Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
181
dur. Qayı xan Oğuz xaqanın ən böyük oğludur. Buna görə də Qayı-
lara oğuz boyları arasında ehtiramla yanaşılmışdır.
Qayılarla bağlı qısaca bir məlumatı da qeyd edim ki; J.Mar-
quard və bəzi qərb tarixçiləri oğuzlardan olan “Qayıları”, Monqol-
lara mənsub qəbilələrdən “Qaylar”la birləşdirməyə çalışan mülahi-
zə irəli sürmüşlər. Fəqət Qayılarla Qaylar arasında ən kiçik bir qö-
vüm bağlılığı olmadığı toponomik və filoloji dəlilərlə sübut edil-
mişdir.
Köçəri həyat tərzi sürən Qayılar Anadoluya iki ayrı dönəmdə
iki ayrı qol halında daxil olublar. Birinci əhəmiyyətli Qayı boyu
1071-ci il Malazgirt Zəfəri ilə Anadoluya daxil olmuş və sonrakı il-
lərdə güclənərək Artuklu bəyliyini yaratmışlar. Xorasan və Mərv
alanında yaşamlarını sürdürən bir digər Qayı qolu isə Monqol hü-
cumları nəticəsində Böyük Səlcuqlu Dövlətinin 3 uc sərhəd xətin-
dən biri olan Qərb sərhəd xəttinə doğru çəkilmiş və XII əsrin sonla-
rında Xarəzmşahlarla birlikdə Anadoluya daxil olmuşlar.
XII əsrdə Qayı toplumu təqribən 20.000 çadırlıq bir obadan
ibarət idi. Alandakı Türkmənlər və Tatarlar isə 50.000 çadırdan iba-
rət olub, daha çox kütləyə sahib idi. Fəqət Süleyman şahın və Qayı-
ların uğurları digər obalara təsir etdi və güclü bir lider axtaran Türk
kütlələri Süleyman şaha itaət edərək Qayı boyuna daxil oldular. Ar-
tıq 70.000 çadırdan ibarət olan qayı obasının güc nüfuzu artmışdı.
Sonrakı dönəmlərdə bir müddət Əhlət və 30 il boyunca Ərzu-
rum və Ərzicanda məskunlaşsalarda Süleyman şah ana vətəni Tür-
küstan coğrafiyasına geri dönmək qərarını verir. Geri dönərkən Ca-
ber qalası yaxınlığında gölə düşərək vəfat edir. Bu hadisə ilə Qayı
boyunun birliyi pozulur. Süleyman şaha itaət edən türkmən kütlə-
ləri Şama köç edir. Süleyman şahın 4 oğlu Sungur Tekin, Gündoğ-
du, Dündar ilə Ərtoğruldan ilk ikisi Xorasana, digər ikisi isə 400
ailə ilə Ərzurum sərhəd xətti civarındakı Sürmeliçuxur hövzəsində
məskunlaşdılar.
1230-cu il Yasseçəmən savaşında Cəlaləddin Xarəzimşaha
qarşı Səlcuqlu sultanı Əlaəddin Keyqubadın qoşununun tərəfində
vuruşan qayılar onun qalib gəlməsində mühüm rol oynadılar. Nəti-
cədə Ərtoğrulun liderliyi altında olan qayılar yurd əldə etdilər.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
182
Həqiqətdə Ərtoğrul Qazinin obası səlcuqlu sultanına deyil,
səlcuqların böyük əyalət bəylərindən biri olan Kastamonundakı Ço-
banoğullarına, sonra isə Kərmiyanoğullarına tabe olmuşdur. Bəylik
Osman Qazinin bəyliyinin ilk illərindən sonra Konyadakı mərkəzə
tabe bir əyalət bəyliyi dərəcəsinə yüksəldi. O illərdə Konyadakı
Səlcuqlu sultanı Təbrizdə oturan Elxani hökümdarı İl-xana, o da
Pekindəki Böyük Xaqana tabe idi. 1281-ci ildə Ərtoğrul Qazinin
vəfatı ilə Osman Qazi boyun başına keçmiş və qaza savaşlarını yü-
rütməyə başlamış, bir çox uğurlar əldə etmişdir.
Osmanlının yaradılışı və inkişafı dönəmində bu məsələ (Qəza
savaşları) üzərində durulması da vacibdir. Bir çox Qərb tarixçiləri-
nin, xüsüsən də Paul Wittekin qeyd etdiyi kimi, qəza (ya da müqəd-
dəs savaş) Osmanlının varlılıq səbəbi olmuşdur. Növbəti yüzüllik-
lərdə Qəza siyasətinin tərk edilməyə başlanılması ilə Osmanlı döv-
lətinin bir durğunluq mərhələsinə keçəcəyini görürük.
XIII əsrin sonlarında Anadoluda monqollara qarşı üsyan baş
verir. Bu üsyanla bağlı monqollar III Əlaəddini əsir alır və Səlcuqlu
taxtı boş qalır. Belə bir dönəmdə Osman bəy Erməni Dərbəndi, Do-
maniç və digər döyüşlərdə qələbə çalır. İnəgöl, Bilecik, Yarhisar ki-
mi mühüm yerləri fəth edir. Beləliklə, bir qism tarixçilərin 1299-cu
il, digər bir qisminin isə 1302-ci ildə baş vermiş Bafeus (Qoyunhi-
sar) savaşı ilə Osman bəy tərəfindən yaradıldığı qəbul edilən Os-
manlı bəyliyi yaradılmış olur. Orxan Qazi (1326-1362) hakimiyyəti
dövründə yeni qanunlar və təşkilatı-islahatlar həyata keçirərək Os-
manlı bəyliyini dövlətə çevirdi.
ƏDƏBİYYAT
1. Derviş Ahmed Aşıkı. Aşıkpaşazadə Tarihi. Hazırlayan Cemil
Ciftçi. Mostar Yayınları, İstanbul, 2008.
2. F. Köprülü. Türk Ədəbiyyatında ilk Mutasavvıflar. İstanbul, Alfa
Yayınları.
3. Joseph Von Hammer. Böyük Osmanlı Tarihi. Üçdal Nəşriyyatı.
(Online). Mənbə:
https://hacikaanonaran1.files.wordpress.com/2014/12/cilt1.pdf
[Baxılıb: 30 aprel 2017].
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
183
4. Paul Wittek. Osmanlı İmparatorluğunun Kuruluşu. Çevirən
Fatmagül Berktay, Pencere Yayınları, İstanbul, 2000.
5. R. Özdək. Türkün qızıl kitabı. 3-cü cild. Bakı, 1996.
_________________________
Lalə ƏSGƏROVA
Bakı Dövlət Universitetinin tələbəsi
E-mail: laleesgerova98@gmail.com
AMERİKALI TƏDQİQATÇI JUSTİN MCCARTHY “TÜRK
KİMLİYİ”VƏ OSMANLI İMPERİYASINDA “ETNİK
TƏMİZLƏMƏ” MƏSƏLƏLƏRİ HAQQINDA
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Sevinc RUİNTƏN
Bakı Dövlət Universiteti
Açar sözlər: Justin Mccarthy, Türkiyə, türk tarixi, türk kimliyi,
etnik təmizləmə
Amerikalı tarixçi, demoqraf, Louisville Universitetinin pro-
fessoru Justin Mccarthy 1945-ci ildə anadan olub. McCarthy əvvəl-
cə fəlsəfə oxumuş, daha sonra isə tarix ilə maraqlanmışdır. Osmanlı
imperiyası, Balkanlar və Orta Şərq tarixi əsas tədqiqat sahələridir.
Bir çox kitabların müəllifidir. Hazırki məruzədə Osmanlı tarixinin
araşdırılmasına həsr etdiyi “Ölüm və sürgün: Osmanlı müsəlmanla-
rının etnik təmizliyi. 1821-1922” (1995), “Osmanlı xalqları və im-
peratorluğun sonu” (2001), ”Osmanlı türkləri” (1997; 2013) və s.
kitabları əsasında türk kimliyi, Osmanlıda etnik təmizləmə siyasəti
iddiaları haqda fikirləri diqqətə çatdırmağa cəhd ediləcək.
İlk olaraq “türk kimliyi” məsələsi haqqında. Müəllif 2003 və
2004-cü illərdə Türk Təhsil Resursları və Amerika Qlobal Təhsil
Forumu tərəfindən nəşr olunmuş “Türklər kimdir?”, “Türkiyə və
türklər” kitablarında türklər, onların tarixi haqqında geniş məlumat
verir, ilk olaraq “Türk” termininə aydınlıq gətirməyə çalışır. Qeyd
edir ki, bu gün “türk” dedikdə Türkiyə Respublikasının vətəndaşları
nəzərdə tutulur. Lakin sadəcə bununla kifayətlənməmək lazımdır.
Dostları ilə paylaş: |