Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
145
рея. Информпционно-аналитический портал. (Online). Mənbə:
http://onekorea.ru/2012/02/07/yuzhnokorejsko-tureckie-
otnosheniya-vyjdut-na-uroven-strategicheskogo-partnerstva
[Baxılıb: 27 aprel 2017].
7. Turkey and South Korea pledge stronger ties via free trade deal.
(March/27/2012). Daily News. (Online). Mənbə:
http://www.hurriyetdailynews.com/turkey-and-south-korea-pledge-
stronger-ties-via-freetrade-
deal.aspx?pageID=238&nID=16945&NewsCatID=344 [Baxılıb:
27 aprel 2017].
8. Парламент Турции ратифицировал соглашение с Японией
об АЭС в Синопе. (01.04.2015). РИА Новости. (Online). Mənbə:
https://ria.ru/world/20150401/1055847874.html [Baxılıb: 27 aprel
2017].
9. Turkey and South Korea: Blood brothers for 60 years.
(18.11.2015). Anadolu Agency. (Online). Mənbə:
http://aa.com.tr/en/politics/turkey-and-south-korea-blood-brothers-
for-60-years/475359 [Baxılıb: 27 aprel 2017].
_________________________
Sevinc RUİNTƏN
tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin dosenti
E-mail: ruintan@bsu.edu.az
“CƏNUBİ QAFQAZIN TƏHLÜKƏSİZLİK PROBLEMİ VƏ
TÜRKİYƏ” MƏSƏLƏSİNİN AZƏRBAYCANDA
ARAŞDIRILMA SƏVİYYƏSİ HAQQINDA
Açar sözlər: Cənubi Qafqaz, təhlükəsizlik problemləri, Türkiyə,
azərbaycanlı araşdırmaçılar
Təhlükəsizlik məsələləri günümüzün ən çox müzakirə olunan
və araşdırılan mövzularından biridir. Bu baxımdan, Azərbaycanın
da bir hissəsi olduğu Cənubi Qafqaz regionunun təhlükəsizlik mə-
sələləri, bu məsələlərə münasibətdə Türkiyənin mövqeyi, problemə
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
146
təsir imkanları məsələsinin Azərbaycanda araşdırılma səviyyəsini
nəzərdən keçirməyin faydalı ola biləcəyini hesab edirik.
Azərbaycanda təhlükəsizlik problemlərini müxtəlif rakurslar-
dan araşdırmış tədqiqatçı alimlərdən Azərbaycan Prezidenti yanın-
da Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri dok-
toru Əli Həsənov; Azərbaycan Prezidenti yanında Strateji Araşdır-
malar Mərkəzinin direktor müavini fəlsəfə doktoru Gülşən Paşaye-
va, əməkdaşlar Gülmira Rzayeva, Fuad Çıraqov, İlqar Qurbanov;
“Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi”nin sədri
siyasi elmlər doktoru Hatəm Cabbarlı; Azərbaycan Diplomatik Aka-
demiyasının əməkdaşı Zaur Şiriyev; Bakı Dövlət Universitetinin
professoru, tarix elmləri doktoru İradə Hüseynova; “Qafqaz Strateji
Araşdırmalar Mərkəzi”nin direktor müavini; Bakı Dövlət Universi-
tetinin əməkdaşı, İsveçdə nəşr olunan “Mərkəzi Asiya və Qafqaz”
sosial-siyasi jurnalın Azərbaycan üzrə nümayəndəsi, “Mərkəzi Av-
raziya” analitik illik məcmuənin məsul katibi siyasi elmlər üzrə fəl-
səfə doktoru Cənnətxan Eyvazov; Slavyan Universitetinin əməkdaş-
ları tarix üzrə fəlsəfə doktoru Adil Rəcəbli, siyasi elmlər üzrə fəlsəfə
doktoru Kəmalə Ruintən; Bakı Dövlət Universitetinin əməkdaşı Ca-
vid Əlisgəndərli və b. adlarını qeyd edə bilərik. Problemlə bağlı
araşdırmaları aşağıdakı kimi qruplaşdıra bilərik:
1. Ümumilikdə hazırkı beynəlxalq münasibətlər sistemi, bö-
yük dövlətlərin xarici siyasəti, həmçinin təhlükəsizlik problemləri
araşdırılıb və o cümlədən, Qafqazın təhlükəsizliyi, Türkiyənin
iştirakı məsələlərinə ümumi kontekstdə toxunulub (12; 15; 16).
2. Qafqaz regionunun, həmçinin Türkiyənin müasir beynəl-
xalq münasibətlər sistemində yeri, əhəmiyyəti, region dövlətlərinin
böyük dövlətlərlə qarşılıqlı münasibətləri və s. məsələlərinin araşdı-
rılması zamanı həm də regionun təhlükəsizlik problemlərinə toxu-
nulub, Türkiyənin iştirakı məsələsinə müəyyən səviyyədə yer ayrı-
lıb (2; 3; 4; 5; 6; 7; 10; 11; 13; 14; 17; 18; 19; 20; 21).
3. Azərbaycanın təhlükəsizlik maraqlarının tədqiqi ilə bağlı
araşdırmalar çərçivəsində Türkiyə ilə bağlı məqamlara toxunulub
(1; 8; 9).
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
147
Araşdırmalar nəticəsində irəli sürülmüş fikirləri aşağıdakı ki-
mi ümumiləşdirə bilərik:
1. Regionda təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif il-
lərdə və müxtəlif dövlətlər tərəfindən irəli sürülmüş təşəbbüslərin
heç birinin əməli nəticəsinin olmaması belə bir qənaətə gəlməyə
əsas verir ki, böyük dövlətlərin və bölgə dövlətlərinin maraqları üst-
üstə düşməyəcəyi heç bir layihənin həyata keçmə şansı olmayacaq-
dır.
2. Cənubi Qafqazın və Xəzər-Qara dəniz hövzəsinin təhlükə-
sizliyinin həlledici amillərindən biri təsir dairələri və hərbi-geostra-
teji blokların bir-biri ilə münasibətləri, ilk növbədə isə ABŞ-Rusiya,
NATO-KTT münasibətlərinin xarakteri ilə bağlıdır. Bu müstəvidə
tərəflərin təhlükəsizliklə bağlı ortaya qoyduğu açıq (Hərbi Doktri-
na) və gizli mövqelərlə (hərbi-geostrateji maraqlar) yanaşı, müəy-
yən ölkələrin hərbi bloklarla bağlı yürütdüyü birbaşa siyasət də
həlledici rol oynayır. Bölgədə hər hansı bir ölkənin yürütdüyü is-
tənilən hərbi-strateji siyasət, təhlükəsizliklə bağlı atdığı addım, ya-
xud nümayiş etdirdiyi geosiyasi mövqe dərhal qarşı tərəfin ciddi
reaksiyasını doğurur.
3. Türkiyə Cənubi Qafqazda müttəfiqləri Azərbaycan və Gür-
cüstanın vasitəsilə regionun təhlükəsizliyinin təmin edilməsində
birbaşa iştiraka cəhd edir, həm də bu ölkələrin müstəqilliyinin və
təhlükəsizliyinin əlavə qarantı kimi çıxış etməklə, Şimali Atlantika
bloku vasitəsilə onların müstəqilliyinə və milli təhlükəsizliyinə dəs-
tək verməklə, onların Rusiyadan asılılığını minimuma endirməyə
çalışır. Türkiyə və onun üzvü olduğu NATO Cənubi Qafqazda
Azərbaycanın, Cürcüstanın təhlükəsizliyinə dəstək verməsəydi, hət-
ta bu məsələdə neytral mövqe tutsaydı, o zaman bölgədə heç bir
hərbi-geostrateji proqramı, yaxud Rusiya və İranın razı olmadığı
transmilli geoiqtisadi layihəni həyata keçirmək mümkün olmazdı.
4. “Qafqaz evi” ideyası. Cənubi Qafqaz dövlətlərində cəmiy-
yətlər regional təhlükələrin nədən ibarət olduğunu hələ tam dərk et-
mirlər. Bu gün Cənubi Qafqaz ölkələrinin hər üçünün başı üzərində
olan təhlükələr eynidir. Odur ki, hər hansı ölkənin, o cümlədən
Azərbaycanın təhlükəsizliyi dedikdə, hər şeydən əvvəl qlobal təhlü-
Dostları ilə paylaş: |