Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
136
vuracaqmı Türkan vuranı, Türk qızı qoçaqdır, yoxsa ki, düşmən?!”
(2, 58). Türkan onunla yarışda öz əli öyrəşən tüfəngindən yox, baş-
qa bir tüfəngdən istifadə edir ki, qüvvələr bərabər olsun. Təbii ki,
bu sınaqdan Türkan qalib çıxaraq türk qadınına abidə qurur. Elə bu
zaman düşmən növbəti hücuma keçir. Günboyu cəsarətlə müqavi-
mət göstərirlər. Birdən Türkangil olan səngərə mərmi düşür. Hasan
bəy ürəyindən vurulur. Yalnız Xəlillə Əhməd sağ qalırlar. Susuz-
luqdan ürəkləri yanan bu insanlar parçı bulaq sandıqları yerə tutub
doldururlar. İçmək istəyəndə görürlər ki, qandır. Bu epizodla şair
türkün qələbəsinin nə qədər qanlar bahasına başa gəldiyini göstərir.
Beşinci pərdədə Pera Palas lokantasında türk qəhvəsi içən
Atatürklə ingilis generallarının əhvalatı örnək kimi verilir. Atatürk
döyüşdən kənar yerlərdə də türkün milli qürurunu uca tutaraq, düş-
mənə əyilmir.
Poemada bir savaşın tarixçəsinə nəzər salınmaqla bütövlükdə
türk əxlaqının, türk döyüş sənətinin tarixinə və bu gününə bələd ol-
maq olur. Bu qələbənin türk xalqlarının tarixində necə önəmli bir
yer tutduğu əsərdə bütün detalları ilə göstərilir. Bu səbəbdən də
poemanın bir örnək olaraq tədqiqi təqdirə layiq hal olar.
ƏDƏBİYYAT
1. Şirindil A. Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyat-
şünaslığı. Bakı, “Elm”, 2011.
2. “Çanaqqala milli ruh”. Bakı, “Apostrof”, 2015.
3. Bədirxan Ə. Azərbaycan ədəbiyyat tarixi. 3 cilddə, 2-ci cild.
Bakı, “Apostrof”, 2010.
4. Bəkir N. Elmlər şeir qovuşanda. Bakı, “Çaşıoğlu”, 2011.
5. Təyyar S. Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri. Bakı,
“Səda”, 2009.
6. Bahadır Y. Eşq cəbhəsi. Bakı, “İpəkyolu nəşriyyatı”, 2015.
7. Zəlimxan Y. Əsərləri. 13 cilddə. VIII cild. Bakı, “Şərq-Qərb”,
2012.
8. Zəlimxan Y. Əsərləri. 13 cilddə. XII cild. Bakı, “Şərq-Qərb”,
2012.
_________________________
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
137
Sarvan BƏDƏLOV
Sumqayıt Dövlət Universiteti,
Tarix və Coğrafiya fakültəsi, müəllim,
E-mail: sarvan.badalov1985@gmail.com
RUSİYADA FEVRAL İNQİLABINA QƏDƏRKİ DÖVRDƏ
TÜRKOLOGİYANIN İNKİŞAFI
Açar sözlər: Rusiya – Türkiyə əlaqələri, Şərqşünaslıq, Osmanlışü-
naslıq, Türkologiya, Türk xalqları, Kazan türkologiya məktəbi
Türkologiya türk xalqlarının dillərini, ədəbiyyatını, tarixini,
folklorunu, dinini, etnoqrafiyasını, maddi və mənəvi mədəniyyətlə-
rini öyrənən elm sahəsidir. Türkologiya üçün mühüm mənbələr VIII
– X əsr qədim türk runik yazıları (Orxon–Yenisey yazıları), VIII–
XVI əsrə aid qədim uyğur runik yazılı mətnləridir. Türk dilləri üzrə
ilk ciddi əsər XI əsrdə yazılmış Mahmud Kaşğarlının “Divanu lüğət
– it türk”üdür. XV–XVII əsrdə türkologiyanın başlıca tədqiqat ob-
yekti Osmanlı imperiyasının və Osmanlı dilinin öyrənilməsi olmuş-
dur. 1795-ci ildə Qərbdə ilk dəfə Parisdə türk dillərini öyrənən “Di-
ri şərq dilləri məktəbi” açıldı.
Rusiyada türkologiyanın doğulmasını XVIII əsrin ikinci yarı-
sına aid edirlər. Buna qədər türkləri təsvir edən rus salnamələri
(“Ötən illərin povestləri”, Nestorun “Çarqrad (Konstantinopol) haq-
qında povest”i), həmçinin xüsusi məqsədlə yazılmış əsərlər (İvan
Peresvetovun İvan Qroznıya təqdim etmək üçün türklər haqqında
yazdığı traktat, Andrey Lızlovun “Skif tarixi”, Dmitriy Kantemirin
Türkiyə tarixinə dair iki cildlik əsəri və s.) mövcud olmuşdur.
Rusiyada türkologiyanın inkişaf tarixini şərti olaraq 3 dövrə
ayırmaq olar:
1) yaranmasından 1917-ci il fevral burjua inqilabına kimi;
2) 1917-1991-ci illər Sovet Rusiyası dönəmi;
3) 1991-ci ildən bəri davam etməkdə olan dövr.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
138
Tarixən 3 böyük türkoloji mərkəz kimi Türkiyə, Almaniya və
Rusiyanın adı çəkilməkdədir. 1857-1991-ci illərdə türkologiyanın
ən güclü mərkəzi Rusiya olmuşdur.
Tarixən Çin, Roma, Bizans, Ərəb Xilafəti kimi imperiyalar
türkləri müxtəlif yönlərdən incələmiş, onların xüsusiyyətlərini qələ-
mə almışlar. Lakin bu işin elmi-fundamental biçimə düşməsi sosial
elmlərin təsnif olunması və universitetlərə yol açmasından sonra
baş vermişdir. Bu istiqamətdə ilk işlər Qərb ölkələri və Rusiyada
başlamış, türklərin tarixən alman və slavyandilli xalqlarla təması bu
işləri daha da sürətləndirmişdir. Öncə səyyahlar, missionerlər və
dövlət adamlarının səylərilə türklər haqqında qısa biliklər və əsərlər
hazırlanmış, daha sonra universitetlərdə tədqiqat obyektinə çevril-
mişdir.
Rusiya ictimaiyyəti XV əsrdən etibarən Osmanlı imperiyası
ilə maraqlanmağa başladı. Rusiyanın Səfirlik Prikazında Osmanlı
ilə bağlı müxtəlif məlumatlar toplanıldı. Osmanlı haqqında ilk geniş
informasiyalara Andrey Lızlovun “Skif tarixi” əsərində rast gəlirik.
1552-ci ildə Qazan xanlığının alınmasından sonra Rusiyanın
şərq və cənub istiqamətində genişlənmə xəttini götürməsilə qarşısı-
na müxtəlif türk xalqları çıxdı. Rusiyanın Avropa və dünya ölkələri
miqyasında bütün sahələrdə yüksəldilməsini prioritetə çevirən I
Pyotr (1672-1725) şərq dillərinin, o cümlədən türkologiyanın inki-
şafının dövlət siyasətinə çevrilməsi ilə bağlı rəsmi əmrlər verdi.
Onun göstərişi ilə 1716-cı ildə Osmanlı türkcəsini, ərəb və fars dil-
lərini öyrənmək üçün 5 nəfər tələbə seçildi. 22 il (1688-1710) ərzin-
də İstanbulda Pyotrun müşaviri olmuş Dmitri Kantemir 1716-cı ildə
latın dilində “Osmanlı krallığının yüksəlişi və tənəzzülü” adlı siste-
matik məruzə hazırladı. 1720-ci ildə isə “Türk imperiyasının dini
və dövlət idarəetmə sistemi”ni yazdı [4, 29-30].
Rus ictimaiyyətinin artan marağı ilə əlaqədar olaraq, XVIII
əsr boyunca Osmanlı imperiyası ilə bağlı çeşidli məlumatlar dövri
mətbuatda dərc olundu. İlk rus qəzeti “Vedomosti” (1702-ci ildən),
“Sankt-Peterburqskie vedomosti” (1727-ci ildən) və “Moskovskie
vedomosti” (1756-cı ildən) Osmanlı dövləti haqqında müxtəlif he-
sabat və məqalələr dərc etdilər [3, 598]. XVIII əsr rus-türk mühari-
Dostları ilə paylaş: |