Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
193
problemin öyrənilməsi səviyyəsi və tədrisi məsələlərinə diqqət çə-
kiləcək və yeni yazılan dərsliklərlə müqayisə ediləcəkdir.
Məlumdur ki, Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi
məqsədi mübahisəli məsələlərdən biridir. Bu vaxta kimi tarixşünas-
lıqda “işğal”, “qardaşlıq yardımı” və hər iki konsepsiyanı qəbul
edən tarixçilər fərqli yanaşmaları ilə seçilmiş və müxtəlif dövrlərdə
hakim konsepsiya sayılmışdır. Tarixşünaslıq baxımından sovet
dövrünün ideoloji təsiri altında yazılmış əsərlərdə dövrün tələbinə
uyğun olaraq Osmanlı dövlətinin yardımı Almaniya-Osmanlı koali-
siyasının “ işğalçılıq siyasəti ” adı altında pərdələnirdi. Buna görə
də bu tip əsərlərdə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin
işğal xarakteri daşıdığını və məqsədin Qafqaza yiyələnmək olduğu-
nu qələmə alırdılar. Qafqaz İslam Ordusu ilə bağlı zəngin faktları
özündə əks etdirən Seyidağa Axundzadənin “Mart hadisəsi. 1918
və yaxud Nuru paşanın Bakını işğal etməsi” adlı kitabı uzun müd-
dət diqqətdən kənarda qalmışdır. Əsərin adı xətalı hesab edildiyin-
dən tədqiqatçılar kitaba ehtiyatla yanaşır. Mahiyyətinə varanda isə
“işğal” sözünün sadəcə həmin tarixi şəraitə uyğun olaraq işləndiyi-
ni, əslində isə Azərbaycan və türk könüllülərindən təşkil olunan
Qafqaz İslam Ordusunun azadlığımız uğrunda mübarizəsinin həqi-
qətlərə dayanaraq real obyektiv təsvirini görə bilərik. Ümumilikdə
4 cilddən ibarət olduğu güman edilən əsərin II və III hissələrində
Qafqaz İslam Ordusundan bəhs edilir. III hissədə Bakı ətrafı döyüş-
lər, bolşeviklərə qarşı mübarizə öz əksini tapdığından əsərin II his-
səsi əldə olmasa da, belə güman edilir ki, burda Qafqaz İslam Ordu-
sunun yaranması, Azərbaycana gəlişi, mübarizənin Gəncədən baş-
laması əks olunur. Hadisələrin real şahidi olan və Qafqaz İslam Or-
dusunun təşkilində yaxından iştirak edən Nağı Şeyxzamanlının xa-
tirələri dövrü araşdırmaq baxımından ən dəyərli mənbədir. “Nağı
Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri" kitabında Azər-
baycanın azadlığı uğrunda çətin yollardan keçən Qafqaz İslam Or-
dusunun mübarizəsindən bəhs edilir.
Tezisdə mövzu ilə bağlı A.İsgəndərovun, M.Süleymanovun,
A.Aşırlının, V.Qafarovun, Q.Türkerin, M.Rıhtımın, S.İzzetin,
M.Kırzıoğlunun, M.Görüryılmazın tədqiqatlarına diqqət yetirilmək-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
194
lə bəzi məsələlərə də aydınlıq gətirilmişdir. Qardaş Türkiyədə
Qafqaz İslam Ordusunun fəaliyyəti ilə bağlı araşdırmalar, müxtəlif
istiqamətləri özündə əks etdirən kitablar və məqalələr çap olunur.
Müasir türk tarixşünaslığında türk hərbi qaynaqlarını və hadisəyə
şəxsən qatılanların görüşlərini yetərincə tədqiq edən Mustafa Gö-
rüryılmaz müəllifi olduğu “Türk Qafqaz İslam Ordusu və erməni-
lər” kitabında Qafqaz İslam Ordusunun Azərbaycan və Dağıstanda
apardığı hərbi əməliyyatlar və nəticələr, I Dünya müharibəsi döv-
ründə Qafqaz regionunda siyasi vəziyyət, soyqırım və Qafqaz İslam
Ordusunun bolşevik-daşnaklarla mübarizəsini əks etdirir. 5-ci Qaf-
qaz diviziyasının qərargah rəisi Rüşdü bəyin xatirə və təcrübələrinə
əsaslanaraq yazdığı “Büyük Harpte Bakü Yollarında 5.Kafkas Piya-
de Fırkası” kitabı da dövrü xarakterizə edən zəngin mənbədir. Qaf-
qaz İslam Ordusunun tədqiqatçılarından biri olan Halil Balın konk-
ret faktlara əsaslanaraq yazmış olduğu “Azerbaycan Cumhuriyeti’-
nin kuruluş mücadelesi ve Kafkas İslam Ordusu” kitabı Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması dövründə öz qardaş köməyini
əsirgəməyən türk əsgərlərindən bəhs edir. M.Ə.Rəsulzadə “Azər-
baycan Cümhuriyyəti” əsərində nicatını türk ordusunun xilaskar-
lığında görən xalq kütlələrinin Nuru paşanın qarşılanmasını “Xalq
Nuru Paşanı göydən enmiş mələk kimi qarşıladı” sözləri ilə təsvir
edir.
Qafqaz İslam Ordusunun xalqımızın azadlığı, bütövlüyü uğ-
runda apardığı mübarizə zaman-zaman dövrü mətbuatda da öz əksi-
ni tapırdı. Bu baxımdan dövrün tədqiqatçılarından olan Akif Aşırlı-
nın “Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuatında Qafqaz
İslam Ordusu” kitabı diqqətə layiqdir. Siyasi-publisistik materiallar
əsasında qələmə alınan kitabda Qafqaz İslam Ordusu ilə bağlı döv-
rü mətbuatda dərc olunmuş məqalələr əks olunur. Dövrün mətbu
orqanları, milli qəzetlərimizlə yanaşı, müxtəlif yönümlü mətbu or-
qanlarda çap olunan siyasi-publisistik materialları və rəsmi infor-
masiyalar müqayisəli təhlillərə çəkilmiş, tədqiq edilərək tarixin
real, obyektiv mənzərəsi canlandırılmışdır. Eyni zamanda ikili ya-
naşmalara alman mətbuatında da rast gəlinir. Almaniya Bakının
türk ordusu tərəfindən azad olunması cəhdlərini “işğal” kimi qiy-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
195
mətləndirir, bu məsələyə mövqeyini “Nyus-Parker dantes çaytunq”
qəzetində bildirirdi. Almaniyanın türk ordusunun qardaşlıq kömə-
yini “işğal” kimi dəyərləndirməkdə məqsədi Bakının neft ehtiyatla-
rına sahib olmaqla yanaşı, alman kolonistlərinin istəyindən çıxış
edərək Bakını Azərbaycandan ayrı təsəvvür edir, onun Sovet Rusi-
yasının və Osmanlının deyil, maraqlı qüvvələrin neytral məkanına
çevrilməsini istəyirdi.
Həmçinin aparılan tədqiqatlar nəticəsində məlum olur ki,
Qafqaz İslam Ordusu Azərbaycanda milli ordu quruculuğu prose-
sinin əsas təkanverici amili olmuş və göstərilən köməklər nəticə-
sində milli hərbi kadrlar yetişmişdir. Bütün aparılan işlər, hərbi təh-
sil məktəbinin yaradılması nəticəsində Azərbaycan Milli Ordusu
yarandı.
Adlarını qeyd etdiyim elmi əsərlər, məqalələr və araşdırmalar
tədqiqatın hərtərəfli aparılması üçün əsas mənbə olmuşdur. 1918-
1920-ci illərin tədqiqi ilə bağlı əsərlərdəki faktlar tutuşdurulmuş,
müqayisəli təhlil edilmişdir.
ƏDƏBİYYAT
1. Alen W.E., Muratof R. 1828-1921. Türk Kafkas Sınırındaki
Harblerin Tarihi, Ankara, 1996.
2. Aşırlı A. Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuatında
Qafqaz İslam Ordusu. Bakı, Nurlar, 2013.
3. İsgəndərli A. Azərbaycan həqiqətləri 1917-1920. Bakı, Elm və
təhsil, 2013.
4. İzzet S. Piyade Tümeninin Azerbaycan ve Şimali Kafkasya’daki
Harekat ve Muharebeleri. Ankara, 1939.
5. Kırzıoğlu M.F. Kars İli ve Cevresinde Ermeni Mezalimi. Ankara,
Köksav, 1999; Bakı, Qismet, 2008.
6. Şaumyan S. Bakinskaya kommuna. Bakı, 1927.
7. Süleymanov M. Azerbaycanda Türk Şehidlikleri. Bakı, Herbi
neşriyyat, 2000.
8. Süleymanov M. Nuri Paşa ve silahdaşları. Bakı, Nurlar, 2014.
9. Süleymanov M. Qafqaz İslam Ordusu və Azərbaycan. Bakı,
Hərbi nəşriyyat, 1999.
Dostları ilə paylaş: |