Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
173
lıqlarını sübüt edən xalqın böyüklüyünü mənəvi zənginliyini qəbul
etmək Sovet milli siyasətinə qətiyyən uyğun gəlmirdi.
Başqa xalqların tarixi yaxşı tədqiq olunduğu və dünyaya qə-
dim bir xalq kimi tanıdıldığı halda türk xalqlarını öz kökündən
uzaqlaşdırmaq üçün onların ümumi tarixi arasında qəsdən uçurum-
lar yaradılır, bir-birindən təcrid edilmiş halda tədqiqata cəlb edilir-
di. Türk xalqları tarixinin öyrənilməsi bir sıra çətinliklərlə bağlıdır.
Qədim və erkən orta əsrlər dövründə türk xalqlarının tarixinin daha
dərindən öyrənilməsi üçün kifayət qədər mənbə yoxdur. Mövcud
olan tarixi faktların müxtəlif dillərdə olması, mənbələrin pərakən-
dəliyi çətinliklər yaradıb.
Buna baxmayaraq, türk xalqları tarixini araşdıran professorlar
olmuşdur. Bunlardan biri Əsməd xanım Muxtarovadır. Əsməd
İmamməmməd qızı Muxtarova Bakı şəhərinin Buzovna qəsəbəsin-
də anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti-
nin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini fərqlənmə
diplomu ilə bitirib. 1967-1970-ci illərdə tarix fakültəsinin əyani as-
pirantı olub. 1971-ci ildən həmin fakültədə işləyir. 1974-cü ildə na-
mizədlik, 1991-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.
1993-cü ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin pro-
fessorudur türk xalqlarının qədim dövr və orta əsrlər tarixi tədris
edir. 1999-cu ildən “Türk xalqları tarixi” kafedrasının (2004-cü ilə
qədər “Türk və Qafqaz xalqları tarixi” kafedrası) müdiri vəzifəsin-
də çalışır.
Əsməd xanım 1997-ci ildən nəşrinə başlanmış və artıq 80 sa-
yı nəşr olunmuş “Tarix və onun problemləri” elmi, nəzəri, metodik
jurnalın təsisçisi və baş redaktorudur. Jurnalda bir çox professorla-
rımızın, eləcə də Əsməd xanımın elmi məqalələri dərc olunmuşdur.
Təkcə yerli alim və professorlarımızla yanaşı xarici ölkələrdə də bu
jurnala isti münasibət vardır. Jurnal vasitəsilə bir çox xarici ölkələr-
lə əlaqə yaradılmışdır. 45-dən çox
elmi məqalənin, proqram, dərslik
və dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifi bir çox nəşrlərin elmi
redaktorudur. “Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)”
dərsliyinə görə “Sara xatun” diplomuna layiq görülmüşdür. 2002-ci
ildə nəşr olunmuş “Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr