliyevin sözləri ilə desək “Azərbaycan onun
ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Bizi
bir-birimizə bağlayan ideal yaxınlığı, mənəvi-əxlaqi prinsiplərdir”
[5, s.47].
ƏDƏBİYYAT
1.Əli Bəy Hüseynzadə. Seçilmiş əsərləri. “Şərq-Qərb” nəşriyyatı.
Bakı, 2017. - 447 səh.
2.azerbaycanli.org/az/.html
3. M.Ə.Rəsulzadə. Qafqaz türkləri (çapa hazırlayan Y.Akpınar).
İstanbul, 1993. – 34 səh.
4. XX əsrin siyasi tarixi. I hissə. Bakı, Şur nəşriyyatı, 1995.
5. Əliyev H.Ə. Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bakı,
2000. - 548 səh.
_________________________
Şəbnəm CƏFƏROVA
Bakı Dövlət Universiteti, “Türk xalqları tarixi”
kafedrasının əməkdaşı, dissertant
E-mail:shabnamhaciyeva@gmail.com
ERMƏNİ MİSSİONER TƏŞKİLAT VƏ KOMİTƏLƏRİN
ANTİTÜRK FƏALİYYƏTİ
Açar sözlər: Osmanlı imperiyası, böyük dövlətlər, missioner təşki-
lat və komitələr, erməni patriarxlığı, erməni məsələsi
Osmanlı imperiyasında maraqları toqquşan böyük dövlətlərin
başlıca məqsədi imperiyanı iqdisadi və maliyyə cəhətdən asılı hala
salmaq, qərb kapitalını burada yerləşdirmək üçün erməni burjuazi-
yasından lazımınca istifadə etmək idi. Hədəfə çatmaq üçün onlar ilk
növbədə ruhanilərdən - missionerlərdən istifadə etdilər. Anadoluya
gələn xarici missionerlər ermənilər arasında protestant təriqətini
təbliğ etmək, onları Qərb mədəniyyətinə yaxınlaşdırmağa çalışırdı-
lar. Bu yolla missioner təşkilatlar ölkə ərazisində yaşayan ermənilər
arasında dini ayrı-seçkilik yaradır, bundan öz məqsədləri üçün istə-
dikləri kimi istifadə edirdilər.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
131
Amerikan missionerləri 1819-cu ildən etibarən gəlməyə baş-
lamışdılar. 1832-ci ildə İstanbulda bir mərkəz qurulmuşdur. Missio-
nerlər ilk vaxtlar iki əsas iş üzərində - müsəlmanlara və Şərq kilsə-
sinə istiqamətlənmiş fəaliyyətlərini qurmuşdular. Müsəlmanlar üzə-
rindəki çalışmalar elə bir nəticə vermədiyindən əsas fəaliyyət Şərq
kilsəsi üzərində cəmlənmişdi. Belə ki, İstanbulun Bəyoğlu bölgə-
sində amerikalı missionerlər məktəb açaraq yəhudi, rum, erməni və
katolikləri buraya cəlb etmiş, protestant məzhəbini yaymağa çalış-
mışlar. Lakin erməni ziyalıları İstanbul Erməni Patriarxlığına müra-
ciət edərək missionerlərin ermənilər və digər xristianlar arasında
bölücülüklə məşğul olduqlarını və dini ayrı-seçkilik saldıqlarını bil-
dirmiş, amerikalı keşişlərə qarşı tədbirlər görülməsini tələb etmiş-
dilər.
Anadoluda “erməni məsələsi”nin meydana çıxmasında mis-
sioner təşkilat və komitələrinin fəaliyyətinin təhlilindən göründüyü
kimi, XIX əsrin ortalarında keçirilən islahat fərmanları nəticəsində
Osmanlı imperiyasını parçalamaq, Osmanlı ərazisindən keçən əhə-
miyyətli dəniz və quru yollarını ələ keçirmək üçün böyük dövlətlər
müxtəlif vasitələr, o cümlədən missioner təşkilatların xidmətindən
məharətlə istifadə etmişlər. Böyük dövlətlər və onların dəstəklədiyi
missioner təşkilatlar isə Osmanlı imperiyasında yaşayan etnik qrup-
ları, xüsusilə erməniləri əsas hədəf seçmişlər. Xristianların “əzilmə-
si”, “təzyiq altında olması” şüarlarını əldə rəhbər tutmuş erməni
başbilənləri bundan yararlanmağa cəhd göstərmiş, “erməni məsə-
ləsi”ni dünya dövlətlərinin diqqətinə çatdırmağa çalşmışlar.
Öz növbəsində burjaziyanın inkişafı milli hərəkatın inkişafına
təkan verdi. Qeyd etmək lazımdır ki, Krım müharibəsindən sonra
Osmanlı imperatorluğunda 1856-cı il islahat fərmanı ilə Osmanlı
təbəəsi arsında heç bir irq və din ayrılığı olmadığı bəyan edilidi.
Osmanlı imperatorluğu içərisində qurulan protestant missionerləri
1840-cı ildən sonra imperatorluq daxilində dağıdıcı və yırtıcı fəa-
liyyətə keçdilər. Zahirən din və məzhəb yaymaq istiqamətində fəa-
liyyət göstərən protestant missionerlərinin məqsədi Osmanlı kato-
liklərinin hamisi Fransa və Avstriya ilə provaslavların hamisi çar
Rusiyasına qarşı imperatorluqda haqq iddia etmək və bunlar əley-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
132
hinə imperatorluğun daxili işlərinə müdaxilə edə biləcək bir pro-
testant icması yaratmaq idi. Çünki daha əvvəl eyni missiyanı kato-
lik və ortodoks azlıqları vasitəsi ilə həyata keçirməyə çalışan Fran-
sa, Avstriya və Rusiya Livan və Suriyadakı müsəlman və xristianlar
arasındakı narazılıqlardan faydalanmaq yolu ilə “himayə” adı altın-
da Osmanlı dövlətinin daxili işlərinə müdaxilə imkanı əldə etmışlər.
Osmanlı dövlətinin daxili aləminə nüfuz etməyə çalışan bü-
tün dövlətlərin hər birinin tez-tez imperiyanın daxili işinə qarışmsı
və bütün bunların guya xristianların hüquqlarının qorunması na-
minə edildiyini açıqca göstərən tarixi sənədlər vardır. Ermənilərin
ged-gedə artan qiyamçı fəaliyyətinin əsas səbəbi də məhz bununla
bağlıdır. Məhz bu tarixi mərhələdə ermənilərin qiyamları və terror-
çuluq ənənələri güclənmişdir. Bu ardıcıl terrorçu əməliyyatlar nəti-
cəsində və yuxarıda adları çəkilən dövlətlərin xeyir-duası ilə ermə-
nilər özləri üçün “erməni məsələsi” adlanan problem yaratmışdılar.
ƏDƏBİYYAT
1. Yusif Qazıyev. Erməni məsələsi: yalanlar, gerçəklər. Bakı,
2009. - 344s.
2. Samuel A.Uimz. Ermənistan terrorçu “xristian ölkələrinin gizli-
liklər”, ermənilərin böyük fırıldaq seriyaları. I cild, Bakı, 2004. -
382s.
3. Sedat Laçıner. Türk - erməni ilişkileri. İstanbul, 2004. - 408 s.
4. Kamuran Gürün. Ermeni dosyası. Ankara: Bilgi yayın evi, 2012.
- 474 s.
5. Türkkaya Ataöv. Osmanlıların son döneminde ermeniler. Anka-
ra: Türk Tarih Kurum evi, 2002. - 343 s.
6. Halil İnalcık. Devleti-aliyye. Osmanlı imperatorluğu üzərinə
araşdırmalar- Tağayyür və fesad (1603-1656): Bozuluş və Kargaşa
dönemi. İstanbul: Türkiye İş Bankası kültür yayınları, 2009, - 528 s.
_________________________
Dostları ilə paylaş: |