Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
199
1948-1953-cü illərdə Azərbaycan türklərinin Qərbi Azərbaycandan
deportasiya olunmasına həsr edilsə də, burada türk xalqlarının da
deportasiya olunduğu vurğulanaraq müqayisə edilmişdir. L.Həsə-
nova göstərmişdir ki, azərbaycanlıların köçürülməsi sovet deporta-
siya siyasətindən kənarda tədqiq oluna bilməz [5].
Yuxarıda göstərlənlərdən bir daha aydın olur ki, bəhs edilən
mövzu ilə bağlı Azərbaycanda geniş tədqiqat işi mövcud deyil. La-
kin rus tarixşünaslığında məsələ ilə xeyli sanballı tədqiqat əsərləri
var. Burada tarixi faktlar dəqiq qeyd edilsə də, Stalinin deportasiya
siyasətinə tarixçilərin yanaşmasında müəyyən ziddiyətli məqamlar
da ortaya çıxır. Azərbaycanda məsələ ilə bağlı geniş tədqiqat işi ol-
madığından çox vaxt biz rus tarixçilərinin əsərlərinə müraciət edi-
rik. Odur ki, müharibə zamanı həyata keçirilən deportasiya siyasə-
tinin səbəbləri, nəticələri və d. məsələlərin respublikamızda tədqi-
qinə ehtiyac var.
ƏDƏBİYYAT
1. Hacılı Asif. Ahıska türkləri. Vatan bilgisi. İstanbul, 2009.
2. Piriyeva Sevil. Ahıska türkləri Azərbaycanda. Bakı, 2005.
3. Əmrah Mais. Mərkəzi Asiyanın türk respublikaları müharibə
illərində (1941-1945). Bakı, 2005.
4. Бугай Н.Ф. Л.Берия - И.Сталину: “Согласно Вашему
указанию...”.
5. Əsəd Qurbanlı. Deportasiyanı doğuran şərait və səbəblər (1948-
1953).”Dirçəliş. XX əsr”, №82-83- 2004-2005, s.135-140.
(Online). Mənbə: http://1905.az/deportasiyani-doguran-sərait-və-
səbəblər-1948-195 [Baxılıb: 30.04.2017].
6. Məhəmmədəli Asifli. (19 avqust 2015). Stalinin Türkiyə ilə
düşmənçiliyinə qurban gedən xalq. (Online). Mənbə:
http://az.azvision.az/Stalinin_Turkiye_ile_dushmenchiliyine_-
68168-xeber.html [Baxılıb: 30.04.2017].
7. Nizami Tağısoy. 40-60-cı illər qaraçay ədəbiyyatında janrlar.
Bakı, 2012. (Online). Mənbə: http://nizami-tagisoy.net/16.htm
[Baxılıb: 30.04.2017].
_________________________
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
200
Lamiyə MUSTAFAYEVA
Bakı Dövlət Universiteti,
tarix fakültəsi, II kurs tələbəsi
E-mail: mustafayeva.lamiye@yahoo.com
XƏZƏRİN STATUSU MƏSƏLƏSİNİN XƏZƏRYANI TÜRK
DÖVLƏTLƏRİ ARASINDA MÜNASİBƏTLƏRƏ TƏSİRİ
Elmi rəhbər:
Cavid ƏLİSGƏNDƏRLİ
Bakı Dövlət Universiteti
Açar sözlər: Xəzərin statusu, Azərbaycan, Qazaxıstan, Türkmənis-
tan
Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olu-
nur. Onun strateji önəmini artıran amillər zəngin karbohidrogen eh-
tiyatlarına malik olmasıdlr. Təsadüfi deyil ki, uzun illərdir 5 Xəzər-
yanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusi-
ya dənizin hüquqi statusunu müəyyən edə bilmirlər. Əsas mübahisə
dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmamasıdır.
Keçmişdə Xəzər dənizi SSRİ və İranın daxili su hövzəsi he-
sab olunurdu. Beynəlxalq hüquq doktrinası da SSRİ - İran razılaş-
masını qəbul edirdi. Bu müqavilələr 1921-ci il fevralın 26-da və
1940-cı il martın 25-də imzalanan “SSRİ və İran arasında ticarət və
dənizçilik haqda müqavilə” hesab olunur. 1921 və 1940-cı il müqa-
vilələri hələ də qüvvədədir, çünki, bu məsələ hələ də həll olunma-
mış qalmaqdadır. Bildiyimiz kimi, 1991-ci ildə Sovet İttifaqının da-
ğılır və sahil dövlətlərinin sayının 2-dən 5-ə qədər artır və bununla
belə Xəzərin hüquq statusu məsələsi yeni bir mərhələyə qədəm qo-
yur. Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya Xəzə-
rin bölünməsi ilə bağlı fərqli mövqe sərgiləməsi məsələni daha da
qəlizləşdirirdi.
Xəzərin hüquqi statusunun həll olunmamasının əsas problem-
lərindən biri də sahilyanı ölkələrin tam yaxınlaşmasına imkan ver-
məməsidir. Məsələnin həll olunmamasının nəticəsidir ki, Xəzərin
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
201
həm enerji, həm də bioloji ehtiyatlarının mənimsənilməsi ilə bağlı
anlaşılmazlıqlar davam edir. Belə bir sual ortaya çıxır Xəzərin hü-
quqi statusu məsələsi niyə həllini tapmır?
Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran tərə-
findən əhatələnən Xəzər sahilinin ümumi uzunluğu 7000 kilometri
keçir. Xəzərin qapalı bir hövzə olması onun statusunun dəniz, yox-
sa göl olması ilə bağlı qeyri-müəyyənlik yaradır. Neft və təbii qaz
ehtiyatları baxımından çox zəngin olması və kəşf edilməsini göz-
ləyən çoxlu sayda neft-təbii qaz yatağının olması Xəzərin statusunu
ön plana çıxarır.
Xəzər dənizinin hüquqi statusunu təyin edilməsi zamanı 3
əsas yanaşma ortaya çıxmışdır.
1. Beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qə-
dər uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin
özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa
sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır.
2. Bu yanaşma isə 1982-ci il tarixli BMT Dəniz Hüququ üzrə
Müqaviləyə uyğun olaraq hər bir ölkə üçün 12 millik dəniz suları
nəzərdə tutur, qalan ərazi isə sahil ölkələrinin ümumi istifadəsinə
verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır.
3. Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan digər
yanaşma isə dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə
tutur. İranın irəli sürdüyü bu həll yoluna Xəzərlə ən uzun sahili olan
dövlətlər Qazaxıstan və Rusiya qarşı çıxır. Mövcud bölünmədə yal-
nız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azər-
baycan və Türkmənistan kimi ölkələr öz paylarından İrana təhvil
verəcəyi halda özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyə-
cəyini bildikləri üçün bu yanaşmanın əleyhinədir.
Rusiya bu məsələni qonşu olduğu Qazaxıstan və Azərbaycan
ilə razılaşaraq həll etmək istəyir. Çünki, Rusiya bu problemin da-
vam etməsinin bölgədə mövcud olan ehtiyatların istifadəsinin ge-
cikməsinə səbəb olduğunu düşünür, eyni zamanda Azərbaycanın
ABŞ və Avropa Birliyinə yaxınlaşmasından narahatlıq keçirir. Elə
bu məsələ də Azərbaycan isə Xəzəri bir "göl" olaraq qəbul edir və
bu gölün sahil ölkələri arasında “milli sektorlara” uyğun olaraq bö-
Dostları ilə paylaş: |