Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
190
yaşanan çətin dövrlər, Atatürk və komandirlər arasında gərginliklər,
rolların dəyişib Atatürkün tək lider olduğu Respublika dövründə
eyni komandirlər ilə əlaqələri təsvir olunmuşdur.
Halil Ersin Avcı “Dünya Medyasında Çanakkale Savaşları
1915” kitabında “Türk tarixinin ən əhəmiyyətli cəbhələrindən biri
olan Çanaqqala cəbhəsindəki döyüş hələ televiziya, radio və inter-
netin olmadığı bir dünyada necə əks-səda tapmışdı?” başlığı ilə
dünya mətbuatında Çanaqqalanın necə təsvir olunduğunu yazmış-
dır. Türkün zəfəri olan Çanaqqala döyüşü təbii ki, yalnız quruda,
havada və dənizdə olmaqla qalmamış, yazılı mətbuatın sətirlərində
və vizual mətbuatın xəttlərində də dərin qarşıdurmalar yaşanmışdı.
Halil Ersin Avcının uzun illərini verdiyi bu qiymətli iş - xronoloji
ardıcıllıqla və Türkçə-İngilisçə şərhləriylə Çanaqqala döyüşünün
tam fərqli təsvirini təqdim edir.
Cemalettin Yıldız “1914-1915-1916 Çanakkale Seddülbahir
Kahramanları” adlı tədqiqatında qeyd edir: “Birinci Dünya Hərbi
Çanaqqala Cephesinde üç bölgədən ibarətdir. Bunlar Seddülbahir,
Arıburnu, Anafartalar bölgələridir”. Bu kitabda Çanaqqala Cəbhəsi
Seddülbahir Bölgəsi qəhrəman və qəhrəmanlıqlarını, bunların ən
böyüyü Ezineli Yahya çavuşun əhvalatı qeyd edilmişdir. Həmçinin
kitabda ilk dəfə Çanaqqala cəbhəsində şəhid düşən yüzlərlə zabit və
Komandirlərin fotoşəkil albomun verilir.
Alman tədqiqatçısı Klaus Volfun “Gelibolu 1915 - Birinci
Dünya Harbinde Alman Türk Askeri İttifakı” adlı əsərində Çanaq-
qala zəfəri, sayı və atəş gücü üstünlüyünə sahib düşmənə qarşı das-
tanlıq bir müqavimət göstərən Osmanlı əsgərinin və başda Mustafa
Kamal olmaq üzrə fərdi təşəbbüsləri ilə müqavimət ruhunu qavra-
yan zabitlər təsvir olunmuşdur. Alman arxivlərindən faydalanaraq
Birinci Dünya müharibəsində alman-türk hərbi əlaqələrini ətraflı bir
şəkildə araşdıran Klaus Volf kitabında Çanaqqala savaşını almanla-
rın dünyagörüşü baxımından təqdim edir. Kitabda 1918-ci ilə qədər
Çanaqqala ilə əlaqəli vəzifə yerinə yetirən və bu vəzifə səbəbiylə
həyatını itirən alman əsgərlərinin siyahısı da verilmişdir.
Çanaqqala savaşının digər tədqiqatçısı isə Stephan Çambers-
dir. Çambersin Çanaqqala döyüşünün vacib bölmələrini gerçəkliyi
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
191
əraziylə birlikdə dəyərləndirən bir neçə kitabı mövcuddur. İki kita-
bında (“Çanakkale Zığındere”, “Arıburnu-Çıkarma”) Çambers daha
çox Çanaqqala döyüş meydanlarından bəhs edir. Çambers Çanaq-
qala döyüşünə münasibətini belə izah edir: “Bu gün Peter Hart və
Les Carlyon kimi yazarın yazdıqları çox yaxşı tək cildlik Gelibolu
kitabları var, ona görə də mən çox yaxşı kitablar varkən təkrar
yazmaq istəmədim. Mənim yanaşmamdakı fərqlilik; Gelibolu ya-
rımadası kimi balaca bir qaya parçasına diqqət edərək, rəsmi qay-
naqlar və iki tərəfdən də əsas qaynaqlarını istifadə edərək, ərazini
gəzmək istəyən bir çox insana bir döyüş sahəsi rəhbəri təmin edə-
rək onun hekayəsini izah etmək”. Çambers Çanaqqalanın əhəmiy-
yətli bir cəbhə olmaqla birlikdə, Qərb cəbhəsində almanlara qarşı
verilən mübarizə ana cəbhədə meydana gətirdiyindən ingilislər
üçün ikinci dərəcə əhəmiyyəti olduğunu vurğulayan Çambers, 100
il üçün "Biz Gelibolu üçün atalarımıza borcluyuq və bu borcu nə-
sillərə Gelibolunun gerçək hekayəsini anladaraq ödəyə bilərik ki,
Gelibolunun həqiqəti fantastikadan daha çox dramatikdir!" deyir.
Çanaqqala döyüşləri istər tarixi, istərsə də milli tarix baxımın-
dan tədqiqat obyekti olmaqdadır. Yeni arxiv mənbələrinin və me-
muar ədəbiyyatının ortaya çıxarılması, müxtəlif yanaşma metodla-
rından istifadə olunması, yeni tədqiqatçılar nəslinin formalaşması,
tarixi yaddaşın milli təfəkkürdə möhkəmlənməsi səbəbindən Ça-
naqqala döyüşlərinin tarixi daim aktuallığını qoruyub saxlayacaq-
dır.
ƏDƏBİYYAT
1. Cahidə Sınmaz Sönməz. Çanaqqale Savaşları Anma və Kurtul-
ma Etkinlik-ləri(1916-1938).Çanaqqala, 2015, səh 23.
2. Cemalettin Yıldız. 1914-1915-1916 Çanakkale Seddülbahir
Kahramanları. 2015, səh.391.
3. Çanakkala Araştırmaları Türk Yıllığı Dergisi. (Cilt 14, Sayı 21).
Çanakkala, 2016, səh.785.
4. Halil Ersin Avcı. Dünya Medyasında Çanakkale Savaşları 1915.
İstanbul, Timaş yayınları, 2015, səh.224.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
192
5. Klaus Volf. Gelibolu 1915 - Birinci Dünya Harbinde Alman
Türk Askeri İttifakı. İstanbul, İş Bankası Kültür Yayınları, 2014,
səh.680.
6. Osmanlı Belgelerinde Çanakkale muharibeleri. Ankara,2005, I
cild, səh.696.
7. Osmanlı Belgelerinde Çanakkale muharibeleri. Ankara,2005, II
cild, səh.672.
8. Semet Atacanlı. Atatürk və Çanaqqalanın komandirləri. İstanbul,
İş Bankası Kültür Yayınları, 2015, səh.644.
9. Stephan Çambers. Arıburnu – Çıkarma. İstanbul, İş Bankası
Kültür Yayınları, 2015, səh.328.
_________________________
Aytəkin YUSİFLİ
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, III kurs tələbəsi
E-mail: yusifliaytekin@gmail.com
QAFQAZ İSLAM ORDUSUNUN TƏDQIQI:
TÜRKIYƏ VƏ AZƏRBAYCAN TARIXŞÜNASLIĞINDA
FƏRQLI YANAŞMALAR
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Qasımova Sevinc
Bakı Dövlət Universitetinin dosenti
Açar sözlər: Qafqaz İslam Ordusu, Nuru paşa, Mart soyqırımı,
Azərbaycan Xalq Cümhuriyyəti, Bakının azad edilməsi
Tezisdə Qafqaz İslam Ordusunun yaranmasını doğuran sə-
bəblər, bu dövrdə siyasi vəziyyət, Azərbaycan və Türkiyə tarixində
yeri və tarixşünaslıqdakı fərqli yanaşmalar işıqlandırılmaqla, qarşı-
laşdırılmalı analiz və müqayisəli təhlil əsasında həm türk, həm də
Azərbaycan tarixçilərinin problemə yanaşmaları diqqətə çəkiləcək,
dərsliklərdəki konsepsiyalar və fərqli fikirlər təhlil ediləcək, proble-
mə sovet tarixşünaslığında yanaşmanın səbəbləri, eyni zamanda
həm sovet, həm türk, həm də çağdaş Azərbaycan tarixşünaslığında
Dostları ilə paylaş: |