Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
205
Sovet imperiyası dağılana qədər Mərkəzi Asiyanın türk döv-
lətləri dünya dövlətləri üçün qapalı region idi, lakin XX əsrin 90-cı
illərində bu region müstəqillik əldə etdi. Region ölkələri birdən-birə
baş verən bu müstəqilliyə hazır deyildilər və Mərkəzi Asiyanın türk
respublikalarının xarici siyasi meyllərinin formalaşması SSRİ-də
gedən siyasi proseslərin nəticəsində mümkün olmuşdu. Məhz bu
arqumentdən yararlanan bir çox qərb analitikləri regionun müstə-
qilliyinə və gələcək inkişafına bədbin yanaşmış, qüsurlu müqayisə-
lərin təsiri altında düzgün proqnozlar verməmişdilər.
Mərkəzi Asiya ilə yanaşı, yaxın qonşuluqda yerləşən digər
dövlətləri də vahid geopolitik vəhdət kimi götürən ABŞ politoloqu
Zbiqnev Bjezinski “Beynəlxalq münasibətlər” məqaləsində regionu
“Avrasiyanın Balkanı” adlandıraraq, özündə “böyük güc vakuumu
təmsil etdiyini” yazırdı. Onun fikrincə, burada daim yaxınlıqda yer-
ləşən müxtəlif qonşu dövlətlərin geosiyasi maraqları toqquşub və
bu tendensiya hazırkı vəziyyətdə də özünü qoruyub saxlamışdır.
Başqa bir amerikalı alim Martha Brill Olkott “Orta asiyalıların
hazır olmadıqları, istəmədikləri və zəruri bir dövr ərzində konkret
bəhrəsini görməyəcəkləri müstəqilliklə qarşılaşdıqları” nəticəsinə
gəlmişdir. Digər Qərb tədqiqatçısı Nanci Lubin də eyni fikri bölü-
şərək Orta Asiyanın silah qaçaqmalçılığı üçün tranzit ərazi olaca-
ğını və regionda narkotik maddələrin qanunsuz dövriyyəsinin ge-
nişlənəcəyini proqnozlaşdırmışdır. O, bu kontekstdən çıxış edərək
regionu “ikinci Kolumbiya” kimi xarakterizə etmişdir. Harvard uni-
versitetinin tədqiqatçıları Əli Banuazizi və Mayron Viner Mərkəzi
Asiyanın siyasi gələcəyindən bəhs edərkən Avropanın Balkanları
ilə bir paralellik aparmışlar. Bütün bu versiyalar Orta Asiya türk
dövlətlərinin siyasi sistemə yeni qədəm qoyduğu dövrdə irəli sürü-
lürdü.
Dünya dövlətlərinin xarici siyasət fəaliyyətləri Mərkəzi Asi-
yada baş verən proseslərə təsir edirdi. ABŞ-ın Mərkəzi Asiyada yü-
rütdüyü xarici siyasətdə diqqəti çəkən cəhət yeni müstəqillik əldə
etmiş dövlətlərə məhz inkişafın “Türkiyə modelini” təklif etməsi
idi. Bu, ABŞ-ın Türkiyə ilə uzun illər davam edən müttəfiqlik mü-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
206
nasibətləri ilə yanaşı, regionun etnosiyasi reallıqlarından qaynaqla-
nırdı.
Orta Asiya da daxil olmaqla Rusiya imperiyası ərazisində ya-
şayan türk xalqları istər Osmanlının, istərsə Türkiyə Cümhuriyyə-
tinin daim diqqət mərkəzində olmuşlar. Sovetlər birliyinin dağılması,
kommunizmin çökməsi və müstəqil türk dövlətlərinin meydana çıx-
ması ilə Türkiyə yenidən Türk Dünyasında məsuliyyətli missiyasını
öz üzərinə götürdü. SSRİ-nin süqutundan sonra postsovet məkanında
yeni müstəqil türk dövlətlərinin meydana çıxması, həmçinin Qara
dəniz hövzəsində ənənəvi qüvvələr nisbətinin pozulması ilə Türkiyə
üçün yeni imkanlar açıldı. Əvvəlki mülahizələrinə zidd olaraq Qərb
tədqiqatçıları və alimləri sovetlər birliyinin dağılması ilə Mərkəzi
Asiyada Türkiyənin önəminin artmağa başladığını vurğulayırdılar.
Füller Türkiyəni “yenidən düzənlənən dünyanın geosiyasi mərkəzi”
kimi qiymətləndirirdi. Ümumiyyətlə Qərb mətbuatı Türkiyənin
dəyişən dünyada böyük regional gücə çevrildiyini vurğulayırdı.
1991-ci ildən sonra Türkiyənin rəsmi dairələri regionda müs-
təqilliyini əldə etmiş türk dövlətləri ilə bütün istiqamətləri əhatə
edən əlaqələrin qurulub inkişaf etdirilməsi kursunu götürmüşdülər.
Türkiyə tədqiqatçısı İlham Uludağın fikrincə, “İndi qarşıda duran
başlıca məsələ Orta Asiya və Azərbaycan kimi türk respublikala-
rında hüquqi dövlətin qurulması, demokratiyanın möhkəmlənməsi,
bazar iqtisadiyyatı münasibətlərinin bərqarar olmasına Türkiyə
Cümhuriyyətinin istiqamət verməsi və yardımçı olmasıdır”.
Professor İlham Uludağın fikrincə, “1991-ci ildən sonra Tür-
kiyənin təxminən Marşal planına uyğun kompleks kurs həyata ke-
çirməsi mümkün idi. Həyata keçirilməli olan bu proqram bütün sa-
hələri əhatə etməli idi. Hərbi sahədə əməkdaşlıq, qarşılıqlı hərbi
personalın hazırlığı, silah istehsalının qarışılıqlı uzlaşdırılması, hər-
bi yardım mexanizminin hazırlanması, siyasi istiqamətdə isə xarici
siyasətdə ortaq prinsiplərin müəyyənləşməsi, demokratiyanın dərin-
ləşməsi üçün birgə səylərin göstərilməsini əhatə etməlidir”.
Yeni müstəqil türk dövlətləri yarandıqdan dərhal sonra Türki-
yə onları tanıyan ilk ölkə oldu. Həmin dövrün aparıcı türk mətbua-
tının izlənilməsi göstərir ki, qardaş ölkələrə xüsusi diqqət ayrılmış-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
207
dır. Azərbaycan tədqiqatçısı Natiq Məmmədli “Mərkəzi Asiyanın
türk dövlətləri və Türkiyə” monoqrafiyasında Türkiyənin türk döv-
lətlərinə yönəlik xarici siyasətinin ana xəttini bütün Türk Dünyası-
nın siyasi həmrəyliyinə nail olunmasını təşkil etdiyini qeyd edirdi.
Onun fikrincə, bu konsepsiya dahi mütəfəkkir İsmayıl bəy Qaspıra-
lının “dildə, fikirdə, işdə birlik” fəlsəfəsindən, atatürkçü düşüncə
tərzinin mahiyyətindən və nəhayət, müasir dünyanın inkişaf tem-
pindən irəli gəlir.
Regionda geostrateji maraqlarını təmin etmək istəyən ABŞ da
Türkiyənin bölgəyə dair xarici siyasətinin başlıca prinsipi olan de-
mokratiyanın inkişaf etdirilməsi yönümündə müttəfiq dövlətin bü-
tün səylərini dəstəkləyir. ABŞ-ın tanınmış politoloqlarından Pol
Qobl Amerikanın dünyəvilik prinsipini müdafiə etməsini siyasiləş-
miş islam dalğasının artması ehtimalından irəli gəldiyini vurğula-
mışdır. “ABŞ-ın İran şahının öz müxalifətini sıradan çıxarmasına
göz yumması nəticəsində siyasi mübarizənin ağırlığı məscidlərin
üzərinə düşdü və beləliklə, hazırkı İran rejimi yarandı. Bu baxım-
dan Orta Asiyada da oxşar proseslərin cərəyan edəcəyindən bir
ehtiyatlılıq hiss olunur”.
Müasir Azərbaycanlı tədqiqatçılardan Sevinc Ruintən və Cavid
Əlisgəndərlinin müəllifi olduqları məqalədə SSRİ dağıldıqdan sonra
Mərkəzi Asiya və ondan kənarda yeni müstəqillik qazanmış döv-
lətlərin gələcəkdə olan inkişafında İslam amilinin mühüm rol oyna-
yacağı qeyd edilir. Həmçinin məqalədə, regionda dünyəvi dövlət qu-
ruculuğu prosesinin mühüm tərkib hissəsi olan demokratiyanın
möhkəmlənməsinin mühüm əhəmiyyət kəsb etməsi ilə yanaşı, bu
prosesin Türkiyə və ABŞ-ın maraqları sırasında olduğu da bildirilir.
Müstəqilliklərini yeni əldə etmiş türkdilli respublikalar, həm-
çinin regionda maraqları təzəcə formalaşmağa başlayan Türkiyə
üçün dövlət başçılarının zirvə toplantılarının keçirilməsi böyük əhə-
miyyətə malik idi. Türkiyə mətbuatında dövlət başçıları sammit-
lərinə həsr olunmuş ümumiləşdirilmiş analitik materiallarda xüsusi
vurğulanırdı ki, XXI əsr ölkələrimiz üçün sabitlik, dinamik inkişaf,
konstruktiv siyasi dialoq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq,
xalqlarımız üçün isə ictimai tərəqqi və rifah əsri olacaqdır.
Dostları ilə paylaş: |