Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
217
səl dəftəri”, “İbrahim Peçevinin Qafqaz və Gürcüstan haqqında
əməyi”, “Türk-laz dillərinin əlaqəsi” əsərləri təşkil edir. Qeyd et-
mək lazımdır ki, “Gürcüstan vilayətinin müfəssəl dəftəri” gürcücə
yayımlanmış türk tarixinin ən önəmli mənbələrindən hesab olunur.
Müəllif tərəfindən tarixi sənədlərin əksəriyyəti nəşr edilib ki, bun-
lardan ən əhəmiyyətlisi “XVIII əsrin I yarısında Gürcüstanda Os-
manlının Hüquqi Sənədləri”dir. S.Cikianın türkcə-gürcücə və gür-
cücə-türkcə lüğətlərinin hazırlanmasında, düzəliş edilməsində, azər-
baycan məktəbləri üçün gürcü dilində dərsliklərin hazırlanmasında
danılmaz rolu vardır. O, həmçinin türk xrestomatiyasının müəlli-
fidir. Bir çox gürcü türkşünaslar kimi (N.N.Canaşia, V.G.Cangidze,
G.Tsalkalamidze, İ.Şervaşidze) S.Cikia da türk dillərinin ləhcələri-
nin öyrənilməsinə diqqət ayırmışdır. Azərbaycanda istifadə olunan
türk dilinin ləhcələrindən başqa bu alim tərəfindən Türkiyənin əha-
lisinin istifadə etdiyi dilin müqayisəsi aparılmış, bu dilin gürcü dili-
nin ümumi qrammatikasında buraxdığı izi müəyyənləşdirilmiş,
həmçinin türk xalqlarının ədəbiyyatında onların yeri təsbit edilmiş-
dir. Cikiya Türkiyə türkcəsinin kök və şəkilçilərinin təsnifatını
aparmış, bununla yanaşı gürcü dilində istifadə olunan türk kökənli
sözlərin siyahısını hazırlamışdır. Sergi Cikianın araşdırmalarından
belə qənaətə gəlmək olar ki, bir-birinə yaxın yaşayan xalqların mə-
dəniyyətində, dilində, münasibətində qarşılıqlı yanaşma, bənzərlik
mövcuddur. Təsadüfi deyil ki, linqvistik baxımdan türk-gürcü, gür-
cü-azərbaycanlı, türk-lazların dillərində bu açıq şəkildə özünü biru-
zə verməkdədir. Sergi Cikia Azərbaycanın intibah dövrünün nüma-
yəndələrindən olan Xaqani, Nizami, o cümlədən, M.Ə.Sabir M.F.
Axundov, C.Məmmədquluzadənin əsərlərini tərcümə vasitəsilə gür-
cü xalqına da çatdırmışdır.
Müasir dövrdə Gürcüstanda türk dilini təkcə leksikoloji baxı-
mından deyil, həm də fonetik və sintaktik baxımdan araşdırılması
davam etməkdədir.
ƏDƏBİYYAT
1.Anadolu türkcesi Ahıska şivesinde morfolojik özellikler hakkında
// Bizim Ahıska dergisi, yaz 2016.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
218
2. Founder of Georgian Turkology: Sergi Cikia Biography.
Translated by Prof.Dr.Ilyas Ustunyer
http://silkroadinstitute.ibsu.edu.ge/index.php/en/publications/books/
286-founder-of-georgian-turkology-sergi-jikia
3. İlyas Üstünyer. Gürcü Türkolojisinin kurucusu - Sergi Cikia.
Konya, 2014.
4. N.N.Canaşia, M.Kh.Svanidze. Gürcistan’da türkoloji // Tarih
Dergisi, Sayı 54 (2011/2), İstanbul, 2012, s.221-229.
5. Tsisana Abuladze. Turkish studies in Georgia // III.Uluslararası
Türkiyat Araştırmaları Sempozyumu. Hacettepe Üniversitesi
Türkiyat Araştırmaları Enstitüsü, Ankara , 2010.
6. სერგი ჯიქია
https://www.tsu.ge/universteteli_avtorebi/biografia.php?id=441
7.თურქოლოგია საქართველოში http://science.org.ge/
_________________________
Nuranə QASIMOVA
Sumqayıt Dövlət Universiteti
Tarix və Coğrafiya fakültəsi, II kurs magistrant
Email: nurana.gasimova@mail.ru
SOVET HAKİMİYYƏTİNİN İLK İLLƏRİNDƏ TÜRK
XALQLARININ TARİXİNİN TƏDQİQİNƏ DAİR
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Ənvər Məmmədov
Sumqayıt Dövlət Universetitinin dosenti
Açar sözlər: SSRİ, sovet hakimiyyəti, türk xalqları tarixi, türk xalq-
ları tarixinin tədqiqi, repressiyalar
Dünya xalqlarının tarixi bir-birindən təcriddə deyil, əksinə
qarşılıqlı təsir dairəsində inkişaf etmişdir. Şərti də olsa dünya tarixi-
nin iki qütbü kimi səciyyələndirilən Şərq və Qərb xalqları bir-birinə
bağlılığı və təsiri nəticəsində müasir sivil mərhələyə yetişə bilmiş-
dir. Türk xalqlarının tarixi də bu mənada dünya tarixinin bir qolu
olmaqla yanaşı, həm də əsas tərkib hissəsidir.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
219
Türklər dünyanın qədim və qüdrətli xalqlarındandır. XX əsr
türk ədəbiyyatının məşhur nümayəndəsi Ə.Nesinin təbirincə desək,
"hər bir millətin böyüklüyü onun əhalisinin çoxluğuna və ərazisinin
genişliyinə görə müəyyənləşdirilmir. Hər bir xalqın böyüklüyü
onun tarix və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyən-
ləşdirilir." Bu mənada türklər öz tarix və mədəniyyətlərinin qədim-
liyi, zənginliyi baxımından dünya xalqları arasında böyüklüyünü,
aparıcılığını tam şəkildə təsdiqləyə bilmişlər. Türklərin təxminən
dörd min il bundan əvvəl Altay-Sayan dağları boyunca yaşamaları
tarixi fakt kimi təsdiqlənmişdir. Lakin türklərin tarixinin daha əv-
vəllərə aid olduğu şəksizdir. Türklərin 2800 il siyasi təşkilatlanma,
2700 il ədəbiyyat, 2500 il yazı tarixinə malik olmaları bu fikrin hə-
qiqiliyinə tam əminlik yaradır.
Hazırki dövrdə türk xalqlarının tarixinin təkcə hər hansı milli
zəmində yox, ümumtürk anlayışları səviyyəsindən və bu səviyyənin
nəzəri-estetik prinsiplərinin dərki baxımından öyrənilməsi vacibdir.
Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, keçmiş SSRİ məka-
nında yaşamış türk xalqları öz həqiqi tarixlərindən və zəngin mə-
nəvi aləmindən uzun müddət nəinki uzaq salınmış, həm də müəy-
yən siyasi tələblər daxilində ondan yadırğadılmışlar. Sovet haki-
miyyətinin 20-30-cu illərində ölkə rəhbərliyinin inzibati-komanda
sistemində Stalinin başçılığı ilə həyata keçirilən siyasi xətt bu prob-
lemə öz dərin təsirini göstərmişdir. Bu zaman türk xalqlarının tarixi
bolşevik hakimiyyətinin ideoloji diqtəsi ilə saxtalaşdırılmış, möv-
cud ideologiyaya xidmət edən sovet tarixşünaslığında bilərəkdən
təhrif edilmişdir. Digər sahələrdə olduğu kimi tarix elmi də bütöv-
lükdə partiya və dövlət orqanlarının nəzarətinə verilmişdi.
Sovet hakimiyyətinin ilk illərində bu istiqamətdə bir birinə
zidd iki cərəyanın toqquşması müşahidə olunur. Birinci “milli” cə-
rəyanın nümayəndələri ümumtürk tarixini və mədəniyyətini yarat-
mağa çalışır, yeni proletar cərəyanın nümayəndələri isə qarşılarına
xalqın qəhrəman əməyini, burjuaziyaya qarşı mübarizəni və ateizmi
təbliğ edən ədəbi-bədii əsərlər yaratmağı və onu tədris etməyi məq-
səd qoymuşdur. Bu xətti genişləndirmək üçün bütün ittifaq üzrə
ədəbi-bədii və mədəni-maarif müəssisələri şəbəkəsi yaradılmışdı.
Dostları ilə paylaş: |