Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
169
lərin müəyyən bir qismi Azərbaycan tarixçilərinin əməyi ilə sanki
yenidən özümüzə qaytarılmışdır. Azərbaycan tarixinin ulu türk
dövrü ilə bağlı yorulmaz tədqiqatçı Qüdrət İsmayılzadənin elmi
fəaliyyəti diqqəti xüsusilə cəlb edir.
Görkəmli alim və pedaqoq, arxeologiya və qədim dünya tari-
xi sahəsində respublikanın aparıcı mütəxəssislərindən biri, Beynəl-
xalq Arxeoloqlar Cəmiyyətinin Şərq bölməsi üzrə Azərbaycan böl-
məsinin sədri, “Azərbaycan Arxeologiyası” jurnalının baş redakto-
ru, Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafed-
rasının müdiri, əməkdar müəllim, tarix elmləri doktoru, professor
Qüdrət Seyfulla oğlu İsmayılzadənin əsərləri Azərbaycanın qədim
tarixinin və mədəniyyətinin öyrənilməsində əvəzsiz rol oynayır.
Onun məhz türkologiya sahəsindəki sonrakı tədqiqatları ötən əsrin
80-90-cı illərində və yeni əsrin ilk iki onilliyində Mərkəzi Asiyada
keçirilən beynəlxalq simpozium və konfranslarla bağlı olmuşdur.
Qüdrət İsmayılzadə ayrı-ayrı illərdə Aşqabad, Bişkek, Asta-
na, Alma-Ata, eləcə də İzmir, Ankara və İstanbulda keçirilən konf-
rans və simpoziumlarda, nəşr olunan elmi məcmuələrdə “Azərbay-
canın qayaüstü təsvirləri”, “Qədim Azərbaycanın oturaq cəmiyyət-
lərində köçəri kompleksləri”, “Azərbaycan ərazisi Böyük İpək Yolu
tarixində”, “E.ə.I minillikdə Azərbaycan ərazisində etno-mədəni
proseslər”, “Qafqaz Albaniyasına məxsus bir abidənin təhlili”, “At
haqqında daş salnamə”, “Azərbaycan ərazisində qədim türk dövrü”
və başqa elmi tədqqiqat əsərləri, məqalələri dinlənilmiş və dərc
edilmişdir. Həmin yazılarda görkəmli alim türk dövrünün Azərbay-
can tarixində mühüm mərhələ olduğunu sübuta yetirmişdir.
Arxeoloq-alimin Qazaxıstanda nəşr olunan “Mədəni miras”
məqaləsi də böyük maraqla qarşılanmışdır. Belə ki, Qazaxıstan
Türk Akademiyasının təklifi ilə “At və onun türk dünyasının mədə-
ni-tarixi inkişafında rolu” adlı böyük layihənin icrası zamanı yorul-
maz alim az vaxt içərisində gərgin axtarış və tədqiqatlar nəticəsində
aşağıda qeyd olunan yeddi məsələni uğurla başa çatdırmışdır:
1. Türk dövrünün atçılıq tarixinə aid materialları toplamaq;
2. Qədim dövrlərə aid atçılıqla bağlı ədəbiyyatın toplanılması
və analizi;
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
170
3. Qafqaz və Azərbaycanın qayaüstü təsvirlərində ulu türk
dövrü atçılığına aid artefaktların təhlili;
4. Mövzu ilə bağlı mənbələrin müqayisəli təhlilini aparmaq;
5. Azərbaycan ərazisində erkən atçılığa aid təsvirlərin xüsu-
siyyətlərini müəyyən etmək;
6. Atçılığa aid icmallar tərtib etmək;
7. Atçılığın türk xalqlarının mədəni irsində yeri haqqında ge-
niş icmal hazırlamaq.
Qüdrət İsmayılzadənin ötən əsrin 70-ci illərində Füzuli şəhəri
yaxınlığında aşkar etdiyi Yedditəpə nekropolu bütün Qafqaz arxeo-
logiyası üçün əlamətdar hadisə kimi qiymətləndirilmişdir. Gərgin
axtarışlar nəticəsində həmin nekropolda ulu türk dövrünə aid zən-
gin qəbirlər üzə çıxarılmışdır. İri sal daşlardan düzəldilmiş hər bir
qəbirdə vaxtilə üzü doğan günəşə yönəldilmiş və bükülü vəziyyətdə
dəfn olunmuş döyüşçülərin nəşinə və onları müşaiyət edən zəngin
dəfn avadanlığına təsadüf olunmuşdur. Onların içərisində iri ölçülü
polad qılınclarla yanaşı, gümüş və bürüncdən, eləcə də şüşədən dü-
zəldilmiş nəfis sənət nümunələri: dolça və camlar, kiçik ölçülü fi-
qurlar, toqqa başlıqları, musiqi alətləri, bəzək nümunələri və digər
tapıntılar qeydə alınmışdır. Diqqətəlayiqdir ki, qeyd olunan tapın-
tıların oxşarlarına Azərbaycanda və o zamankı sovetlər ölkəsinin
heç bir yerində rast gəlinməmişdir. Qüdrət İsmayılzadə aşkar olu-
nan nekropolu və açılan qəbirləri tutarlı dəlillərlə Azərbaycan tari-
xində ulu türk dövrü ilə əlaqələndirmişdir.
Qüdrət İsmayılzadənin Qobustan təsvirləri ilə bağlı axtarışları
da çox önəmli olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Qobustan
qayaüstü təsvirləri uzun müddət elmi tədqiqat obyekti olmamış və
diqqətdən kənarda qalmışdı. Görkəmli alim uzun müddət ilk orta
əsrlərə aid edilən Qobustan təsvirlərini sistemləşdirərək, geniş mü-
qayisəli materiallar əsasında onları bilavasitə türk dünyasına aid
incəsənət nümunələri olmasını üzə çıxarmış və bu haqda 2008-ci
ildə Astana şəhərində keçirilən beynəlxalq konfransda geniş məruzə
ilə çıxış etmişdir. Mədəni irsimizin mühüm göstəricisi olan Qobus-
tan qaya təsvirlərinin ilk orta əsrlərə aid olan nümunələrini türk
dünyasına məxsus irsə aid etməklə, bu zaman kəsiyini türk dövrü
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
171
kimi qeyd etməyi elmi əsaslarla bildirmişdir. Həmin məruzə çap
olunaraq ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Ümumilikdə, bütün deyilənlərə əsasən görkəmli alim Qüdrət
İsmayılzadənin bəhs edilən dövrə aid elmi araşdırmaları Azərbay-
canda aşkara çıxarılan ulu türk dövrünün izlərinin türk dünyasının
digər maddi-mədəniyyət nümunələri ilə uyğunluğunu və türk xalq-
larının etnik və mənəvi yaxınlığını sübuta yetirir.
ƏDƏBİYYAT
1. İsmayılzadə Q.S. Azərbaycanın ilk orta əsr arxeologiyasında
yenilik. Azərbaycan arxeologiyası. Bakı, 2016. №2, s.70-76.
2. İsmayılzadə Q. Tarixi Azərbaycan torpaqlarında ulu türk dövrü.
Türk dünyası: dünəni və bu günü (beynəlxalq elmi konfrans), tezis-
lər. 23-24 may 2011.
3. Джафарзаде И.М. Наскальные изображения Гобустана.
Труды Музея Истории Азербайджана. Баку, 1195. С.99-114.
4. Савинов Д.Г. Древнетюркская эпоха: Некоторые общие
вопросы изучения археологических памятников и их историко-
культурной интерпретации // Диалог цивилизаций. №1 (4),
Бишкек, 2004, с.17-25.
5. Исмаилзаде Г.С. Петроглифы Азербайджана как составная
часть древнейшего искусства Евразии. К вопросу о характер-
ных особенностях петроглифов Азербайджана // Мир
Наскального искусства. М., 2005, с.118-121.
6. Исмаилзаде Г.С. К истории культурной интерпретации
древних наскальных изображений на территории Азербай-
джана. Проблемы изучения наскальных изображений в СССР.
М.,1990, с. 91-98.
7. Фараджова М.Н. Гобустан, Чашечные углубления. Баку,
2007.
_________________________
Dostları ilə paylaş: |