Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
220
İdeoloji ustanovka ilə razılaşmayan elm və mədəniyyət xa-
dimləri ciddi cəzalara məruz qalırdılar. 30-cu illərdə Sovet İttifaqın-
da həyata keçirilmiş repressiya tədbirləri ümumtürk elmi və mədə-
niyyətinə də ciddi zərbə vurmuşdu. Belə ki, bu zaman türk ziyalıla-
rının böyük qismi repressiyanın qurbanı oldular.
ƏDƏBİYYAT
1. Бордюгов Г.А., Козлов В.А. История и конъюктура.
Субъективные заметки об истории советского общества.
М., 1992.
2. Bağımsızlığın ilk yılları (Azerbaycan, Kazakistan, Kırqızistan,
Özbekistan, Türkmenistan). Ankara, 1994.
2.Nadir Devlet. Çağdaş türk dünyası. İstanbul, 1989.
_________________________
Günay BAYRAMOVA
Bakı Dövlət Universiteti
tarix fakültəsi, III kurs tələbəsi
E-mail:gunkam10@gmail.com
AHISKA TÜRKLƏRİ TƏDQİQATLARDA
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli
Bakı Dövlət Universitetinin dosenti
Açar sözlər: Ahıska türkləri, SSRİ, Gürcüstan, deportasiya, tədqi-
qatlar, iki dəfə deportasiya olunmuş xalq
SSRİ-nin repressiv islahatlarına məruz qalan Qafqaz xalqla-
rından biri də ahıska türkləridir. Gürcüstanın cənub-qərbində yer-
ləşən Ahıska bölgəsi ilk zamanlardan türklərin yaşadığı ərazilər
olmuşdur. XX əsrdə iki dəfə deportasiyaya məruz qaldı ahıska türk-
ləri... Bu bir xalq üçün olduqca çətin prosesdir, çünki nəticədə məs-
kunlaşdığı ərazi ilə birlikdə həmin xalq mədəniyyətini, hətta varlı-
ğını da itirə bilərdi.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
221
İlk olaraq qeyd etmək istəyirəm ki, tarixi ədəbiyyatlarda tez-
tez ahıska türklərinin adına ‘mesxeti” olaraq rast gəlirik və bir çox
tarixçilərimiz də bunu olduğu kimi yazırlar. Bu gürcü tarixçilərinin
aborigen xalq olan ahıska türklərini gürcüləşdirmək səylərinin nəti-
cəsidir. Ərazidəki türkləri gürcülərin bir qolu kimi msxeti gürcüləri
adlandırırlar. “Gürcü alimləri ahıskalıları müstəqil dilə, mədəniyyə-
tə, etnik psixologiyaya məxsus xalq saymır, onları İslam dinini qə-
bul etmiş “müsəlman gürcüləri”, yerləşmə-coğrafi baxımdan isə
mesxetilər adlandırırlar” (8, səh.7). Ahıskalılar isə özlərini deporta-
siyadan sonra belə heç vaxt mesxeti türkü olaraq adlandırmamış,
həmişə ahıska türkü olaraq təqdim etmişlər. “Onların mənşəyi prob-
lemində fikir ayrılıqları olsa da, türk mənşəli olduqları danılmaz
faktdır” (3, səh.1).
Ahıska türkləri haqqında yazılan məqalə və monoqrafiyalar
çoxluq təşkil etsə də, bunların sadəcə bir hissəsi tarixi və elmi sə-
ciyyə daşıyır. Ümumiyyətlə, bu yöndəki tədqiqatları araşdırılma
istiqamətinə görə belə təsnif etmək olar: 1. Bədiiliyin ön planda ol-
duğu tədqiqatlar 2. Tarixi səciyyə daşıyan tədqiqatlar.
Ahıska türkləri haqqında ən çox araşdırma aparanlardan biri
professor Asif Hacılı “Ahıska türkləri: İnanc dünyası”, “Ahıska
türklərinin sürgün folkloru” , “Ahıska türkləri. Vətən bilgisi” kimi
monoqrafiyalarında əsasən maddi mədəniyyət, folklor, din həmçi-
nin də toplum həyatı ilə bağlı məsələləri nəzərə çatdırmışdır. N.Sa-
sıyevin “Yetim qalmış ahıskalı” kitabında isə bədiilik daha çox ön
plandadır.
Ahıska türkləri haqqında tarixi və elmi məlumatları daha ət-
raflı S.Piriyeva araşdırmış və təhlil etmişdir. “Ahıska türkləri Azər-
baycanda” adlı monoqrafiyasında 1944-cü ildə deportasiya olun-
muş xalqın sonrakı həyatı, həmçinin Azərbaycanda məskunlaşması
haqda məlumat verilir. S.Piriyeva və A.Piriyevin “Türk dünyası və
ata yurdum Ahıska” adlı kitabındada yenə türk dünyası (tatarlar,
çuvaşlar, kabarda-balkar, qaraçay-çərkəz və b. haqqında da ayrıca
danışılır) və ahıskalılar haqqında məlumat verilir. İlk olaraq ahıska-
lıların türk mənşəli olması, onların eyni din, eyni dilə mənsub ol-
ması sübut olunur. Bununla yanaşı ahıska türklərinin deportasiya
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
222
olunma səbəblərindən bəhs edərkən müəlliflər onların 3 dəfə depor-
tasiya olunduğu fikrini irəli sürür. Bəhs olunan tədqiqatlarda ahıska
türklərinin mənşəyi problemi də ətraflı tədqiq olunmuşdur.
Ümumiyyətlə, ahıskalıların Gürcüstan ərazisindən deportasi-
ya edilməsinin əsas səbəbi kimi Türkiyənin Ərdahan bölgəsi ilə sər-
həd zonasında yaşadıqları üçün onların “xain” yaxud “casus” ola
biləcəklərindən ehtiyat edirdilər. Burada diqqəti çəkən bir digər mə-
sələ də bu bölgələrdən krım tatarları, inquşlar, balkarlar, qaraçaylar,
kalmuklar, kürdlər və ahıska türkləri kimi xalqların sürgün edilməsi
idi (4, səh.13). Bu xalqlar Türkiyə tərəfdarı olduğundan, Stalin on-
lara güvənmir, onları təhlükə olaraq görür və bölgəni özünə görə
etibarlı hala gətirmək istəyirdi.
Lakin ahıskalıların deportasiya məsələsində nəzərə çatdırıl-
mayan məsələlər də vardır. Bunlardan ilk olaraq ahıska türklərinin
deportasiyası problemində yalnızca rusların deyil, eyni şəkildə gür-
cülərin də rolu böyük olmuşdur ki, ədəbiyyatlarda bu fakt bir qədər
kölgədə qalmışdır. Gürcülər daima Türkiyəyə ərazi iddiaları ilə çı-
xış ediblər, hansı ki, Azərbaycana qarşı olan iddiaları nəticəsiz qal-
mamış, Borçalı bölgəsini mənimsəmişlər. Gürcüstan-Türkiyə sər-
həd zonasında türk mənşəli tayfaların yaşaması təbii olaraq onların
işinə əngəl idi. Ərdahan, Ərzurum, Artvin, Trabzon, Rize kimi sər-
hədyanı bölgələrə daima ərazi iddiaları olan gürcülər də türklərin
bu ərazilərdən deportasiyasında maraqlı idilər. Digər tərəfdən qərb
qonşularımız ermənilərin də rolunu qeyd etmək məqsədəuyğun
olar. Həmişə əsassız ərazi iddiaları ilə gündəmə gələn bu xalq böl-
gənin aborigenlərindən deportasiyasında ən az gürcülər qədər aktiv
olmuşlar. Bölgədəki kəndlərin çoxunun boşalması nəticəsində şəhər
və qəsəbələrdə təşəbbüs ermənilərin əlinə keçmiş və ərazidə Gür-
cüstanın nüfuzunu tanımayaraq hələlik bölgənin muxtariyyətini
müdafiə etməklə, yaxın gələcəkdə də Qarabağ kimi Ermənistana
bağlamağı xəyal edirlər. Bundan başqa ahıskalıların Özbəkistan
ərazisində 1989-cu ildəki ikinci deportasiyasının səbəbləri də ay-
dınlaşdırılmalıdır. 2 türk xalqının bir-birinə qırdırmaq SSRİ-nin bir
digər siyasi planı idi.
Dostları ilə paylaş: |