Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
184
Türk dedikdə, eyni zamanda, Çindən Avropaya qədər geniş ərazini
əhatə edən, böyük dil və mədəniyyət ailəsi də nəzərdə tutulmalıdır
(səh.4). Əsl türk dilində danışanlar Mərkəzi Asiyada yaşamışlar.
Onlar köçəri tayfalar halında bugünkü Sibir, Qərbi Çin, Qazaxıstan,
Qırğızıstan və ətraf ərazilərdə yaşamışlar. Onların erkən vaxtlardan
çinlilər və Orta Şərq farsları və ərəbləri ilə bərabər adları çəkilmiş-
dir, lakin onların Orta Şərqdə daha geniş yayılması X əsrə aiddir.
Orta Şərqin əlverişli təbii şəraiti köçəri türklərin burada qalmasına
səbəb oldu. Müəllif həmçinin türklərin hələ Mərkəzi Asiyada olar-
kən İslam dinini qəbul etdiklərini yazır. Baxmayaraq ki, tarixdə bə-
zi türklər yəhudi və xristian olmuşlar, İslam dini onlar arasında da-
ha geniş yayılmışdı və bu günə qədər də qalmaqdadır (səh.4).
Justin McCarthy əsərlərində həmçinin türklərin tarix boyu ya-
ratdığı dövlətlər haqqında da məlumat verir. Qeyd edir ki, ilk türk-
lər, məlum olduğu kimi, tayfalar halında yaşamışlar. Türk tayfaları
qüvvələrini bir ittifaqda birləşdirdikdə və güclü başçılarının qayda-
larını qəbul etdikdə artıq böyük qaliblərə çevrildilər (səh.11). Bu
tayfalar arasında ən yaxşı tanınanı Hun tayfa ittifaqı olmuşdur.
Türklər Orta Şərqə gəldikdən sonra burada bir sıra dövlətlər yarat-
dılar. Müəllif qeyd edir ki, türklər daima hərəkətdə olmuş, öz ərazi-
lərini genişləndirməyə çalışmışlar. Onların qərbə doğru genişlən-
məsi Səlcuqların başçılığı ilə olmuşdur. Səlcuq dövlətini quranlar
köçəri türklər idi. İlk Səlcuq sultanları köçəri adət-ənənələrlə yaşa-
yırdılar. Lakin səlcuq sultanları tezliklə qərara aldılar ki, daha sabit
qayda-qanunlu dövlət yaratsınlar. Bu məqsədlə onlar ilk növbədə
ordunu, vergi sistemini və bürokratiyanı təşkil etdilər (səh.12). Səl-
cuqlar tez bir zamanda İranı və İraqı tutmuş, 1055-ci ildə isə Abba-
silər Xilafətinin paytaxtı olan Bağdadı ələ keçirmişdilər. İlk zaman-
lar Səlcuq qoşunları köçərilərdən təşkil olunduğu üçün onlar otlaq-
lar yaxşı olan yerləri işğal edirdilər. Köçərilər İran və İraqı tutmaqla
kifayətlənmədilər. Daha sonra Bizans istiqamətində - Anadoluya tə-
rəf hərəkət etdilər. 1071-ci ildə məşhur Malazgird döyüşü baş verdi.
Malazgird döyüşündəki qələbə türklərin Anadoluda məskunlaşma-
sında böyük rol oynadı (səh.4). Yunanlar, kürdlər, ermənilər və baş-
qaları bu ərazilərdə məskunlaşdılar və onların əksəriyyəti Türk di-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
185
lini, İslam dinini qəbul etdilər. Nəticədə onlar da Türkə çevrildilər.
Türklərdə ümumiyyətlə irqçilik olmadığına görə (the Turks had no
concept of “race”), onlar türklərlə birlikdə yaşayıb türk olmaq istə-
yənə hər kəsi türk hesab edirdilər və bu baxımdan, hazırki türklər
(Türkiyə türkləri) zamanında Mərkəzi Asiyadan köçüb gəlmiş türk-
lərlə türk olmaq istəyənlərin sonrakı nəsilləridirlər (səh.4).
Justin McCarthynin hesab edir ki, Osmanlılar bütün türk döv-
lətləri içərisində köçəri həyatdan oturaq həyata dönüşdə ən uğurlu
olanlardır (səh.20). “Osmanlının ilk sultanı Osman Şimal-Şərqi
Anadoluda Söyütlü şəhəri ətrafındakı əraziləri idarə edirdi. Onun
oğlu Orxan isə bütün Şimal-qərbi Anadolunu və Avropanın kiçik
bir hissəsini idarə etməyə başlamışdı”. Müəllif Osmanlı sultanları
içərisində ən məşhurlardan birinin Fateh Sultan Mehmet olduğunu
qeyd edir. Belə ki, Konstantinopolu fəth etməklə özündən əvvəlki
sultanların məqsədlərini həyata keçirmişdir.
Osmanlıda mövcud qaydalardan, idarəçilik sistemini araşdı-
ran müəllif belə bir müddəa irəli sürür ki, Osmanlıda xalqlar etnik
və dini dözümlülük şəraitində yaşamışlar. Lakin buna baxmayaraq,
“tolerantlıq və idarəçilik bacarıqları (Tolerance and ability) imperi-
yanın əbədi mövcud olması üçün kifayət deyildi” (səh.5). Osmanlı
imperiyası elmi, iqtisadi sahələrdə çox da uğurlu deyildi. Bundan
əlavə, Avropada genişlənməkdə olan milli hərəkat Osmanlı xalqla-
rına da təsirsiz ötüşmür, imperiyanın slavyan xalqları (bolqarlar,
yunanlar) Rusiya və Avropanın təsiri və təşviqi ilə üsyanlar törədir,
mövcud hakimiyyət əleyhinə qiyamlar qaldırırdılar (səh.5). XIX əsr
və XX əsrin əvvəllərində Rusiyanın Krım və Qafqaz bölgələrindən
olan köçkünlər Anadoluda türklərin sayını daha da artırdılar (səh.
5). 1800-cü ildən 1920-ci illərə kimi 3 milyona yaxın miqrant indiki
Türkiyə ərazisinə gəlmişdi. Çərkəzlər və bosnalılar öz adət-ənənə-
lərinin əksəriyyətini qoruyub saxlasalar da, vaxt keçdikcə onlar da
türk dilini və mədəniyyətini qəbul etməyə başlamışdılar.
Müəllif həmçinin türklərin müasir tarixi haqqında da məlumat
verir. Birinci Dünya müharibəsində məğlubiyyət və Osmanlının get-
dikcə zəifləməsi türklərin inkişafına mane olurdu. Lakin Mustafa
Kamal Atatürkün başçılığı ilə keçirilən islahatlar geriləmənin qarşı-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
186
sını aldı. 20 illik bir müddətdə türklər imperiya quruluşundan res-
publika quruluşuna keçdilər (səh.69). Təhsil qərb sisteminə uyğun-
laşdırıldı. Türklərin geyimləri də Avropaya uyğunlaşdırıldı: fəs və
çadra atıldı. Türkiyə dünyəvi dövlətə çevrildi, ərəb əlifbası ləğv edil-
di. Bir sıra belə islahatlar türk xalqının inkişafına gətirib çıxardı.
Justin McCarthynin Osmanlı tarixi üzrə araşdırmalarında xü-
susi diqqət ayırdığı məsələlərdən biri də “etnik təmizləmə” məsələ-
sidir. Hətta bu problemə xüsusi araşdırma da həsr etmişdir: “Ölüm
və sürgün: Osmanlı müsəlmanlarının etnik təmizliyi” (Death and
Exile: The Ethnic Cleansing of Ottoman Muslims, 1821-1922,
1996). Kitabda XIX – XX əsrin əvvəllərində Balkanlarda və Yaxın
Şərqdə müsəlmanların deportasiyası, qətli və yaşadıqları faciələr
əksini tapır. Müəllif göstərir ki, bu faciələr Rusiyanın Balkanları öz
təsir dairəsinə daxil etmək məqsədilə Osmanlının xristian millətlə-
rindən istifadəsi ilə başlamış, milyonlarla müsəlmanlar yaşadıqları
ərazilərdən qovulmuş, qətl edilmişlər. Müəllif həmçinin ermənilərin
soyqırım haqda olan iddialarını rədd edir, yüz minlərlə erməninin
və ən az bir o qədər də müsəlman türkünün öldüyünü bildirir: "Er-
məni soyqırımı olmayıb. Bir savaş vardı. Bu savaşda erməni üsyan-
çılar hökumətə qarşı ayaklandılar. Hökumət müvafiq tədbir gördü.
Bu hadisələr səbəbindən ermənilər öldü. Bəzən türklər tərəfındən
öldürüldülər. Amma türklər də ermənilər tərəfindən öldürülürür,
qətl edilirdilər. Hətta ermənilərdən daha çox türk öldürülmüşdü".
Son olaraq qeyd etmək istərdik ki, hazırki məruzəmizdə tari-
ximizin mübahisəli hesab olunan məsələlərindən sadəcə ikisinə
qərb müəlliflərindən yalnız birinin - Louisville Universitetinin pro-
fessoru Justin McCarthynin araşdırmaları nümunəsində aydınıq
gətirməyə çalışdıq. Hesab edirik ki, bu istiqamətdə araşdırma və
fəaliyyətlərin davam etdirilməsi gələcək tədqiqatlarımız üçün də
çox əhəmiyyətli ola bilər.
ƏDƏBİYYAT
1. Justin A. McCarthy. The Ottoman Turks: An Introductory
History to 1923. Pearson Education Limited; Routledge, 2013. –
Dostları ilə paylaş: |